Nizami adina əDƏBİyyat institutu


Çağdaş Azərbaycan postmodern romanı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə6/31
tarix31.10.2018
ölçüsü18,24 Mb.
#76936
1   2   3   4   5   6   7   8   9   ...   31

Çağdaş Azərbaycan postmodern romanı 
 
 
17 
Müstəsna  hallarda,  yeni  yaradılmış  bədii  üslublardan  da-
nışmaq olar. 
Ədəbiyyatşünaslıqda janr qarışıqlığının üç əsas forma-
sı  mövcuddur.  Birinci  halda,  romana  başqa  növlərin  ele-
mentləri daxil edilir - bu halda da növlərarası janr qarışıq-
lığı baş verir. Növlərarası janr qarışıqlığına şərti olaraq, ro-
mana  qeyri-bədii  nəsr  elementlərinin  daxil  edilməsini  də 
aid etmək olar. İkincisi, romana nəsrin digər janr element-
ləri  daxil  edilə  bilər.  Həmin  halda  növlərdaxili  janr  qarı-
şıqlığı baş verir. Romanda növlərarası janr qarışıqlığı aşağı 
və  ali  janrların  qarışıqlığına  gətirib  çıxarır.  Üçüncüsü, 
janrdaxili  qarışıqlıqdır  ki,  müxtəlif  roman  növlərinin  əla-
mətlərini əhatə edir. 
Janr qarışıqlığının mahiyyətinin artması romanın inki-
şafının  «janr  -  antijanr»  binar  sistem  çərçivəsində  davam 
etməsinə gətirib çıxarır. Başqa sözlə roman haqqında möv-
cud görüşləri inkar edən janr forması meydana gəlir, son-
radan isə həmin forma romanın yeni tipoloji növü kimi qə-
bul edilir. Postmodern romanın  meydana  gəlməsi  modern 
romanın janr xüsusiyyətlərindən imtina etməsi nəticəsində 
baş vermişdir. Bu proses postmoderndən əvvəl baş vermiş-
dir.  Belə  ki,  1940-cı  illərin  sonu  1960-cı  illərin  əvvəlləri 
ədəbiyyatda  «yeni  roman»  (fr.  Le  nouveau  roman)  və  ya 
antiroman ədəbi məktəbi formalaşdı. Fransa ədəbiyyatında 
formalaşmış klassik roman anlayışına, yəni Balzak romanı 
deyilən roman anlayışına qarşı çıxan «yeni roman» anlayı-
şının tərəfdarları «anti-romançılar» adlandırıldılar. Fransa-
da  formalaşmış  «yeni  roman»  ədəbi  məktəbində  süjetsiz, 
qəhrəmansız  roman  nümunələri  meydana  çıxdı.  Bu  ədəbi 
məktəbin  A. Robbe-Grillet,  Claude  Simon,  Marguerite 
Duras,  Michel  Butor,  Natalie  Sarraut,  John  Barth,  Luigi 


S
S
a
a
l
l
i
i
d
d
ə
ə
 
 
Ş
Ş
ə
ə
r
r
i
i
f
f
o
o
v
v
a
a
 
 
 
 
18 
Pareyson  və  d.  nümayəndələri  formalaşdı.  Alain  Robbe 
Qrillet  «yeni  roman»  anlayışına    münasibətini  bildirərək 
açıqlayırdı ki, «yeni roman» heç bir qayda qoymayır. «Ye-
ni  roman»  tərəfdarları  köhnə  romandakı  qatı  qaydalara 
qarşı savaşmaq üçün birləşmir. A.R. Qrillet onlara irad tu-
tanlara münasibət bildirərək qeyd etmişdir ki, qəhrəmanla-
rı yerinə yerləşdirilməsi, xarakteri, mühiti araşdırmamağı-
mızı irad tuturlar, deməli yazdıqlarınız həqiqi roman deyil. 
Daha sonra A.R. Qrillet «yeni roman» tərəfdarlarını nəzə-
riyyəçilikdə  ittiham  edənlərə  cavab  verərək  yazmışdır  ki, 
biz  həqiqi  romanın  necə  olmalı  olduğunu  dəqiq  bilmirik, 
bildiyimiz isə dünənin romanının kopyasını çıxarmaq yox, 
onları keçmək,  daha  irəli getməkdir.  «Yeni  roman» ədəbi 
məktəbində «Balzak romanı» deyilən ənənəvi roman süjet-
lərini rədd etmək, reallığa yaxın olan roman qəhrəmanı ya-
ratmaqdan imtina etmək, ənənəvi psixologiya anlayışından 
imtina,  əsərdə  mərkəzə  yerləşdirilmiş  romançı  anlayışını 
rədd  etmək,  ənənəvi  romanda  mövcud  dil  istifadəsindən 
imtina, əvəzinə isə dilin təbiiliyinə üstünlük vermək və s. 
amilləri qabardaraq yeni roman anlayışının  xüsusiyyətləri 
inkişaf edirdi. 
İnsanın  şüuraltı  vəziyyətini  ifadə  edən  «yeni  roman» 
ədəbiyyatdan  süjet  və  formanı  sıxışdırıb  çıxardı,  yerinə 
özünü  azad  ifadə  etmək  üslubunu  təqdim  etdi.  «Yeni  ro-
man»  ifadəsini  ilk  dəfə  tənqidçi  Emil  Anrio  Alen  Rob-
Qriyenin  əsərinə  yazmış  olduğu  resenziyada  istifadə 
etmişdir. «Yeni roman» cərəyanını Natali Sarrotsuz təsəv-
vür  etmək  qeyri-mümkündür.  O,  öz  yaradıcılığı  ilə  XX 
əsrin 50-ci illərindən başlayaraq ənənəvi ədəbiyyatın bütün 
formalarını devirməyə qadir oldu. 


Çağdaş Azərbaycan postmodern romanı 
 
 
19 
«Yeni roman» öz mahiyyətinə görə antiromandır, anti-
janrdır.  Lakin  postmodernistlərin  «yeni  roman»ın  özəllik-
lərini mənimsəməsi nəticəsində antiroman əsasında roma-
nın yeni tipoloji növü meydana çıxır. 
Ədəbiyyatşünaslıqda  antijanrın  meydana  çıxması  heç 
də  janrın  avtomatik  olaraq  sönməsini  nəzərdə  tutmur. 
V.B. Şklovskinin fikrincə, antijanrın meydana gəlməsi yal-
nız  janrın  özünün  formalarının  inkişafıdır:  «Öz-özünü  in-
kar mərhələsindən keçilməsi qaçılmaz olan incəsənət inki-
şaf edir. Janr antijanr kimi inkişaf edir. Öz dövründə «Don 
Kixot»  yalnız    parodiya  kimi  deyil,  həm  də  təhlilin  digər 
vəzifələri olan əsər kimi antiroman idi» 
10

Janr  konstruksiyalarının  dekanonizasiyasının  təsiri  al-
tında antijanrın yaranması, öz təsirini daha parlaq detektiv 
ədəbiyyatda göstərib. Postmodern detektivin janr təbiətini 
açıqlayaraq,  N.V. Kireeva  qeyd  edir  ki,  «antidetektiv»i 
«milli  zəmində  postmodern  detektiv  variantları» 
11
  bağla-
yır.  Bununla  yanaşı,  N.V. Kireeva  vurğulayır  ki,  «antide-
tektiv» detektivin müxtəlif modellərinin elementlərinin de-
konstruksiyası ilə seçilir. Beləliklə, müasir qələm ustaları-
na  janr  eksperimentləri,  həmçinin  roman  -  dedektivlərin 
janr  qarışıqlığı  nəticəsi  kimi  müxtəlif  variasiyaları  üçün 
meydan  açılır.  «Antidetektiv»  mövcud  janr  qarışıqlığı  sə-
viyyələri üçün daha bir səviyyə tətbiq etməyə imkan verir 
ki, bu da janrdaxili qarışıqlıqdır. 
                                                 
10
 Шкловский В.Б. Избранное. В 2-х т. Повести о прозе. Размыш-
ления и разборы. – М., 1983. – Т. 1. – С. 229; 
11
 Киреева Н.В.  Трансформация  жанровых  конвенций  автобио-
графии  и  детектива  в  прозе  американского  постмодернизма: 
Автореф. дис. … . д-ра филол. наук. – М., 2011 – С. 22. 


Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə