Nizami adina əDƏBİyyat institutu


Çağdaş Azərbaycan postmodern romanı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə2/31
tarix31.10.2018
ölçüsü18,24 Mb.
#76936
1   2   3   4   5   6   7   8   9   ...   31

Çağdaş Azərbaycan postmodern romanı 
 
 

bir mənəvi haldır, sənət iradəsilə (Nitşenin ifadəsilə desək, 
«kunstwollen») işə bir yanaşmadır. Bu mənada hər dövrün 
öz xüsusi manyerizmi olduğu kimi, hər dövrün öz postmo-
dernizmi  də  var» 
1
.  U. Eko  qeyd  etmişdir  ki,  postmoder-
nizm təsbit olunmuş xronoloji hadisə deyildir, hansısa bir 
mənəvi durumdur. 
Postmodernizm  termin  kimi  leksik  baxımından  «mo-
dernizmdən  sonrakı»  mənasını  verir.  Lakin  modernizmin 
və  postmodernizmin  arasındakı  əlaqələri  sadələşmiş  ardı-
cıllıq şəklində qəbul edilməsi düzgün deyil.  Tədqiqatçılar 
modernizmi və  postmodernizmi  müqayisə etdikdə müxtə-
lif  nəticələrə  gəlmişlər.  Duqlas  Kellner  və  Stiven  Best 
«post» ön şəkilçisinin anlamı modernizmi keçən, anti mo-
dern, Vattimo müsbət mənada  modernizmdən qopma,  ay-
rılma,  azadolma,  Fuko  yeniliyin  ifadəsi,  Arnold  Toynbi 
geriləməkHabermas modernizmdən azadolma, Matei mo-
dernliyin yeni üzü, İqlton modernizmə qarşı olan təpkilərin 
cəmi, Oktavia Paz modern daha modern görünüşü kimi də-
yərləndirmişlər. 
Əgər 1950-ci illərdə Charles Olsan postmodernizmi moder-
nizmə  qarşı  cərəyan  olmasını  vurğulamışdırsa,  J.F. - Liotar 
«The  Postmodern  Explained  to  Children»  kitabında  post-
modernizmin modernizm içərisində gizlənərək onun tərkib 
hissəsinə  çevrilməsi  faktını  qeyd  etmişdir.  X.-F. Liotar 
postmodernizmi modernizmin antitezisi olmadığını və ye-
nilənmədə olan növbəti modernizm kimi qəbul edir. Oxşar 
fikirləri  F. Ceymisson  və  Y. Habermas  irəli  sürmüşdülər. 
F. Ceymisson postmodernizmin təkbaşına mövcud olmadı-
                                                 
1
 Eco U. Postscript to the Name of the Rose. NY.: Harcourt, 1985, 91 
p. P. 75. 


S
S
a
a
l
l
i
i
d
d
ə
ə
 
 
Ş
Ş
ə
ə
r
r
i
i
f
f
o
o
v
v
a
a
 
 
 
 

ğını,  modernizmin  bir  təkamülü  olduğunu  iddia  etmişdir. 
Modernizmi  «müasirlik  lahiyəsi» 
2
  hesab  edən  Y. Haber-
mas postmodernizmi əslində modernizmin transformasiya-
sı  olduğunu  vurğulamışdır.  Amerika  tənqidçisi  İhap  Has-
san  1971-ci  ildə  nəşr  etdirdiyi  «The  Dismemberment  of 
Orpheus:  Towarol  a  postmodern  literature»  adlı  əsərində 
postmodernizmin  modernizmə  qarşı  olmadığını,  ancaq 
fərqli olmasını göstərir. 
Ədəbiyyatşünas  Brayan  Makxeyl  modernizmin  post-
modernizmə keçidi barədə bəhs edərkən, qeyd edir ki, mo-
dernist ədəbiyyatın mərkəzində epistemoloji problematika 
durur,  postmodernistlər  isə  əsasən,  ontoloji  məsələlərdə 
maraqlıdırlar. Modernist ədəbiyyatı həll etmək lazım olun-
duğu fraqmentarlıq və maksimal subyektivlik ekzistensio-
nalın böhran və ya daxili freydist münaqişə və problemləri 
əks  etdirirsə,  postmodernistlər  isə  bu  xaosun  kənar  edilə 
bilməzliyini göstərirlər. 
Postmodernizm  klassik  ənənə  ilə  hadisələrə  və  insana 
modernist baxışları özündə ehtiva edir, modernist konsep-
siyaların bir sıra fundamental müddəalarından imtina edə-
rək modernist ənənələri davam etdirir. Postmodernizm ge-
netik baxımdan ondan əvvəl mövcud olmuş bu və ya digər 
kombinasiyalar  şəklində  modernizmin  nəzəri  bünövrəsini 
təşkil  etmiş  konsepsiyalara  əsaslanması  özünü  göstərmiş-
dir.  Bu  konsepsiyalar  poststrukturalizm  (total  strukturla 
mübarizə),  struktur  psixoanaliz,  semiotika  (yunan  dilində 
«semeion»-işarə),  dialoq  fəlsəfəsi  kimi  qeyri-klassik  kon-
sepsiyalardır. Postmodernizmin estetik əsasında isə semio-
                                                 
2
 Хабермас Ю.  Модерн  -  незавершенный  проект  //  Вопросы  фи-
лософии. 1992, № 4. С. 80-118. 


Çağdaş Azərbaycan postmodern romanı 
 
 

tika,  poststrukturalizm,  dekonstruktivizm  (ierarxiyaların 
desentrasiya və dekonstruksiyası) istiqamətləri dayanır. 
Postmodernizm  Qərb  fəlsəfəsinin  dərin  transformasi-
yası  ilə  əlaqəlidir.  XIX  əsrin  sonu  XX  əsrin  əvvəllərində 
maarifçilik  hərəkatı,  elmi-texniki  tərəqqi  və  sənayeləşmə 
nəticəsi  kimi  cəmiyyətdə  modernləşmə  prosesi  gedir.  XX 
əsrin ikinci yarısından başlayaraq rasional düşüncənin tən-
qid olunmasını müşahidə edirik. Postmodern tarix fəlsəfəsi 
və fəlsəfi ontologiya önəmli yeniliklər ilə əlaqəlidir. 
Postmodernizm  tarixi  prosesə  yeni  yanaşma  ilə  səciy-
yələnir. Maraqlıdır ki, Arnold Toynbi 1947-ci ildə nəşr et-
dirdiyi «A study of History» («Tarixin öyrənilməsi») əsərin-
də  O. Şpenqlerin  sivilizasiyaların  hermetik  şəkildə  bir-bi-
rindən təcrid olunması zəminində süquta uğraması konsep-
siyasını  sübuta  yetirməklə  «postmodernizm»  anlayışına 
müraciət  edir.  Postmodernizm  tarixi  və  inkişafı  düz  xətt 
boyu olan proses kimi qəbul etmir. Tarixi dalğavarı inkişaf 
prosesi kimi anlayır. Tarixə münasibət bildirən postmoder-
nistlər vurğulayırlar ki, tarix dağınıq, bir – biri ilə əlaqəsi 
olmayan  hadisələri  süni  şəkildə  bir  araya  gətirməyə  cəhd 
göstərən mifdən başqa bir şey deyildir. 
Postmodernistlərə görə tarixilik ideyası təkcə zamanın 
xəttilik  prinsipinin  təsdiqi  deyildir.  Onların  fikrincə  bu 
konsepsiya tarixi gedişin mütləq bir sonu olması prinsiplə-
rinin təsbit olunmasına, yəni zamanın vahid tarixi məntiqə 
malik  olması  ideyasına  gətirib  çıxarır.  Postmodernistlərə 
görə insanların tarixi proseslərə düşünülmüş və məntiqi şə-
kildə  müdaxilə  etmək  cəhdləri,  prosesləri  istədiyi  istiqa-
mətə yönəltmək niyyətləri heç bir nəticə vermir. 
Postmodernizm  keçmişi  inkar  etmir.  Bir  sıra  postmo-
dernistlər irəli sürdükləri konsepsiyalarda postmodernizmə 


Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə