Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə1/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
  1   2   3   4   5   6   7   8   9   ...   130


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTU 
 
 
 
 
 
 
 
 
ƏDƏBİYYAT  
MƏCMUƏSİ
 
 
 
NİZAMİ ADINA ƏDƏBİYYAT İNSTİTUTUNUN 
 
Ə S Ə R L Ə R İ
 
 
 
 
 
XXVI cild 
 
 
 
 
 
 
 
Bakı – Elm və təhsil – 2015  


Baş redaktor 
 
İsa HƏBİBBƏYLİ 
AMEA-nın həqiqi üzvü 
 
 Redaksiya heyəti: 
 
Teymur KƏRİMLİ – AMEA-nın həqiqi üzvü 
Məhərrəm QASIMLI – filologiya üzrə elmlər doktoru, professor 
Məmməd ƏLİYEV – filologiya üzrə elmlər doktoru, professor 
Əliyar SƏFƏRLİ – AMEA-nın müxbir üzvü 
Şirindil ALIŞANLI – filologiya üzrə elmlər doktoru, professor 
İmamverdi HƏMİDOV – filologiya üzrə elmlər doktoru, professor 
Nüşabə ARASLI – filologiya üzrə elmlər doktoru, professor 
Teymur ƏHMƏDOV – filologiya üzrə elmlər doktoru, professor 
Zaman ƏSGƏRLİ – filologiya üzrə elmlər doktoru 
Bədirxan ƏHMƏDOV (məsul katib) – filologiya üzrə  
  elmlər doktoru, professor 
Asif RÜSTƏMLİ – filologiya üzrə elmlər doktoru, professor 
Sara OSMANLI – filologiya üzrə elmlər doktoru 
Elçin MEHRƏLİYEV – filologiya üzrə elmlər doktoru 
Nikpur CABBARLI – filologiya üzrə fəlsəfə doktoru, dosent 
Eşqanə BABAYEVA – filologiya üzrə fəlsəfə doktoru, dosent 
Mehparə AXUNDOVA 
 
 
Ədəbiyyat  məcmuəsi  (Nizami  adına  Ədəbiyyat  İnstitutunun 
Əsərləri), XXVI c., Bakı, “Elm və təhsil”, 2015. – 381 s. 
 
 
“Ədəbiyyat məcmuəsi” jurnalı Azərbaycan Respublikasının 
Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Azərbaycan 
Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc  
olunması tövsiyə edilən elmi nəşrlərin siyahısı”na daxildir 
(filologiya elmləri üzrə). 
 
Müəllif hüquqları qorunur. Jurnal 1946-cı ildən nəşr olunur. 
 
ISSN 2409-5257 
 
© AMEA, Nizami adına Ədəbiyyat İnstitutu, 2015
 


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN ELMİ ƏSƏRLƏRİ 
“ƏDƏBİYYAT MƏCMUƏSİ”, 2015, № 1  
 
İsa HƏBİBBƏYLİ 
Azərbaycan  Milli  Elmlər  Akademiyasının 
vitse-prezidenti,  Nizami  adına  Ədəbiyyat  İns-
titutunun direktoru, akademik 
 
Layih
ə 
 
AZƏRBAYCAN ƏDƏBİYYATI TARİXİNİN 
DÖVRLƏŞDİRİLMƏSİ KONSEPSİYASI 
 
Təklif olunan dövrləşmə: 
1.
 
Qədim dövr Azərbaycan ədəbiyyatı.  
-
 
Mifoloji başlanğıc və xalq şeiri; 
-
 
Epos epoxası: ortaq türk abidələrindən milli bütövlüyə
-
 
Yazılı ədəbiyyata giriş (IX əsr). 
2.
 
Erkən intibah dövrü Azərbaycan ədəbiyyatı (X-XI əsrlər). 
3.
 
İntibah dövrü Azərbaycan ədəbiyyatı (XII əsr). 
4.
 
Orta əsrlər Azərbaycan ədəbiyyatı (XIII-XVI əsrlər). 
5.
 
Erkən  yeni  dövr  Azərbaycan  ədəbiyyatı  (XVII-XVIII 
əsrlər). 
6.
 
Azərbaycan  ədəbiyyatının  maarifçi  realizm  dövrü  (XIX 
əsr). 
7.
 
Milli-demokratik  hərəkat  dövrü  Azərbaycan  ədəbiyyatı 
(XIX  əsrin  doxsanıncı  illərindən  1937-ci  il  repressiyala-
rına qədər). 
8.
 
Azərbaycan  ədəbiyyatında  sosialist  realizmi  mərhələsi 
(1920-1960-cı illər).  
9.
 
Erkən ən yeni dövr və keçid dövrü Azərbaycan ədəbiyyatı 
(1960-1995). 
10.
 
Azərbaycan ədəbiyyatının müstəqillik dövrü 
 
Bundan  əvvəl,  XX  əsr  ədəbiyyatşünaslıq  elmində  Azər-
baycan  ədəbiyyatının  dövrləşdirilməsi  aşağıdakı  kimi  ol-
muşdur:  


1.
 
Qədim  dövr  Azərbaycan  ədəbiyyatı  (Qədim  dövrlərdən 
XIII əsrə qədər). 
2.
 
Orta əsrlər Azərbaycan ədəbiyyatı (XIII-XVIII əsrlər). 
3.
 
XIX əsr Azərbaycan ədəbiyyatı. 
4.
 
XX  əsrin  əvvəlləri  Azərbaycan  ədəbiyyatı  (1900-1920-ci 
illər).  
XIX  əsr  və  XX  əsrin  əvvəlləri  Azərbaycan  ədəbiyyatı 
mərhələləri  iki  dövr  bir  yerdə  olmaqla  “Yeni  dövr  Azər-
baycan ədəbiyyatı” da adlandırılmışdır.  
5.
 
Azərbaycan Sovet ədəbiyyatı (1920-1991-ci illər).  
Son  dövrlərdə  həmin  mərhələ  “Müasir  Azərbaycan 
ədəbiyyatı” kimi də təqdim olunur. 
6.
 
Müstəqillik  dövrü  Azərbaycan  ədəbiyyatı  (1991-ci  ildən 
sonrakı ədəbiyyat). 
Müstəqillik  dövrü  Azərbaycan  ədəbiyyatı  mərhələsi  “Ən 
yeni dövr Azərbaycan ədəbiyyatı” da adlandırılır. 
 
P.S.: 1. Sovet hakimiyyəti illərində Azərbaycan ədəbiyyatı ta-
rixinin dövrləşdirilməsi zamanı əsasən hakim ideolo-
giyanın  insan  cəmiyyətinin  inkişaf  mərhələləri  haq-
qındakı siyasi-tarixi baxışlarına istinad edilmişdir. 
2.  Hazırda  isə  çoxəsrlik  Azərbaycan  ədəbiyyatı  tarixi-
nin  dövrləri  yenidən  müəyyən  edilərkən  aşağıdakı 
prinsiplər nəzərə alınmışdır: 
 
1.
 
Sivilizasiya amili 
2.
 
Ədəbi-tarixi proseslərin reallıqları 
3.
 
Azərbaycanda ədəbi cərəyanlar 
4.
 
Azərbaycançılıq məfkurəsi 
 
Fikrimizcə,  Azərbaycan  ədəbiyyatı  tarixinin  dövrləşdiril-
məsi  prinsipləri  konkret  olaraq  müəyyən  edilməli,  milli  ədəbiy-
yat  tarixinin  hazırlanmasında,  orta  və  ali  məktəblər  üçün  dərs-
liklərin  yazılmasında,  elmi-tədqiqat  prosesində  vahid  qaydada 
nəzərə alınmalıdır.
 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə