Nizami Gəncəvinin 875 illik yubileyi münasibəti ilə Mərkəzi kitabxanaların uşaq şöbələri, mks-nin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün hazırlanmış metodik vəsait



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə1/12
tarix31.10.2018
ölçüsü1,08 Mb.
#77109
  1   2   3   4   5   6   7   8   9   ...   12


 

 

      



                       

F.Köçərli adına Respublika

Uşaq Kitabxanası

 

 

 



          

 

 

    

 

 

 

 

 

 

 

 

         Sönməz günəşin hikmət dəryası 

 

Nizami Gəncəvinin 875  illik yubileyi münasibəti ilə Mərkəzi 

kitabxanaların uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə,  kənd  

kitabxana filialları üçün hazırlanmış metodik vəsait 

  

 

 

 

 

 

 

 

 

Bakı – 2016 

 



 

Tərtibçi:                                 Könül  Səmədzadə 

                                         Sevil Əhmədova 

 

Redaktor:  

 

 

 Zahirə Dadaşova 

 

 

 

 

 Əməkdar mədəniyyət işçisi 

 

İxtisas redaktoru və              Ş.Qəmbərova  



Buraxılışa məsul:                  Əməkdar mədəniyyət işçisi 

 

 

 

 



 

 

Sönməz  günəşin  hikmət  dəryası:  metodiki  vəsait  /tərt.  ed. 

K.Səmədzadə;  red  Z.  Dadaşova.    Red  və    burax.  məsul 

Ş.Qəmbərova;  F.Köçərli  adına  Respublika  Uşaq  Kitabxanası.- 

Bakı, 2016.-  54s. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2016. 


Biz  Nizaminin,  Xaqaninin,  Nəsiminin,  Füzulinin  adlarını 

böyük  iftixar  hissi  ilə  çəkirik  və  onların  əsərlərini  oxuyaraq 

xalqımızın  nə  qədər  dahi,  müdrik  və  istedadlı  xalq  olduğunu  bir 

daha dərk edirik. Eyni zamanda, dünya, bəşər qarşısında bununla 

fəxr  edirik,  öyünürük.  Öyünməyə  də  haqqımız  var.  Çünki  bu 

böyük  insanlar  nəinki  bizim  xalqımızı,  bütün  bəşəriyyəti,  bəşər 

tarixini zənginləşdirən əsərlər yazmışlar.  

 

 



 

 

İlham Əliyev 



Azərbaycan Respublikasının Prezidenti 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


                                    

Tərtibçidən: 

 

Nizami  Gəncəvi  Azərbaycan  xalqının  bəşəriyyətə  bəxş  etdiyi 



dahi  şəxsiyyətlərdən  biridir.  O,  humanist,  mütəfəkkir  şair  kimi 

şöhrət  qazanmışdır.  Doqquz  yüz  ilə  yaxındır  ki,  əsərləri  dünya 

bədii  söz  xəzinəsinin  incisi  kimi  bütün  nəsillərin,  eləcə  də  bizim 

mənəvi müasirimizdir. 

Nizami  yaradıcılığı  dərindən  tədqiq  olunduqca,  bütün 

dolğunluğu ilə öyrənildikcə, daha böyük tərbiyəvi əhəmiyyət kəsb 

edir.  Məhz  bu  cəhət  şairin  ədəbi  irsinin  tədqiqinə,  təbliğinə  və 

nəşrinə diqqəti artırmağı tələb edir. 

Nizami  Gəncəvi  irsinin  geniş  təbliği  işində  ümumtəhsil 

məktəblərinin,  mədəniyyət  ocaqlarının  üzərinə  böyük  vəzifə 

düsür.  Şairin  əsərlərinin  öyrənilməsinə  maraq  oyatmaq  lap  aşağı 

siniflərdən 

başlanmalıdır.  Məktəb  proqramlarında  şairin 

əsərlərinin  öyrənilməsinə  geniş  yer  verilir.  Elə  bu  baxımdan  da, 

məktəblərlə yanaşı, kitabxanaların da üzərinə böyük vəzifə düşür. 

Biz də bir kitabxanaçı olaraq, Nizami irsinin öyrənilməsi və təbliğ 

olunması üçün bir çox tədbirlər planı hazırlamışıq. Ümidvarıq ki, 

görkəmli şairin yubileyi ilə bağlı təqdim etdiyimiz metodiki vəsait 

sizin istifadə edə biləcəyiniz vəsaitlərdən biri olacaqdır.     

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



I B ö l m ə 

 

Həyat və yaradıcılığı 

 

Nizami 


Gəncəvi 

1141-ci 


ildə 

Azərbaycanın 

qədim 

şəhərlərindən biri olan Gəncədə doğulmuş, ömrünün axırına qədər 



orada  yaşamış,  yazıb-yaratmışdır.  Nizami  1209-cu  ildə  vəfat 

etmişdir.  

Şairin  əsl  adı  İlyas,  atasının  adı  Yusifdir.  Nizami  onun 

təxəllüsüdür.  Bu  təxəllüs  onun  həyatda  və  həyatının  mənası 

saydığı poeziyada qarşısına qoyduğu məqsədləri son dərəcə dəqiq 

ifadə  edirdi.  “Nizami-nizamlayan,  nizam  verən,  qaydaya  salan” 

deməkdir.  

Nizami  Gəncə  şəhərində  mədrəsə  təhsili  almışdır,  lakin  o, 

dövrünün  bir  sıra  elm  sahələrinə  (fəlsəfə,  tibb,  həndəsə, 

astronomiya  və  s.)  dərindən  bələd  olmuşdur.  Bunlarla  yanaşı, 

dünya  mədəniyyəti,  xüsusilə  yunan,  ərəb,  fars  mədəniyyəti  ilə, 

Qafqaz  xalqlarının  tarixi  ilə  maraqlanmış,  onların  folklorunu 

öyrənmişdir.  Nizami  ərəb,  fars  dillərini  mükəmməl  bilmiş  və  bir 

sıra dillərə yaxından bələd olmuşdur. O, bunlara müstəqil mütaliə 

yolu  ilə  nail  olmuşdur.  Müstəqil  mütaliə  şairin  dərin,  hərtərəfli 

bilik qazanmasına imkan vermişdir.  

Əsərləri  yüzilliklərdən  bəri  sevilə-sevilə  oxunub  bu  gün  də 

ürəkləri  fəth  edən  dahi  Azərbaycan  şairi  və  mütəfəkkiri  Nizami 

Gəncəvi  bəşər  mədəniyyətinin  yetirdiyi  nadir  şəxsiyyətlərdəndir. 

Söz  dünyasının  günəşi,  hələ  saglığında  əsərləri  möcüzə  sayılan 

Nizami  özü  də  yaradıcılığının  dəyərini  yaxşı  bilmişdir.  Dahi 

sənətkar  bədii    fikir  tarixini  insan  səadəti,  mənəvi  yüksəklik, 

mənalı  ömür,  azad  və  ədalətli  cəmiyyət  və.  s.  kimi  əhəmiyyətini 

heç  vaxt  itirməyən  ölməz  ideyalarla  zənginləşdirmişdir.  Nizami 

sənəti  özünün  humanist  ruhu,    xalq  arzu  və  istəklərinin  aydın, 

təsirli  ifadəsi  ilə  seçilir.  Buna  görədir  ki,  bu  zəngin  irs  bütün 

dövrlərdə  müasir  səslənmiş,  təqdir  olunaraq  izlənilmişdir.  Şair 

“Sirlər  xəzinəsi”  poemasında  belə  bir  fikir  yürüdür  ki,  elmin, 




Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə