Nizami adina əDƏBİyyat institutu



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə9/31
tarix31.10.2018
ölçüsü18,24 Mb.
#76936
1   ...   5   6   7   8   9   10   11   12   ...   31

S
S
a
a
l
l
i
i
d
d
ə
ə
 
 
Ş
Ş
ə
ə
r
r
i
i
f
f
o
o
v
v
a
a
 
 
 
 
26 
qamına toxunaraq yazır: «Təhkiyənin struktur baxımından 
iki avtonom qatı olmaq etibarilə müəllif nitqi və vasitəsiz 
nitq dialoq və ya monoloqu mətnə daxil edən xüsusi müəl-
lif cümlələri sayəsində bir-biri ilə birləşərək vahid təhkiyə 
bütövü  əmələ  gətirir» 
16
.  Postmodern  romanlarda  dialoq 
vahid  təhkiyə  bütövü  əmələ  gətirərək,  insan  xarakterinin 
açılması  yaxud obrazın daxili düşüncələrinin inikası  üçün 
bir vasitədir. 
Romanların mühüm xüsusiyyətlərindən biri əsərin po-
lifoniyasıdır  (çoxsəsliliyidir).  Bədii  əsərlərdə  polifoniya 
elə  bir  mətndir  ki,  həmin  mətndə  müəllif  səsi  ilə  bərabər 
başqa  səslər səslənir.  Həmin səslənmiş  səslər müəllif səsi 
ilə qarışaraq, aralarında mürəkkəb dialoji münasibətlər ya-
radır. Musiqi termini «polifoniya»nı bədii mətnin təhlilinə 
ilk dəfə M.M. Baxtin gətirmişdir. Polifoniya səsi romanda 
yalnız  öz  adından  deyil,  həm  də  ayrı-ayrı  qəhrəmanların 
adından təhkiyə aparmağa imkan verir. 
Postmodernistlərin yaradıcılığındakı çoxsəslilik zaman 
axarında şaxələnərək, yeni məna və düzümlü işarələr siste-
mi yaratmağa nail olur. Postmodern mətnin polifoniyasın-
da  çoxdillilik  və  çoxfunksiyalılıq  bütün  gerçəkliyi  əridir. 
Kamal  Abdullanın  «Yarımçıq  əlyazma»  romanını  misal 
gətirmək olar. Müəllifin «Şah İsmayılla bağlı mətnlə Qor-
qudun mətni arasında bir uyğunluq, gizli də olsa bir əlaqə 
vardır,  yoxsa?...»  öz-özünə  verdiyi  sualı  oxucu  da  əsəri 
oxuyarkən  verir.  Suala  cavabı  müəllifin  özü  verir.  Bu  ca-
                                                 
16
 Məmmədova Z.Ş. «Bədii mətndə xarakteroloji nitq və onun ifadəsi 
problemləri»  //  filologiya  elmləri  doktoru  alimlik  dərəcəsi    almaq 
üçün təqdim edilmiş dissertasiyanın avtoreferatı. Bakı, 2011, 41 səh. 
səh. 28. 


Çağdaş Azərbaycan postmodern romanı 
 
 
27 
vabı müəllifin daxili dialoqu kimi də dəyərləndirə bilərik. 
Dialoq danışığını obrazların xarakterinə və şüur səviyyəsi-
nə uyğun tərtib edildiyinin də şahidi oluruq: «Elə son cüm-
ləni  bitirər-bitirməz  (yuxarıdakı  «mən  özüm  bu  tərəddüd-
lərimin  cavabını  araya-araya  qalmışam»  cümləsini  deyi-
rəm) məni qəfildən yuxu apardı. Başım özümdən xəbərsiz 
yazı masasına əyildi və yəqin ki, bu elə belə də olur – mən 
öz  halımı  kənardan  seyr  etməyə  başladım.  Bu  çox  qısa 
vaxt ərzində baş verdi. Yuxuda bir adam gördüm. Bu ada-
mın qiyafəti də, üzü - gözü də, boyu - buxunu da yuxudan 
ayıldığım  andaca  uçub  yadımdan  çıxıb  getdi.  Yadımda 
başqa şey qaldı: onunla mənim aramda baş vermiş bu qısa 
mühakimə: 
- Nə üçün bunu etdin? – O, adam soruşdu. 
- Bilmirəm, – mən cavab verdim». 
Ardıcıllığı  qorunmayan  mətnlərin  silsiləsi  olan  hiper-
tekstə  postmodernizmdə  tez-tez  rast  gəlinir.  Postmoder-
nizmdə bütün reallıq mətn, təhkiyə kimi qəbul edilir. Qeyd 
etməliyik ki, «dünya mətn kimi» ifadəsi postmodernizmin 
ən  məşhur  tezislərindən  biridir.  Hipertekst  anlayışı  ötən 
əsrin  60-cı  illərində  T. Nelson  tərəfindən  formalaşmışdır. 
Hipertekstin əsas xarakterik cəhəti oxucu mövqeyinin göz-
lənilməz qarışıqlığının imkanı sayəsində təhkiyə mətni şa-
xələnir, oxucuya müxtəlif alqoritmləri (müxtəlif ardıcıllıq) 
seçməklə  mətnin  hissələri  ilə  tanış  olmağa  imkan  verir. 
«Hipertekst»də  (hipermətn)  informasiya  modeli,  insan 
beynində fikirlərin ardıcıllığa uymadan, sərbəst axınla, biri 
digərini  doğuraraq,  ortaya  çıxmasına  əsaslanaraq  mətnin 
başqa hissəsinə qısa yolla keçid qoyulmuş istənilən roma-
nı, lüğəti, veb - saytı başa düşürük. Hipertekstin üstün cə-
hətlərindən  biri  də,  mətni  oxucuya  daha  dərindən  çatdır-


S
S
a
a
l
l
i
i
d
d
ə
ə
 
 
Ş
Ş
ə
ə
r
r
i
i
f
f
o
o
v
v
a
a
 
 
 
 
28 
maq üçün əlavə vasitələrdən (rəsm, musiqi, video) istifadə 
etməyə, mətnin içindən lazım olan informasiyanı tez axta-
rıb  tapmağa  imkan  verir.  Hipertekstin  oxucuya  sərbəstlik 
verdiyini və oxucunun mətni istədiyi ardıcıllıqla oxuduğu-
nun da şahidi oluruq. 
1976-cı  ildə  amerika  yazıçısı  Reymon  Federmanın 
«Sizin ixtiyarınızda» adlı romanı oxuculara təqdim olunur. 
Əsərin özünəməxsusluğu onda idi ki, roman cildlənməmiş 
və  nömrələnməmiş  şəkildə  oxucuya  təqdim  olunmuşdu. 
Oxucu da əsərin səhifələrini istənilən cür düzməklə oxuya 
bilirdi. R. Federmanın  əsərini  mütaliə edərkən görürük  ki, 
sərhədlər  yoxdur,  oxucu  əsərin  finalını  müəllifin  istədiyi 
kimi deyil, öz istədiyi kimi təyin edir. 
1990-cı  ildə  Maykl  Coys  hiperromanı  «Günorta»nı 
(«Afternoon») ilk dəfə beş disketdə topladır. 539 şərti sə-
hifədən 951 qısayoldan ibarət olan bu əsər ilk hiperədəbiy-
yat kimi dəyərləndirilir. Bu hiperromanı kompüterin ekra-
nından  oxumaq  mümkündür.  Alternativ  qiraət  imkanları 
yaradan  əsərin  süjet  xəttini  oxucunun  istəyi  ilə  dəyişdir-
mək mümkündür. 
R. Bart  hipertekstin  xüsusiyyətinə  müxtəlif  mənalı 
xassəyə  malik oxşar  alqoritmlər  əlavə  edir 
17
. Klassik nü-
munə  kimi  romanda  mətnin  oxunmasında  müxtəlif  alqo-
ritmlərin  tətbiqi  imkanlarına  italyan  yazıçısı  İ. Kalvino 
«Çarpazlaşmız talelərin qəsri» (Il castello destini incrociati 
dei)  əsərini  misal  çəkmək  olar.  Bədii  «vasitə»  kimi  kart 
dəstindən istifadə edən müəllif beləliklə mətni strukturlaş-
dırır, oxucu mətnin daxili rabitə hissələrindən istifadə edə-
                                                 
17
 Барт Р. С/Z. – М., 1994. – C. 14; 


Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə