Nizami adina əDƏBİyyat institutu



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə7/31
tarix31.10.2018
ölçüsü18,24 Mb.
#76936
1   2   3   4   5   6   7   8   9   10   ...   31

S
S
a
a
l
l
i
i
d
d
ə
ə
 
 
Ş
Ş
ə
ə
r
r
i
i
f
f
o
o
v
v
a
a
 
 
 
 
20 
Azərbaycan nəsrində postmodern romanların meydana 
gəlməsi XX əsrin sonlarına təsadüf edir. Azərbaycan ədə-
biyyatında  Kamal  Abdullanın  «Yarımçıq  əlyazma»,  Hə-
mid  Herisçinin  «Nekroloq»,  Kəramət  Böyükçölün  «Çöl», 
İlqar Fəhminin «Qarğa yuvası», Əli Əkbərin «Amneziya», 
Pərviz  Cəbrayılın  «Yad  dildə»,  Aqşin  Yeniseyin  «Gölə-
qarğısancan», Nərmin Kamalın «Aç, mənəm» və digər ya-
zarların qələmə almış olduqları əsərlər postmodern üslub-
da yazılmış əsərlər kimi diqqəti cəlb edir. 
Azərbaycan  postmodern  romanı  iki  əsrin  qovşağında 
ədəbiyyat  tarixində  paradoksal  vəziyyət  yaratdı.  Postmo-
dernist təfəkkür sistemi yazarlara əsaslandırılmamış, post-
modernist  təfəkkürün  bədii  və  fəlsəfi  quruluşunu  təşkil 
edən istiqamət və  prinsiplərin təkamülünün xronoloji çər-
çivəsinin olmaması səbəbindən yazarların qələmə aldıqları 
əsərlər intuitiv halda ənənəvi dəyərləri kompromissiz ola-
raq dekonstruksiyaya məruz qoydular. 
Qeyd  etmək  istərdim  ki,  dünya  ədəbiyyatında  olduğu 
kimi,  Azərbaycan  ədəbiyyatında  da  postmodern  üslubda 
qələmə alınmış ilk əsərlərə reaksiyalar sərt olmuşdur. Post-
modern  üslubda  qələmə  alınmış  əsərlərdə  olan  janr  və 
struktur  yeniliklərini qəbul etməyənlər arasında ədəbi me-
tod,  mövqe  mübarizəsinə  çevrildi.  Postmodernizm  tərəf-
darlarının  az  olmasına  baxmayaraq,  bu  üslubda  qələmə 
alınmış  əsərlərə  real  qiymət  verilərək,  ədəbi  müstəvidən 
nəzərdən keçirildilər. Kamal Abdullanın «Yarımçıq əlyaz-
ma»  romanı  oxucu  ixtiyarına  verildikdən  sonra,  əsər  və 
müəllifi ətrafında baş vermiş müzakirələri göstərə bilərik. 
Həmid Herisçinin «Nekroloq» (2005) romanını da gös-
tərmək  olar.  H. Herisçinin  «Nekroloq»  romanı  bəzi  ədəbi 
tənqidçilər  tərəfindən  klassik  anlayışda  roman  kimi qəbul 


Çağdaş Azərbaycan postmodern romanı 
 
 
21 
olunmur. Məsələn, müasir Azərbaycan romanları haqqında 
xülasə  məqaləsində  Tehran  Əlişanoğlu  Həmid  Herisçinin 
«Nekroloq»  romanında  xarakter  və  süjetin  olmamasını 
onun  nöqsanı  və  zəif  cəhəti  kimi  qiymətləndirmiş,  dialo-
qizmin,  fraqmentarlığın,  epizodluğun  aşağı  olmasını,  ob-
razların  sadələşdirilmiş  şəkildə  açılmasını  və  s.  qeyd  et-
mişdir 
12
. «Nekroloq»un romana aid olmasını şübhə altına 
qoyaraq, T. Əlişanoğlu əsərin janrına aid münasibət bildir-
mir. «Nekroloq»un romana aid olması özünü aydın şəkildə 
göstərir. T. Əlişanoğlunun subyektiv mövqeyi onunla bağ-
lıdır ki, yazıçı romanın bəzi təhkiyə əlamətlərindən imtina 
etməsinə  qiymət  vermir.  «Nekroloq»  hekayə  təsirinə  mə-
ruz qalıb. T. Əlişanoğlu tərəfindən qeyd olunanlar «Nekro-
loq»  əsərinin  janr  təbiətinə  hekayənin  təsiri  ilə  əlaqəlidir. 
Həmid  Herisçinin  «Nekroloq»  əsərində  ənənəvi  müəllif 
təhkiyəsi,  süjet  və  xarakterin  aradan  qalxması  kimi  post-
modern estetikanın vacib şərtləri özünü göstərir. 
Azərbaycan  ədəbiyyatı  və  mədəniyyətində  «postmo-
dernizm» termini tənqidçi və yazarlar arasında müzakirələ-
rə  səbəb  olmuşdur.  Postmodernizm  ətrafında  müzakirələr 
yarandığı ilk gündən başlamış və bu gün də davam etmək-
dədir.  Konkret  postmodernist  əsərlərin  təhlili  nəticəsində 
Azərbaycan  postmodernizminin  əsas  əlamətlərini  araşdır-
maq,  tənqidinin  əsas  aspektlərini  göstərmək  zərurətə  çev-
rilmişdir. 
Postmodernizmə həsr olunmuş tədqiqat işlərində tədqi-
qatçılarımız  əsasən,  xarici  postmodernizmə  fikir  verirlər. 
Leyla  Hacızadənin  «Postmodernizm  dövrünün  qəhrəmanı 
                                                 
12
 Əlişanoğlu T.  Yeni  ədəbi  nəsil:  axtarışlar,  problemlər  //http: 
//bizimasr.media-az.com/arxiv_2002/may/113/tengid_romani.html 


S
S
a
a
l
l
i
i
d
d
ə
ə
 
 
Ş
Ş
ə
ə
r
r
i
i
f
f
o
o
v
v
a
a
 
 
 
 
22 
və  onun  rus  ədəbiyyatında  təcəssümü»  («Герой  эпохи 
постмодернизма  и  его  воплощение  в  русской  литера-
туре»),  Quba  Məcidovanın  «Rus  postmodernist  nəsrində 
mifologemlər» («Мифологемы русской постмодернист-
ской  прозы»),  Minəxanım  Gözəlovanın  «Postmodernizm 
ədəbiyyatında  Şərq  və  Qərb  (Orxan  Pamuk  nəsri  əsasın-
da»),  Çinarə  İbrahimovanın  «V. Nabokovun  yaradıcılığı 
və  XX  əsr  amerika  Modernist  romanı»  («Творчество 
В. Набокова  и  Американский  модернистский  роман 
XX века») və sair dissertasiyaları nümunə göstərmək olar. 
Azərbaycan  postmodernizmi  isə  kifayət  qədər  tədqiq 
olunmamış,  mövcud  tədqiqatlar  sistemsiz  xarakter  daşı-
mış, postmodernizmin mahiyyəti açıqlanmamışdır. Bir çox 
romanların  müəllifi  olan  yazar  Hüseynbala  Mirələmov 
«postmodernizmi hoqqabazlıq» kimi dəyərləndirmişdir. 
Postmodernizmə  inam  və  ehtiyac  duymadığını  qeyd 
edən  Sayman  Aruz,  postmodernizmi  Avropa  modernizm 
prosesini keçirdiyini, daha sonra isə postmodernin yardımı 
ilə modernizmin səhvlərini doldurmağa çalışdığını göstər-
mişdir. 
Postmodernizmi son estetik düşüncə texnologiyası he-
sab edən Aydın Xan (Əbilli) da yazır ki, «digər cərəyanla-
ra rəğmən postmodernizm həm düşüncə, həm yaşam, həm 
də ictimai-siyasi, fəlsəfi - kulturoloji texnologiyasına çev-
rilərək  nəinki  mədəniyyət  və  ədəbiyyatı,  həm  də  həyatın 
müxtəlif sahələrini, elm və fəlsəfəni, formatları, iqtisadiy-
yat, siyasi, mədəni elmi və sosial fikri dəyişdirdi və qabaq-
cıl proseslərin əsasını qoydu». 
«Umberto  Eko  və  Postmodernizm  fəlsəfəsi»  kitabının 
müəllifi  Nərmin  Kamal  isə  postmodernizmin  öldüyünü 
qeyd edir. 


Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə