Nizami adina əDƏBİyyat institutu



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə5/31
tarix31.10.2018
ölçüsü18,24 Mb.
#76936
1   2   3   4   5   6   7   8   9   ...   31

S
S
a
a
l
l
i
i
d
d
ə
ə
 
 
Ş
Ş
ə
ə
r
r
i
i
f
f
o
o
v
v
a
a
 
 
 
 
14 
likdə və ya tarixşünaslıqda olsun 
7
. «Etinasızlığın» praktik 
təcəssümü  janr  qarışıqlığı  formasını  alır:  postmodern 
müəlliflər  növlər  daxili  və  növlərarası  qarışıqlığa  meylli-
dirlər. 
Birincisi,  biz  postmodern  romanlara  digər  epik  janr 
elementlərinin  təsirinə  rastlaşırıq  (demək  olar  ki,  söhbət 
nəsr  janrlarının  təsiri  haqqında  gedir).  İkincisi,  söhbət 
postmodern romana başqa növlərin elementlərinin təsirin-
dən gedir. Növlərarası janr qarışıqlığına sənədli nəsr (qey-
ri-bədii) elementlərinin təsirini də aid etmək olar. 
Janr  qarışıqlığı prosesi postmodern romanlarda  fasilə-
siz xarakter daşıyır və mövcud olan janr qarışıqlığının yeni 
formalarının yaranması müşahidə olunur. Müasir Azərbay-
can postmodern romanında növdaxili janr qarışıqlığı mifo-
loji roman (roman-mif və roman-antimif) roman-antiutopi-
ya, roman-pritça, kiçik janr formalarının fraqmentlərindən 
ibarət roman və s. kimi janr konstruksiyaları yaradır. 
Janr qarışıqlığının anlamı janrın kommunikativ mahiy-
yətinin  araşdırmasını  tələb  edir.  Kommunikativ  situasiya-
ların  dəyişilməsi  janr  qarışıqlığı  vasitəsilə  janr  sisteminin 
yeni kommunikativ vəziyyətlə uyğunlaşmasına şərait yara-
dır. 
Janr, nisbi sabit forma kimi, bəzi hallarda kommunika-
tiv  tələbatları  dəyişən  sosial-idrak  ahəngsizliyi  kimi  çıxış 
edir. Sosial-idrak ahəngsizliyi bədii əsərlərdə janr xüsusiy-
yətlərinin bu və ya digər janrların formalaşmış təsəvvürlə-
rinin  uyğunsuzluğundan  yaranır.  Konsonansın  (uyğun  ol-
                                                 
7
 Hutcheon L.  A  Poeticsof  Postmodernism.  History,  theory,  fiction 
(Хатчеон Л.  Поэтика  постмодернизма.  История,  теория,  худо-
жественная литература) New-York-London: Routledge, 1992. c. 3. 


Çağdaş Azərbaycan postmodern romanı 
 
 
15 
ma) nailiyyət əldə etməsi kommunikativ imkanların janrla-
rın inkişafı və ya onun yeni janra dəyişməsi vasitəsi ilə hə-
yata keçirilir. Bu kontekstdə janrlar kommunikativ tələbat-
ların  formasından  asılı  dinamik  və  tezdəyişən  kimi  çıxış 
edirlər. Bu  janrın  kommunikativ  anlamıdır ki, K. Berken-
kotter və T. Xukin kimi tərəfdarları olmuşdur. 
Postmodernizmin  yayılması  fonunda  janrlara  dair 
kommunikativ  konsepsiyaların  yayılması  baş  verir.  Kom-
munikativ  konsepsiyalar  postmodernizm  ruhuna  yaxınlığı 
ilə diqqəti cəlb edir. XX əsrin 90-cı illərindən başlayaraq, 
xüsusilə də qərb nəzəriyyəsində, kommunikativ janr nəzə-
riyyəsi geniş yayılmağa başlayır. K. Bxatya janrı kommu-
nikativ hadisə kimi təqdim edir. T. Erikson janrı kommu-
nikativ pattern (şablon) kimi müəyyən edir. 
Qeyd etmək lazımdır ki, janrın kommunikativ anlayışı 
M.M. Baxtin mövqeyi ilə uyğundur, hansı ki, janrı mətnin 
dayanıqlı növü kimi qəbul edir, vahid kommunikativ funk-
siyalarda birləşir və oxşar kompozisiya və üslub əlamətlə-
rinə malikdir. Kommunikativ funksiya kompozisiya və bə-
dii üslub vasitəsi ilə həyata keçirilir. Bu kontekstdə üslubu 
«bədii metod, obrazın quruluşu, tərzindən kənarda göstəri-
lən:  hansı  ki,  məzmun  obrazın  dilində  həyata  keçirilərək, 
həmişə yeni səslənmə qazanan, kompozisiyanın aydın gö-
rünən  elementləri,  əsasən  də  əhval-ruhiyyədə»  başa  düş-
mək məqsədəuyğundur 
8
. Kommunikativ funksiya janrının 
əsas funksiyalarından biri kimi seçilir. L.V. Çerneç, janrın 
xüsusiyyətlərini  fərqləndirərkən,  onun  sırasına  həmçinin 
                                                 
8
 Палиевский П.В. Постановка проблемы стиля // Теория литера-
туры:  Основные  проблемы  в  историческом  освещении:  Стиль. 
Произведение. Литературное развитие. М.,1965. С. 7-8; 


S
S
a
a
l
l
i
i
d
d
ə
ə
 
 
Ş
Ş
ə
ə
r
r
i
i
f
f
o
o
v
v
a
a
 
 
 
 
16 
kommunikativ funksiyasını aid edir, hansı ki, janr anlayışı 
və  ədəbi  ənənə  əlaməti  ilə  bağlıdır,  oxucunu  müəyyən 
edilmiş təxəyyülə yönəldir 
9

Postmodern  romanda  fəal  janr  qarışığı  «janr  saflığı» 
problemini kəskinləşdirir. Qeyd etmək lazımdır ki, müasir 
ədəbiyyatda «janr saflığı» kimi səciyyələndirilən irihəcmli 
nəsr nümunələri yoxdur. Müasir ədəbiyyatın xüsusiyyətlə-
ri,  çoxvəznli  bədii  şüur  saflaşdırılmış  kommunikativ  şab-
lonlar  üçün,  yəni  «saf»  janr  konstruksiyaları  üçün  şərait 
yaratmır. 
Yarandığı  vaxtdan  roman  sintetik  janr  kimi  təqdim 
olunur.  Roman  janrının  sonrakı  inkişafı  romanın  tipoloji 
müxtəlifliyinin davamlı artımının genişlənməsi ilə xarakte-
rizə edilir (ilk növbədə, başqa janrların qarışıqlığı hesabı-
na). Qeyd etmək lazımdır ki, «saf» şəkildə roman mövcud 
deyil, müxtəlif janr elementlərinin daxil edilməsi ilə səciy-
yələnir. Sintetizm ümumilikdə sənətə xasdır. Lakin roma-
nın  janr  məzmununun  universallığı  və  çox  səviyyəli  se-
mantik  nüvəsi  onu  daha  həssas  olan  digər  janrların  ele-
mentlərini qəbul edilməsini daha həssas edir. 
Müəllifin  janrlar  və  onların  əlamətlərinə  müraciət  et-
məsi  tamamilə  əsassız  fakt  deyil:  müəllif  düşüncəsinin 
məzmunu və bədii idrakın metodu müəllifi bu və ya digər 
janrın  istifadə  edilməsinə  təhrik  edir.  Yazıçı  romanda  öz 
təsvir problemini qoyur, bu problemləri açmaq üçün müx-
təlif bədii üsullardan istifadə edir. Yeni bədii üsulların ax-
tarışı janr qarışıqlığına gətirib çıxarır.  Əksər hallarda isti-
fadə  edilən  üsullar  digər  janrlarda  öz  əksini  tapmışdır. 
                                                 
9
 См.: Чернец Л.В. Литературные жанры. Проблемы типологии и 
поэтики. – М.,1982. 


Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə