Niyazi Mehdi



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə51/60
tarix23.08.2018
ölçüsü0,95 Mb.
#63929
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   60

 
105 
burjua nifrət obyektinə çevrilirdi. Hegelsayağı desək, marksist ideoloji mübarizə adi şüurun abstrakt 
düşünməsindən özü üçün istifadə edirdi). 
 
Hegelin mücərrəd məzmunda olan anlayışlardan zəhləsi gedirdi. Onları içi boş, ölgün sayırdı. Ona görə 
də belə hesab edirdi ki, Mütləq İdeya Düşünüşünü inkişaf etdirmək üçün, anladığını dərinləşdirmək üçün 
tapdığı mücərrəd anlayışları Təbiətdə ayrı-ayrı nəsnələrə çevirməlidir ki, həmin anlayışlar zənginləşsinlər, 
konkret məzmun qazansınlar. 
Mütləq İdeya Özünü Özgəyə çevirir, Özünü «Təbiət» adını almış meydanda Özgələşdirir ki, zənginlik 
qazansın. 
 
 
Hegel Mütləq İdeyanın Mütləq Ruha çevrilməsi  
haqqında 
 
Hegelin verdiyi bu modeldən çıxış edib deyə bilərik ki, sənətkar və alim də öz bilinclərindəki 
mücərrədliklərdən qurtulmaq üçün ayrı-ayrı əsərlər yaradırlar. Və ya başqa bir örnək: bir nəfər özünü 
düşünərək gündəlik yazır. Özünü gündəliyə çevirir, deməli, özgələşdirir. Bu özgələşmədə özü haqqında elə 
şeyləri tapıb bilir ki, gündəlik yazmasaydı, bilməzdi. 
Hegelin Mütləq İdeyası Materiyada gündəlik yazan Yaradıcı Varlığa bənzəyir. 
Bu yerdə gərək deyək ki, iki cür düşünüş var. Bir var özündən qıraqdakı nəsnələri düşünmək. Bir də var, 
həm onları, həm də özünü düşünmək. Heyvanlar özlərindən qıraqdakı nəsnələri bilirlər, özlərini isə 
düşünmürlər. Uşaq öncə yan-yörəsindəkiləri düşünür, sonra özünə «Mən» deyib, özünü ayırır və özünü 
düşünür. 
Hegelə görə, yalnız Ruh həm həndəvərindəkiləri düşünür, həm də özünü düşünür. Ona görə də Mütləq 
İdeya özünü Təbiət donunda özgələşdirəndə, düşünüş axtarışlarında nəsnələrə gerçəklik verəndə, 
anlamağın, bilməyin ilkin pilləsində olur. O zaman ki Mütləq İdeya öz axtarışlarında gəlib çıxır «insan», 
«toplum», «ulus» anlayışlarına və həmin anlayışlardan insanları, toplumları, ulusları törədir, bax, o zaman 
Mütləq İdeya öz irəliləyişinin yeni pilləsinə adlayır. Mütləq İdeya insanların, cəmiyyətlərin, millətlərin 
şüuru, ruhu vasitəsi ilə başlayır addım-addım özünə baxmağa, özünü anlamağa və beləliklə, özünün həm 
də Mütləq Ruh olduğunu anlayır. 
Bu necə olur? 
Məsələn, insanın bilinci qabaqca görür ki, həndəvəri, çevrəsi ondan olmayan, başqa cür olan, yalnız 
nəsnə, cisim olan şeylərlə doludur. Sonra fəlsəfi düşüncə toplumda gəlişib-irəliləməyə başlayır və insan 
onun sayəsində görür ki, hər bir olanın içözü ideyadan, anlayışdan alınıb. 
Bu məsələdə məntiq belədir: Sokratın, Pifaqorun, Platonun sayəsində insanlıq tapır ki, nəsnələrin 
mahiyyəti təkcə onların öz içində deyil, həm də anlayışa, ideyaya «yazılıb». Platonun sayəsində isə insanlıq 
tapır ki, həmin anlayış təkcə insanın bilincində durmur, həm də insan şüurundan asılı olmadan var olur və 
nəsnələrə onların mahiyyətini proyeksiya edir, göndərir. 
Hegelin fikrincə insan fəlsəfənin sayəsində bunu tapanda, görəndə ki necə onun şüurunda anlayış var, 
eləcə də Təbiətdəki nəsnələrin arxası anlayışlara (ideyalara) bağlıdır, Təbiətlə özü arasında birgəliyi tapır. 
Görür ki, təkcə o yox, Təbiət də ruhdan qopub. Beləcə, insan Təbiətdə ruhunu, özündə isə təbiəti anlayır. 
Bütün olanları Ruhdan qopmuş görür. 
Hegelin nə dediyini estetik qavrayış əsasında yaxşı anlamaq olar. Göz qabağına gətirin ki, sevə-sevə 
yamyaşıl ağaclara baxırsınız, onların gözəlliyinə heyran olursunuz. Sonra bilirsiniz ki, bunlar əsl ağac deyil, 
sintetik materialdan düzəldiliblər. Onların gözəlliyi həməncə gözünüzdə öləziyəcək. Nəyə görə? Ona görə 
ki, birinci vəziyyətdə ağaclardan Təbiətin Ruhu yağırdı, ikincidə isə, artıq, Ruh bilinməz olur. 
Bax, Hegelə görə, idealist fəlsəfənin sayəsində insanlar özlərini də, Təbiəti də eyni Ruha bürünmüş 
görürlər. Mütləq Ruh incəsənətin, dinin, fəlsəfənin vasitəsi ilə öyrənə-öyrənə pillə-pillə özündə gizlənmiş 


 
106 
zənginlikləri tapır, özünü bilmə ilə məşğul olur. Dahi sənətkarlar, filosoflar, belə çıxır ki, Qutun özünü 
anlamasına qulluq edib Mütləq Ruh üçün arac, araçı olurlar. 
Hegel deyir ki, Ruh özünüanlamada irəliləmək üçün bir ulusu seçir və onun maddi, mənəvi 
irəliləyişində özünü bilmək yolunda irəliləyir. Həmin xalq daha Ruhu irəliyə apara bilməyəndə Qut onu 
özbaşına buraxır, təsadüfi məqsədlərin ixtiyarına verir, başqa ulusu seçir, onun etdikləri, gördükləri və 
anladıqları ilə irəliləyir. Beləcə, Şərq xalqları ilə ucalıb, sonra yunanlara, sonra romalılara keçir. 
Adam bunları düşünəndə fikirləşir, indi, bizim xalq hansıdır? İnsanlığın Qutu Qərb mədəniyyətləri 
vasitəsilə ucalıb irəliləyirsə, deməli, biz orada-burada peyda olan məqsədlərin dalına düşüb vurnuxan 
xalqıq? Sonra təskinlik tapırsan. Bəyəm bu ruh Yaponiya sayəsində irəliləməyibmi? Bəlkə hər xalqın başını 
qarışdıran məqsədlər də İnsanlığın məzmununu abstraktlıqdan çıxarıb zəngin edir?  
Hegel estetikasına indi keçmək olar. 
 
 
Hegel incəsənətin özəllikləri haqqında 
 
«Estetika» kitabının I cildində o ən öncə «incəsənət nədir?», «incəsənət nə üçündür?» sorularına cavab 
axtarır. Yazır ki, sənətin xidmətini hər yerdə görmək olar. O həndəvərimizi, çevrəmizi işıqlı və sevindirici 
nəsnələrlə, əsərlərlə dolu edir. Sənət yaşayışın ağırlığını, çətinliyini yumşaldır, bizi qoymur darıxmağa. 
Hətta toplumda yaxşı bir iş görməyəndə belə pisin yerini tutur və bu, yenə də pisin özündən yaxşı olur. 
Sonra Hegel bir sonuc çıxarır: ancaq hər halda incəsənət daha çox insan qutunun dincəlməsi, 
gərginlikdən qurtulması ilə bağlıdır. Hələlik bu sonuc elə də maraqlı deyil, hərçənd Hegelin sonrakı açımı 
onun ağıllı dərinliyini üzə çıxarır. Hegel yazır: substansional mənafelər, maraqlar, istəklər insan ruhunu 
gərginlikdə saxlayır. Burada «substansional» terminini filosof «dünyada maddi daşıyıcısı, dayağı olan» 
mənasında işlədilir. Məsələn, yiyələnmək, sahibçilik marağı dünyada olan nəyəsə yiyələnməyə tuşlanıb və 
belə olanda həmin nəsnə (nəsə) həmin marağı substansional, nəsnələşmiş edir.  
 İkinci yandan, dünyada olanları əldə etmək – arada durub, əngəl olanların müqavimətini qırandan 
sonra mümkündür. Ona görə də dünya əngəlləri ilə üzləyən insan qutu gərginliyə düçar olur. 
İncəsənət isə bizə nəsnələri yox, onların görklərini, görünüşlərini verir. Sənət simvollar, bildiricilər, 
görükdürücülər aləmidir. Ona görə də bu aləmdə bizim maraqlarımız, istəklərimiz substansionallığından 
arınır (qurdumuzu doğruçu şeylərlə yox, obrazlarla öldürürük). 
Hegel bundan sonra deyir, bax, incəsənət, beləcə, gerçək nəsnələr aləmi yox, onların görünüşlərindən 
«yığılmış» aləm olduğu üçün də tarixdə bir çoxları onun gərəksiz, boş bir şey kimi pisləyib 
urvatsızlaşdırıblar. 
Bir çoxları isə sənəti bu urvatsızlıqdan çıxarmaq üçün çalışırlar ki, onu toplum üçün çox önəmli 
məqsədlərlə bağlasınlar. Məsələn, belə bir ideya var: sənət insanda istəklə borcun buyurduqları arasında 
yaranmış ziddiyyətləri aradan götürür. İstəklə borc, olmalılarla olanlar arasında uyarlıqlar axtarır. 
Bu nə deməkdir? 
Məsələn, əxlaq deyir ki, ərdəmli (fəzilətli) olmaq üçün vətəni, öz ulusunun irəliləyişini işlərində əsas 
tutmalısan. Toplumda yaranmış çətinlər, dolaşıqlar isə tələb edir: «nəyşin var, özünə fikir ver, öz xeyrini 
əsas götür». 
Bax, bu, olmalı ilə olanın haçalanıb aralanmasıdır. Dolanışığın gerçəkliyi ideyanın gerçəkliyindən çoxları 
üçün daha güclüdür. Ona görə də başlayırlar əxlaqi borcun buyuruqlarına yox, dünyanın buyuruqlarına 
tabe olmağa. Bu yerdə incəsənət işə qarışır: heç kim əxlaqi borcu vecinə almayanda toplumda yaranan hamı 
üçün dəhşətli vəziyyəti göstərir, tamaşaçını, oxucunu həmin səhnə ilə sarsıdır. Bu sarsıntıdan sonra, sənətin 
sayəsində insanlar inanır ki, həyatı əxlaqi borcla uyarlıqda qurmaq gərəkdir (Kantın əxlaq və sənət 
haqqında düşüncələrindən təxminən belə nəticələr çıxarmaq olar). 
Hegel isə sənəti bu yolla gərəkli etmək istəyən tutarqaları – sübutları bəyənmir. Deyir, incəsənət özünü 
hətta ciddi məqsədlərin, amacların qulluğunda saxlayanda belə, bu vəzifəsini yalanlar, uydurmalar vasitəsi 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə