Niyazi Mehdi



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə45/60
tarix23.08.2018
ölçüsü0,95 Mb.
#63929
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   60

 
93 
doğma sayırdı). Ancaq əgər əsər özünü o günün darısqallığından çıxmayan məqsədlərə bağlayıbsa, təsiri də 
davam edəcək elə bu gün ərzində. Sabahdan başlayaraq unudulacaq.  
Halbuki əsl incəsənət əsəri köhnəlmir, nədən danışır-danışsın, günün hansı məqsədlərinə qulluq edir-
etsin, yenə də heç bir amac, heç bir istiqamət onu öz çərçivəsinə qısdıra bilmir. Və indi Kantdan çıxış edərək 
deyə bilərik: bədii əsəri günün hansı konkret məqsədinə cavab kimi anlayırıq-anlayaq, həzzimiz bir də 
ondan artır ki, əsərin bu amaclardan çox geniş, zəngin olduğunu duyuruq. 
 
 
Şellinqin fəlsəfəsi və estetikası 
 
Şellinqin sistemində fəlsəfə və estetika necə baxışır? 
Şellinq obyektiv idealistdir, yəni bütün olanları elə başlanğıcdan çıxarır ki, bu başlanğıc dindəki Tanrı 
təsəvvürünə daha yaxındır. Hərçənd idealist fəlsəfə heç də, sadəcə, dinin ağıl, düşüncə prinsipi ilə yozulub 
təkrar edilməsi deyil. Onun üçün də varlığın substansiyası (özülü) kimi götürdüyü qeyri-maddi, ideal (yəni 
ideya xarakterli) güc hər hansı bir dinin Tanrısından istənilən qədər ayrılır. 
Şellinqin estetikaya həsr olunmuş düşüncələri başlıca olaraq onun xeyli çətin anlaşılan «İncəsənətin 
fəlsəfəsi» əsərində toplanmışdır. Kitabın adında «fəlsəfə» sözü güclü təsir göstərmək xatirinə işlənməmişdir. 
Onun estetik düşüncələri fəlsəfi düşüncələrinin o biri üzüdür. Estetikası fəlsəfədən çıxıb o qədər uzağa 
getmir, çıxan kimi də tez geri qayıtmağa tələsir. Şellinq hətta bunu əsaslandırır da. Deyir: məni empirik 
incəsənət maraqlandırmır. 
(Empirik incəsənət onun üçün dürlü sənət növlərindəki əsərlərdən «yığılır». Empirik təcrübi olanlardır, 
yəni duyularla qavranılanlardır).  
Şellinqə görə, empirik incəsənətlə sənətşünaslıq elmləri məşğul olur. Filosofu isə, onun fikrincə, 
incəsənəti incəsənət edən əsaslar, tanıdıcılar maraqlandırır. Özü də bu əsaslar yalnız empirik incəsənət 
sahəsində təzahür etmir. Onlar həm də universuumun, yəni bütün dünyanın törəməsi, olması gedişində öz 
işlərini görürlər. Ona görə də incəsənət yalnız incəsənət deyil. İncəsənət həm də universuum özüdür. 
Şellinqin bu yozumunun antik yunan fəlsəfəsində kökləri var. Məsələn, Stoyalı filosoflar deyirdilər ki, 
təbiət ən böyük incəsənətdir, çünki incəsənət kimi o da bəlli yolla, qaydalarla baş verir.  
Şellinq estetikasını anlamaq üçün qabaqca onun fəlsəfəsinin dayaqları olan bir neçə anlayış və məsələni 
mənimsəyək. 
 
 
Mütləq olan və ya Absolyut 
 
«Absolyut», artıq, söyləmişik, latın sözüdür, mənası heç nə ilə tutuşdurulmaz, heç nə ilə şərtlənməz 
deməkdir. Şellinq dünya varlığını belə bir başlanğıcdan çıxarır. Dünyada nə varsa, başqasından asılıdır, 
başqasına baxanda nəliyini qazanır. Absolyut isə belə «baxandalıqdan» azaddır.  
 
 
Absolyut və dünyadakı çoxluq, cürbəcürlük 
 
Şellinqin Absolyut olan kateqoriyasında bütün yuxarıda söylənilən mənalar var. Ancaq bir də var başqa 
mənalar. Onlara baxaq. 
Gerçəklik ölçüsünə, çeşidinə görə, bir-birinə az oxşar şeylər, hadisələrlə doludur. Ancaq onlar tam başqa, 
tam ayrı olsaydılar, uçub yox olan ətir kimi səpələnib heçə çevrilərdilər, çünki dünyada biryerdəlik 
qalmazdı, onda dünya da qalmazdı. Dünya çoxlu şeylərin biryerdəliyidir, axı. Dünya bir bütöv kimi 
birləşib. Birləşmək nədir? Müxtəlifliklərin eynilik kökündə birləşməsi. Mənfi tərəflə müsbət tərəf biri-birinə 
tərsdirlər, ancaq bir-birini cəzb edirlər. Niyə? Çünki onların ikisi də üçüncü bir şeyin içində biri-birinə qarşı 


 
94 
durduqlarından biri-birinin tərsi olurlar (yəni mənfi ya müsbət olurlar) və məhz bu üçüncü bir şeyin içində 
olmaqdan ötrü də bir-birinə can atırlar ki, toqquşsunlar. Bax, həmənki üçüncü şey onların eyniyyət 
köküdür. Onlar bu kökdən çıxmış haçalardır. Deməli, dünyadakı bütün nəsnələr hətta ən uzaq nəsnələr 
belə, eyniyyətdə birləşdikləri üçün bütöv olan aləmin (universuumun) içində birləşirlər. 
Materialistlər deyir: bu eyniyyət odur ki, nəsnələrin hamısı maddidir, yəni dünyanın substansiyası 
(özülü) materiyadır. Ancaq idealist Şellinq üçün bütün nəsnələrin eyniliyi onların maddiliyində deyil, 
onların bir Absolyut başlanğıcdan törəmə olmalarındadır. Dini dünya açımına çox oxşayır, düzdürmü? Yəni 
Allah hər şeyi yaradıb. 
Ancaq yox, yenə də fərqlər var. Həmin fərqlərə baxaq. 
Absolyut düşünən olanla düşünməz olanının haçasından qıraqdır. Dinlərə görə, Allah ən yetkin 
düşünən varlıqdır. Şellinq isə söyləyir: Absolyut nə düşünəndir, nə də düşünməzdir. Görək, Şellinq 
dediyini necə doğruldur. O yazır: düşünmək o zaman olur ki, düşünüşlə düşünülən (obyekt, dünya) 
arasında nisbi, yarımçıq birgəlik var. Filosofun bu fikrini açaq. 
Düşünüşlə düşünülənin, şüurla dünyanın birgəliyi, vəhdəti nədir? Odur ki, dünyada olanlar şüurda, 
bilincdə də öz görkünü, şəklini tapır. Məsələn, adam dağı düşünür, bu zaman dağın ora-burası onun 
şüurunda obrazlar, düşüncələr biçimində peyda olur. Deməli, dağın «ora-burası» dağın özündə də olur, 
şəkil şəklində düşünüşdə də olur. Bax, bu, düşünüşlə düşünülənin vəhdətidir, ancaq tam yox, yarımçıq 
vəhdətidir. Çünki dünyada olan hər şey şüurda görk donunda tam təkrarlansa, şüurla dünya arasında tam 
vəhdət yaranar. Onda şüur hər şeyi bilər, yəni dünyada nə varsa, məlumat şəklində onda da olar. Ancaq 
axı, bir şey də var. Düşünmək bilməməkdən bilməyə keçiddir. Şüur bilmədikləri olduğu üçün düşünməyə 
həvəs göstərir. Deməli, bizlərin şüuru ilə dünya arasında tam yox, nisbi, yarımçıq birgəlik var, ona görə də 
bilmədiklərimiz var, ona görə də düşünməyə gərəyimiz var. 
Şellinqin nəticəsi: Absolyutda düşünüşlə düşünülənin tam vəhdəti (tam vəhdət isə tam eynilikdir) var, 
çünki nə varsa, ondan törəmədir, deməli, hər şey onunkudur, deməli, hər şeyi bilir, deməli, hər şeyi bildiyi 
üçün də düşünüb-bilməyə ehtiyacı qalmır. 
Ancaq Absolyut düşüncəsiz, düşünməz də deyil. Axı, biləndirsə, bilməyə düşüncəsizlik də demək 
olmaz. 
 
Beləliklə, bir də təkrar edək: Şellinqə görə, Absolyut nə düşünəndir, nə düşünməzdir. Yəni düşünən 
– düşünməz haçasından, dixatomiyasından o taydadır. 
 
Absolyut azadlıq və azadsızlıq haçasından da o taydadır 
 
Sonra Şellinq Absolyut haqqında başqa bir düşüncə söyləyir: o nə özgürdür, nə özgürlüksüzdür. Bu 
fikrin də açımına baxaq: Şellinqə görə, azadlıq imkanla gerçəkliyin, yəni ola biləcəklə olanların nisbi 
ziddiyyətinə və nisbi vəhdətinə söykənir. Şellinqin söylədiklərini anlamaq üçün XVIII yüzildə yaşamış 
alman filosofu Leybnitsin bir fikrini yada salaq. O göstərirdi ki, bütün olasılar (imkanlar) hamısı birdən 
ellikcə olsaydı, onda dünya donub qalardı. Doğrudan da, hərəkət hələ olmayanın olmasıdır. Deməli, 
hərəkət, devikmək üçün olası ilə olanın nisbi, yarımçıq birgəliyi gərəkdir ki, bu da olasının pay-pay olana 
çevrilməsidir. İkinci yandan, onlar arasında ziddiyyət də var. Bu, hələ olmamışla, artıq, olmuşun bir-birinə 
tərs durmasıdır. Məhz belənçi ziddiyyətlər hərəkətə gətirir, hərəkət isə azadlığın şərtidir. Doğrudan da, 
hərəkətsizlik kölə kimi əl-qolu bağlanmağa bənzəyir. 
Hərəkət üçün, azadlıq üçün gərəklilər. Nələrsə imkan donunda qalmalıdır ki, azadlığı olan sərbəstcə onu 
seçsin, gerçəkləşdirsin. Absolyut isə, Şellinqə görə, onun üçün azad deyil ki, onda imkan və gerçəklik tam 
şəkildə eyniləşir, yəni ola bilən nə varsa, hamısı olandır. Yada salaq, axı, Absolyut heç nədən asılı deyil. 
Deməli, əgər onda imkan gerçəklikdən, olası olmuşlardan fərqlənsəydi o, yarımıçıq olardı, yəni ola biləcək 
nələrsə onda olubdur, nələrsə hələ olmayıb. Bəs yarımçıqlıq bu deyil, nədir? Yarımçıq olan isə tam asılısız 
ola bilməz, çünki nöqsanlıdır, əskiyi var, deməli, Absolyut deyil. 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə