Nnovasiya menecmenti V


İNNOVASIYA  MENECMENTI VƏ ONUN IŞLƏYIŞI



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə5/9
tarix20.04.2022
ölçüsü0,73 Mb.
#85724
1   2   3   4   5   6   7   8   9
CopyofNNOVASIYA

2.İNNOVASIYA  MENECMENTI VƏ ONUN IŞLƏYIŞI 

   Dünyada sürətli şəkildə davam edən qloballaşma prosesi nəticəsində texnologiyanın, 

insan  əməyinin  və  informasiyanın  sürətli  bir  şəkildə  vüsət  alması  şirkətləri  innovativ 

fəaliyyətlər  göstərməyə  demək  olar  ki  məcbur  edir.  Şirkətlər  innovasiya  prosesinə 

qoşulmaqla  bazarda  davamlı  rəqabət  avantajına  sahib  olar,  mənfəətlərini  və  bazar 

paylarını artırar və yeni bazar fürsətləri meydana gətirirlər.  

Müəssisələr  baxımından  innovasiya  ilə  əlaqədar  iki  əsas  problem  mövcuddur. 

Bunlardan birincisi innovasiyanın ortaya çıxarılma prosesini  əhatə edən innovasiyanın 

idarə  olunma  problemidir.  Digəri  isə  innovasiyanın  effektiv  bir  şəkildə 

qiymətləndirilməsi  üçün  lazım  olan  marketinq  problemdir.  Yeni  ortaya  çıxarılan 

innovativ  məhsul,  xidmət  və  ya  iş  modelinə  qədər  mükəmməl  olursa  olsun  düzgün 

strategiya  ilə  marketinq  olunmadığı  halda  bazarda  müştərilər  tərəfindın  rəgbət 

görməyəcək  və  dolayısı  ilə  heç  bir  müsbət  nəticə  verməyəcəkdir.  Bu  baxımdan  da 

müəssisələrin qarşısında duran bu iki əsas problemi həll etmək və dolğun bir innovativ 

nəticəyə gəlmək üçün düzgün innovasiya strategiyalarının qoyulması əsas şərtdir(13). 

Müəssisələr  üçün  innovasiyanın  idarə  olunmasında  çətinlik  törədən  əsas 

amillərədn  biri  innovasiya  prosesində  qarşılaşılan  qeyri-müəyyənliklərdir.  Bunlar 

maliyyə,  texnoloji,  təşkilatı  və  bazar  qeyri-müəyyənlikləridir.  Müəssisələr  innovasiya 

prosesinə  gedərkən  xammal  və  personal  kimi  resurslardan  əlavə  nə  qədər  maliyyə 

resursları sərf edəcəyini qabaqcadan müəyyənləşdirə bilmir.  Bu isə maliyyə gücü zəif 

olan şirkətlər üçün arzuolunmaz nəticələrə gətirib çıxara bilər. digər tərəfdən texnoloji 

amillərin  sürətlə  dəyişməsi  şirkətin  də  texnoloji  olaraq  yenilənmə  sürətini  artırır  ki, 

bunun da şirkətin büdcəsinə birbaşa mənfi təsiri qaçınılmaz olur. 

Müəssisələr  tədbiq  etdikləri  innovativ  proseslərə  alışana  qədər  bir  sıra  təşkilati 

problemlərlə  də  qarşılaşırlar  ki,  buna  da  ən  bariz  nümunə  kimi  işçilərin  müqavimət 

göstərməsini göstərmək olar. 



Son  olaraq  müəssisələrin  qarşısına  çıxabiləcək  ən  riskli  qeyri-müəyyənlik  bazaar 

amilidir. Belə ki bazar çıxarılan yeni bir məhsula müştərilərin və rəqib firmaların necə 

münasibət göstərəcəyi ər zaman qeyri-müəyyənlik doğurur. 

Yuxarıda saydığımız qeyri-müəyyənliklərdən əlavə Clayton M. Christensen kiçik 

və  orta  böyüklükdəki  şirkətlər  üçün  kifayət  qədər  böyük  sayılacaq  çox  ciddi 

problemlərdən  biri  olaraq  böyük  firmaların  təqlid    siyasətini  göstərir.  Belə  ki  kiçik 

firmalar  bütün  riskləri  gözə  alaraq  yeni  bir  məhsulu  isthsal  edib  çox  çətinliklə  bazara 

çıxarmağa çalışarkən, bazarda rəqiblər və müştərilər arasında kifayət qədər əhəmiyyətli 

yerə sahib böyük firmalar həmin məhsulun istehsalını təqlid edərək bazara  çıxarmağa 

başlayırlar. Dolayısı ilə bütün riskləri gözə alaraq yeniliyi istehsal edən firma yeniliyin 

gətirəcəyi  mənfəətdən  yararlanmaz  ikən,  böyük  firmalar  heç  bir  əziyyət  çəkmədən  bu 

yenilikdən  böyük  ölçüdə  qazanc  əldə  edirlər.Bu  kimi  hallarda  Christensen  həll  yolu 

olaraq  yenilik  sahibi  olan  firmaların      əvvəlcə  böyük  firmaların  daxil  olmaq  üçün 

əhəmiyyət vermədikləri sahələrə daxil olaraq müəyyən bir potensial  topladıqdan sonra 

böyük  korporasiyaların  fəaliyyət  göstərdiyi  bazarlara  girmələrini  tövsiyyə  edir.  

Innovasiya  menecmenti  müəsisə  idarəetməsidə  yuxarı  rəhbərlik  səviyyəsində  həyata 

keçirilən  strateji  idarəetmə  istiqamətlərindən  biri  hesab  edilir.  Onun  məqsədi 

müəsisələrin  elmi-  texniki  və  istehsal  fəaliyyətinin  aşağıda  qeyd  etdiyimiz  əsas 

istiqamətləri müəyyən etməkdir(7). 

-

 



yeni  məhsul  bazarının  tədqiqi,  həmin  məhsulların  bazar  tutumu,  yeni  məhsul 

istehsalı  üzrə  fəaliyyətin  təşkili  və  proqnozlaşdırılması,  yeni  məhsul  satışı 

formalarının  təşkili,    məhsul  istehsalı  üçün  materiallar,  resurslar  və  digər 

amillərin  seçilməsi,  yeni  məhsul  üzrə  xərclərin,  istehsal  həmçinin,  satış 

qiymətlərinin kompleks təhlili yönğndən yanaşılması. 

   Müəsisə  üzrə innovasiya siyasətinin həyata keçirilməsi zamanı aşağıdakılar nəzərdə 

tutulmalıdı: 

-

 



innovasiya fəaliyyətinin plan - proqramının hazırlanması 

-

 



yeni  məhsullar  işlənib  hazırlanması  gedişinə  və  onun  tətbiqinə  nəzarət 

edilməsini 

-

 

yeni məhsullar yaradılmasının layihələrinə baxılmasını 



-

 

innovasiya  fəaliyyəti  proqramının  material  və  maliyyə  resursları  ilə  təmin 



edilməsini 

-

 



innovasiya fəaliyyətinin ixtisaslı heyətlə təmin edilməsini və s. 

   İnnovasiya menecmenti aşağıdakı fəaliyyət növləri ilə bağlıdır. 

-

 

dünya  miqyaslı  və  ölkə  daxili  yeni  ideyaların  öyrənilməsi  və 



sistemləşdirilməsi.  İistehsalda  və  bazar  sferalarında  yeni  texnologiya, 


yeniliklər  haqqında  informasiyaların  toplanması,  marketinq  xidmətinin 

yaranması və s.  

-

 

aşkara  çıxarılmış  yeni  ideyaların  seçilməsi  (  həmin  ideyaların  imkanları  və 



həyata keçirilməsi) 

-

 



yeni  məhsula  potensial  bazar  tələbatının  öyrənilməsi  (  istehsal  və  satış 

imkanlarının  araşdırılması,  uzun  müddətli  mal  alan  və  verən  partnyorların 

müəyyən edilməsi) 

-

 



yeni məhsulun yaradılması ( məhsulun nümunələrinin hazırlanması, istehsal 

və satış həcminin müəyyən edilməsi) 

-

 

bazarda monitorinq 



-

 

innovasiya menecmentinin təşkilati formalarının təkmilləşdirilməsi 



-

 

məhsul  üzrə  marketinq  proqramı  əsasında  yeni  məmulatın  istehsalatda 



tətbiqi haqqında qərar qəbul edilməsi 

   elmi- texniki tərəqqinin və ste4hsalın inkişafı nöqteyi- nəzərdən innovasiya fəaliyyəti 

5 cür olur: 


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə