Note- this is a model policy that scus should use as an example to write their policy



Yüklə 96 Kb.
tarix17.09.2018
ölçüsü96 Kb.
#69168



Azərbaycanda Kredit İttifaqları üçün Əməliyyat Normaları

Kredit üzrə İtki Siyasəti, Prosedurları və Formalar üzrə Model

Bakı, Sentyabr 2008

Mündəricat

1.Kredit İtkiləri üçün Xüsusi Ehtiyatlar 3

2.Siyasətin Nəzərdən keçirilməsi 3

3.Kredit İtki Hesabı üçün Xüsusi Ehtiyat Fondunun müvafiqliyinin müəyyən edilməsi 3

4.Kreditin Silinməsi 3

5.Silinmiş Kreditlər üzrə olunan kompensasiyalar 4

6.Xüsusi Ehtiyat Fondunun Vaxtaşırı nəzərdən keçirilməsi 4

Cədvəl 1 – Xüsusi Ehtiyat Fondunun xüsusi hesablanması 7

Cədvəl 2 – Kredit İtkiləri üçün Ehtiyatda tələb olunan Cəmi Məbləğ 7

Xüsusi Kredit Ehtiyatının Cəmi Məbləği (Cədvəl 1-dən) 8



Kredit İtki Siyasəti, Prosedurları və Formalar üzrə Model


Qeyd: Bu Kİ-rı tərəfindən öz siyasətlərini yazmaqda nümunə kimi istifadə oluna biləcək siyasət modelidir. Əgər bu siyasət Kİ-nın özünəməxsus xüsusiyyətlərini əks etdirmirsə, idarə heyyəti tərəfindən qəbul edilməli deyil.

  1. Kredit İtkiləri üçün Xüsusi Ehtiyatlar

Xüsusi Ehtiyat Fondu balansı bütün potensial kredit itkilərini təmsil edir. Aktiv balansın əksinə olaraq, hesab balansda passivlər tərəfində verilir. Hesab həmişə kredit balansına malik olmalıdır. Bu hesab potensial kredit itkiləri məbləği ilə cəmi kreditləri azaltmaq effektinə malikdir, belə ki, cəmi aktivlər aydın qeyd edilir. Kredit portfelinin keyfiyyəti təsnifləndirmə ilə müəyyən edilir. Kompensasiya qeydi və ya borc gəlir və xərc hesabatında açıqlanan xərc hesabıdır. Bu hesabın maliyyələşməsi cari müddət xərclərini nəzərdə tutur. Kredit silinməlidirsə, əsas məbləğ yalnız Xüsusi Ehtiyat Fonduna debit olunur.


  1. Siyasətin Nəzərdən keçirilməsi


Kredit İttifaqının (Kİ) İdarə Heyəti kredit itkiləri siyasəti üzrə anlayışının formalaşması, nəzərdən keçirilməsi və tənzimlənməsi üçün məsuliyyət daşımalıdır. Ən azı ildə bir dəfə idarə heyəti bu siyasəti nəzərdən keçirəcək və zəruri olan zaman gündəlik əməliyyatları əks etdirməsi məqsədilə ona düzəlişlər edəcəkdir.
  1. Kredit İtki Hesabı üçün Xüsusi Ehtiyat Fondunun müvafiqliyinin müəyyən edilməsi


Xüsusi Ehtiyat Fondunun müvafiqliyi ən cari aylıq və gecikdirilmiş kreditlər üzrə hesabatın nəzərdən keçirilməsi vasitəsilə müəyyən edilir. Menecer aylıq əsasla hesabın müvafiqliyini müəyyən edir və hər hansı tənzimlənmənin zəruri olduğu zaman idarə heyətinə məlumat verir. Əgər gecikdirilmiş kreditlərdə artım varsa, hesabda müvafiq olaraq artırılmalıdır. Kompensasiya hesabı bütün məlum və ya gözlənilən kredit itkilərini təmin etmək məqsədilə müvafiq balansa malik olmalıdır. Hesabda olunmuş bütün aylıq artmalar və ya azalmaların təhlili idarə heyəti tərəfindən aylıq iclaslarda təsdiq edilməli və protokolda qeyd edilməlidir.
  1. Kreditin Silinməsi


Kredit ittifaqının idarəçiliyi toplanılması qeyri mümkün hesab edilən üzvün kredit hesabını neçə ay gecikməsindən asılı olmayaraq, idarə heyətinin aylıq iclasında nəzərdən keçirilməsi məqsədilə müzakirəyə qoyur. Səs çoxluğu ilə idarə heyəti kreditin toplanılmasının qeyri mümkün olduğunu müəyyən edirsə, Müşahidə Şurasına kreditin silinməsi barədə dərhal məlumat verilir. Müşahidə Şurası bu kreditlərin silinməsi barədə Ümumi Yığıncağa tövsiyyə verir. Kreditinlərin silinməsi yalnız Ümumi Yığıncağın qərarı ilə həyata keçirilir.

Buna baxmayaraq 12 ay (360 gün) və ya daha uzun müddətə ödənilməyən bütün kreditlər silinməlidir. Əgər kreditlər maksimum 30 gün müddətində 12 ay ödənilmədikdən sonra silinməyibsə, bunun səbəbi əsaslandırılmalı, yazılı şəkildə sənədləşdirilməli və idarə heyəti protokolunda qeyd edilməlidir. Kreditin silnməsi Kİ-nin krediti toplama cəhdlərini davam etdirməməsi demək deyildir. Onlar ümid etməlidir ki, üzvün maliyyə vəziyyəti yaxşılaşacaq və KI-yə ödəməni etməyə qabil olacaqdır.

Əgər ödəniş olmayan halda üzvün payının alınması barədə hüquqi və müvafiq müqavilə imzalanmışsa, silinməsi üçün təsdiq edilmiş məbləğ girova (əgər tətbiq edilirsə) ödəniş yönəltdikdən sonra əldə olunan məbləğdən və üzvün payından az olmalıdır. Silinmənin təsdiqi borcalanın adı, hesab nömrəsi və silinən məbləği göstərən informasiya ilə birlikdə idarə heyətinin protokolunda qeyd edilir.

Silinmiş kreditlərin mühasibatlıq qeydlərinin aparılması növbəti 5 il ərzində balansdan kənar hesabda qeyd edilir. Geri ödəməni təmin etmək məqsədilə silinmiş borcu olan üzvlərlə qaytarılmalı kredit məbləği və ona hesablanmış faiz barədə 6 aydan bir əlaqə saxlanılmalıdır. Bu müddət ərzində geri ödəmə olunmasa, qaytarılmalı məbləğ balans hesabından silinəcəkdir.


  1. Silinmiş Kreditlər üzrə olunan kompensasiyalar


Kreditlər silinən zaman yalnız əsas məbləğ Xüsusi Ehtiyat Fonduna silinir. Silinmiş kreditlər üzrə bütün kompensasiyalar Xüsusi Ehtiyat Fonduna qeyd edilir
  1. Xüsusi Ehtiyat Fondunun Vaxtaşırı nəzərdən keçirilməsi


Müşahidə Şurası rüblük olaraq Xüsusi Ehtiyat Fonduna olunan qeydləri nəzərdən keçirir ki, təsdiq edilməmiş kredit silinmələrinin həyata keçirilmədiyinə əmin olsun. Hesaba olunacaq yalnız 3 növ qeydlər vardır:

  • Gecikdirilmiş kreditlərin aylıq nəzarəti üzrə hesab balansını artıran və ya azaldan qeydlər;

  • Toplanılması qeyri mümkün müəyyən edilən kreditlərin silinməsi üzrə qeydlər (bu hesab balansı azaldacaq); və

  • Silinmiş kreditlər üzrə olunan kompensasiyaları göstərən qeydlər (bu Xüsusi Ehtiyat Fondunu artıracaq).

Digər bütün qeydlər diqqətlə araşdırılmalıdır ki, hər hansı dələduzluq fəaliyyətinə yol verilməsin.

Silinmiş bütün kredit məbləğləri təsdiq edilmiş və idarə heyəti protokolunda qeyd edilmiş məbləğlər ilə müqayisə edilməlidir. Heç bir şərtlər altında təsdiq edilmiş və silinmiş məbləğlər arasında fərq olmamalıdır.


Idarə Heyəti bu siaysəti ______________tarixdə nəzərdən keçirdi və yenidən təkmilləşdirdi.

Əlavə 1

KREDİT İTKİSİ PROSEDURLARI ÜÇÜN TƏMİNAT

  1. Menecer ay sonuna gecikdirilmiş kreditlər barədə hesabat alır. Hesabat əvvəlki ayın son 5 günü müddətində hazırlanmalıdır. Bu hesabatdan istifadə etməklə onlar bütün gecikdirilmiş kreditlər üçün Xüsusi Ehtiyat Fondunda nə qədər kompensasiyanın tələb olunmasını müəyyən edir. Təhlil aşağıdakı kimi aparılır:

  • Əgər kredit 31-59 gün gecikmişsə, veriləcək kredit balansının 30%-i Xüsusi Ehtiyat Fondunun hesaında saxlanılır. Bunun asan hesablanması üçün 31-59 gün arasında gecikdirilmiş bütün kreditlərin cəmi balansı 30%-ə vurulur.

  • Əgər kredit 60-179 gün gecikmişsə, veriləcək kredit balansının 60%-i kompensasiya balansı üçün saxlanılır. Bunun asan hesablanması üçün 60-179 gün arasında gecikdirilmiş bütün kreditlərin cəmi balansı 60%-ə vurulur

  • 180 gündən yuxarı gecikdirilmiş kreditlər cəmi kredit balansının 100%-də saxlanılmalıdır. Formula aşağıdakı kimidir:

  • Xüsusi Ehtiyat Fondu = (30-59 gün gecikdirilmiş * .30) + (60-179 gün gecikdirilmiş * .60) + (>180 gün gecikdirilmiş * 1.0)

  1. Bu hesablama hər ay aparılmalı və tələb olunan məbləğ ay sonuna Xüsusi Ehtiyat Fondu hesabında qalıq balans ilə müqayisə edilməlidir. Əgər hesab azaldılmışsa, onda xüsusi Ehtiyat Fondu hesabının artırılması fərq üzrə hesabı kreditləşdirməklə və xərc hesabına debetləşdirməklə aparıla bilər. Əgər bunun əksi doğrudursa, Xüsusi Ehtiyat Fondu hesabının debetləşdirilməsi və Nəzərə alınmayan Gəlir Hesabına kreditləşdirilməsi vasitəsilə hesab azaldıla bilər. (bu xərc hesabı vasitəsilə geri kreditləşdirilməlidir: Gözlənilən Kredit İtkiləri üçün Resursların paylaşdırılması. Bu Nəzərə alınmayan Gəlir deyil – Nəzərə alınmayan Gəlir hökumət tərəfindən vergilərin geri qaytarılması olmalıdır, Kİ tərəfindən olunan nəzərə alınmayan gəlir sərmayənin satışındadır.)

  2. Ödənişin alınması və ya olunmaması səbəbindən gecikdirilmiş kredit bir gecikdirilmə tarixindən digərinə keçirsə, Xüsusi Ehtiyat Hesabında müvafiq tənzimləmə aparılmalıdır. Əgər Kİ hər zaman müddəti üçün cəmi balanslardan istifadə etməklə, hər kateqoriya üzrə potensial itkiləri hesablayırsa, ehtiyat hesabında artımlar və ya azalmalar asanlıqla hesablana bilər.

  3. Əgər kredit silinməlisə, əsas məbləğ yalnız Xüsusi Ehtiyat Fondu hesabına debetləşir. Debet qeydi bu hesabın balansını azaldır. Silinmiş kredit üzrə yığılmış faizlər varsa, məbləğ toplanmış faiz hesabından silinir və ya çıxılır. Toplamalarla əlaqədar xərclər Kİ tərəfindən müvafiq xərc hesabında kompensasiya edilir.

  4. Əgər borcalan silinmiş krediti geri ödəmək qərarına gəlirsə, əsas məbləğ Xüsusu Ehtiyat Fondu hesabına, kompensasiya olunan faizlər faiz gəlirinə, əlaqədar xərclər ilə müvafiq xərc hesabına kreditləşir,

  5. Aşağıdakılar Xüsusi Ehtiyat Fondu hesabına oluna biləcək qeydlərdir:

  • Gecikdirilmiş kredit siyahısına nəzarət etməklə, aylıq əsasla hesabı artıran və ya azaldan kredit və ya debet,

Hesabı artırmaq (çünki, xüsusi Ehtiyat Fondu hesab balansı azaldılıb):

Debet – Gözlənilən Kredit İtkiləri üçün Resursların paylaşdırılmsı üzrə Xərc Hesabı

Kredit – Xüsusi Ehtiyat Fondu


  • Hesabı azaltmaq (çünki, Xüsusi Hesab Fondu Balansı artırılıb):

Debet – Xüsusi Hesab Fondu

Kredit – Nəzərə alınmayan Gəlirlər (əlaqədar xərc hesabı vasitəsilə geri kreditləşməlidir.)



  • Kreditlərin silinməsi səbəbindən Xüsusi Hesab Fondunu azaltmaq:

Debet – Xüsusi Hesab Fondu

Kredit – Üzvlərin Krediti



  • Əsas məbləğ üzrə əvvəl silinmiş kreditlərin kompensasiya edilməsi səbəbindən Xüsusi Hesab Fondunu artırmaq:

Debet – Nəğd pul və ya Hesablaşma Hesabı

Kredit – Xüsusi Ehtiyat Fondu


Cədvəl 1 – Xüsusi Ehtiyat Fondunun xüsusi hesablanması


Ki-nin adı_______________________________



Tarix ________________200__



No

Borcalanın adı və hesab nömrəsi

Veriləcək kredit balansı

31 -59 gün gecikmiş

(bax 1)

60 -179 gün gecikmiş (bax 1)

>180 gün gecikmiş (bax 1)

Son ödəniş tarixi və məbləğ

Verilmiş kredit tarixi

Girovun növü













































































































Sub-cəmi

























Faiz




*30%

*60%

*100%













Cəmi






















    1. Cəmi gecikdirilmiş kredit balansı yalnız gecikdirilmiş ödəniş məbləğləri ilə deyil, gecikdirilmiş günlərin sayı ilə müvafiq gəlməklə

gecikdirilmiş kredit sütunlarında yerləşdirilməlidir.

Cədvəl 2 – Kredit İtkiləri üçün Ehtiyatda tələb olunan Cəmi Məbləğ



Xüsusi Kredit Ehtiyatının Cəmi Məbləği (Cədvəl 1-dən)











= Xüsusi Ehtiyat Fondunda tələb olunan Cəmi Məbləğ




(-) Xüsusi Ehtiyat Fondunda Cari Məbləğ (Kİ-nin balansından)




= Xüsusi Ehtiyat Fondunda Əskik və ya Artıq Məbləğ (bax 2)




2. Əgər əskiklik varsa, bu məbləğ dərhal Gözlənilən Kredit İtkiləri üçün Reservin Paylaşdırılması üzrə Xərclərə debet olunmaqla və tam əskik məbləğ Xüsusi Ehtiyat Fonduna kreditləşməklə, Xüsusi Ehtiyat Fondu artırıla bilər.


Yüklə 96 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə