“Notariat haqqında” Qanunun 11-ci maddəsinə görə



Yüklə 42.27 Kb.
tarix24.02.2018
ölçüsü42.27 Kb.

___________ rayon Məhkəməsinə

İddiaçı: ____________________________ qızı

Ünvan: _________ rayonu, _________

küçəsi, ev __, mənzil __



Faktiki yaşadığı ünvan: ________rayonu, _______ küçəsi, ev ____



Cavabdehlər: 1. ________________________ qızı

Ünvan: _____ rayonu, _____ küçəsi, ev __
2. __ saylı Dövlət Notariat Kontoru

Ünvan: ______ prospekti __, mənzil __
İDDİA ƏRİZƏSİ

(qanun üzrə vərəsəlik şəhadətnaməsinin, qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi

və vərəsəlik hüququnun tanınması)
Mənim anam _______________ qızı Bakı şəhəri, ________ küçəsi, __ saylı yaşayış evinin paylı mülkiyyətçilərindəndir və həmin evin özünə məxsus hissəsinə dair Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən ______________-cü il tarixli, ________________ saylı Qeydiyyat Vəsiqəsi almışdır.

Anam _____________-ci ildə vəfat etmişdir və onun I dərəcəli yeganə vərəsəsi mənəm. Belə ki, anamın valideynləri-nənəm ______________ 19xx-ci ildə, babam _________________ isə ondan da əvvəl, atam __________________ oğlu 19xx-ci ildə vəfat etmişdir. Atamla anamın isə məndən başqa uşaqları olmayıb, mən yeganə övladam. Burdan da belə aydın olur ki, anamın I dərəcəli yeganə vərəsəsi mənəm.

Anam qəzaya düşdüyü üçün yataq xəstəsi idi və mənimlə yaşayırdı və mən həyat yoldaşımdan boşandıqdan sonra evimizi satdıqdan sonra yaşamağa normal evim və qazanc yerim olmadığı üçün azyaşlı qızımla kirayidə qalırdım və anam da müəyyən müddət digər xalam qızının evində, daha sonra isə cavabdeh olan bacısı, xalam _____________ ilə birlikdə _________ küçəsi, __-də, öz evində, ömrünün axırına kimi isə atama məxsus ____________ qəsəbəsindəki bağda yaşayırdı və anamın şəxsi və evlə bağlı bütün sənədləri də xalamda idi. Mən isə anama məxsus evdə yaşaya bilmirdim, çünki xalam oğlu orda yaşamağa imkan vermirdi, dalaşırdı, vururdu, mən isə tənha qadın körpə uşaqla orda yaşamaqdan ehtiyyat etdiyim üçün məcburən kirayərlərdə yaşayırdım.

Sonralar mən anamı soyuq bağda qalmasını istəmədiyim üçün anamı da özümlə saxlamaq istəmişdim, baxmayaraq ki, qaldığım kirayə evlərini ən ucuz qiymətə tutduğum üçün əverişsiz, şəraitsiz evlər idi, ancaq xalam mənə icazə vermirdi.

Anam vəfat etdikdən, dəfn və yas mərasimini yola verdikdən sonra mən aprel ________-ci ildə mirasın açıldığı, miras əmlakın yerləşdiyi yerin __ saylı Dövlət Notariat Kontoruna mirası qəbul etmə qaydalarını bilmədiyim üçün qeyri-rəsmi formada, şifahi şəkildə müraciət etdikdə, notarius ___________________ mənim şəxsiyyət vəsiqəmə baxdıqdan sonra vəsiqənin vaxtı keçdiyinə görə etibarsız olduğu üçün mənə şəxsiyyət vəsiqəsini dəyişdikdən və qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq üçün lazım olan müvafiq sənədləri topladıqdan sonra ona rəsmi müraciət etməyimi məsləhət gördü.

Ancaq mən qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq üçün lazım olan sənədləri əldə edə bilmədiyim üçün qanunvericiliklə qoyulan 6 ay müddəti ötürdüm.

Belə ki, mən qanunvericiliklə tələb edilən miras qoyanın ölümü faktını, vərəsəliyin açıldığı vaxtı və yeri, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri barədə sənədlərin ən əsası olan ölüm şəhadətnaməsini və evin qeydiyyat vəsiqəsini və evə dair 1 saylı forma arayışı əldə edə bilmədim. Ona görə ki, yuxarıda qeyd etdiyim kimi həmin sənədlər cavabdeh olan xalamda idi, o isə məndən həmin sənədləri gizlədərk, neçə dəfə müraciət etməyimə baxmayaraq, mənə vermədi.

Daha sonra mən elə _____________________-ci ildə də ölüm haqqında şəhadətnamənin alınması üçün __________ rayon qeydiyyat şöbəsinə müraciət etdim, ancaq anama məxsus sənədlər xalamda olduğu üçün ölüm haqqında şəhadətnaməni də ala bilmədim. Qeydiyyat şöbəsindən mənə bildirdilər ki, “xalanız sənədi gətirib ölüm şəhadətnaməsi aldıqdan sonra biz sizə həmin arayışı verə bilərik”. Dəfələrlə qeydiyyat şöbəsinə müraciət etsəm də, xalam qəsdlə gec bir vaxtda ölüm şəhadətnaməsi aldığı və mənim xəbərim olmadığı üçün mən yalnız ___________________-cu ildə Qeydiyyat şöbəsindən anamın ölümünə dair arayış əldə edə bildim.

Miras əmlaka dair qeydiyyat vəsiqəsini isə mən qohumlardan ancaq surətini əldə edə bildim. Yuxarıda göstərilənlərdən də məlum olur ki, mən vaxtında miras əmlakı qəbul etməyə çalışsam da müvafiq sənədlərin olmaması və mənim onları əldə edə bilməməyim ucabatından üzürlü səbəblərdən qanunvericiliklə tələb edilən müddəti ötürmüşəm. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 107-cı bəndinə görə, miras əmlakın tərkibində daşınmaz əmlak olduqda, notarius daşınmaz əmlakın miras qoyana məxsus olması haqqında hüquqmüəyyənedici sənəd, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə qadağanın və ya bu əmlak üzərində həbsin olub-olmadığı barədə arayış tələb edir. Qadağa borc alınması ilə əlaqədar qoyulmuşsa, notarius kreditora bildirir ki, borc alanın vərəsələrinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

Mülki Məcəllənin 1248.1-ci maddədinə görə, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.

Həmin Məcəllənin 1248.2-ci maddəsinə əsasən, bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir.

Mən isə kasıb, xəstə, təkbaşına az yaşlı uşaq boyüdən və hüquqlarının bilməyən, savadsız bir insan kimi müxtəlif yerlərə müraciət etsəm də heç bir nəticə əldə edə bilmədim.

Sonradan mən __ saylı Dövlət Notariat Kontorundan öyrəndim ki, cavabdeh məndən xəbərsiz bütün sənədləri toplayaraq, həmin notariusa qanun üzrə vərəsəlik şəhadətnaməsinin ona verilməsi ilə bağlı müraciət etmişdir və orada söyləmişdir ki, guya cavabdeh anamın yeganə vərəsəsidir, beləliklə də yalan deyərək, mənə məxsus əmlakı dələduzluq yolu ilə ələ keçirməyə çalışmışdır. Ancaq mən həmin notariusa cavabdehdən əvvəl müraciət etdiyim, lakın sənədlər olmadığına görə mirası qəbul edə bilmədiyim üçün notarius artıq mənim kimi bir vərəsənin varlığından xəbərdar olduğuna görə cavabdehə qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsindən imtina etmişdir.

Sonradan mən aztəminatlı əhaliyə pulsuz hüquqi yardım göstərən Hüquqi Yardım Mərkəzinə müraciət etdim. Yeni şəxsiyyət vəsiqəsi aldıqdan sonra mən yenidən __ saylı Notariat Orqanına yazılı şəkildə müraciət etdim və notarius ________________-cu il tarixli məktubla Mülki Məcəllənin 1246-cı maddəsinə görə, qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsinin mümkün olmadığını və bunun üçün məhkəməyə müraciət etməli olduğumu bildirdi. Mən məhkəməyə vərəsəlik hüququnun tanınması ilə bağlı ərizə ilə müraciət etdikdə, lazımı sənədlərin əsli olmadığı üçün ərizəm elə məhkəmənin dəftərxanasından da geri qaytarıldı.

Mən AR Əmlak Məsələləri Dövlət Komitəsinın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qanun üzrə vərəsəlik şəhadətnamaməsi almaq üçün Bakı şəhəri, ________ küçəsi, __ saylı evə dair anam ________________________ qızının adına olan Qeydiyyat Vəsiqəsinin əslinin verilməsi ilə bağlı müraciət etdikdə, Bakı şəhər Ərazi İdarəsi __________________-cu il tarixli məktubu ilə bildirdi ki,”Bakı şəhəri, ____________ küçəsi, ______ saylı fərdi yaşayış evinin mərhum _______________________ qızına məxsus hissəsinə vətəndaş ___________________ qızı _________________-ci il tarixli ______________ reyestrli __ saylı DNK tərəfindən təsdiqlənmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında vərəsəlik qəbul etmişdir.”

Həmin məktubu aldıqdan sonra mənə məlum oldu ki, cavabdeh qəsddən məndən bütün lazımı sənədləri gizlədərək, mirası öz adına qəbul edib. Belə ki, o ilk dəfə yuxarıda da qeyd etdiyim kimi __ saylı Dövlət Notariat Orqanına müraciət edib öz niyyətini həyata keçirə bilmədikdə, miras əmlaka yaxın yerləşməyən ___ saylı DNK-na müraciət edib və orda da yalan söyləyərək, anamın I dərəcəli vərəsələrinin olmadığını bildirmiş, notarius _______________ isə qanunvericiliklə öz öhdəsinə düşən vəzifəsini, yəni digər vərəsələri axtarıb tapmadan, altı ay bitmədən II dərəcəli vərəsəyə qanun üzrə vərəsəlik şəhadətnaməsi verməklə yerinə yetirməmişdir. Bununla da cavabdehlər əlbir olaraq, aşağıda göstərilən qanunvericiliyin tələblərini kobudcasına pozaraq, qanunvericiliklə mənə məxsus olacaq əmlakı cavabdeh _________________________ adına keçirilməsnə nail olmuşlar.

Cavabdeh _______________________ hələ anamın sağlığında niyyəti mən, yetimin payına yiyələnmək idi və o, buna digərlərinin qanunsuz hərəkətləri sayəsində nail odlu. Belə ki, ____________ kəndində bağ evi mənim atamın idi, cavabdeh xalam bağın yarısını atamın sağlığında, digər yarısını isə anamın xəstəliyindən istifadə edərək, ondan öz adına etibarnamə alaraq, beləliklə, bizim ailəyə məxsus bağ sahəsini öz adına özəlləşdirməyə müvafiq olmuşdur. Ancaq onun tamahı bununla da bitməyib və növbəti dəfə isə o anama məxsus, övladı kimi mənə çatacaq miras əmlakı məndən bütün sənədləri gizlədərək, vaxtında əvvəl miras əmlakı ələ keçirmişdir.

Hüquqi Yardım Mərkəzi __ saylı Dövlət Notariat Kontoruna sorğu ilə müraciət edərək, aşağıdakı sualların cavablandırılmasının xahiş etmişdir: “Bakı şəhəri, ___________rayonu, __________ küçəsi, __ saylı evin _____________________ qızına məxsus hissəsinə dair miras qəbul edilibmi, edilibsə, kimlər tərəfindən və həmin şəxslərin miras qoyanla hansı qohumluq əlaqəsi vardır? ________________________ qızının neçə vərəsəsi olub və neçə vərəsə tərəfindən miras qəbul edilib? Bakı şəhəri, ________ rayonu, _________ küçəsi, __ saylı evin ____________________________ qızına məxsus hissəsinə dair kimlərə qanun üzrə vərəsəlik şəhadətnaməsi verilib, nə vaxt və hansı əsasla? Qeyd edilən mirası qəbul etməyən vərəsələr vardırmı?”

Notarius _________________ isə sorğuya heç bir cavab verməyərək, yalnız cavabdeh ___________________ verilən qanun üzrə vərəsəlik şəhadətnaməsinin surətini mənə vermişdir. Həmin şəhadətnamədən də məlum olur ki, notarius qanunvericiliyin tələblərini pozaraq, miras əmlakın açıldığı yerə yaxın yerləşən bir notariat kontoru olmadan, 6 ay müddətin bitməsini (_________-ci il tarixdə) gözləmədən, I dərəcəli vərəsələri axtarmadan, onların gəlməsini gözləmədən II dərəcə vərəsəyə qanun üzrə üzrə vərəsəlik şəhadətnaməsi vermişdir.

Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:

Birinci növbədə—ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

Həmin Məcəllənin 1160-cı maddəsinə görə, əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.

Həmin Məcəllənin 1321.1-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər.

Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 95-ci bəndinə görə, mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka vərəsələr və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir.

Həmin Təlimatın 102-ci bəndinə görə, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölümü faktını, vərəsəliyin açıldığı vaxtı və yeri, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır. Ölüm faktı və vərəsəliyin açıldığı vaxt miras qoyanın ölümü haqqında vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnaməsi ilə təsdiq edilir. Mirasın açıldığı yer aşağıdakı sənədlərlə təsdiq olunur: miras qoyanın yaşayış yeri haqqında mənzil-istismar idarəsinin, rayon icra hakimiyyətinin və ya ölənin iş yerindən verilən arayış, ölənin yaşayış yeri məlum olmadıqda isə miras əmlakın və ya onun əsas hissəsinin olduğu yer haqqında sənəd.

Mülki Məcəllənin 1322-ci maddəsinə görə, vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir.

Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 96-cı bəndinə görə, vərəsəlik hüququ haqqında şəhadətnamə vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra verilir. Əgər notariusda şəhadətnamə tələb edən şəxsl ərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik hüququ haqqında şəhadətnamə altı aydan tez də verilə bilər.

Notariat haqqında” Qanunun 51-ci maddəsinə görə, mirasın qəbul edilməsinə qədər mirasın açıldığı yerdəki notariat orqanı, zərurət olarsa, mirasın qorunması məqsədilə tədbirlər görür. Həmin qayda vərəsənin məlum olmadığı və ya onun mirası qəbul edib-etməməsinin bilinmədiyi hala da şamil edilir.

Notariat haqqında” Qanunun 55-ci maddəsinə görə, açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius, həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür.

Həmin Qanunun 57-ci maddəsinə görə, mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir.

Notarius __________ cavabdeh ______________________ ilə birlikdə mənim mülkiyyət hüquqlarımı pozmuşlar və buna görə də məsuliyyət daşımalıdırlar. Belə ki, notarius nəinki vərəsələrin axtarılması üçün tədbirlər görüb, əksinə I dərəcə vərəsənin gəlməyini gözləmədən, 6 aylıq müddət bitmədən II dərəcə vərəsəyə qanun üzrə vərəsəlik şəhadətnaməsi vermişdir.

Notariat haqqında” Qanunun 11-ci maddəsinə görə, notariusun qanunsuz hərəkətləri nəticəsində ayrı-ayrı şəxslərə, təşkilata və ya dövlətə maddi ziyan vurularsa o, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada maddi məsuliyyət daşımalıdır.

Vurulmuş ziyanın məbləği tərəflərin razılığı ilə və ya məhkəmə qaydasında müəyyən edilir.



Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir.

Azərbaycan Respublikası Konstitusiyanın 13-cü və 29-cu maddələrinə əsasən, hər kəsin mülkiyyət hüququ var, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.


Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

Beləliklə, mənim həm Azərbaycan Respublikası Konstitusiyası və qanunvericilikləri ilə, həm İnsan hüquqları haqqında Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi pozulmuşdur.

Lixtenşteyn Şahzadəsi Hans-Adam II Almaniyaya qarşı işində İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etdi ki, Konvensiya orqanlarının bərqərar olmuş presedent hüququna əsasən, “mülkiyyət” şikayətçinin mülkiyyət hüququndan effektiv istifadənin əldə oluna biləcəyinə dair onda olan ən azı “hüquqi gözləntilər”in mübahisələndirilə biləcəyi iddialar da daxil olmaqla, “mövcud olan əmlak və ya mülklər” ola bilər.

Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149 və 150-ci maddələrini əsas tutaraq,


XAHİŞ EDİRƏM:
Bak şəhəri, _______ küçəsi, ev __-ə dair cavabdeh _____________________ qızına verilən qanun üzrə vərəsəlik şəhadətnaməsi və qeydiyyat vəsiqəsi etibarsız hesab edilsin və mənim həmin ünvana vərəsəlik hüququm tanınsın.
Əlavə:


  1. İddia ərizəsinin surəti-2 nüxsə;

  2. Dövlət rüsumunun ödənilməsi barədə qəbz;

  3. Şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surəti;

  4. Qeydiyyat vəsiqəsinin surəti;

  5. __ saylı DNK-nun ______ saylı, _____________-cu il məktubu;

  6. Ölüm haqqında arayışın təsdiq edilmiş surəti;

  7. Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surəti;

  8. Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin ____________-cu il, _______________ saylı cavab məktubu;

  9. Hüquqi Yardım Mərkəzi tərəfindən ___ saylı DNK-na göndərilən _____________-cu il tarixli sorğu;

  10. __________________ qızının adına verilən Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surəti.

Tarix: ___________-cu il


İmza:


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə