Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə16/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   12   13   14   15   16   17   18   19   ...   130

van  əslində  bütün  bunların  şəmin  iradəsindənkənar  baş  verdiyini  və 
ona  görə  də  xəcalətdən  şəmin  səhərədək,  necə  deyərlər,  «şam  kimi 
əriyib» daha ağrılı bir tərzdə can verdiyini bildirir:  
 
Sənə ey şəm, töhmətlər qalır məşuqələr içrə, 
Əgərçi xirməni-ömrün qılır bərbad pərvanə. 
Demə məşuqi-bipərvadır şəmə kim, məlamətdən 
Verib can sübhədək, oldu vəfadan şad pərvanə. 
 
Sən  demə,  başqalarından  fərqli  olaraq,  pərvanə  öz  məşuqunun 
həm də bu vəfadarlığını bildiyi, ona inandığı üçün özünü onun oduna 
atır.  Çünki  bu  odun  atəşində  külə  dönməklə  əslində  şəmə  –  öz  mə-
şuquna qarışıb onun vüsalına çatır. Ona görə də yanarkən heç bir fər-
yad qoparmır:  
 
Bilib şəmin vəfasın, cismi-canın atəşə yaxdı, 
Qəmi-hicri-dəmi-vəslində etdi şad pərvanə. 
 
Cəfayi-hicrdən canə yetib şövqi-vüsal ilə 
Yanıb şəmin oduna, etmədi fəryad pərvanə. 
 
Pərvanə  özünü  oda  atmaqla,  hicran  atəşindən  qurtarıb  vüsala 
çatdığı kimi, Natəvan da onun timsalında inanır ki, nə vaxtsa özü də 
əsl  eşqin,  ilahi  məşuqun  vüsalına  çatıb  rahatlıq  tapacaqdır.  Bunun 
üçün özünə səbr diləyir:  
 
Yanar çün Natəvan xəstə müdam ol atəşi-qəmdən, 
Səbur ol, eylə adət, şiveyi-ustad, pərvanə! (4, 64). 
 
Beləliklə,  lirik  «mən»lə  şair  «mən»i  birləşir.  Xurşidbanu  xanı-
mın  tərənnüm  etdiyi  eşq  də,  aşiq  də  zahirən  cismani,  maddi  olub, 
bizimlə birgə nəfəs alsa da, ruhən, mənən ilahi xarakterlidir.  
Bəşər övladının yer üzündəki nəslini aşiq belə görür:  
 
Səhərgəh nagəhan gördüm, dili-zarum nihan ağlar
Sirişki al ilə hər dəm çəkər ahü-fəğan ağlar. 
Sual etdim nə baisdir çıxıb əflakə əfqanın, 
Tökər xuni-cigər çeşmin, baxar hər yan, rəvan ağlar? (5, 43). 
 
Aşiqin nə üçün hər kəs qan-yaş tökür? Sualına onun hər şeydən 


oyaq könlü də cavab tapmayıb, hər şeydən xəbərdar olan badi-səbaya 
müraciət  etməyi  məsləhət  bilir.  Məlum  olur  ki,  dərddən,  dəhşətdən 
badi-səbanın da dili tutulub.  
Aşiqə dərdini söyləyə biləcəyi həmdəm də qəhətə çıxıb; o, dər-
dini  kimə  söyləyirsə,  həmin  adamın  özündən  betər  ağladığını  görür. 
Bu  məqamda  ustadı  Məhəmməd  Füzuli  ilə  səsləşən  Xurşidbanu,  on-
dan fərqli olaraq, reallıqları dünyanın qanunayğunluğunda, belə qurul-
masında görür:  
 
Bu, divani-qəzavətdir, müqəddər ruzi-əzəldən 
Ki, hər dəm növbənöv qəmlər yetər, bu natəvan ağlar (5, 44). 
 
Ancaq  aşiqə  görə  bütün  qəmlərdən  ən  betəri  hicran  qəmidir. 
Bilir ki, öz ilahi eşqinin vəslinə çatsa, bütün çəkdikləri və çəkəcəkləri 
sona yetəcək: 
 
Tamamən dərdü qəmlərdən, fərağın dərdi əfzundur, 
Onunçün Natəvan hər dəm olub nalan, qan ağlar (5, 44). 
 
Burada  yenə  lirik  «mən»lə,  müəllif  «mən»i  birləşir.  Eyni  za-
manda  aşiqin  ikili  xarakterinə  uyğun  olaraq,  ilahi  məşuqə  çatmaq 
həsrəti  ilə  Natəvanın  övlad,  vətən,  yar  həsrətinin  poetik  ifadəsi 
vəhdətdə üzə çıxır. 
Ayrılıq  dərdi,  hicran  odu  Natəvanın  poeziyasnıda  çoxməzmun-
ludur, zəngin və çoxçalarlıdır. Buraya vətən həsrəti, qəriblik nisgili də 
daxildir.  Ancaq  həmin  şeirlərdə  bədii  təsvirini  tapan  ayrılıq  təkcə 
vətən  həsrətli  olmayıb  daha  geniş  məna  və  məzmun  tutumludur.  – 
“Bilən  bu  dərdimi  yoxdur  bu  halətdə,  bu  halətdə...”,  –  deyən  lirik 
qəhrəmanın  qəlbini  saran  möhnətdə  həm  də  dost,  qəlb  sirdaşının  eti-
nasızlıq  tonu  duyulur.  Növbəti  beytlərdə  kədərin  məzmunu  və  şərhi 
belə genişlənir: 
 
Gözümdə intizarım var, dilimdə iztirabım var, 
Rəqiblər yar, mən əğyar bu qəflətdə, bu qəflətdə. 
Vətəndən ayrılıb getdim, eşq rəhində seyr etdim, 
Hicrində mən cana yetdim bu həsrətdə, bu həsrətdə. 
Məni qoydu fərağında, həmişə ahu-zarında, 
Ömrümün axır çağında bu üsrətdə, bu üsrətdə (5, 58). 
 
Vətən  həsrətinə  təklik,  kimsəsizlik  qarışıq  ömrün  qürubundan 


doğan  kədər  də  qarışır.  Ona  görə  aşiq  «varımdı  sinədə  dərdü-qəmi 
nəhan, ölürəm!» – deyə məşuqu yolunda fədakarlığını sübut edən hər 
hansı sınağın fədakarlıq və həsrət dolu intizarın sonsuzluğu aşiqin nalə 
dolu fəryadını dilə gətirir:  
 
Qoyubdur intizarında, neçin gəlməz, neçin gəlməz?  
Həmişə ahu-zarında, neçin gəlməz, neçin gəlməz?  
Üzüldüm karivanımdan, əl üzdüm xanimanımdan, 
Fələk incir fəğanımdan, neçin gəlməz, neçin gəlməz?  
Gedibdir qafiləsalar, olubdur gözlərim xunbar
Nə bir yarü, nə bir qəmxar, neçün gəlməz, neçün gəlməz (5, 56). 
 
Göründüyü  kimi,  aşiqin  fəğanı  ərşə  çatır,  bu  fəğandan  fələklər 
də inciməkdə, narahat olmaqdadı. Ayrılıq odundan baharda belə xəza-
na  dönən  aşiqin  bağrı  bahar  laləsi  kimi  qana  dönmüşdür.  Fəraqdan 
beli  kamantək  bükülən  aşiqin  taqəti  də,  səbri  də  tükənməkdədir.  An-
caq X.Natəvanın lirik qəhrəmanı, «mən»i axıradək şikayətçi deyil. O, 
hər  bir  halın  məntiqliliyini,  qanunauyğunluğunu  dərk  etdiyi  kimi, 
qəribin tənhalıq vəziyyətini də normal sayır. Odur ki, başqa bir qəzə-
lində oxuyuruq: 
 
Şikayət eyləmə, Xurşid, xudaya şükr eylə
Qəribi dəhrdə yalqız qoyarlar axşamlar (5, 60). 
 
Axşam qaranlığı çökdükcə hər kəsin ruhunu çulğalayan hüznün 
ağırlığını qəriblər tənhalıqlarında daha  artıq və  ağrılı  yaşayarlar. An-
caq  Natəvanın  lirik  «mən»i  bu  vəziyyətdə  də  Xudanın  dərgahına  sı-
ğınmaq üçün özündə güc tapa bilir. Çünki dünyanın gərdişindən, onun 
hər kəsin mənafeyinə uyğun yox, öz təbii axarı ilə dövr etdiyini, bəşər 
övladına həmin qanunauyğunluqlarla müxtəlif tale yaşatdığını dərk və 
qəbul edir.  
Şair  süsəni  də,  qərənfili  də,  bənövşəni  də  –  hər  birini  öz  tə-
biətində,  rəng  çalarında,  zərifliyində  və  ətrində  bütün  çalarları,  sim-
metrik zərifliyi ilə bənzərsiz şəkildə qəbul və vəsf edir.  
Onun  qənaətinə  görə,  süsən  gülünün  zərifliyi,  kamilliklə  üzə 
çıxması  onu  yaradanın  lütfündədir.  Eynilə  də,  qərənfilin  daima  həya 
və naz pərdəsi ilə süslənməsi gülşəndəki digər güllər kimi, şairi də ona 
vurğun  etmişdir.  Ancaq  qərənfilin  pəjmürdə  halını  görüb,  bunun 
səbəbini – düşmüş olduğu sevdadan irəli gəldiyini bildiyindən şair ona 
hamıdan çox vurulmuşdur:  


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə