Nizami muradoğlu söZÜn məMMƏd araz



Yüklə 1,27 Mb.
səhifə8/11
tarix18.06.2018
ölçüsü1,27 Mb.
#49792
1   2   3   4   5   6   7   8   9   10   11

NƏTİCƏ
Müasir Azərbaycan ədəbiyyatının görkəmli nü­mayən­də­si, şair Məmməd Araz yaradı­cılı­ğın­da folklor motivlərinin tədqiqinə həsr olun­muş tədqiqat işi ilk növbədə mövzunun aktuallığını təs­diqlədi. Doğrudan da, Məmməd Araz yaradı­cı­lığı folklor mo­tiv­ləri ilə bir çox monoqrafik tədqiqatların möv­zusu ola­caq qədər zəngindir. Belə ki, şairin yaradıcı­lı­ğın­da folklor mo­tiv­ləri, sadəcə, poetik görüntü, yaxud nitq folk­loru rolunu oyna­mır: Azərbaycan folkloru, etnik-milli dü­şüncənin folk­lor layları Məmməd Araz yaradıcılığı nümu­nə­sində müasir Azər­baycan poeziyasının milli poetik for­mul­ları səviyy­ə­sin­də təqdim olunur.

Tədqiqat nəticəsində aşkarlanmışdır ki, Məmməd Araz ya­radıcılığında «folklor motivləri» adı altında ümumi­ləş­di­ril­miş folklor düşüncəsi üç əsas səviyyədə gerçəkləşmişdir:

Birincisi, Məmməd Araz yaradıcılığında poetik ide­ya­nın daşıyıcısı olan obraz və motivlər səviyyəsi. Bu səviyyə sə­­nətkarın poeziyasında, əsasən, əfsanə süjet və motivlə­rin­də, dağ, ağac, su kimi ilkin mifoloji stixiyaları təmsil edən poe­tik obrazlarda formalaşmışdır.

İkincisi, folklor düşüncəsinin bütün tarixi dinamikasını təş­kil edən milli poetik dəyərlərin yaratdığı ənənələr səviyyəsi.

Üçüncüsü, şairin yaradıcılığında istifadə olunmuş poe­tik folklor qəliblərinin yaratdığı səviyyə.

Tədqiqat aşkarlamışdır ki, bütün bu səviyyələr Məm­məd Araz yaradıcılığında onun poeziyasının üzvi tərkib his­sə­sini təşkil edir. Başqa sözlə, Məmməd Araz yaradı­cılı­ğın­da folklor dolayı yolla motivlənir; yəni şair folkor nümunə­lə­rini hazır şəkildə almır, onları özünün yaratdığı poetik süz­gəc­dən keçirərək dəyişir və onlara dərin mənalar yükləyir. Am­ma o, bu zaman folklorun ruhunu və təbiiliyini qoruyur, onu qətiyyən zədələmir. Məmməd Araz yaradıcı şəxsiyyət kimi həm folklor düşüncəsinin içində olaraq onu təmsil edir, həm də müasir ədəbi düşüncənin görkəmli nümayəndəsi ki­mi, folklor düşüncə qəliblərini özünün möhtəşəm poetik ide­yalarının əsas ifadə vasitəsinə çevirir.

Araşdırma nəticəsində belə bir qənaət əldə edilmişdir ki, ötən əsrin əllinci illərinin sonlarında Azərbaycan ədə­biy­yatında parlamağa başlayan Anar, Elçin, Mövlud Süleymanlı, Sabir Əhmədov, Fikrət Qoca, Məmməd Araz və s. əsər­lərində folklorizm ənənələrinin daha qabarıq şəkildə mey­­dana çıxması Azərbaycan ədəbiyyatında milli düşüncə­nin, mil­li özünüdərk ideyalarının güclənməsi ilə bağlıdır. Ay­­dın­laşdırılmışdır ki, poeziyadakı bu milli qabarma, əs­lində, milli düşüncənin Azərbaycan ədəbiyyatında heç vaxt öl­mədiyinin, sa­dəcə olaraq, qanlı repressiyaların təsiri altında müəyyən zəif­ləmələrin olmasının və zamanla kükrəməsinin nəticə­sidir.

Araşdırma göstərmişdir ki, bu dövr Məmməd Arazın yaradıcılığında başlanğıc mərhələ rolunu oynayır. Şairin bu dövrdə yazdığı “Nənəmin kitabı” (1956), “Görüşməmiş dost­lar” (1956), “Arazın nəğməsi” (1957) şeirləri, “Üç oğul anası” (1957) poeması ilə mətinaltı qəliblərdə folklordan ya­rar­lanaraq azadlıq ideyaları əks edilmişdir. Bu ideyalar birbaşa şairin ana vətənə sevgisi ilə əlaqədar olaraq qələmə alınmışdı. Rusiyanın işğalçılıq siyasəti nəticəsində ikiyə par­ça­lanmış Azərbaycanın azad olunacağı günün həsrəti ilə ya­zılan bu məzmunlu şeirlərin əksəriyyətinin mərkəzində bir Araz dərdi var idi. Araz dərdi zaman-zaman şairin əsər­lə­ri­nin baş mövzusu olmuşdu. Bu dərd ictimai məzmun daşı­dı­ğından, hər bir sadə azərbaycanlının doğma dərdinə çevril­di­yindən Arazın böyük nəğməkarı Məmməd Ibrahimə (şair gənc vaxtlarında bu imza ilə çıxış edirdi) qarşı xalq sevgisi ya­ratmışdı. Gəncliyindən el məhəbbətini hiss edən şair öm­rü­nün sonuna qədər də xalqından ayrılmadı, xalqın yarat­dıq­larını öyrəndi, öz yaratdıqlarını xalqına ərməğan olaraq bəxş etməyə çalışdı və vətənin Araz dərdinin carçısı - mərhum fi­lo­logiya elmləri doktoru, professor Yaşar Qarayevin qeyd etdiyi kimi Araz şairi - Məmməd Araz oldu.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycan poe­ziyasının əbədi yaşar şairlərindən biri kimi Məmməd Araz həm də, mütərəqqi ənənələrin layiqli davamçısı olaraq əsərlərində dünənlə bu günün səsləşməsini, uzlaşmasını tən­zim­ləyə bilir, oxucuya təqdim etdiyi şeirlərində xalqın müd­rik­lik xəzinəsindən faydalanma əmsalına görə fərqlənirdi. Şifahi xalq yaradıcılığından səmərəli istifadə edən şairin şeir­lərində olan bədiilik, bədii ifadə vasitələrinin, təşbehlərin bolluğu şairin sənətkarlıq xüsusiyyətlərindən xəbər verir. Məmməd Araz sənətkarlıq baxımından şifahi xalq yaradı­cı­lığından çox şeylər əxz etmiş, sözün sərrast, yerində deyil­mə­sini öyrənmiş və əsərlərində işlətmişdir. Aşıq şeiri for­maları, heca bölgüsü, qafiyə sistemindən novatorcasına ya­rar­lanaraq xalq şeirinin qoşma, gəraylı, bayatı, oxşama, ho­lavar şəkillərində yazdığı əsərlərində Məmməd Araz sözün hə­qiqi mənasında söz zirvəsini fəth edə bilmişdir. Məmməd Arazın gərgin axtarışları, söz incəlikləri ilə istedadının gü­cünü ortaq məxrəcə gətirə bilməsi nəticəsində poeziyamızda folklorizm ənənələri inkişaf etmiş, formaca yeniləşmiş, dol-ğ­unlaşmışdır. Onun poeziyasında aforizmləşmiş misralar, beyt­lər və bəndlər Məmməd Araz dühasının böyüklüyünü, kamil söz ustadı olduğunu nümayiş etdirən, əbədi yaşarlığını təmin edən cəhətlərdəndir.

Vətəndaş şair Məmməd Araz yardıcılığında folklor ob­raz və motivlərinin müxtəlif aspektlərdə araşdırıldığı elmi-tət­qiqat işində Azərbaycan ədəbiyyatının bu sahədə mövcud olan bir sıra problemləri öz şərhini tapmışdır. Müəyyən ol­muşdur ki, Azərbaycan ədəbiyyatı, demək olar ki, bütün za­manlarda folklor nümunələri ilə sıx bağlı olmuş, ayrı-ayrı ədib­­lərin yaradıcılığında folklor müxtəlif forma və məzmun­da inkişaf yolu keçmişdir. Folklor ənənələrindən məharətlə istifadə edən, əsərlərində folklor şirinliyini oxucuya su kimi içirə bilən söz ustalarından olan Məmməd Araz yaradıcılığı zamanı sözün böyüklüyünü duymuş, düşünmüş, sözdən isti­fadə etmək bacarığına görə müasirlərindən fərqlənmişdir.

Azərbaycan poeziyasının əbədiyaşar şairlərindən biri kimi Məmməd Araz şifahi xalq ədəbiyyatının ən mütərəqqi ənə­nələrini əsərlərində ləyaqətlə davam etdirə bilmişdir. Şai­rin oxucuya təqdim etdiyi şeirlərində xalqın müdriklik xə­zinə­sindən faydalanması yüksək mənəvi keyfiyyətlərin gös­təricisidir.

Məmməd Arazın gərcin axtarışları, söz incəlikləri ilə iste­dadının gücünü ortaq məxrəcə gətirə bilməsi nəticəsində poeziyamızda folklorizm ənənələri həm ideya-məzmun, həm də forma cəhətdən yeniləşmiş, dolğunlaşmışdır. Onun poe­zi­yasında aforizmləşmiş misralar, beytlər və bəndlər Məmməd Araz dühasının böyüklüyünü, kamil söz ustadı olduğunu nü­ma­yiş etdirən, poetik təfəkkürünün dərinliyini təmin edən cəhətlərdəndir.

Məmməd Araz sözü qədərində işlədib, dərin məzmun­lu söz tərkibləri yaradaraq, oxucunun maraq və təşəkkürünü qazanmışdır. Eyni zamanda qeyd etmək lazımdır ki, Məm­məd Arazın yaradıcılığında xalq müdrikliyindən gələn, şifahi ədəbiyyatın hikmətlərindən qaynaqlanan çoxlu əlamətlər var­dır və bu əlamətlər də mənəvi sərvətlərimizi öyrənmək, təd­qiq etmək, araşdırmaq məqsədinə xidmət edir. Tarixən sə­nət adamlarının söz boğçaları nağıl, dastan, bayatı, qoşma və məsəllərlə dolu olmuşdur. Xalqın həyatını, işini, məişətini onun yaradıcılığından ayrı təsəvvür etmək mümkün olmadığı kimi, yaradıcılıqda da xalq həyatının tərənnümü əsas şərt ki­mi qəbul edilmişdir. Məmməd Araz da ömrü boyu folklor ilə təmas bağlamış və ondan qidalanmışdır. Hər bir insanın dün­yagörüşünün formalaşmasında, onun yetkinləşməsində folk­lo­run müstəsna rolu danılmazdır. Xüsusilə də yaradıcı, söz zirvəsini fəth etməyə çalışan adamların həyatında folk­lora mü­nasibət, folklordan yararlanmaq, hətta bəzən folk­lo­run zən­ginləşməsində töhfələr vermək önəmli yer alır. Bu ba­xımdan apardığımız araşdırmalar zamanı Məmməd Arazın əsər­lərində rast gəldiyimiz folklor məziyyətləri ədibin sənət­kar­lıq xüsusiyyətlərindən sayılmış, folklordan bəhrələnməsi xalqla yaxınlığın əlaməti kimi görülmüşdür.

Məmməd Araz vətənin dərdini özünün dərdi kimi qə­bul edən sənətkarlardan idi. Vətənin ən ağır günlərində zəif­ləmiş və üzgün olmasına baxmayaraq əsgərlərin görü­şünə ge­dirdi, özünün yeni şeirləri ilə əsgərlərimizin döyüş ruhunu yüksəltməyə çalışır, onlara mənəvi arxa-dayaq olmaq istə­yir­di. Şairin fiziki ömrü başa çatsa da, mənəvi ömrü davam edir. Dünya durduqca onun yaratdığı söz inciləri də duracaq, oxu­nacaq və xəyallarımızda şairin nurlu surəti daima canla­na­caqdır. Şairin “Dədəm Qorqud səsləməsi” poemasında belə bir parça diqqətimizi cəlb etdi:

Özün köçdün, hayın qaldı dünyada,

Səsləmələr payın qaldı dünyada.

Dədəm Qorqud, harayını eşitdim,

Dədəm Qorqud, çağrışına hay dedim(28,6).

Şairin Dədə Qorquda müraciətlə yazdığı bu poetik mis­ralar, duyğular əslində, Məmməd Araz yaradıcılığının ümu­mi ruhunu təcəssüm etdirməklə onun milli poeziyanın ta­ri- x­ində oynadığı rolun ifadəsidir. Həmçinin qeyd etmək la­zım­dır ki, oxucuların ümumi təskinlik tapacağı bir məqam yenə də şairin özünün ifadəsi ilə desək, onun əbədi yaşarlığını tə­min edən poetik fikirlərin insan qəlbində doğurduğu inam və şairin qənaətidir. Belə ki, şair həmişə bizimlədir, bizim ara­mız­dadır, ürəyimizdə, iç dünyamızdadır, sanki bizi duyur, bizimlə birlikdə nəfəs alır, yaşayır:

Gülüm, bir də görüşünə yubansam,

Adımı tut, harda dağlar dumansa.

Gözünü sıx, hansı daşda su yansa,



O daş altda Məmməd Araz yaşayır (18,63).

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT


  1. Abbaslı İ. Folklorşünaslıq. Azərbaycan ədəbiyyatı ta­rixi. 6 cilddə: I cild. Bakı: Elm, 2004, s. 686-706.

  2. Abbasov E. Koroğlu: poetik sistemi və strukturu. Bakı: Nurlan, 2008, 140 s.

  3. Abdulla B. “Kitabi-Dədə Qorqud”da gerçəkliyin etn­omifik qavrayışı (Dağ və dərə anlayışı), Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqatlar. VIII kitab. Bakı: Səda, 1999, s. 35-49.

  4. Abdullayev B. Y.V.Çəmənzəminli və folklor. Bakı: Elm, 1981, 124 s.

  5. Abdullayeva A. Müşfiq və folklor. Bakı: Gənclik, 1996, 121 s.

  6. Adcı M. Qıpçaq çölünün yovşanı / Tərcümə edəni T.Ha­cıyev. Bakı: Gənclik, 1997, 196 s.

  7. Anar. Seçilmiş əsərləri: 2 cilddə, I c. Bakı: Azər­bay­can Dövlət Nəşriyyatı, 1988, 400 s.

  8. Anar. Sizi deyib gəlmişəm. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1984, 246 s.

  9. Arazam, Kürə bəndəm / Tərtib edəni və işləyəni B.Ab­dullayev. Bakı: Yazıçı, 1986, 199 s.

  10. Araz M. Atamın kitabı. Bakı: Gənclik, 1974, 168 s.

  11. Araz M. Aylarım, illərim. Bakı: Yazıçı, 1979, 224 s.

  12. Araz M. Dünya sənin, dünya mənim. Bakı: Yazı­çı, 1983, 310 s.

  13. Araz M. Əsgər andı. Bakı: Araz, 2003, 100 s.

  14. Araz M. Həyat və sözün rəngləri. Bakı: Gənclik, 1975, 135 s.

  15. Araz M. Naxçıvan albomu. Bakı: Elm və təhsil, 2010, 215 s.

  16. Araz M. Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2010, 656 s.

  17. Araz M. Seçilmiş əsərləri. 4 cilddə, I cild. Bakı: Ozan, 2003, 348 s.

  18. Araz M. Seçilmiş əsərləri. 4 cilddə, II cild. Bakı: Ozan, 2003, 332 s.

  19. Araz M. Seçilmiş əsərləri. 4 cilddə, III cild. Bakı: Ozan, 2003, 368 s.

  20. Araz M. Seçilmiş əsərləri. 4 cilddə, IV cild. Bakı: Ozan, 2003, 356 s.

  21. Araz M. Sənətdə son mənzil olmur. I kitab, pub­li­sis­tika. Bakı: Adiloğlu, 2001, 440 s.

  22. Araz M. Vətən deyin. Bakı: Adiloğlu, 2003, 150 s.

  23. Arif M. C.Cabbarlının dramaturgiyası. Bakı: Azər­nəşr, 1962, 217 s.

  24. Aşıq Ələsgər. Bakı: Elm, 1963, 328 s.

  25. Atalar sözü / Tərtib edəni H.Qasımzadə. Bakı: Ya­zı­çı, 1986, 690 s.

  26. Atalar sözü / Toplayan Əbdülqasım Hüseynzadə. Bakı: Azərnəşr, 1938, 229 s.

  27. Atalar sözü / Toplayan Əbdülqasım Hüseynzadə. Bakı: Azərnəşir, 1956, 230 s.

  28. “Azad Azərbaycan” qəzeti, 03 iyun 2011-ci il, səh.6.

  29. Azərbaycan dastanları: 5 cilddə, I c. /Tərtib edən­lər Ə. Axundov, M.Təhmasib. Bakı: Azərbaycan SSR EA Nəşriyyatı, 1965, 383 s.

  30. Azərbaycan dastanları: 5 cilddə, II c. /Tərtib edən­lər Ə.Axundov, M.Təhmasib. Bakı: Azərbaycan SSR EA Nəş­riyyatı, 1966, 478 s.

  31. Azərbaycan dastanları: 5 cilddə, III c. /Toplayanı və tərtib edəni Ə.Axundov. Bakı: Azərbaycan SSR EA Nəş­riy­yatı, 1965, 340 s.

  32. Azərbaycan dastanları: 5 cilddə, IV c. / Tərtib edə­ni M.Təhmasib. Bakı: Azərbaycan SSR EA Nəşriyyatı, 1965, 508 s.

  33. Azərbaycan dastanları: 5 cilddə, V c. /Tərtib edəni Ə. Axundov. Bakı: Azərbaycan SSR EA Nəşriyyatı, 1972, 448 s.

  34. Azərbaycan dilinin izahlı lüğəti. I cild / Ə.Oru­co­vun redaktəsi ilə. Bakı: Elm, 1964, 428 s.

  35. Azərbaycan dilinin izahlı lüğəti. III cild. Bakı: Şərq-Qərb, 2006, 597 s.

  36. Azərbaycan ədəbiyyatı inciləri. Dastanlar. /Tərtib edə­ni B.Abdullayev. Bakı: Yazıçı, 1987, 572 s.

  37. Azərbaycan ədəbiyyatı tarixi. 3 cilddə, I cild. Bakı: Azərb.SSR EA Nəşriyyatı, 1960, 589 s.

  38. Azərbaycan folkloru antologiyası. 2 kitabda, I kitab / Tərtib edəni Ə.Axundov. Bakı: Azərbaycan EA Nəş­riy­yatı, 1968, 290 s.

  39. Azərbaycan folkloru antologiyası. Naxçıvan folk­lo­ru. I cild / Toplayıb tərtib edənlər M.Cəfərli, R.Baba­yev. Naxçıvan: Əcəmi, 2010, 512 s.

  40. Azərbaycan folkloru antologiyası. I kitab. Nax­çı­van folkloru / Tərtib edənlər T.Fərzəliyev, M.Qasımlı. Bakı: Sabah, 1994, 388 s.

  41. Azərbaycan folkloru antologiyası. II kitab. İraq-türkman folkloru / Tərtib edənlər Q.Paşayev, Ə.Bəndəroğlu. Bakı: Ayrıdağ, 1999, 468 s.

  42. Azərbaycan folkloru antologiyası. III kitab. Göyçə folkloru / Toplayanı və tərtib edəni H.İsmayılov. Bakı: Nurlan, 2009, 684 s.

  43. Azərbaycan folkloru antologiyası. IV kitab. Şəki folkloru. I cild / Tərtib edənlər H.Əbdülhəmidov, R.Qafarlı, O.Əliyev, V.Aslan. Bakı: Səda, 2000, 498 s.

  44. Azərbaycan folkloru antologiyası. V kitab. Qara­bağ folkloru / Toplayanlar İ.Abbaslı, T.Fərzəliyev, N.Nazim. Tərtib edən İ.Abbaslı. Bakı: Səda, 2000, 414 s.

  45. Azərbaycan folkloru antologiyası. VI kitab. Şəki folkloru. II c. / Toplayıb tərtib edən H.Əbdülhəmidov. Bakı: Səda, 2002, 556 s.

  46. Azərbaycan folkloru antologiyası. VII cild. Qara­qo­yunlu folkloru / Toplayanı və tərtib edəni Q.Süleymanov, H.İsmayılov. Bakı: Səda, 2000, 464 s.

  47. Azərbaycan folkloru antologiyası. VIII kitab. Ağ­baba folkloru / Toplayıb tərtib edənlər H.İsmayılov, T.Qur­ba­nov. Bakı: Səda, 2003, 476 s.

  48. Azərbaycan folkloru antologiyası. Gəncəbasar folkloru, IX kitab / Tərtib edənlər H.İsmayılov, R.Quliyeva. Bakı: Səda, 2004, 522 s.

  49. Azərbaycan folkloru antologiyası. İrəvan-Çuxuru folkloru. X kitab / Toplayıb tərtib edənlər H.İsmayılov, Ə.Ələk­bərli. Bakı: Səda, 2004, 471 s.

  50. Azərbaycan folkloru antologiyası. XI kitab. Şirvan folkloru / Toplayanı S.Qəniyev. Tərtib edənləri H.İsmayılov, S.Qəniyev. Bakı: Səda, 2005, 443 s.

  51. Azərbaycan folkloru antologiyası. XIII cild. Şəki, Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən folkloru / Tərtibçilər: İ.Abbaslı, O.Əliyev, M.Abdullayeva. Bakı: Səda, 2005, 550 s.

  52. Azərbaycan folkloru antologiyası. Dərbənd folklo­ru. XIV kitab / Tərtib edənləri H.İsmayılov, T.Orucov. Bakı: Səda, 2006, 430 s.

  53. Azərbaycan folkloru antologiyası. Borçalı folkoru / Toplayanı V.Hacıyev. Tərtib edəni İ.Abbaslı. Bakı: Azər­baycan Dövlət Nəşriyyatı, 1996, 258 s.

  54. Azərbaycan folkloru antologiyası, XII kitab / Zən­gə­zur folkloru. Toplayanı və tərtib edənlər V.Nəbioğlu, M.Kazımoğlu, Ə.Əsgər. Bakı:Səda, 2005, 464 s.

  55. Azərbaycan xalq mahnıları. Bakı: Öndər, 2005, 166 s. “Qadan alım” səh. 79, “Sarı gəlin” səh. 163.

  56. Azərbaycan klassik ədəbiyyatı kitabxanası: 20 cilddə, IV c. Nizami Gəncəvi. Bakı: Elm, 1985, 640 s.

  57. Azərbaycan məhəbbət dastanları / Tərtib edənlər: M.H.Təhmasib, T.Fərzəliyev, İ.Abbasov, N.Seyidov. Bakı, Elm, 1979, 504 s.

  58. Azərbaycan nağılları. 5 cilddə, I cild / Toplayanlar Ə.Axundov, M.Təhmasib, N.Seyidov. Bakı: Çıraq, 2004, 376 s.

  59. Azərbaycan nağılları. 5 cilddə, II cild / Topla­yan­lar Ə.Axundov, M.Təhmasib. Bakı: Çıraq, 2004, 352 s.

  60. Azərbaycan nağılları. 5 cilddə, III cild / Topla­yan­lar Ə.Axundov, M.Təhmasib, N.Seyidov. Bakı: Çıraq, 2004, 352 s.

  61. Azərbaycan nağılları. 5 cilddə, IV cild / Topla­yan­lar Ə.Axundov, M.Təhmasib, N.Seyidov. Bakı: Çıraq, 2004, 344 s.

  62. Azərbaycan nağılları. 5 cilddə, V cild / Topla­yan­lar Ə.Axundov, M.Təhmasib, N.Seyidov. Bakı: Çıraq, 2004, 366 s.

  63. Azərbaycan nağılları. 5 cilddə, I cild / Toplayan və tərtib edəni H.Zeynallı. Bakı: Şərq-Qərb, 2005, 360 s.

  64. Azərbaycan nağılları. 5 cilddə, IV cild / Tərtib edəni Ə.Axundov. Bakı: Şərq-Qərb, 2005, 334 s.

  65. Azərbaycan Sovet Ensiklopediyası: 10 cilddə, I c. Bakı: 1976, 592 s.

  66. Azərbaycan Sovet ensiklopediyası: 10 cilddə, VI c. Bakı: ASE Baş redaksiyası, 1982, 608 s.

  67. Azərbaycan Sovet Ensiklopediyası: 10 cilddə, X c. Bakı: 1976, 608 s.

  68. Azərbaycan tarixi: 3 cilddə, I c. Bakı: Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyatı, 1961, 448 s.

  69. Azərbaycan tarixi. I c., / Z.Bünyadovun və Y.Yu­si­fo­vun redaktəsi ilə. Bakı: Azərbaycan Dövlət Nəşriy­yatı, 1994, 688 s.

  70. Bayat F. Folklor haqqında yazılar. Bakı: Elm və Təhsil, 2010, 222 s.

  71. Bayatılar. / Toplayanı və tərtib edəni Həsən Qası­mov. Bakı: Azərnəşr, 1960.

  72. Bayatılar. / Tərtib edən və ön sözün müəllifi Vaqif Vəliyev. Bakı: Yazıçı, 1985, 199 s.

  73. Bəydili C. Türk mifoloji sözlüyü. Bakı: Elm, 2003, 418 s.

  74. Cabbarlı C. Əsərləri: 4 cilddə, II c. Bakı: Yazıçı, 1983, 299 s.

  75. Cavad Ə. Seçilmiş əsərləri.Bakı: Şərq-Qərb, 2005, 296 s.

  76. Cəfərli M. Dastan və mif. Bakı: Elm, 2001, 188 s.

  77. Cəfərov C. Milli etnik yaddaşın izi ilə. Bakı, Səda, 2005, 171 s.

  78. Cəfərov N. Qədim türk ədəbiyyatı. Bakı: AzAtaM, 2004, 322 s.

  79. Çəmənzəminli Y.V. «Qızlar bulağı». «Qan için­də». Bakı: Yazıçı, 1987, 328 s.

  80. Dədə Qorqud dastanları. Bakı: Maarif, 1980, 154 s.

  81. Dünya xalqlarının nağılları. Bakı: Gənclik, 1990, 552 s.

  82. El çələngi. Toplayıb tərtib edənləri T.Fərzəliyev, İ.Abbasov. Bakı: Gənclik, 1983.

  83. Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı. Ba­kı: Maarif, 1992, 480 s.

  84. Əhməd Ə. Dünya əlimdən sürüşür. Bakı: Qara­bağ, 2007, 528 s.

  85. Əliyev K. Hüseyn Cavid: həyatı və yaradıcılığı. Bakı: Elm, 2008, 324 s.

  86. Əliyev O. Azərbaycan nağıllarının poetikası. Ba­kı: Səda, 2001, 192 s.

  87. Əliyev R. Mif və folklor; genezisi və poetikası. Bakı: Elm, 2005, 224 s.

  88. Əlizadə R. Azərbaycan folklorunda təbiət kultları. Bakı: Nurlan, 2008, 174 s.

  89. Əsgərov Ə. Türkmanlar. (Etnogenez prosesi). “Azərbaycan” jurnalı. Bakı: Elm, 2003, N10.

  90. Fətəliqızı G. Məmməd Arazlı günlərim. Bakı: Zəkioğlu, 2008, 216 s.

  91. Fətəliqızı G. Ömürdən yarpaqlar. “Azərbaycan” jur­nalı. Bakı: 2010, s.106-144.

  92. Füzuli M. Əsərləri: 2 ciddə, I c. Bakı: Azər. Dövlət Nəşriyyatı, 1988, 584 s.

  93. Gəncəvi N. Sirlər Xəzinəsi. Bakı: Azərbaycan Döv­lət Nəşriyyatı, 1953, 164 s.

  94. Göyalp Z. Türkçülüyün əsasları. Bakı: Maarif, 1991, 176 s.

  95. Hacıyeva M. Rıhtım M. Folklor və təsəvvüf ədə­biyyatı sözlüyü. Bakı: Nurlan, 2005, 330 s.

  96. Hacıyev T. Dədə Qorqud: dilimiz və düşüncəmiz. Bakı: Elm, 1999, 214 s.

  97. Həbibbəyli İ. Məmməd Araz. Bakı: “Sabah”, 1993, 64 s.

  98. Həbibbəyli İ. Xalq şairi Məmməd Araz. Bakı: Azərbaycan, 1999, 160 s.

  99. Həkimov M. Bozqurd-kultum mənim, türk eli-yurdum mənim. Bakı: Yeni nəsil, 2001, 136 s.

  100. Hüseyni Ə. “Xalqımızın mənlik heykəli”, “So­vet Naxçıvanı” 30.01.1986, № 25.

  101. Xan Çoban. Azərbaycan məhəbbət dastanları. Bakı: Elm, 1979, 504 s.

  102. Xəlil A. Mahmud Kaşqarlının «Türk dillərinin divanı» kitabında ədəbi mətnlər. Bakı: Səda, 2001, 182 s.

  103. Xəzri N. Seçilmiş əsərləri. 2 cilddə, I cild, Bakı: Lider, 2004, 248 s.

  104. İbrahimov M. Böyük demokrat. Bakı: Azərnəşr, 1958, 187 s.

  105. İncil. Əhdi-Cədid. Rəbb İsa Məsihin xoş xəbəri. Bibliya Tərcümə İnstitutu, Stokholm, 1996, 468 s.

  106. İsmayıl M. Naxçıvan əfsanələri. Bakı: Elm, 2008, 208 s.

  107. İsmayılov H. Azərbaycan folklorunun regional xüsusiyyətləri. Bakı: Səda, 2006, 336 s.

  108. İsmayılova Y. “Koroğlu” dastanında obrazlar sis­te­mi. Bakı: Nurlan, 2003, 176 s.

  109. Kazımoğlu M. Xalq gülüşünün poetikası. Bakı: Elm, 2006, 264 s.

  110. Kitabi-Dədə Qorqud. Bakı: Yazıçı, 1988, 267 s.

  111. Koroğlu, Azərbaycan xalq ədəbiyyatı. Bakı: Lider, 2005, 550 s.

  112. Krılov İ.A. Təmsillər. Bakı, Azərnəşr, 1956, 122 s.

  113. Qaçaq Nəbi. Ön sözün müəllifi İ.Abbaslı. Bakı: Lider, 2005, 95 s.

  114. Qafarlı R. Mif və nağıl (Epik ənənədə janrlararası əlaqə). Bakı: ADPU nəşri, 1999, 448 s.

  115. Qasımlı M. Aşıq sənəti. Bakı : Ozan, 1996, 260 s.

  116. Qurani Kərim. Ərəb dilindən tərcümə edənlər Z.Bünyadov, V.Məmmədəliyev. Bakı: 2005, 612 s.

  117. Qurbani. Bakı: BDU Nəşriyyatı, 1990, 278 s.

  118. Manaflı X. 1960-70-ci illər nəsrində folklorizm. (Anar, Elçin və Ə.Mustafayevin yaradıcılığı əsasında): Na­mi­zədlik dissertasiyası. Bakı: 2007, 172 s.

  119. Məmmədquluzadə C. Əsərləri: 6 cilddə, I c. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1983, 348 s.

  120. Məmmədov N. Vətən dərdi. Bakı: Nurlar, 2005, 240 s.

  121. Min bir gecə. 8 cilddə, I c. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1973, 368 s.

  122. Min bir gecə. 8 cilddə, IV c. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1979, 462 s.

  123. Molla Nəsrəddin lətifələri. / Toplayanı və tərtib edəni M.H.Təhmasib. Bakı: Turan Nəşrlər Evi, 2002, 216 s.

  124. Muradoğlu N. Dünya bir pəncərədir. “Azad Azərbaycan” qəzeti. Bakı: 21 noyabr 2010, s. 7.

  125. Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: 2008, 520 s.

  126. Namazov Q. Aşıqlar. I kitab. Bakı: Səda, 2004, 444 s.

  127. Nəbiyev A. Azərbaycan xalq ədəbiyyatı. I hissə. Bakı: Turan Nəşrlər Evi, 2002, 665 s.

  128. Nəbiyev A. Azərbaycan xalq ədəbiyyatı. II hissə. Bakı: Elm, 2006, 647 s.

  129. Novruz C. Seçilmiş əsərləri. Bakı: Lider nəşriy­yatı, 2004, 288 s.

  130. Oğuznamələr / İşləyib çapa hazırlayanlar: K.V.Nə­­rimanoğlu, F.Uğurlu. Bakı: BDU nəşriyyatı, 1993, 92 s.

  131. Ordubad bölgəsindən toplanan folklor nümunələri (Nümunələr şəxsi arxivimizdədir).

  132. Orucov T. Qaravəlli janrının poetikası. Bakı: Səda, 2009, 200 s.

  133. Ögəl B. Türk mifologiyası. I cild. Bakı: MBM, 2005, 626 s.

  134. Özdək R. Türkün qızıl kitabı. I kitab. Bakı: Ya­zı­çı, 1992, 184 s.

  135. Özdək R. Türkün qızıl kitabı. II kitab. Bakı: Yazıçı, 1993, 230 s.

  136. Özdək R. Türkün qızıl kitabı. III kitab. Bakı: Yazıçı, 1996, 244 s.

  137. Rəfibəyli N. Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2004, 392 s.

  138. Rəhimov S. Aynalı. Bakı: Azərnəşr, 1959, 221 s.

  139. Rəşidəddin F. Oğuznamə. Bakı: Azərbaycan Dövlət Nəşriyyat - Poliqrafiya Birliyi, 1992, 72 s.

  140. Rüstəmxanlı S. Cəlil Məmmədquluzadə və folk­lor. Namizədlik dissertasiyası. Bakı, 1983, 257 s.

  141. Rza R. Duyğuların dili ilə. Bakı: Yazıçı, 1990, 456 s.

  142. Rzasoy S. Oğuz mifinin paradiqmaları. Bakı: Sə­da, 2004, 200 s.

  143. Seyidov M. Azərbaycan mifik təfəkkürünün qay­naq­ları. Bakı: Yazıçı, 1983, 326 s.

  144. Seyidov M. Günəş mifi. “Elm və həyat” jurnalı. Bakı: Yazıçı, 1983, N2, s. 32-34.

  145. Səfərli Ə, Yusifov X. Qədim və orta əsrlər ədə­biy­yatı. Bakı: Maarif, 1982, 388 s.

  146. Sultanlı Ə. Antik ədəbiyyat tarixi. Bakı: ADU Nəşriyyatı, 1958, 476 s.

  147. Tahir S. Atəş bulağı. Bakı: Gənclik, 1977,140 s.

  148. Tövrat. Bibliya Tərcümə İnstitutu, Stokholm, 2004, 394 s.

  149. Vahabzadə B. İstiqlal. Bakı: Gənclik,1999, 496 s.

  150. Vahabzadə B. Payız düşüncələri. Bakı: Yazıçı, 1981, 366 s.

  151. Vaqif M. P. Əsərləri. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1968, 280 s.

  152. Vaqif M. P.Qurban olduğum. Bakı: Gənclik, 1994, 120 s.

  153. Vurğun S. Şair, nə tez qocaldın, sən? Bakı: Araz, 2010, 266 s.

  154. Vurğun S. Vaqif. Azərbaycan ədəbiyyatı inciləri. Dramlar. Bakı: Yazıçı, 1986, s. 559-574.

  155. Vəli Nərimanoğlu Kamil. Özümüz, sözümüz. Bakı: Çinar-çap, 2005, 620 s.

  156. Yusifli V. Məmməd Araz dünyası. Bakı: Şur, 1994, 160 s.


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə