uğrunda fədakarlıq kimi gözəl cizgilərlə zənginləşdirmiş, onu bir
xalq qəhrəmanı kimi təsvir etmişdir.
II Aparıcı: Nizami yaradıcılığının nəşri, tədqiqi və təbliği bu gün
də diqqət mərkəzindədir və bu sahədə atılan hər bir uğurlu addım
bizi böyük Azərbaycan şairinin ölməz bəşəri ideyalarına daha da
yaxınlaşdırır, bəşəriyyətin xoşbəxtliyi uğrunda mübarizədə onu
bizim mənəvi müasirimizə çevirir.
Bəli, elə bu baxımdan da qeyd etmək istərdim ki, Nizaminin bizə
qoyub
getdiyi
ədəbi irs tükənməz bir dəryadır. Biz
kitabxanaçıların da borcu o olmalıdır ki, üzümüzü böyük şairin
yaradıcılığına yubileydən-yubileyə tutmayaq. Nizami yaradıcılığı
bizim əbədi mövzumuz olmalıdır. Onun yaradıcılığına tez-tez
müraciət etmək və bu işə oxucuları cəlb etmək bizim ümdə
vəzifələrimizdən biri olmalıdır.
(Oxucular səhnəyə daxil olur. Hikmət Ziyanın “Nizamiyyə
Fəxriyyə” şeirini söyləyirlər)
I oxucu:
Azərbaycan! Xəritədə qartalım mənim!
Azərbaycan! Bu dünyada cəlalım mənim!..
İsinərik soyuqda da duyub odunu.
Tarix boyu il ötdükcə, artdıqca yaşın,
Nizamitək dahilərlə ucaldı başın!
II oxucu:
Azərbaycan! Azərbaycan! Odlar diyarı!
Hər payızda, qışda belə bahar diyarı!
Fəxarətlə söhbət açar şirin sözüylə,
Fəxr eləyib böyük xalqım Nizamisiylə!
III oxucu:
Nizami! Nizami! Bu böyük adı
Həm yer, həm göy, ulu dünya tanıdı!
“Xəmsə”si insanlıq qüdrəti oldu.
Qüdrətdən yaranmış bu beş dastanı
Nuruna qərq etdi bütün cahanı.
IV oxucu:
“Sirlər xəzinəsi” birinci dastan
Söz açdı insanın ucalığından.
Fəlsəfənin yüz-yüz sirri açıldı,
Hər söz kəlamından işıq saçıldı.
V oxucu:
İkinci dastanı “Xosrov və Şirin”
Ən saf duyğulardan söz açdı dərin.
Büsutunu eşqlə çapan Fərhadı
Eşqin zirvəsinə dağ tək ucaltdı.
VI oxucu:
“leyli və Məcnun”la, dünya ustadı
Məhəbbətə enməz heykəl yaratdı.
Məcnun dönməzliyin timsalı oldu,
Leyli sədaqətin misalı oldu.
VII oxucu:
“Yeddi gözəl” nədir, ən parlaq Gövhər,
Yeddilik üstündə qurulan əsər.
Şahları insafa, haqqa çağıran,
Vətəni sevməyin, örnəyi dastan!..
VIII oxucu:
“Xəmsə”nin ulduzu “İsgəndərnamə”
Bir günəş işığı saçır aləmə.
Ədalətli dövran, xalqı firavan
Görmək diləyidir bu nadir dastan.
Tədbirin sonu sözləri Nizami Gəncəviyə, musiqisi dahi
bəstəkar Üzeyir Hacibəyovova aid olan “Sənsiz” romansı ilə bitir.
Tədbirdən sonra iştirakçılar Nizami Gəncəvi adına Ədəbiyyat
Muzeyinə ekskursiya ede bilərlər.
ƏSƏRLƏRİ
Latın qrafikası ilə
Günəş diyarı : "Xəmsə"dən hekayətlər, əfsanələr və rəvayətlər /
1141-1209. - Bakı : Ayna Mətbu Evi, 2002. - 92 s.
Xəmsə : Poeziya. - Bakı : Turan Nəşrlər Evi, 2002. - 312 s.
Xosrov və Şirin . - Gəncə : [s. n.], 2011. - 232 s.
Xosrov və Şirin : Poema - Bakı : Adiloğlu, 2011. - 388 s.
Xosrov və Şirin : Poeziya . - Bakı : Çaşıoğlu, 2004. - 320 s.
İskəndərnamə. - Bakı : Çaşıoğlu, 2004. - 552 s. - (Azərbaycan
Ədəbiyyatı).
Xosrov və Şirin : Poeziya. - Bakı : Lider nəşriyyatı, 2004. - 392
s. - (Klassik Azərbaycan Ədəbiyyatı). - Kitab Azərbaycan
Respublikası Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın
qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12
yanvar 2004-cü il tarixli Sərəncamı ilə nəşr olunur.
İsgəndərnamə. Şərəfnamə : Poeziya. - Bakı : Lider nəşriyyatı,
2004. - 432 s. - (Klassik Azərbaycan Ədəbiyyatı). - Kitab
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Azərbaycan
dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi
haqqında" 12 yanvar 2004-cü il tarixli Sərəncamı ilə nəşr olunur.
İskəndərnamə. İqbalnamə : Poeziya. - Bakı : Lider nəşriyyatı,
2004. - 256 s. - (Klassik Azərbaycan Ədəbiyyatı). - Kitab
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Azərbaycan
dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi
haqqında" 12 yanvar 2004-cü il tarixli Sərəncamı ilə nəşr olunur.
İskəndərnamə. - Gəncə : [s. n.], 2011. - 388 s.
İskəndərnamə. - Bakı : Adiloğlu, 2011. - 663 s. - Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan dilində
latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12
yanvar 2004-cü il tarixli sərəncamına əsasən nəşr olunur.
Leyli və Məcnun : poema. - Bakı : Lider nəşriyyatı, 2004. - 288 s.
; 20 sm. - (Klassik Azərbaycan Ədəbiyyatı). - Kitab Azərbaycan
Respublikası Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın
qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12
yanvar 2004-cü il tarixli Sərəncamı ilə nəşr olunur.
Leyli və Məcnun : poeziya. - Bakı : Çaşıoğlu, 2004. - 240 s. -
(Azərbaycan ədəbiyyatı).
Leyli və Məcnun. - Gəncə : [s. n.], 2011. - 164 s.
Leyli və Məcnun : poema. - Bakı : Adiloğlu, 2011. - 280 s. -
Azərbaycan
Respublikasının
Prezidenti
İlham
Əliyevin
"Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli sərəncamına
əsasən nəşr olunur.
Lirika. Poemalar : Qəzəllər, qəsidələr, rübailər, "Sirlər xəzinəsi",
"Yeddi gözəl - Bakı : İdeal-Print, 2011. - 800 s.
Lirika : poeziya - Bakı : Lider nəşriyyatı, 2004. - 160 s. - (Klassik
Azərbaycan Ədəbiyyatı). - Kitab Azərbaycan Respublikası
Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə
kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü
il tarixli Sərəncamı ilə nəşr olunur.
Poemalar. I kitab : ixtisarla. - Bakı : Maarif, 2002. - 240 s. -
(Məktəb kitabxanası).
Poemalar. II kitab : ixtisarla. - Bakı : Maarif, 2002. - 212 s. -
(Məktəb kitabxanası).
Sirlər xəzinəsi : poema. - Bakı : Adiloğlu, 2011. - 208 s.
Sirlər xəzinəsi : poeziya. - Bakı : Çaşıoğlu, 2004. - 168 s. -
(Azərbaycan ədəbiyyatı).
Dostları ilə paylaş: |