Nizami CƏFƏrov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/69
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31240
  1   2   3   4   5   6   7   8   9   ...   69


 
 
NİZAMİ CƏFƏROV 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
AZƏRBAYCANŞÜNASLIĞIN 
ƏSASLARI 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
BAKI – 2005 


 
 Elmi 
redaktor 
: fəlsəfə elmləri doktoru, 
  professor 
Həmid İmanov 
 
 
Rəyçilər:  
tarix elmləri doktoru, 
  akademik 
Teymur 
Bünyadov 
 
 
 
Azərbaycan MEA-nın müxbir üzvü, filologiya elmləri  
 
 
doktoru, professor Tofiq Hacıyev 
 
 
 
Nəşriyyat redaktoru: İradə Akifqızı 
 
 
 
Cəfərov N. Azərbaycanşünaslığın əsasları. — Bakı: Pedaqogika, 2005. —256 səh. 
 
 
Əməkdar elm xadimi, Azərbaycan MEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor, 
Nizami Cəfərovun "Azərbaycanşünaslıgın  əsasları" kitabında Azərbaycan xalqının, dilinin, ədəbiyyatı-
nın, mədəniyyətinin formalaşması tarixi barədə sistemli məlumat verilir, azərbaycançılıq ideologiyasının 
təşəkkül mərhələləri araşdırılır. 
 Kitab 
azərbaycanşünas tədqiqatçılar, universitet müəllimləri və  tələbələri üçün nəzərdə 
tutulmuşdur. 
 
 
C 1805080000-061 
       057-2005      Qrifli nəşr 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
© N. Cəfərov, 2005 


GİRİŞ 
 
 Azərbaycan haqqında müxtəlif mənşəli, müxtəlif xarakterli mənbələrin verdiyi bu və ya digər 
dərəcədə elmi məlumatlar qədim dövrlərdən başlasa da, azərbaycanşünaslıq kifayət qədər mükəmməl bir 
elm olaraq XX əsrin 30-cu illərində formalaşmışdır. Azərbaycanşünaslığın meydana çıxması Azərbay-
canda elmi təfəkkürün inkişafı ilə yanaşı (bəlkə də daha çox) azərbaycançılıq dünyagörüşünün təşəkkülü 
ilə bağlı olmuşdur ki, bu da özünü milli-ictimai təfəkkürün müxtəlif sahələrində göstərmişdir. XIX əsrin 
sonu, XX əsrin əvvəllərindən etibarən azərbaycanlı mütəfəkkirlər türklük, müsəlmanlıq və müasirlikdən 
ibarət bir məmləkət barəsində düşünməyə (hətta döyüşməyə!) başlamış, təsəvvürlərində yaratdıqları 
həmin məmləkəti — Azərbaycanı ilk dəfə 1918—1920-ci illərdə bütün reallığı ilə gördükdən sonra 
onların düşüncələri (və döyüşləri, mücadilələri) daha konkret, daha məqsədyönlü, daha elmi xarakter 
almışdır. Bununla belə, qeyd etmək lazımdır ki, haqqında söhbət gedən dövrdə azərbaycançılıq 
dünyagörüşü Azərbaycanda geniş yayılmış müxtəlif ideologiyaların ardıcıl təzyiqinə  məruz qaldığı, 
olduqca gərgin ideya münaqişələri gedişində formalaşdığı üçün daxili ziddiyyətlərdən, yaxud metodoloji 
eklektikadan xilas ola bilməmişdir. XX əsrin 20-ci, 30-cu illərində, yəni azərbaycanşünaslığın bir elm 
olaraq konturlarının sürətlə müəyyənləşdiyi dövrdə ideoloji münaqişələr bu və ya digər dərəcədə aradan 
qalxsa da, vulqar sosiologizm, sovet "beynəlmiləlçiliyi" həmin elmin bir sıra  əsas problemlərinin  
(xüsusilə etnogenez probleminin) düzgün həllinə imkan vermədiyi kimi, azərbaycançılıq dünyagörüşünün 
təşəkkülü prosesinə də mane olmağa başladı. Beləliklə, bir tərəfdən, milli-ictimai (intellektual!) təfəkkür 
azərbaycanşünaslığın elmi əsaslar üzərində yüksəlməsini tələb edir, digər tərəfdən, siyasi-ideoloji şərait 
obyektiv araşdırmalara mane olur, elmi həqiqətləri müxtəlif "konsepsiyalar" arxasında gizlətməyə 
çalışırdı. XX əsrin 20-ci, xüsusilə 30-cu illərində azərbaycançılıq dünyagörüşünə özünəməxsus bir 
emosionallıq, romantik vüsət gəldi ki, bu, bizim fikrimizcə, həmin dünyagörüşünün sosial-siyasi 
perspektivliliyini göstərirdi. Azərbaycançılıq ideologiyasının banilərindən olan böyük Səməd Vurğunun 
yaradıcılığı, xüsusilə, məşhur "Azərbaycan" şeiri bunu təsdiq edir: 
 
 
 
 
 
El bilir ki, sən mənimsən,  
 
 
 
 
Yurdum, yuvam, məskənimsən... 
 
 
Həm azərbaycançılıq dünyagörüşünün, həm də azərbaycanşünaslıq elminin XX əsrin 30-cu 
illərində müəyyənləşmiş  əsas prinsipləri sonrakı onilliklərdə, demək olar ki, dəyişmədi, yalnız 70-ci 
illərdən müəyyən "etirazlar" doğurmağa başladı ki, bu "etirazlar" da müxtəlif formalarda təzahür edirdi. 
Ümumiyyətlə, keçən  əsrin (və minilliyin) sonlarına qədər həm azərbaycançılıqda, həm də xüsusilə 
azərbaycanşünaslıqda mübahisəli məsələlər mübahisəsiz məsələlərdən müqayisə edilməyəcək qədər çox 
olmuşdur. Odur ki, bu barədə  bəhs edərkən  əksəriyyətin ilk cəhddən qəbul edəcəyi fikirlər söyləmək 
nəinki çətin, hətta qeyri-mümkündür — olduqca müxtəlif mülahizələrlə, eyni fakt üzərində qurulmuş bir-
birinə  əks nəzəriyyələrlə qarşılaşmaq, həqiqəti məhz mübahisələrdən çıxarmaq lazım gəlir ki, bu da 
azərbaycanşünaslığın polemik xarakterli, əsasən problemlərdən ibarət bir elm olmasını şərtləndirir. 
 ... 
Azərbaycanşünaslığın formalaşmasında türkoloqlar, iranşünaslar, qafqazşünaslar, semitoloqlar, 
demək olar ki, eyni dərəcədə  iştirak etmişlər, ona görə  də  həmin elm sahələri üzrə mütəxəssislərin çox 
zaman biri digərini tamamilə inkar edən mülahizələri azərbaycanşünaslıqda sinkretik (və "beynəlmiləl!") 
bir "sistem" təşkil edir. 
 
Əlbəttə, beynəlmiləl, ümumbəşəri dəyərlərə hörmət hər bir xalqın mükəmməlliyini, mədəni 
səviyyəsinin yüksəkliyini göstərir; bununla belə, hər hansı xalqı zorla beynəlmiləlləşdirmək ona heç bir 
"hüquq", yaxud nüfuz gətirməz,  əksinə, həmin xalqı öz kökündən, tipologiyasından ayırıb dünya 
proseslərinin önündə gedənlərin kölgəsinə çevirər. Və XX əsrdə Azərbaycanda geniş yayılmış bir sıra 
kvazibeynəlmiləlçi konsepsiyalara əsaslansaq, onda gərək özümüzü konqlamerat bir etnik hadisə hesab 
edək — tarix isə heç zaman belə bir şey yaratmamışdır. 
 Azərbaycanşünaslığın  ən mühüm problemi, heç şübhəsiz, Azərbaycan xalqının mənşəyi 
(etnogenezi) problemidir ki, 30-cu illərdən başlayaraq o, müxtəlif  şəkillərdə "həll edilmişdir" — 
türkoloqlar türk, iranşünaslar  İran, qafqazşünaslar, bu və ya digər qeyd-şərtlə  də olsa, Qafqaz (Alban) 
başlanğıcını əsas götürmüş, nəticə etibarilə mürəkkəb bir "metodoloji mənzərə" yaranmışdır. Odur ki, bu 
gün Azərbaycan dilinin, ədəbiyyatının, mədəniyyətinin təşəkkül tarixi barədə  əsaslı  (əksəriyyətin qəbul 
edəcəyi) bir fikir söyləmək olduqca çətindir; artıq mövqeyini möhkəmlətmiş "konsepsiyalar" mövcuddur 
ki, hər biri yeganə düzgün fikir sayılmaq iddiasındadır. Azərbaycan akademik tarixşünaslığı bu cür 
konsepsiya bolluğuna geniş şərait yaratmışdır: 
 "Azərbaycan xalqının təşəkkülündə Manna, Atropatena və Qafqaz Albaniyasında məskunlaşmış 
müxtəlif, o cümlədən Qafqaz və İran dillərində danışan qədim dövr və orta əsrlərin tayfa və xalqları — 
mannalılar, kaspilər, Atropatena madalıları, albanlar, azərilər və bir sıra digərləri əsas rol oynamışlar. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə