Nitq mədəniyyəti Test sualları Nitq mədəniyyətinin birinci



Yüklə 90 Kb.
tarix30.10.2018
ölçüsü90 Kb.
#76763
növüQaydalar

Nitq mədəniyyəti

Test sualları

  1. Nitq mədəniyyətinin birinci şərti:

A) nitqin aydınlığı

B) nitqin ifadəliliyi

C) nitqin düzgünlüyü

D) nitqin dəqiqliyi



  1. Nitq mədəniyyəti nəyi öyrənir?

  1. danışıq səslərini

  2. dilin lüğət tərkibini

  3. dildən ünsiyyət vasitəsi kimi istifadə qaydalarını

  4. nitq hissələrini

  1. Nitqə aid edilən əlamətlərdən biri yanlışdır:

  1. Ünsiyyət prosesidir.

  2. Nitq fəaliyyətinin məhsuludur.

  3. Dil əsasında meydana çıxır.

  4. Dəyişməzdir.

  1. Biri danışıq (nitq) qaydalarına aid deyil:

  1. yol hərəkəti qaydalarına düzgün əməl etmək

  2. digərinin fikrini ifadə etməyə imkan yaratmaq

  3. diqqətlə qulaq asmaq

  4. digərinin fikrinə hörmət etmək

  1. Qrammatik normaların gözlənilməsi,ilk növbədə təmin edir:

  1. nitqin konkretliyini

  2. nitqin ifadəli olmasını

  3. nitqin dəqiqliyini

  4. nitqin düzgünlüyünü

6. “Ədəbi dilin normaları bir sistem olsa da, onların ... vardır.

Nöqtələrin yerinə hansı sözü yazsaq, fikir daha düzgün alınar?



  1. müstəqilliyi

  2. konkretliyi

  3. ümumiliyi

  4. əhatəliliyi

7. Nitq mədəniyyəti adlanır:

  1. insanın dilə və nitqə münasibəti

  2. nitqin yalnız ifadəliliyinə əməl edilməsi

  3. fikrin ifadəsi üçün tələb olunan dil vasitəsinin seçilməsi

  4. gündəlik ünsiyyətdə ədəbi dilin bütün normalarına əməl edilməsi

8.Biri natiqliyin sahəsi deyil:

  1. iqtisadi natiqlik

  2. siyasi natiqlik

  3. işgüzar natiqlik

  4. akademik natiqlik

9.Nitqə aid edilən əlamətlərdən biri yanlışdır:

  1. Özündə müxtəlif etiketləri birləşdirir.

  2. Nitq əsasdır, dil ondan törəmədir.

  3. Ünsiyyət prosesidir.

  4. Nitq fəliyyətinin məhsuludur.

10.Sıranı tamamlayın.

Xoş gördük! Gün aydın! Axşamınız xeyir! ...

  1. Gecəniz xeyrə!

  2. Təbrik edirəm!

  3. Gözünüz aydın!

  4. Xoş gəlmişsiniz!

11. Nitqin dəqiqliyi pozulmuşdur:

  1. Uzaqdan suyun şırıltısı eşıdilirdi.

  2. Uca dağ başını duman bürümüşdü.

  3. Evin xanımı qonaqlara yaxşı stol açdı.

  4. Bu hadisə çoxdan baş vermişdi.

12. Hansı sözdə orfoepik norma pozulmuşdur?

A) [oğlannar]

B) [mənnən]

C) [sa: dət]

D) [uşağlar]


13. Biri yanlış fikirdir:

A) Müraciət etiketləri daha işləkdir.

B) Etiketlərdən istifadə ünsiyyət üçün daha səmimi şərait yaradır.

C) Bir xalqın etiketlərində heç bir dəyişiklik ola bilməz.

D) Nitq etiketləri həm də nitq yarlıqları adlanır.

14. Natiqlik sənətinə verilən tələblərdən biri yanlışdır:

A) düzgün, dəqiq və gözəl danışmaq

B) yalnız şifahi nitq söyləmək

C) mümkün qədər yığcam danışmaq

D) mimika və jestlərdən düzgün istifadə

15. Uyğunsusluğu göstərin:

A) obrazlı və emosional nitq forması – publisistik üslub

B) standart formalardan istifadə - rəsmi-işgüzar üslub

C) şeir, nəsr və dramaturgiya dili – bədii üslub

D) nitqin sərbəstliyi və təbiiliyi – məişət üslubu

16. Düzgün cavabı göstərin.

A) Jestləri natiqlər eyni cür tətbiq edirlər.

B) Yersiz jestlər gülüş doğura bilər.

C) Nitqdə mimikasız da keçinmək olar.

D) Gözəl natiq jestsiz də təsirli nitq söyləyə bilər.

17. Biri qrammatik normanın tələblərindən sayılmır:

A) cümlədə sözlərin sırası

B) mübtəda ilə xəbər arasında şəxsə görə uzlaşma

C) defis işarəsindən istifadə

D) müəyyən miqdar saylarından sonra isimlərin təkdə işlənməsi

18.Yanlış fikri göstərin.

A) Mədəni inkişaf dildə də özünü göstərir.

B) Dil faktları xalqın mədəni tarixi haqqında məlumat verir.

C) Mədəni inkişaf dialektin sosial bazasını məhdudlaşdırır.

D) Şifahi ədəbi dil orfoqrafik normalara tabe olur.

19. Nümunələrdən biri düzgün nitq formasıdır.

A) At sürüsü göy çəmənlikdə otlayırdı.

B) Quşların həzin səsi otağa daxil olurdu.

C) Yarışda qalib gələnlər sevinirdilər.

D) Murad dərsdən qayıdırdı.

20.Sözlərdən biri səhv yazılıb:

A) asfalt

B) kişniş

C) ümid

D) qalereya

21.Nitqə aid əlamətlərdən biri səhvdir:

A) Ünsiyyət vasitəsidir.

B) Şifahi və yazılı şəkildə olur.

C) Fərdidir.

D) Dəyişkəndir.

22. “Azərbaycanın Milli Qəhrəmanı Ənvər Fərəcov ağır döyüşlərdən birində



qəhramancasına vəfat etdi”

Cümlədə ədəbi dilin hansı norması pozulmuşdur?



  1. Leksik

  2. Qrammatik

  3. Leksik,fonetik

  4. Fonetik

23.Biri çoxmənalı söz deyil:

A) maşın

B) biz

C) qanad



D) ağız

24. Nitqin dəqiqliyi dedikdə nəzərdə tutulur:

A) Qrammatik normalara əməl olunması

B) Mücərrəd anlayışlardan istifadə edilməsi

C) Fonetik normalara əməl edilməsi

D) Fikrin ifadəsi üçün tələb olunan ifadənin seçilməsi

25. Biri qeyri- rəsmi müraciət etiketidir:

A) bəy


B) xanım

C) cənab

D) oğlum

26.Tələffüz zamanı hansı sözdə səsdüşümü baş verir?

A) səkkiz

B) məhəbbət

C) neftçi

D) səyahət

27. “Jest” termininin izahı hansı cavabda daha dəqiq göstərilib?

A) Düzgün nitqə verilən şərtlərdən biridir.

B) Əl-qol hərəkətlərindən mənalı istifadə etməkdir.

C) Üz əzələlərinin mənalı hərəkətidir.

D) Razılıq bildirən nitq etiketidir.

28. Bu dillərdən biri oğuz qrupuna daxildir:

A) qaqauz

B) özbək

C) qırğız

D) qazax


29. Cümlədə söz sırasının pozulması nəyi göstərir?

A) leksik normanın pozulmasını

B) fonetik normanın pozulmasını

C) qrammatik normanın pozulmasını

D) orfoepik normanın pozulmasını
30.”Xoş gəldiz! cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?

A) leksik

B) fonetik

C) orfoepik

D) qrammatik

31. Leyla, tez evə gəl!”- deyə ana qızını səslədi. Cümlənin sxemini göstərin.

A) M : “V!”

B) M : “V”

C) “V”! – m

D) “V!” – m

32.Yol işarələri yazının hansı növünə aiddir?

A) piktoqrafik

B) əşyəvi

C) ideoqrafik

D) fonoqrafik

33. Vurğusu 3-cü hecaya düşən sözü müəyyən edin.

A) optika

B) coğrafiya

C) filarmoniya

D) müvəffəqiyyət

34.Ədəbi dil adlanır:

A) xalq danışıq dili

B) fonetik, qrammatik, leksik qaydalara tabe olan dil

C) bədii ədəbiyyat dili

D) tələffüz normalarına uyğun dil

35. O uzun sürən xəstəlikdən sonra həlak oldu cümləsində ədəbi dilin hansı norması

pozulmuşdur?

A) fonetik, leksik

B) qrammatik

C) fonetik, qrammatik

D) leksik

36. Vurğusu dəyişməklə mənası dəyişən sözü göstərin.

A) şənlik

B) göyərti

C) dimdik

D) təbiət

37. Nitq mədəniyyətinin hamı üçün vacib olan şərti:

A) nitqin sərbəstliyi

B) nitqin dəqiqliyi

C) nitqin aydınlığı

D) nitqin düzgünlüyü

38.Torpaqdakı ayaq izləri hansı yazıya aid edilə bilər?

A) əşyəvi

B) fikri

C) şəkli

D) həm əşyəvi, həm şəkli

39.Hansı əməli yazı nümunəsinin sonunda tarix göstərilmir?

A) ərizə


B) tərcümeyi-hal

C) protokol

D) izahat

40. Orfoqrafik səhvi təyin edin.

A) insan beyni

B) Məlikməmmədin nağlı

C) təbiət möcüzələri

D) şagirdlərin yaxşısı

41. Dilimizdə vürğunun yeri, əsasən, sözün hansı hecasına düşür?

A) son hecası

B) həm ilk, həm orta

C) orta hecası

D) ilk hecası

42. Tələffüzü və yazılışı fərqlənməyən sözü göstərin.

A) torpaq

B) dirək

C) vərəq

D) kürk


43. Normalara tabe olmayıb, fəaliyyət sahəsinin genişliyi ilə fərqlənir:

A) əsərlərdə yazıçının dili

B) ədəbi dil

C) xalq danışıq dili

D) şivə və dialekt

44.”Natiq” sözünü hansı ifadə ilə əvəz etmək olar?

A) çıxış edən

B) danışan

C) məlumat verən

D) ritor

45. Bunlardan biri intonasiyaya aid fikir deyil:

A) İntonasiya sözün leksik mənasını təşkil edir.

B) İntonasiya cümlə üzvlərinin düzgün qruplaşdırılmasını təmin edir.

C) Məntiqi vurğunun,ara sözlərin müəyyənləşdirilməsinə imkan yaradır.

D) Danışanın məqsədi, istək və arzuları ilə əlaqədar olur.

46. Uyğunsusluğu tapın.

A) nitq etiketləri – milli təfəkkürə, etnoqrafiyaya uyğun işlədilən ifadələr

B) ritorika - ədəbi dilin normaları

C) nitq istisnaları - ədəbi dildəki qeyri-normativ hallar

D) jest – nitqə uyğun əl-qol hərəkətləri

47. Dövlət gerbindəki palıd budağının təsviri yazının hansı növünə aiddir?

A) piktoqrafik

B) əşyəvi

C) sillabik

D) ideoqrafik

48.Dilçiliyin praktik sahəsi sayılır:

A) dialektologiya,orfoepiya

B) morfoloqiya, orfoepiya

C) lüğətçilik, orfoqrafiya

D) nitq mədəniyyəti, üslubiyyat

49. Azərbaycan-türk milli dili nə zaman formalaşmışdır?

A) XVI əsrin sonlarında

B) XV əsrin əvvəllərində

C) XIVəsrin sonlarında

D) XV əsrin əvvəllərində

50. Yazı haqqında deyilənlərdən biri səhvdir:

A) İlk yazı əşyalardan ibarət olub.

B) Yazı bəşəriyyətin ən böyük dəyərlərindəndir.

C) Yazının ən çevik forması sillabik yazıdır.

D) Fonoqrafik yazının ilk forması sıllabik yazı olub.

51.Biri türk dilinin oğuz qrupuna aiddir:

A) qırğız

B) tatar

C) özbək


D) türkmən
52. Dil və nitq haqqında deyilənlərdən biri səhvdir:

A) Dil ünsiyyət vasitəsi olub, mücərrəd işarələr sistemindən ibarətdir.

B) Dil əsasdır, nitq ondan törəmədir.

C) Nitq dildən fərqli olaraq heç vaxt dəyişmir.

D) Dil tarixən çox az dəyişikliklərə məruz qalır.

53. Azərbaycan Dövləti beynəlxalq münasibətlərdə hansı dildə təmsil olunur?

A) rus dilində

B) ingilis dilində

C) türk dilində

D) azərbaycan dilində

54. Orfoqrafik səhvi tapın:

A) Dayımın oğlu hərbi xidmətdədir.

B) Oğlun yaxşısı-pisi olmur.

C) Qardaşımın oğlu çox nadinc uçaqdır.

D) Onun oğlu bu il məktəbi bitirir.

55. Sözlərdən yalnız biri omonim kimi işlənə bilir:

A) altı

B) atlas


C) yağ

D) qanad


56. Gündəlik həyatda daha çox hansı sözlərdən istifadə olunur?

A) alınma sözlərdən

B) dialekt sözlərdən

C) terminlərdən

D) ümumişlək sözlərdən

57. Biri ədəbi dilin ilk nümunələrindən sayılmır:

A) dövlət sənədlərinin dili

B) bədii əsərlərin dili

C) qəzetlərin dili

D) dövlət başçılarının məktublarının dili

58. Dil haqqında fikirlərdən biri səhvdir:

A) Dil yalnız bioloji hadisədir.

B) Dil canlılardan yalnız insana aiddir.

C) Dil ictimai hadisədir.

D) Dil irqi və irsi cəhətlərlə bağlı deyil.

59.İki nəfərin imzası ilə təsdiq olunan sənəd hansıdır?

A) tərcümeyi-hal

B) bildiriş

C) protokol

D) əmr


60. Azərbaycan Respublikası Konstitusiyasının hansı maddəsi dil haqqındadır?

A) 19-cu


B) 21-ci

C) 18-ci



D) 25-ci

Düzgün cavablar


1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

C

C

D

A

D

A

D

A

B

D

C

D

C

B

A

B

C

D

C

B

21

22

23

24

25

26

27

28

29

30

31

32

33

34

35

36

37

38

39

40

A

C

B

D

D

C

B

A

C

B

D

C

C

B

A

C

D

B

C

B

41

42

43

44

45

46

47

48

49

50

51

52

53

54

55

56

57

58

59

60

A

D

C

D

A

B

D

D

A

C

D

C

D

B

C

D

C

A

C

B

Yüklə 90 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə