Şərab bir çay kimi axıb gedirdi,
Mamişan dodağı onu dişlərdi.
İsfahan gülləri ətir saçırdı,
Tərazın müşki də ağız açırdı.
Toya al çiçəklər səpirdi şəfəq,
Şəkərdən ay, günəş doldurmuş təbəq.
Sanki bir saraydır tikmiş şəkərdən,
Bir günbəd ucaltmış al çiçəklərdən.
Dəbdəbə, şövkətdən coşmuşdu hər yan,
Ətrafa can verir çalan, oxuyan.
Qaraltı incə bir qumaş geyincə
Müşk ilə, ay ilə bəzəndi gecə.
Göydə ay parlaq bir sədəfə bənzər,
Kərx əttan ona səpərdi ənbər.
O müşkin saçlı ay şaha ərmağan
Qənd, badam düzəltdi gözdən, dodaqdan.
Onlan göndərdi şah mişkusuna,
Layiqdir müşk ilə mah mişkusuna.
Al günəş o səhər şəfəq sökərkən
Çıxdı bir gəlintək incə ipəkdən.
Çırpındı şah qəlbi gəlin eşqiylə,
Sanki rus zəngidir salmış vəlvələ.
Çalğıdan, şərabdan qurdu bir işrət,
Utandı, qibtədən tər tökdü cənnət.
Dostlarla içərkən artır fərəhi,
Şərabdan dönürdü başı, qədəhi.
O qədər xəzinə bəxş etdi o gün,
Yer onu çəkməkdən olurdu düşgün.
Gecə al günəşdən düyümü dəldi,
Şəfəqin əlinə bir əqiq gəldi.
Onu da uddu Busəhaq firuzə,
Busəhaqlara bax, ilişdi sözə
173
.
Vüsala yetişmək üçün İskəndər
O müşkin mişkuya göndərdi xəbər,
Rövşənək olsun bir işıqlı çıraq,
Gəlsin, qədəmindən zinət alsın bağ.
Dedi Rövşənəyə sevimli ana:
"Gedirsən İskəndər şahın yanına.
187
Qiymətli yaqutsan İskəndər üçün,
Bir inci gövhərlə birləşsin bu gün.
Bu dövlət əqdinə bir arxa verək,
Yenə də ölkədə padşahlıq sürək.
Əmrindən yaramaz boyun qaçırmaq,
Sənə bu Rum şahı layiqdir ancaq.
Saçından xidmətə bağlarsan kəmər,
Taleyi sənə də səadət verər.
Ondan başqa hər kəs adım çəkər.
Saçıntək başlan kəmərə dəyər
174
.
Qulağında qızıl halqa daşısan,
Qapı halqasıdır onsuz bu halqan.
Rəftar et ki, odur bu gündə Dara,
Daratək bizimlə edər müdara”.
Anam dinlərkən o sevimli qız
Həyadan tər tökdü, baş əydi yalmz.
Saraya hərəkət əzmiylə durdu,
Ay kimi qızıldan taxta oturdu.
Aldılar padşaha məxsus gərdəyə,
Hər tərəf sanldı ipək pərdəyə.
İskəndər səxavət əlini açdı,
Məclisin gözünə bir heyrət saçdı.
Şahdan hədyə aldı xidmətçi, dayə,
Qızıldan gövhərdən verdi hədiyyə.
Yabançı kəslərdən boşaldı saray,
Bir yerə toplandı günəş ilə ay.
Mehriban anası gəldi irəli,
Dənizə tapşırdı incə gövhəri:
”O uca padşahlar nəslindən nişan
Yalmz bu boy atmış sərvdir qalan.
Mən ona demirəm qiymətli gövhər,
Ya da ki, ərinə adlı-sanlı ər.
Atasız qalmışdır, dərdə salınmış,
Yetimdir, əlindən mülkü alınmış.
Əmanət tapşırdım sənə bir çiçək,
Bir sən bil, bir əqlin, bir də gələcək”.
Şah qəbul edərək yanaşdı ona,
Yoldaşlıq tacım qoydu başına.
188
Şümşada tay oldu bəzəkli süsən,
Sevimli bir sərvə yurd oldu çəmən.
O gövhər ləlindən uca İskəndər
Başladı almağa dəyərli gövhər.
Gördü bir pəridir sevimli dilbər,
Pərəstiş etmədə ona pərilər.
Canlı bir sərv idi, xurmadır ban,
Şəkərə dadımlıq verir göftan.
Füsunkar gözləri kəskin, can alan,
Hər dərdə şəfadır, xəstəyə dərman.
Dirsəyi qısadır, saç, gərdən uzun,
Dodağı şəkərdir, xalı da uyğun.
Çənəsi sadədir, sallanmış buxaq,
Qaynar gözlərində gülabdan bulaq.
Bəslənmiş qırmızı qanla ciyərtək,
Sanki göz içində parlayır bəbək.
Duz səpsə sağalar xəstə ürəklər,
Dodağı dünyaya saçar çiçəklər.
Hər gülən dodağı şəkər saçardı,
Gülüşü gülüşə bir yol açardı.
Gözündən gül üzə gülablar axmış,
Beh incə idi, sinəsi qalxmış.
Qıvırcıq saçlan müşkə çalırdı,
Günəş çeşməsinə kölgə salırdı.
Çeşməm, kölgəm görüb şəhriyar
Mənzilə yetişdi, oldu bəxtiyar.
Vəfalı gözləri xoş gəldi ona,
Ürəyi çırpındı, basdı bağnna.
Sıxıb qollarım boynuna saldı,
Kam aldı, kamından kami-dil aldı.
Rövşənək işıqlı çıraqtək yandı,
Eyvanı cənnəttək nura boyandı.
"Cahanbanu" deyə, yeni ad taxdı,
Bütün ixtiyarı ona buraxdı.
Olduqca ayıqdı, dinc və həyalı,
Söylənməz sözlərdən ağzı qapalı.
Şahlığın açann ona tapşırdı,
Başımn tacım göyə qaldırdı.
189
Dostları ilə paylaş: |