Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə70/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   66   67   68   69   70   71   72   73   ...   121

Üstünə səpilmiş bənövşə, ənbər.

Başım dik tutan boylan çinar,

Döyüşdən qorxmayan igid qulamlar, 

Cilovda yeriyən qullar hər biri 

Görüşdə ən təzə, xidmətdə diri.

Hüzura göndərdi belə bir baxşış,

Başqa töhfələri həddim aşmış.

Saraya axınca bu var, bu dəniz,

Nazirlər saymaqdan qaldılar aciz.

Sərirli hüzura gəldi, baş vurdu,

Belini ikiqat bükərək durdu.

İskəndər şəfqətlə oturtdu onu,

Hörmətlə yüksəltdi uca boynunu. 

Məclisdə bitincə görüş ayini,

Soruşdu taxt ilə cam qissəsini:

"Anlat ki, tilsimli cam, Kəyan taxtı 

Necədir, sönmüşdü onun da baxtı?" 

Sərirli dedi: "Ey dünyamn şahı,

Şərəfli şahların ey şahənşahı!

Keyumərs ordundan kiçik bəndədir, 

Firidun mülkünün fərmanindədir. 

Ulduzlar yayma ox olsun sənin,

Göy kimi dünyam tutsun kəməndin. 

Keyxosrov camıdır hər şeyə açar,

Sənin də əlində açan güzgü var.

Fərq budur, dünyada qazandı ad-san 

İskəndər güzgüdən, Keyxosrov camdan. 

Taleyi oyanmış padşahlar getdi,

Bu taxtı, bu tacı sənə tərk etdi.

Taxtınla dünyaya saçılsın işıq,

Başından tac əskik olmasın artıq.

Dünya tacidan əzm etmiş, desək 

Köhnəlmiş bu tağa vursun yeni rəng. 

Onunçun atım sürmüş bu yerə,

Ucalsın daxmamız uca göylərə." 

İskəndər dedi: "Ey böyük namidar, 

Kəyandan bu taxta, taca yadigar.

249



Çünki mən Kavusun taxtına keçdim, 

Cəmşidin camından gülgün mey içdim. 

Bu uca taxt ilə cam üçün, gerçək. 

Oynamış yerindən, çırpınır ürək. 

Bilmək istəyirəm, uca tacidar 

Dar köhüldə necə tutmuşdur qərar? 

Keyxosrov sirrim arar İskəndər,

Sən otur, o yerə yalnız yol göstər! 

Yiyəsiz taxüna ağlayım bir an,

Öpüm gülgün camın dodaqlarından.

Bu taxt ki, Xosrovdan qalmış yadigar, 

Şahın ölümündən açarmı əsrar?

Eşidim o cansız camdan bir salam. 

Vücudum canlansın, yaşayım xoşkam. 

Canımın güzgüsü paslıdır, gərək 

O pasla güzgünün tozunu silmək. 

Görməklə qəlbimə düşsün bir təşviş, 

Asan olsun mənə hər bir çətin iş." 

İskəndər sözünü salmadı yerə,

Sərirli itaət etdi bu əmrə.

Tez qalabəyinə göndərdi xəbər:

Qarşıya çıxarsın böyük töhfələr. 

Çeviklik göstərsin hər bir xidmətdə, 

Həm qonaq sevməkdə, həm nəzakətdə. 

Tapşınq verdi: taxt keşikçiləri 

Padşaha xidmətdən durmasın geri.

Yol versin, Keyxosrov taxüna keçsə, 

Qədəhi doldursun gülgün mey içsə., 

Keyxosrov taxtına əyləşdirsinlər, 

Töksünlər başına inci və gövhər. 

Şərabla doldurub fimzə camı 

Versinlər padşaha, qalmasın kamı. 

Versin xoşladığı yeməkdən ona, 

Durmayın geri baş əyməkdən ona.

Elə ki, bitirdi tapşınqlan,

Dedi: "Şah buyursun qalaya san. 

izninlə burada qalmalıyam mən,

250



Sizi qarşılayım ordan dönərkən." 

Getməkçin tərpəndi böyük İskəndər, 

Bəlinas onunla getdi bərabər.

Məhəkə vurulmuş beş-altı qul da 

Ona yoldaş oldu bu çətin yolda. 

Mağara yolunu durmadan biçdi,

O qədər ucaldı, göyləri keçdi. 

Dırmandı rahatlıq etmədən belə 

Çərx kimi burulan yoxuş, keçidlə. 

Gördü bir qaladır, alçalar göylər, 

Adım davada çəkməmiş bir ər. 

Gəlinlər tez şərbət hazır etdilər, 

Qatdılar dodaqdan ona gül, şəkər. 

Açıldı şahanə gözəl bir süfrə, 

Yeməkdən düzüldü adma görə.

Sarayın qızlan bənzərdi aya,

Hər yandan padşahı aldı araya. 

Dəbdəbə, şövkətə daldı İskəndər, 

Dövlətin siması qəlbi cəzb edər.

Şah xörəkdən yedi, şərbətdən içdi, 

Qalxınca Keyxosrov taxtına keçdi. 

Taxün ayağına gəldiyi zaman 

Hörmətçin tacım aldı başından.

Elə bil səsləndi hər qapı, divar: 

"Yuxudan oyandı yatan tacidar." 

Sərirli vermişdi belə bir fərman: 

"Keyxosrov taxtına çıxsın hökmüran." 

O böyük tacidar keçincə taxta,

Bir simürğ oturdu sanki budaqda.

O qızıl sütunlu taxtı güdənlər 

Söz xəzinəsindən saçdılar gövhər: 

"Padşahın çıxması şahanə təxtə 

Hər zaman uğurlu yol açar bəxtə. 

Yaqutu ölçən bu gövhər cam ki, var, 

Çox saysız sərvətə olmuşdur açar.

Bu dövlət becərən cam və taxt ilə 

Çox taxü və camı alarsan ələ."

251



O biri dedi: "Ey uca şəHriyar!

Bir ölkə görməmiş səntək tacidar. 

Keyxosrov taxtına sən ki oturdun, 

Başım fələyin taxtına vurdun." 

incə bir dil açdı başqa bir nəfər: 

"Keyxosrov, Keyqubad nə vaxta qədər, 

Qolun ki, bu taxtla gücləndi artıq, 

Edərsən Keyxosrov və Keyqubadlıq." 

Şah bu taxt önündə bəxtiyarlıqla 

Gözəl fal vuruldu namidarlıqla.

Padişah bu taxta bəzək, şan verdi,

Ölən Keyxosrova yeni can verdi.

Şah taxtın üstündə oturdu çox az,

Tez taxü öpərək endi keyfi saz.

Şah taxta o qədər xəzinə saçdı, 

Xəznədar gözünü heyrətlə açdı.

Əmr etdi: bir qızıl kürsü qoyulsun, 

Xosrovun camı da yanında olsun. 

Kürsüyə oturdu adlı tacidar,

Keyxosrov camım ələ aldılar,

Saqi tapşırığı görüncə belə,

Parlatdı o camı qızıl mey ilə.

Verdi İskəndərə qəlbində sevinc: 

"Keyxosrov eşqinə bu şərabı iç! 

Bəxtinin ulduzu sənə yar olsun,

Qollann bu camla bəxtiyar olsun!"

Şah camı görüncə ayağa qalxdı,

Bir kərrə içərək camı buraxdı.

Cama qolbağından saldı bir gövhər, 

Oturdu, önünə qoydu İskəndər.

Yiyəsiz o taxta kədərlə baxdı. 

Gözündən şərabsız cama yaş axdı. 

Padşahsız, şərabsız, yetimtək duran 

Boş taxta, boş cama çəkdi bir dastan:

- Qalmasın qızıl taxt yiyəsiz, yalnız,

Bu cam da olmasın qızıl şərabsız.

Hər qədəh işığı alır şərabdan,

252



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə