Nmc illik Xəzər Texniki Konfrans və Sərgisi



Yüklə 133,38 Kb.
Pdf görüntüsü
tarix08.10.2017
ölçüsü133,38 Kb.
#3631


NMC İllik Xəzər Texniki

Konfrans və Sərgisi

Hüdudları aşırıq

1 – 3 noyabr, 2017 

I

 Baku, Azerbaijan



Konfrans

haqqında


məlumat

Fairmont Hotel, Bakı Azərbaycan I 

www.spe.org/go/17ctce

Ev sahibi:

Platin Sponsor:

Dəstək:


SM


1

f

ərqli qitələrdə meqalayihələr həyata



keçir

ən aparıcı enerji şirkətlərindən biridir.

Bizim m

əramımız səmərəli əməliyyatlar



v

ə sahəsində qabaqcıl təcrübəyə, ictimai 

ətraf mühit cavabdehliyinə əsaslanan

inteqrasiya olunmuş şirk

ət qurmaqdır.



4

2

İCRAÇI KOMİT



ƏNİN HƏMSƏDRLƏRİ İLƏ TANIŞ OLUN

Xoşbəxt Yusifzadə Azərbaycan Milli Elmlər 

Akademiyası və Beynəlxalq Türk Dünyası 

Araşdırmaları Akademiyasının üzvü, Gürcüstan 

Milli Elmlər Akademiyası və Rusiya Təbiyyat 

Elmləri Akademiyasının xarici üzvü, Rusiya 

Beynəlxalq Mühəndislər Akademiyasının 

fəxri üzvü,Azərbaycan Dövlət Neft və 

Sənaye Universitetinin fəxri professoru, 

geologiyaminerologiya elmləri doktorudur.

Xoşbəxt Yusifzadə 1952-ci ildə Azərbaycan 

Sənaye İnstitutunun (hazırda Azərbaycan 

Dövlət Neft və Sənaye Universiteti) geologiya 

və neft yataqlarının kəşfiyyatı ixtisasını bitirib. 

Karyerasına kemiş SSRİ Neft Nazirliyinin 

Dövlət Xüsusi Neft Layihəsi şöbəsində 

başlayan yusifzadə sonradan Azərdənizneft 

İstehsalat Birliyində və Azneft Neft İstehsalat 

Birliyində fəaliyyətə başlayıb. 1954-cü ildə o. 

neft yataqları şöbəsinin “Qurqan Neft” ilk neft 

yatağının (hazırda Neft Daşları adlanır) baş 

geoloqu təyin edilir.

1970-1992-ci illərdə o Xəzərdənizneft İstehsalat 

Birliyi, Xəərdənizneftqaz Sənaye Birliyi və 

Xəzərdənizneftqaz İstehsalat Birliyində 

direktor müavini və baş geoloq vəzifələrində 

çalışıb. 1992-1994-cü illərdə Azərneft Dövlət 

Konserninin Birinci Vitse-prezidenti və SOCAR 

Prezidentinin müşaviri olub. 1994-2004-cü 

illərdə SOCAR-ın geologiya, geofizika və 

yataqların inkişafı üzrə Birinci Vitseprezidenti 

olub. 2004-cü ildən bəri SOCAR-ın Birinci 

Vitse-prezidentidir.

2007-ci ildə Azərbaycan Milli Elmlər 

Akademiyasının həqiqi üzvü seçilib. 

O, müstəqil Azərbaycanın yüksək mükafatları 

ilə, o cümlədən “İstiqlal”, “Şöhrət” və 

“Şərəf” Ordenləri, habelə Vyetnam Sosialist 

Respublikası ilə Dostluq Ordeni ilə təltif 

edilib. 2015-ci ildə Azərbaycan Respublikası 

Prezidentinin Fəxri Diplomuna layiq görülüb. 

Onun fəxri adları arasında Azərbaycan Dövlət 

Mükafatı, Azərbaycanın 

Əməkdar Mühəndisi, 

keçmiş SSRİnin 

Əməkdar Neftçisi, Yer Təkinin 

FəxriKəşfiyyatçısı, və İlk Yataq Kəşfiyyatçısı kimi 

adlar var.

Onun layiq görüldüyü mükafatlar arasında 

Türk Dünyası Araşdırmaları Beynəlxalq 

Elmlər Akademiyasının Qızıl Medalı, Avropa 

Təbiyyat Elmləri Akademiyasının Taclı Ordeni 

və Rusiya Təbiyyat Elmləri Akademiyasının 

Sənət Cəngavəri mükafatı da var. 2010-cu 

ildə Xoşbəxt Yusifzadə SOCAR-ın bir qrup 

mütəxəssisi ilə birlikdə neft istehsalı sahəsində 

nanotexnologiyaların inkişafına verdiyi töhfələrə 

görə UNESCO-nun medalına layiq görülüb.

Xoşbəxt Yusifzadə 200-dən artıq elmi əsərin, 

o cümlədən 18 monoqrafiyanın müəllifidir. O 

həmçinin səkkiz ixtiranın patentinin sahibidir.

2016-cı ildə Azərbaycan Dövlət Neft və 

Sənaye Universitetinin geologiya və kəşfiyyat 

fakültələrinin əlaçı tələbələri üçün nəzərdə 

tutulmuş Akademik Xoşbəxt Yusifzadə adına 

xüsusi stipendiya təsis edilib.

Xoşbəxt Bağı oğlu Yusifzadə,  

SOCAR-ın Birinci vitse-prezidenti  

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü

PROQRAMIN H

ƏMSƏDRLƏRİ ADINDAN SİZİ SALAMLAYIRIQ

Əziz həmkar,

Neft Mühəndisləri Cəmiyyəti və konfransın icraçı və texniki proqram komitələri adından 2017-ci il 1-3 

noyabr tarixlərində Azərbaycanın Bakı şəhərində keçiriləcək dördüncü NMC Xəzər Texniki Konfrans 

və Sərgisi haqda məlumat verməkdən məmnuniyyət duyuruq.

“Sərhədləri təqib edərkən” başlığı altında keçəcək builki konfrans istər dünyada, istərsə də yerli 

səviyyədə neft və qaz sənayesinin üzləşdiyi mövcud bazar şəraitinə həsr olunacaq.

Neft qiymətlərinin aşağı düşməsi prosesinin dayandığı bir vaxtda biz həm də neft-qaz sənayesinə 

inamın azalmasının dayandığını müşahidə edirik. Qiymətlər hələ də 2014-cü ildəkindən aşağıdır, 

ancaq neft-qaz sahəsi oyunçularının bu çətin mühitdə ayaqda qalmaq niyyəti sabit görünür. Neft 

qiymətlərinin dəyişmə sürəti və miqyası neft-qaz sənayesinin diqqətini “barrelləri düşünməkdən” 

daha ox “səmərəliliyi düşünməyə”, başqa sözlə, yekun məhsulun dəyərini artırmağa ynəltdi. 

Şübhəsiz ki, neftqaz sahəsinin modernləşdirilməsi, neft əməliyyatçıları, kontraktorlar, xidmət 

provayderləri və hökumətlər arasında əməkdaşlıq, habelə bizneslərin idarə olunmasında yerli 

kontentə marağın artması səmərəliliyin artması və yeni reallığa uyğunlaşma baxımından çox böyük 

rol oynayıb.

Konfransın mövzusu Modernləşdirmə, Lokallaşdırma və 

Əməkdaşlıq adlı üç giriş panel sessiyasında 

daha dərindən araşdırılacaq. Bu sessiyalarda siz hökuməti, əməliyyatçıları, xidmət provayderlərini, 

məsləhət şirkətlərini və enerji sahəsində tədqiqatçı şirkətləri təmsil edən yüksək ixtisaslı natiqləri və 

panelçiləri dinləyəcəksiniz. Onlar həm öz təcrübələrini bölüşəcəklər, həm də sizə aşağıdakı suallara 

cavab tapmaqda kömək edəcəklər: Neft -qaz sənayesinin rəqəmli texnologiyalar, məlumatların təhlili, 



avtonom sistemlər və kompüter gücünün get-gedə artan və mürəkkəbləşən qabiliyyətlərindən necə 

yararlana bilər? Bu vaxta qədər nələrə nail olunub və uğurlu “L okallaşdırmanın “ növbəti mərhələsinə 

çata bilmək üçün hansı sahələrdə çalışmaq lazımdır? Xərclərə qənaət etmək və daha çox dəyər 

yaratmaq üçün əməkdaşlığın effektov yolları hansılardır?

On iki texniki və bir neçə bilik mübadiləsi məqsədi daşıyan stend sessiyası yeni qazma və 

tamamlama texnologiyaları, istehsalın idarə olunması və optimallaşdırılması, qumun monitorinqi 

və nəzarət, hövzələrin modelləşdirilməsi və idarə olunması, neft hasilatının artırılması üsulları 

(EOR), idarəetmədə məlumatların inteqrasiyası kimi bir çox sahədə təqdimatları əhatə edəcək. Bu 

təqdimatlar açıq və konstruktiv mühitdə bilik mübadiləsi üçün imkan yaradacaq.

Bu tədbir sizə köhnə və yeni həmkarlarınızla görşümək və şəbəkələşmək, neft-az sahəsindəki yenu 

texnologiya və məlumatları kəşf etmək, debatlarda iştirak etmək və təcrübə mübadiləsi aparmaq 

imkanı verəcək.

Sizinlə noyabrda Bakıda görüşməyi səbrsizliklə gözləyirik.

Səmimiyyətlə,

Elçin Bağırov  

Əli Şeydayev 

SOCAR BP


3

3



6

4

T



Ə

DBİRİN M


Ə

RAMI


Bu il yenidən Azərbaycanın Bakı şəhərində keçiriləcək tədbir hazırda istər region, istərsə də dünya 

miqyasında neft və qaz sənayesinin üzləşdiyi bazar şəraitinə fokuslanacaq.

Yeni sınaqlara və bugünkü vəziyyətə yerli, regional və beynəlxalq ekspertlərin bilik, təcrübə və uğurları 

prizmasından baxlacaq. Tədbir peşəkar inkişaf və iştirakçıların öz aralarında bilik və təcrübə mübadiləsi 

aparması üçün ideal platforma təqdim edir. O həmçinin neft-qaz sənayesinin ən yüksək səviyyəsində 

dayanan şəxslər və qurumlarla unikal şəbəkələşmə imkanı yaradır.

ƏHATƏ OLUNACAQ NMC SAHƏLƏRİ 

Yataqların

təsviri və

dinamikası

Qazma və

tamamlama

İdarəetmə

və informasiya

Hasilat və

əməliyyat

Sağlamlıq,

təhlükəsizlik,

ətraf mühit və

sosial məsuliyyət

Layihələr,

avadanlıq

və tikinti

Kimlər dəvətlidir?

•  Neft-qaz sənayesi peşəkarları, ekspertlər  

və idarəçilər

• Xidmət, təchizat və konsaltinq şirkətləri

• 

Əlaqədar hökumət qurumları



•  Sağlamlıq, təhlükəsizlik və ətraf mühit 

sahələrinin mütəxəssisləri və təmsilçiləri

• Yerli, milli və beynəlxalq hökumət qurumları

• Qeyri-hökumət təşkilatları

• Peşəkar cəmiyyətlər

•  Universitetlər, tədqiqat mərkəzləri və 

institutları

Denis LeMarchal,  

TOTAL E&P Azerbaijan

şirkətinin direktoru

Brant ixtisasca kimya və ekologiya 

mühəndisidir. Ancaq o, əsasən neft-qaz 

sahəsində çalışıb. O 20 ildən artıq BP-də 

çalışıb, Alyaskada (Prudho buxtasında və 

Miln burnunda) , Britaniytada texnologiya 

departamentində, Xəzər dənizində iri ənənəvi 

neft və qaz yataqlarında (AÇG və Şahdəniz) 

və ABŞ-da quruda qeyri-ənənəvi yataqlarda 

işləyib. Brant ABŞ-da çalışarkən qazma, 

tamamlama, avadanlıq, yer təki və torpaq 

mütəxəssislərindən ibarət birləşmiş komandaya 

rəhbərlik edib və BP-nin qurudakı fəaliyyətini 

səmərəliləşdirmək və çevikləşdirməyə yönəlmiş 

inqilabın bir hissəsi olub. ABŞ-da quruda 

fəaliyyət göstərən neft və qaz sənayesinin 

çevikliyi yorulmadan sədləri aşmağa çalışmanın 

bariz nümunəsidir. Brant bizim sahəmizin hələ 

tam reallaşmamış qlobal potensialından böyük 

ilham alır. Brant bu yaxınlarda Azərbaycanın 

Bakı şəhərində ikinci dəfə xidmətə başlayıb. 

İndi o, yataqların inkişafı departamentinin 

vitseprezidenti qismində AÇG və Şahdəniz 

yataqlarının təhlükəsiz və səmərəli inkişafı 

istiqamətidə geoloji tədqiqat, yataqlar, neft və 

sorğu sahələrinə cavabdehdir. O həmçinin daim 

BP-nin Xəzər kəşfiyyat komandasının ortaya 

qoyduğu perspektivlər barədə məlumatlıdır. 

Denis Lemarchal 2014-cü ildən bəri TOTAL E&P 

Azərbaycan şirkətinin direktoru və TOTAL-ın 

Azərbaycanda baş təmsilçisidir. Bu vəzifəsindən 

öncə o, TOTAL EP Birləşmiş 

Ərəb Əmirlikləri 

şirkətinin direktoru olub. 

O, 30 illik təcrübəyə malik sanballı biznes 

lideridir. O özünün TOTAL-dakı karyerasına 

1982-ci ildə başlayıb. Bu müddətdə o, TOTAL-ın 

Anqola, Argentina, Birləşmiş 

Ərəb Əmirlikləri, 

Böyük Britaniya, İndoneziya, Myanmar və 

Venesueladakı şirkətlərində əməliyyat və 

layihələr sahəsində bir sıra aparıcı vəzifələr 

tutub. and has held many leadership positions 

in operations and projects in several TOTAL 

affiliates including, Angola, Argentina, 

Indonesia, Myanmar, UK, United Arab Emirates 

and Venezuela.

O TOTAL-ın bir neçə əsas layihələrində də 

iştirak edib: İndoneziyadakı Tuu Qaz layihəsində 

İnkişaf Meneceri, Venesueladakı SINCOR Hevi 

Oyl layihəsində mədən əməliyyatları və startap 

meneceri olub, Anqola, Girassol, Dalia, Pazflor 

və CLOV dərin dəniz layihələrində məşhur 17-ci 

blokun (Block 17) direktoru olub.

“Belə bir prestijli NMC texniki konfrans və sərgisinin Bakıda keçirilməsi həmkarların 

burada, Xəzər regionunda neft-qaz sənayesi haqda biliklərini inkişaf etdirməsi

üzləşdikləri sınaqlar barədə fikir və təcrübə mübadiləsi aparması üçün əla 

imkandır. Mən bu sahə ilə bağlı olan hər kəsi bu həqiqətən dəyərli texniki tədbirdə 

iştirak edərək ondan faydalanmağa dəvət edirəm”. 

Martin Smit, BP-nin yataqların istismarı üzrə vitse-prezidenti (XTKS 2015)

5

2015-ci ildə Bakıda keçirilmiş tədbirə Azırbaycan, Qazaxıstan, Rusiya, 



Türkmənistan, Fransa, Norveç, Böyük Britaniya, ABŞ, Qətər və Səudiyyə 

Ərəbistanı 

da daxil olmaqla 20 ölkədən 550-dən artıq iştirakçı qatılmışdı.

XTKS 2015-nin iştirakçıları

 Milli neft şirkətləri

 Xidmət şirkətləri

 Beynəlxalq neft şirkətləri və operatorlar

 Digər iştirakçılar (Birliklər, məsləhətçilər, mətbuat)

 Elm sahəsi

 Hökumət


Brant Hasebe,  

Yataqlar departamentinin 

vitseprezidenti, BP Azərbaycan/

Gürcüstan/Türkiyə




T

Ə

DBİRL



Ə

RİN GÜND


Ə

LİYİ 


Çərşənbə, 1 noyabr 2017

08:30 – 09:30 Qeydiyyat

09:30 – 10:30

Konfransın açılış mərasimi 

10:30 – 11:00

Qəhvə fasiləsi və stendli bilik mübadiləsi sessiyası

11:00 – 12:30

Açılış panel sessiyası: Modernləşdirmə

12:30 – 13:30

Nahar


13:30 – 15:00

1-ci texniki sessiya: Quyuların idarə

olunması 

2-ci texniki sessiya: Hasilatın idarə

edilməsi və optimallaşdırma

15:00 – 15:30

Qəhvə fasiləsi və stendli bilik mübadiləsi sessiyası

15:30 – 17:00

3-cü texniki sessiya: Qumun

monitorinqi və quma nəzarət 

4-cü texniki sessiya: Neftin

geniş bərpası

17:00 – 18:30

Salamlama qəbulu (içkilər)

 

Cümə axşamı, 2 noyabr 2017



09:30 – 09:40 Regional mükafatlandırma mərasimi 

09:40 - 11:15

Panel sessiyası: Lokallaşdırma

11:15 - 11:45

Qəhvə fasiləsi və stendli bilik mübadiləsi sessiyası

11:45 - 13:15

5-ci texniki sessiya: Yeni qazma

tamamlama texnologiyaları

6-cı texniki sessiya: Yataqların

modelləşdirilməsi və idarə olunması

13:15 - 14:15

Nahar


14:15 - 15:45 

7-ci texniki sessiya: Yataqların təsviri

8-ci texniki sessiya: Məlumatların 

yataqların idarə olunmasına inteqrasiyası

15:45 - 16:15

Qəhvə fasiləsi və stendli bilik mübadiləsi sessiyası

16:15 - 17:45

9-cu texniki sessiya: Quyuların

stimulyasiyası və zonal izolyasiyalar 

10-cu texniki sessiya: Yataqlara nəzarət

Cümə, 3 noyabr 2017

09:30 - 11:00

Panel Sessiyası: 

Əməkdaşlıq

11:00 - 11:30

Qəhvə fasiləsi və stendli bilik mübadiləsi sessiyası

11:30 - 13:00

11-ci texniki sessiya: Layihə idarəçiliyində

qiymət baxımından səmərəli həll yolları

12-ci sessiya: Risk və qeyri-müəyyənliyin

idarə olunması və qərar qəbuletmə

13:00 - 14:00

Nahar və konfransın bağlanışı 

8

7



Q

əhvə fasiləsi sponsoru  

Nahar sponsoru

Sponsorlar 

T

ələbə konfransi sponsoru 



Rəqəmsal sponsor

SPONSORLAR

Ev sahibi 

Platin sponsor

Q

əydiyyat və növbə sponsoru 



  AV/Simulcast tərcümə sponsoru

Bürünc sponsorlar




İcraiyyə Komitəsi

Həmsədrlər: Akademik Xoşbəxt Yusifzadə, SOCAR Brant Hasebe, BP və Denis LeMarchal, TOTAL

KOMİT

Ə

L



Ə

R

Rauf 



Əliyarov, Azərbaycan Dövlət 

Neft və Sənaye Universiteti

Elçin Bağırov, 

SOCAR


Oktay Bağırov, 

SOCAR


Eimear Bonner, 

TCO


John Denis, 

KMG


Ted Etchison, 

TCO


Ramiz Həsənov, 

Azərbaycan 

Dövlət Neft və Sənaye  

Universiteti

Ramiz Hümbətov, 

Bakı Ali  

Neft Məktəbi

Bəhram Hüseynov, 

SOCAR

Asif Hüseynli, 



Halliburton

Rinat Iskakov, 

Satpaev  

Qazaxıstan Milli Texniki  

Tədqiqat Universiteti

Aydın Kərimov, 

Schlumberger

Akihiko Kurashina, 

INPEX

Yaşar Lətifov,



 SOCAR

Andy Lewis, 

Nobel Oil

Sameh Macary, 

Dragon Oil

Elxan Məmmədov, 

BP

Rəşad Məmmədov, 



Petronas

İlkam Muxametşin, 

RESMAN

Fawad Quaraish, 



Statoil

Gregory Riley, 

BP

Əli Şeydayev, BP



Ahmad Zakir Salehudin, 

Petronas


Nazim Abdullayev, 

SEG


Anton Ablaev, 

Schlumberger

Fərhad 

Əliyev, Baker Hughes



Ehtiram 

Əzizov, BP

Colin John, 

BP

Alan D’Ambrogio, 



ABB Consulting

Teyrun Qəhrəmanov,

 Halliburton

Hamlet İsaxanlı, 

Xəzər Universiteti

İbrahim İsmayılov, 

SOCAR Azneft

Endre Ivarrud, 

Statoil

Nikhil Jadhav, 



Halliburton

Hubert Janszen, 

Schlumberger

Arzu Cavadova, 

EAGE

Gregory King, 



ExxonMobil

Andrey Kravçenko, 

Baker Hughes

Valeriy Kuçerov, 

ERM

Eldar Məhərrəmov, 



Nobel Oil

Arif Məmmədzadə, 

SOCAR

Eric Meyer, 



TOTAL

Ilkam Muhametşin, 

RESMAN

Takuya Muta, 



INPEX

Əli Nağıyev, BP

Akif Nərimanov, 

SOCAR


Emil Nəsirov, 

Total


Mike Pillow, 

TCO


Xalid Rəhimov, 

Baker Hughes

Rizvan Ramazanov, 

Baker Hughes

Elşən Rzayev, 

BP

Yeqor Se, 



TCO

Diana Şiqapova, 

Roxar

Yusif Şıxəliyev, 



SOCAR

Bağır Süleymanov, 

Neft-Qaz Elmi- 

Tədqiqat Layihə İnstitutu

Ağaməmməd Sultanov, 

SOCAR


Nazim Vəliyev, 

SOCAR


Laurie Whitesell, 

SEG


Camilo Zuniga, 

Schlumberger

Proqram Komitəsi

Həmsədrlər: Elçin Bağırov, SOCAR və

 Əli Şeydayev, BP

KONFRANSIN PROQRAMI

Çərşənbə, 1 noyabr

 08:30 – 09:30 Qeydiyyat

 09:30 – 10:30  Konfransın Açılış Mərasimi

 10:30 – 11:00  Qəhvə fasiləsi və stendli bilik mübadiləsi sessiyası

 11:00 – 12:30  Açılış panel sessiyası: Modernləşdirmə

 

Sessiyanın Sədrləri: Brant Hasebe, BP və İlkam Muhametşin, RESMAN



 

 Böyük kapital və risk menecmenti tələb edən enerji sənayesi tarixən yeni 

texnologiyaları və iş üsullarını daha aşağı sürətlə əxz edib. Bir qayda olaraq, 

təchizatı və mühəndisliyi uzun çəkən böük layihələr çox zaman özünü təsdiq 

etmiş texnologiyalara və dizaynlara daha meylli olur.

 Əsas kontraktorlar avadanlığı 

yeniləmək üçün kapital xərclərini minimallaşdırmaqdan ötrü üçün mövcud alətlərdən 

yararlanmağa meylli olurlar. Xüsusən də coğrafi və bazar məhdudiyyətləti fonunda 

işə başlamaq üçün lazım olan xərclərin yüksək olması, rəqabət ikanlarını zəiflədə 

bilər. Məhsulun qiymətinin yüksək olması yaxşı işin müqabilində “yaxşı mükafat” 

dmeəkdir. Ancaq aşağı qiymətlər oyunun şərtlərini kökündən dəyişir. Neft-qaz 

sənayesi rəqəmsal texnologiyalar, məlumatların təhlili, daha təkmil sensorlar, 

geotəginq texnologiyası, avtonom sistemlər və kompüter gücünün artmaqda və 

mürəkkəbləşməkdə olan imkanlarından yararlanmaq üçün nə etməlidir? Yeni alətlərlə 

işləmək üçün hansı düşüncə tərzinə ehtiyac var?

 12:30 – 13:30 Nahar 

 13:30 – 15:00  1-ci texniki sessiya: Quyuların idarə olunması

 

 Quyuların idarə olunması neft-qaz quyusunun və ərazidəki avadanlığın mövcud olduğu 



bütün müddət ərzində mühüm əhəmiyyət kəsb edən sahədir. Bu sahə quyunu 

planlaşdırmasından tərk edilməsinədək bütün mərhələlərdə ciddi sınaqlarla müşayiət 

olunur.

 

 Bu sessiyada Xəzər regionunda quyuların idarə olunması məsələlərinin necə həll 



olunduğu, bununla bağlı ayrı-ayrı halların tarixçələri nəzərdən keçiriləcək. Yeni 

texnologiyaların tətbiqi ilə bağlı ən uğurlu təcrübələrin nümunələri təqdim ediləcək. 

 

Sessiyanın sədrləri: Gregory King, ExxonMobil və Camilo Zuniga, Schlumberger



 

2-ci texniki sessiya: Hasilat

 

 Hasilatın optimallaşdırılması hər zaman neft-qaz sənayesində böyük maraqla 



qarşılanıb. Ancaq neft qiyməltərinin diktə etdiyi hazırkı mühitdə mövcud 

ehtiyatlardan çıxış edərək yaradılan dəyəri artırmaq hər zamankından daha vacibdir. 

Bu sessiya starterə avtomatik nəzarətin üstünlüklərinə, qaz-neft nisbətinin yüksək 

olduğu quyuların əməliyyat şərtlərinin optimallaşdırlmasına və geniş qazma 

quyularının (ERD) daimi axınının monitorinqinə xüsusi diqqət yetirəcək.

 

Sessiyanın sədrləri: Endre Ive, Statoil və Səbinə Nağıyeva, Halliburton



10

9



 15:00 – 15:30  Qəhvə fasiləsi və stendli bilik mübadiləsi sessiyası

 15:30 – 17:00  3-cü texniki sessiya: Qumun monitorinqi və quma nəzarət

 

 Effektiv monitorinq və nəzarət yolu ilə qumun idarə olunması quyunun bütün 



ömrü boyu dayanıqlı hasilatın həyata keçirilməsi zamanı hidrokarbon ehtiyatlarının 

bərpasında mühüm rol oynayır. Bu sessiyada qumla bağlı əsas proseslərin dəqiq 

və düzgün müəyyən edilməsi, habelə hasilatın ertələnməsinin qarşısını almaq üçün 

düzgün rekultivasiya üsullarından istifadə nəzərdən keçiriləcək. Son hövzəyə nəzarət 

və modelləşdirmə üsullarından istifadə edən tamamlama texnologiyaları detallı 

müzakirə olunacaq.

 

Sessiyanın sədrləri: Colin John, BP və Şukürəli Kazımov, SOCAR



 

4-cü texniki sessiya: Neftin geniş bərpası

 

 Birincili sürmə mexanizmindən (primary drive mechanism) istifadə zamanı böyük 



həcmdə neft toxunulmamış qalır. İkincili sürmə mexanizmi (secondary drive 

mechanism) isə bərpa işini yaxşılaşdırır. Neftin geniş bərpası (EOR) isə məsamələrin 

həcminin dəyişdirilməsinin səmərəliliyi sayəsində hasilatın artımlılığına yol açır. Bu 

sessiyada EOR sxemlərinin planlaşdırlması, icrası və monitorinqi nəzərdən keçiriləcək, 

qaz və su inyeksiyası praktikası ilə bağlı ən son təcrübə diqqət mərkəzində olacaq.

 

Sessiyanın sədrləri: 



Əhməd Salmanov, SOCAR və Kasim Sadikoğlu, BP

17:00 – 18:30  Salamlama qəbulu (içkilər)

 

Cümə axşamı, 2 noyabr 



09:30 – 09:40  Regional mükafatlandırma mərasimi

 09:40 - 11:15  Panel sessiyası: Lokallaşdırma

  

Sessiyanın həmsədrləri: Asif Hüseynli, Halliburton, Aydın Kərimov, Schlumberger 



və Yaşar Lətifov, 

SOCAR


 

 Lokallaşdırma ilə bağlı müasir proqramlar hər hansı bir ölkədə bacarıqlı yerli 

mütəxəssislərin və əlaqədar sahələrin hərəkətverici qüvvəsidir. O həm də ölkələrin 

öz neft-qaz təcrübələri üzərində əldə etdikləri zəruri inkişaf, yerli infrastruktura, 

beynəlxalq standartlara cavab verən müasir universitetlər və tədriq proqramlarına 

sərmayə qoymaqla planlaşdırdıqları uzunmüddətli uğurdur. Xəzər regionu ölkələri 

artıq bu proqramların bəhrəsini görməkdədirlər. Onların xaricdə oxutduqları tələbələr, 

xarici şirkətlərdə təcrübə qazanmış mütəxəssislər sonradan qazandıqları təcrübəni 

ölkəyə gətirirərək ölkənin neft-qaz sənayesində tətbiq edir. İndi beynəlxalq səviyyədə 

tanınan kursları Xəzər regionunun aparıcı universitetlərinə gətirmək və burada 

bilavasitə neft-qaz sahəsində çalışmağa hazır mühəndislər yetişdirmək sahəsində iş 

davam etdirilməlidir.

 

 Asiya və Avropanı birləşdirən, texnoloji boşluğu dolduran Xəzər hövzəsi ölkələri, 



xüsusən də Azərbaycan yerli istehsal və təchizat zəncirini inkişaf etdirmək sahəsində 

12

11



CONFERENCE PROGRAMME

ön sıralardadır. Bunun sayəsində xarici və yerli şirkətlər arasında sabit və qarşılıqlı 

faydalı iş münasibətləri yaranıb. Bu həm də xarici investorların yerli şirkətlərlə birgə 

çalışması üçün dayanıqlı bazar və əlverişli şəraiti təmin edir.

 

 Bu paneldə təcrübə mübadiləsi aparılacaq, nailiyyətlər və “lokallaşdırma” zəncirinin 



növbəti mərhələsinə keçmək üçün diqqət yetirilməli olan sahələr müzakirə olunacaq.

 11:15 - 11:45 

Qəhvə fasiləsi və stendli bilik mübadiləsi sessiyası

 11:45 - 13:15 

5-ci texniki sessiya: Yeni qazma tamamlama texnologiyaları

 

 Xəzər regionunda quyularn səmərləli qurulması üçün yeni qazma və tamamlama 



texnologiyaları mühüm əhəmiyyət kəsb edir.

 

 Bu, qismən Xəzər regionunun geoloji strukturunun mürəkkəbliyi ilə bağlıdır. 



Xəzər regionunun dünyada ən təcrübəli neft və qaz regionlarından biri olmasına 

baxmayaraq, biz hələ də quyuları ən səmərəli şəkildə qazmaq və tamamlamaq 

üçün əməliyyatçıların qarşısında duran müxtəlif problemləri həll etməyi öyrənirik.

Bu sessiyada qazma və tamamlama ilə bağlı tətbiq olunmağa hazır olan bəzi 

texnologiyalar və ayrı-ayrı hallar müzakirə ediləcək.

 

 



Sessiyanın sədrləri: Teyrun Qəhrəmanov, Halliburton və Andrey Kravçenko,  

Baker Hughes

 

6-cı texniki sessiya: Yataqların modelləşdirilməsi və idarə olunması



 

 Neft-qaz sənayesində yataqların modelləşdirilməsindən geniş istifadə olunur. Bura 

yatağın rəqəmli simulyasiya modelinin qurulması daxildir. Bu, mövcud ehtiyatların 

daha dəqiq hesablanması və mədənin istismarı ilə bağlı dügün qərarların verilməsi, 

gələcək neft, qaz və su ghasilatı ilə bağlı proqnozların verilməsi, təzyiqin itirilmə 

dərəcəsini hesablanması, su və qaz inyeksiyalarının optimallaşdırlması, quyunun 

ünvanlı optimallaşdırılması və yataqların alternativ idarəetmə ssenarilərinin 

dəyərləndirilməsi də daxil olmaqla, müxtəlif məqsədlərlə edilə bilər.

 

 Bu sessiyada yataqların modelləşdirilməsinə dair son nümunələr paylaşılacaq, 



çətinliklər və uğurlar, yataqların istismarı işində onlardan istifadəyə dair bilik 

mübadiləsi aparılacaq.

 

Sessiyanın sədrləri: Turan İbrahimov, BP və Elçin Vəliyev, SOCAR



13:15 - 14:15 

Nahar


 14:15 - 15:45   7-ci texniki sessiya: Yataqların təsviri

 

 Bu sessiyada yataqların dinamik davranışını daha yaxşı dərk etmək və hasilat 



formasiyalarının itirilməsi ilə bağlı bəzi peoblemləri həll edə bilmək üçün müxtəlif 

geoloji, geofiziki və petrofiziki üsulların nəzarət və hasilata dair məlumatlarla 

inteqrasiya edilməsi sahəsində tədqiqatlar müzakirə ediləcək. Bu sessiyanın 

əsas mövzuları arasında giriş parametrlərinin qeyri-müəyyənliyi və yataqların 

dəyərləndirilməsi üçün risklərin ölçülməsi üsullarının seçilməsi, yatağın bərasının 



dəyərləndirilməsi işində geoloji təsvir, yataqların müxtəlif xüsusiyyətlərinin 

(məsələn, parçalanmalar) xarakteristikası və onların yataqların daha yaxşı 

istismarına xidmət edən simulyasiya modellərinə daxil edilməsi də var.

 

Sessiyanın sədrləri: Elşən Rzayev, BP və Ağaməmməd Sultanov, SOCAR  



 

8-ci texniki sessiya: Məlumatların yataqların idarə olunmasına inteqrasiyası

 

 Yataq istismar olunduqca ona dair müxtəlif mənbələrdən toplanan məlumat davamlı 



olaraq artır. Tplanan məlumatın həcmindən asılı olmayaraq, məlumatdan alınan dəyər 

yalnız keyfiyyətli təhlil, konseptual modellərə inteqrasiya və ciddi qərar qəbul etmə 

mərhələlərindən keçmə sayəsində artırıla bilər. Bu texniki sessiya dünyanın müxtəlif 

yerlərindən götürülmüş üç fərqli vəziyyətin (case study) müzakirəsinə həsr olunacaq. 

Bu üç vəziyyət vasitəsilə məlumatların idarə olunması işinin effektiv qurulması, və 

məlumatların fəal toplanmasına bariz nümunələr təqdim ediləcək. Bunlar hidrokarbon 

ehtiyatlarının daha yaxşı bərpası, hasilatla bağlı daha dəqiq proqnozların verilməsi, 

quyuların etibarlılığının artırılması və s. üçün vacibdir.

 

Sessiyanın sədrləri: Eldar Məhərrəmov, Nobel Oil və Yeqor Se, TCO



15:45 - 16:15 

Qəhvə fasiləsi və stendli bilik mübadiləsi sessiyası

 16:15 - 17:45  9-cu texniki sessiya: Quyuların stimulyasiyası və zonal izolyasiyalar

 

 Hasilat və onun dəstəkləmməsi müxtəlif yollarla genişləndirilə bilər. Bəzi hallarda 



buna intervalın simulyasiyası, bəzi hallarda isə zona və subzonaların ayrılan izafi su və 

qazla izolyasiyası yolu ilə nail olunur. Bu sahədə mexaniki, yaxud kimyəvi izolyasiya 

üsullarından istifadə etmək olar. İşin səmərəliliyini artırmağa gələndə, su və qazın dax-

il edülmə zonalarının düzgün identifikasiyası və onların tam izolyasiyasından tutmuş, 

yüksək məhsuldarlıq və inyektivlik intervallarından yan keçmək üçün stimulyasiya 

üsullarının seçilməsinədək bütün məsələlərdə müəyyən çətinliklər var.

 

 Sessiyaya qatılın və Xəzər regionunda kimyəvi qaz izolyasiyası, yayındırıcı maddələr 



və turşu stumullaşdırılması sahəsində təcrübələri eşidin. 

 

Sessiyanın sədrləri: Ehtiram 



Əzizov, BP and Luis Daniel Pinero, Baker Hughes

 

10-cu texniki sessiya: Yataqlara nəzarət



 

  Yatağa nəzarət yatağın idarə olunması işində əsas elementlərdən biridir. Onunn 

məqsədi davamlı istismar planını işləyib hazırlamaqdır. Nəzarət texnologiyası və 

mövcud alət və üsullardan kreativ yararlanmanın yolları yatağın idarə olunmasını 

yaxşılaşdırmağa xidmət etməlidir.

 

 Bu sessiyada qaz inyeksiyalarını monitorinq etmək üçün DTS-dən istifadə, quyuların 



məhsuldarlığında görünən dəyişikliklərin təhlili, hasilata dair məlumat və qeydlərdən 

yararlanmaqla su vasitəsilə təcridin analitik dəyərləndirilməsi müzakirə olunacaq.

 

Sessiyanın sədrləri: İlkam Muhametşin, Resman və Rəhim Rzazadə, Statoil 



14

CONFERENCE PROGRAMME

 

Cümə, 3 noyabr



 09:30 - 11:00  Panel Sessiyası: 

Əməkdaşlıq

 

Sessiyanın sədrləri: John Denis, KMG və Denis Lemarchal, Total



 

 Sınaqlarla dolu olan dünyada bütün səviyyələrdə əməkdaşlıq spesifik hədəflərə 

çatmağa xidmət edən effektiv prosesdir. 

Əməkdaşlıq həm hökumətlər, həm 

əməliyyatçı şirkətlər, həm də kontraktorlar və xidmət provayderləri arasında baş 

verir. 


Əməkdaşlığın keyfiyyəti uğura aparan yolda bir çox biznes tapşırıqlarının 

nəticələrinə ciddi təsir göstərə bilir. Bu sessiya neft-qaz sahəsinin bütün 

oyunçularının öz uğur meyarlarını müəyyən edə bilməsi üçün ən son nümunələrin, 

innovativ ideya və həll yollarının paylaşılması üçün platforma təqdim edəcək.

 11:00 - 11:30  Qəhvə fasiləsi və stendli bilik mübadiləsi sessiyası

 11:30 - 13:00  11-ci texniki sessiya: Layihə idarəçiliyində qiymət baxımından səmərəli həll yolları

 

 Neft və qaz yataqlarının istismarı zamanı layihə menecmentində səmərləli həll 



yolları standartlaşdırılmış proseslər, texnologiya, qabaqcıl rəqəmsal alətlərdən 

istifadə tələb edir. Layihənin inkişafı və statusu ilə bağlı etibarlı və dəqiq məlumata 

malik olmaq çox vacibdir. Bu sessi ya da istehsalat sistemlərində baş verən müxtəlif 

texnoloji proseslərin iqtisadi optimallaşdırılmasına xidmət edən sistem inteqrasiyası 

və texnologiyanın tətbiqi müzakirə olunacaq.

 

Sessiyanın sədrləri: Eric Meyer, Total və 



Əli Nağhiyev, BP

 

 



12-ci sessiya: Risk və qeyri-müəyyənliyin idarə olunması və qərar qəbuletmə

 

 Kəşfiyyatdan aktivlərin inkişaf strategiyas və investisiyanın dəyərləndirilməsinədək 



yatağın ömür siklinin bütün mərhələlərdə qərar qəbul etmə ən mühüm addımdır. 

Enerji mənbələrinin rəqabətli qiymətləri, yataq strukturunun mürəkkəbliyi və 

yatağın istismarında üzə çıxan çətinliklər qrəar qəbul etmənin çox sayda qeyri-

müəyyənlik və böyük risklərlə müşaiyət olunmasına yol açır. Bundan başqa, bu 

prosesin layihələrin gəlirliliyi ilə sıx bağlı olduğunu nəzərə alsaq, yekun qərarların 

verilməsi zamanı buraxılan səhvlər əməliyyatlara son dərəcə baha başa gələ bilər.

 

 Bu sessiya baş vermiş real vəziyyətlərə əsaslanaraq risk və qeyri-müəyyən halların 



idarə olunması ilə bağlı potensial həll yollarını diqqətinizə çatdıracaq. Burada qərar 

üçün əhəmiyyət kəsb edən məlumatların dəyərləndirilməsinə istifadə olunan yeni 

alətlər, risklərin dəyərləndirilməsinə geniş yanaşmalar, habelə quyuların düzgün 

planlaşdırılması və qurulması işində qeyri-müəyyənliklərin sayının azaldılması yolları 

müzakirə ediləcək.

 

Sessiyanın sədrləri: Diana Şiqapova, Roxar və 



Əli Şeydayev, BP

 

13:00 - 14:00  Nahar və konfransın bağlanışı



13


16

15

T



Ə

L

Ə



B

Ə

 İNKİŞAF SAMMİTİ 



NMC-nin Dördüncü Regional Tələbə İnkişaf 

Sammiti Xəzər Texniki Konfrans və Sərgisi 

(XTKS) ilə birlikdə keçiriləcək. NMC-nin 

Azərbaycan, Belarus, Qazaxıstan, Özbəkistan 

və Rusiyadakı tələbə özəklərinin nümayəndələri 

texniki biliklərini artırmaq və neft-qaz 

sənayesindəki mövcud durumu müzakirə etmək 

üçün Bakıda toplaşacaqlar. Konfransa qrup 

layihələri də daxildir. Regional Tələbə İnkişaf 

Sammitinin məqsədi tələbələrə Xəzər regionunun 

neft-qaz sənayesini daha yaxşı öyrənmək, 

həmkarları ilə şəbəkələşmək, ideya mübadiləsi 

aparmaq, bu sahənin aparıcı fiqurları və 

işəgötürənləri ilə görüşmək, habelə birgə texniki 

layihələr üzərində işləmək imkanı verməkdir.

Regional Tələbə İnkişaf Sammitinin Komitə üzvləri

NMC tədbirin baş tutmasında böyük əməyi olan proqram komitəsinin üzvlərinə öz minnətdarlığını 

bildirir. Ümumi mövzunun və sammitin istiqamətinin formalaşmasında onlardan hər birinin mühüm 

rolu olub. 

QEYDİYYAT / ÜMUMİ M

Ə

LUMAT


Qeydiyyatdan keçmək üçün NMC-nin tədbirlər 

səhifəsinə baş çəkməyiniz xahiş olunur:  

www.spe.org/go/17ctce 

NMC Visa və Mastercard kredit kartlarını qəbul 

edir. Hər hansı sualınız olarsa, bizim London 

ofisimizlə əlaqə saxlayın:

SPE Europe, Caspian and Sub-Saharan Africa  

1st Floor Threeways House  

40/44 Clipstone Street, London  

W1W 5DW, UK 

Tel: +44 20 7299 3300  

Email: ctceinfo@spe.org

Konfransın yeri: 

Fairmont Hotel, Flame Towers, Mehdi Hüseyn 

küçəsi, 1A Bakı 1006, Azərbaycan

Bura necə gəlməli:

Fairmont Hotel, Flame Towers İçəri Şəhərin 

yaxınlığında yerləşir. Heydər 

Əliyev Beynəlxalq 

Hava Limanı avtomobillə buradan təxminən 

25–30 dəqiqəlik məsafədə yerləşir. Buradan bir 

çox xarici şəhərlərlə müntəzəm uçuşlar həyata 

keçirilir. 

Ətraflı məlumat üçün sayta baş çəkin.

Otellər

NMC Fairmont Hotel-də xüsusi qiymətlərlə 



məhdud sayda otaq bron edib. Bir gücə və səhər 

yeməyi üçün otaqların xüsusi qiyməti aşağıdakı 

kimidir: 

bir nəfərlik standart otaq – 

130 ABŞ dolları; 

iki nəfərlik standart otaq – 

145 ABŞ dolları; 

bir nəfərlik lüks otaq – 

140 ABŞ dolları; iki nəfərlik 

lüks otaq – 

155 ABŞ dolları.

Bron etmək üçün zəhmət olmasa

 

http://www.



spe.org/events/en/2017/conference/17ctce/

travel-and-accommodations.html saytına daxil 

olun.

Açılış qəbulu



Təşkilat Komitəsi bütün konfrans iştirakçılarını 

çərşənbə günü, noyabrın 1-i saat 17:00-dan 

18:30-adək Fairmont Hotel-də keçiriləcək qəbul 

mərasiminə dəvət edir. Qəbulda nümayəndələr, 

müəlliflər, sərgi iştirakçıları və peşəkarlarla 

şəbəkələşmək üçün geniş imkan olacaq. 

Qəhvə və nahar 

fasilələrinin sponsoru:      Naharların sponsoru: 

Tədbir zamanı bütün qəhvə və nahar fasilələri bilik 

mübadiləsi stendlərinin olduğu yerdə baş tutacaq. 

Q

Əhvə və nahar fasilələri bütün nümayəndələr 



üçün qeydiyyat qiymətinə daxildir. 

Stendlər


Konfrans zamanı müxtəlif stendlər təqdim 

olunacaq. Bütün iştirakçılara sessiyalar arasındakı 

fasilələr zamanı müxtəlif mövzuları əhatə edən bu 

posterləri nəzərdən keçirməyi tövsiyyə edirik. 

Konfrans qeydləri 

Qeydiyyatdan keçmiş hər kəsə (tələbələr istisna 

olmaqla) konfrans qeydlərinin bir nüsxəsi rəqəmsal 

formatda təqdim ediləcək.  

Qeydlərin sponsoru:

Vizalar


Zəhmət olmasa, Azərbaycana daxil olmaq üçün 

vizaya ehtiyacınızın olub-olmadığını müəyyən 

etmək üçün Azərbaycan elektron viza müraciət 

sisteminin saytından yararlanın://evisa.com.az/en. 

Viza ilə bağlı müraciətlər üçün dəstək və ya dəvət 

məktubu almaq üçün zəhmət olmasa NMC-nin 

ofisi ilə əlaqə saxlayın.

Bəclər 


Tədbirin bəcləri və materialları öncədən poçtla 

göndərilməyəcək. Bəclərinizi və qeydiyyat 

materiallarınızı (o cümlədən rəqəmsal konfrans 

qeydlərinizi) çərşənbə günü, noyabrın 1-i saat 

08:30-dan 09:30-dək qeydiyyat masasından 

götürə bilərsiniz. Qeydiyyat masası bütün tədbir 

ərzində açıq olacaq. 

Ev sahibi və sponsor:

Platin sponsor:

Gümüş sponsorlar:

Tələbə Mükafatı sponsoru:

Komitə:


Qumru Muradova,

 

Halliburton 



Ayşə İsmayılova,

 

BP 



Aynurə Ismayılova,

 

SGS 



Aysel Kazımova,

 

BP 



Xatirə Mikayılova,

 

Halliburton 



Əhməd Salmanov, SOCAR

Vlada Streletskaya,

 

Gubkin Universiteti 



NMC-nin XTKS tədbiri Xəzər regionunun neft-az sənayesi üün mühüm əhəmiyyət kəsb 

edir. Bakıda keçirilən Dördüncü İllik Konfrans yerli və xarici neft-qaz mütəxəssislərinə bir 

araya gələrək üzləşdikləri sınaqlar ətrafında fikir və təcrübə mübadiləsi aparmaq, texniki 

biliklərini artırmaq, biznes şəbəkələri yaratmaq və neft-qaz sənayesindəki yeni 

texnologiyaları və yenilikləri daha yaxşı qavramaq üçün unikal imkan yaradır. 

Mən iştirak etməyi planlaşdırıram və sizi də tədbirdə görməyə ümid edirəm. 

Darcy Spady, NMC-nin 2018-ci il üçün Prezidenti




Dayanıqlılıq

NMC adından tədbirlərimizin ətraf mühitə 

təsirinin minimum səviyyədə saxlandığını 

bəyan edirik. Bizim məqsədimiz enerjidən 

istifadəni azaltmaq, ekologiyaya ziyan 

vurmayan mobilliyi təbliğ etmək, 

sudan istifadəni azaltmaq, tullantıları 

məhdudlaşdırmaq yolu ilə dayanıqlılıq 

sahəsində inkişafa nail olmaqdır. 

13

17



Qeydiyyat və növbə sponsoru:

Audio və Vizual müəlliflik hüququ

SPE-nin texniki sessiyaları müəlliflik hüquqları 

ilə qorunur. İştirakçıların telefon, kamera və ya 

başqa səs və görüntü yazma cihazları ilə tədbir 

zamanı edilən təqdimatları qeydə almasına 

icazə verilmir. 

Qeydiyyatın qiyməti

Qeydiyyat haqları və qaydalarına dair ətraflı 

məlumat üçün 

www.spe.org/go/17ctce saytına 

müraciət etməyiniz tövsiyyə olunur. 

Qeydiyyat haqqında aşağıdakılar daxildir: bütün 

konfrans sessiyalarında, stend nümayişlərində 

iştirak, konfrans haqda məlumatların bir 

nüsxəsi, qəhvə fasilələri, naharlar və noyabrın 1-i 

keçiriləcək salamlama tədbirində iştirak. 

Ödənişin geri qaytarılması 

İştirak qərarı ləğv edildiyi təqdirdə bu barədə 

SPE-nin London ofisinə yazılı məlumat 

verilməlidir. Tədbirdə iştirak qərarı 2017-ci il 

sentyabrın 4-dən öncə ləğv edilərsə, ödənilən 

məbləğ 75 dollar istisna olmaqla geri qaytarılacaq. 

75 dollar qeydiyyat işləri üçün tutulacaq. 2017-ci 

il 5–18 sentyabr tarixləri arasına ləğv edilən iştirak 

qərarlarına görə isə ödənişin 50%-i qaytarılacaq. 

İştirak qərarı 2017-ci il sentyabrın 18-dən sonra 

tləğv edilərsə, ödəniş geri qaytarılmayacaq. 

Ancaq bu halda ödənişi başqa bir tədbirdə 

iştiraka yönəltmək mümkün olacaq. 

Tədbirin ləğv edilməsi

Tədbirin SPE tərəfindən ləğv ediləcəyi təqdirdə 

(bu ehtimalsa çox azdır) SPE hər hansı itirilmiş 

itkilərə görə məsuliyyət daşımır və nəqliyyat, 

otel və s. xərcləri ilə bağlı hər hansı itkiləri 

qarşılamayacaq. 

SPE iştirakçıları səfər sığortasından 

yararlanmağa çağırır. 

SPONSORLUQ İMKANLARI 

15

NMC İllik Xəzər Texniki Konfrans və 



Sərgisində sponsorluq şirkətlərə neft-qaz 

sənayesi icması arasında yüksək kalibrli 

auditoriyaya çıxış üçün unikal brəndinq 

və marketinq imkanı verir. Bu imkan sizin 

şirkətinizi bilavasitə Xəzər regionundakı neft 

və qaz sənayesi liderlərinə və əsas qərar 

qəbul edən şəxslərə təqdim edəcək. 

Hazırda hələ də bir neçə sponsorluq imkanı 

qalmaqdadır. 

Satış və biznes inkişafı üzrə baş menecer  

Phil Chandler-lə əlaqə saxlayın:  

Tel: +44 (0) 203 595 2795 

Email: pchandler@spe.org

REGIONAL MÜKAFATIN QALİBL

Ə



 



NMC mükafatı texniki töhfələr vermiş, peşəkar uğurlar, karyeralarında müvəffəqiyyət, liderlik 

nümayiş etdirmiş, habelə ictimai xidmət sahəsində seçilmiş üzvlərə təqdim olunur.

NMC-nin Regional Mükafatının qalibləri:

Fəxri Korporativ Dəstək Mükafatı 

 

Halliburton



Qazma mühəndisliyi 

 

Sanjar Jarkeşov, Merlin ERD Ltd



Süxurların dəyərləndirilməsi

 

Elrad İskakov, Tengizchevroil



Sağlamlıq, Təhlükəsizlik, Ekologiya, və Sosial Məsuliyyət

 

Yelena Qlebova, Qubkin Universiteti



Menecment və İnformasiya

 

Oleq Jdaneyev, Schlumberger



Yataqların təsviri və Dinamikası 

 

Konstantin Fyodorov, Tümen Dövlət Universiteti



Neft mühəndisliyinin tədrisi sahəsində fəxri nailiyyət mükafatıy

 

Sidikhocayev Rahim, Daşkənd Politexnik Universiteti



Hasilat və 

Əməliyyat 

 

Boris Nikitin, Qubkin Universiteti



Seçilən Xidmətə görə seçilən Gənc Üzv 

 

Turan Eminbeyli, BP AGT



Əla Xidmətə görə seçilən Gənc Üzv 

 

Veronika Korepanova, LUKOIL Engineering



Regional Xidmət

 

Theodore Etchison, Chevron



Regional Xidmət

 

Denis Rojentsev, LUKOIL Özbəkistan 



Əməliyyat Şirkəti

Regional Xidmət

 

Mars Xasanov, Gazpromneft NTC



18

ExxonMobil uzun zamandan bəri bütün dünyada 

NMC-ni dəstəkləyir və biz NMC-nin Xəzər 

regionunda inkişafına töhfə verənlər arasında 

olduğumuzla fəxr edirik. NMC-nin İllik Xəzər 

Texbiki Konfransı texniki bilikləri artırmaq, ideya 

mübadiləsi aparmaq, biznes və texniki şəbəkələr 

qurmaq, neft-qaz sənayesində mövcud olan ciddi 

məsələləri müzakirə etmək üçün əhəmiyyətli 

platformadır. 

Cheryl Gomez-Smith, ExxonMobil Kazakhstan Inc.




Yüklə 133,38 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə