Növbəti kitabını yazmağa hazırlaşan müəllif iş həyatında uğurlar qazanmış bir



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə10/11
tarix28.06.2018
ölçüsü0,63 Mb.
#52312
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   11

Növbəti  dua  otağının  iki  addımlığında  dayanıb  içəriyə  girə  bilməmək  məni  dəli 

edirdi. Hər şeyin belə bitəcəyini gözləmirdim.  

 

Hər  iki  əlimi  qaldırıb  gözlərimi  kağızdakı  üç  dairəyə  və  bu  dairələrin  altında 



yazılan cümlələrə zillədim. 

 

Meksikalı əsgərin gülüş səsini həzm edə bilmədim. O qədər əsəbləşdim ki, üzümü 



ona çevirib “vur!” dedim. 

 

Tüfəngin  lüləsini  üzümə  yapışdırıb  tətiyi  çəkməyə  hazırlaşan  əsgərə  anidən  nəsə 



oldu. 

 

Silahı əlindən düşdü. Mənə baxan göz bəbəkləri böyüdü. Dizləri üstə çökdü. Sonra 



isə üzü üstə yerə yapışdı. 

 

Cəsəddən bir qədər aralıda başqa bir adam dayanmışdı. Qaranlıq olduğu üçün onun 



üzünü aydın görə bilmirdim. Həmin adam  yerdə uzanmış əsgərə yaxınlaşıb aşağı 

əyildi  və  onun  kürəyindən  bıçağını  çıxardı.  Bir  müddət  ona  baxıb  dedi:

 

“Əsgər 


kimdir?  Əsgər  sadəcə  əmr  quludur.  Görəsən,  bu  əmrləri  verənlər  hansı  mənsəbə 

qulluq  edirlər?  Görəsən,  ölümündən  sonra  bu  əsgəri  kimsə  yad  edəcək?  Onun 

ölümünün  bir  mənası  varmı?  Bu  bıçaq  onu  adsız  qəhrəmanlardan  birinə  çevirdi. 

Halbuki,  bıçaq  mənim  kürəyimə  saplananda  bütün  dünya  ölümümü  və  adımı 

müzakirə  edirdi.  Bu  günə  kimi  də  müzakirə  edirlər.  Bu  əsgər  isə  unudulmağa 

məhkumdur”.

 

Heyrətlənmişdim.  Donub  qalmışdım.  Çünki  sözlərinə  qulaq  asdığım  insanın  kim 



olduğunu  anlamışdım.  Təxminlərimi  qətiləşdirmək  üçün  danışmağa  davam  etdi: 

“Heç kim onları yad etmir. Yaxınları belə onlardan gec-tez əlini üzür. Əmrlərə tabe 

olmaq  da  bir  həyat  deyil.  Bəzən  qaydaların  əksinə  getmək  lazımdır.  Elə  səninlə 

danışan gəncin etdiyi kimi qaydaları görməzdən gəlib öz işini qurmalısan. Hələ də 

inana bilmirəm ki, əsgərlik çəkə-çəkə bu gənc ilk milyon dollarını qazanıb”.

 

Ayağa  qalxıb  mənə  tərəf  yaxınlaşan  adamın  kim  olduğunu  artıq  dəqiq  bilirdim. 



Ona təəccüblə baxdığımı görüb gülümsədi və dedi:

 

“Darıxma, dostum, hər şeyi 13-cü gün anlayacaqsan”. 



 

O, dua otağına daxil oldu. Onun arxasınca gedəndə gözlərim qaraldı. Ayaqlarımın 

altında boşluq yarandı. Dərin boşluğa düşəcəyimi zənn edib qışqırdım. Gözlərimi 

açanda evdə olduğumu və qışqırıq səsimlə evdə yatan hər kəsi oyatdığımı anladım. 

Yuxuya qayıtmaq istəyirdim. Amma bilirdim ki, bu, mümkün olmayacaq. Deməli, 

onunla söhbətimizin ardını gözləməli olacaqdım. 

 



  

 

Fəsil 3 

 

Üçüncü görüş - Kağızda çəkilmiş dairələrin sirri 

“Qaydaları  pozmayın.  Amma  onları  görməzdən  gəlin.  Qaydalara  əməl  etsək, 

sadəcə  “rəqəmlərdən”  birinə  çevrilərik.  Tabe  olan  rəqəmlərdən  birinə.  Halbuki, 

biz canlıyıq.” 

 

Toğrulla növbəti görüşümüzün vaxtı gəlib çatmışdı. İş otağında onu gözləyirdim. 

Masanın  üstündəki  kağızı  götürüb  diqqətlə  baxmağa  başladım.  Dünən  gördüyüm 

yuxunun təsiri altında idim. Kağızda çəkilmiş dairələrin aşağı hissəsinə dönə-dönə 

baxdım ki, bəlkə, nəsə tapdım. Amma heç bir yazı görmədim.  

 

Otağa  daxil  olan  Toğrul  onun  verdiyi  kağıza  diqqətlə  baxdığımı  görüb  soruşdu: 



“Nə düşünürsünüz?”.

 

Dünən  gördüyüm  yuxunu  hiss  etdirməmək  üçün  tərəddüd  etmədən,  “dairələrin 



içində yazılmış sözləri düşünürəm”, - dedim. 

 

Cavabımı  eşidən  Toğrul  məni  onunla  birlikdə  divana  əyləşməyə  dəvət  etdi.  Hiss 



olunurdu ki, məni dərin və ətraflı izahat gözləyir. Divana əyləşəndən sonra mənim 

üçün süzülmüş çaydan bir qurtum aldım. Toğrul da “ofisin ən iri stəkanından” bir 

qurtum  içərək  söhbətinə  başladı:  “Gəlin  bu  kağızda  yazılmış  dairələrin  mənasını 

bir-bir  izah  edim.  İnanıram  ki,  sizə  çox  böyük  faydası  dəyəcək.  Bu  üç  söz  ayrı-

ayrılıqda  heç  bir  işə  yaramır.  Amma  üçünün  birliyindən  inanılmaz  nəticələr  əldə 

etmək mümkündür”. 

Birinci  dairədə  yazılmış  sözü  göstərib  davam  etdi:  “Burada  EHTİRAS  sözü 

yazılıb.  Sirli  sousun  resepti  üçün  ən  vacib  hesab  etdiyim  elementlərin  ilkidir. 

Ehtiras çox güclü hissdir.  Bu hiss sizi idarə edirsə, o zaman qaydaları görməzdən 

gəlirsiniz. Adətən insan sevdiyi bir işə ehtiras hissini bəsləyir. Məsələn, siz hazırda 

kitab  yazırsınız.  Halbuki,  kitab  yazmaq  qaydalarla  dolu  olan  normal  həyatımıza 

görə bir iş deyil. Amma əminəm ki, yazmağa qarşı çox güclü ehtiras hiss edirsiniz. 

Bu,  çox  vacibdir.  Çünki  yalnız  bu  hisslə  qaydaları  dəyişə  biləcəksiniz.  (Ona 

təəccüblə baxdığımı görüb gülümsədi.) Siz də hamı kimi “normal” şəkildə yaşaya 

bilərdiniz. Amma bunu etmək əvəzinə, ehtirasınızın qurbanına çevrildiniz. Uğurlu 

ola bilmək və ya xoşbəxt ola bilmək üçün, ilk növbədə, bizi ehtirasa gətirən sahəni 

və ya işi tapmalıyıq. 

 



Mən  əvvəllər  pulu  sadəcə  çətinlik  görən  ailəmə  görə  qazandığımı  düşünürdüm. 

Düşünürdüm ki, bu güclü istəyim ehtiyacdan yaranıb.  Amma bu gün öz həyatımı 

təhlil edəndə görürəm ki, pul qazanmaq və problemləri həll etməkdən həzz alıram. 

Qazanmağa  olan  ehtirasım  o  qədər  güclüdür  ki,  normal  hesab  edilən  bütün 

qaydaları  və  prosedurları  görməzdən  gəlmişəm.  Həyatımı  idarə  edən  başlıca  hiss 

məhz bu dairədə gördüyünüz sözlə bağlıdır”. 

 

Onun  sözlərini  eşitdikdən  sonra  beynimdə  bir  sual  yarandı:  “Məktəbdə  və 



universitetdə bizə öyrədilənlər ehtiras hissimizi öldürmürmü?”.

 

Toğrul sanki sualımı eşidərcəsinə söhbətinə davam etdi:  



-  İlk  dəfə  məhz  məktəbdə  və  universitetdə  sosial  bərabərsizliyi  hiss  etmişəm. 

Məktəbdə    bunun  fərqinə  bir  o  qədər  varmasam  da,  universitetdə  bərabərsizliyi 

açıq-aşkar  görmüşəm.  Düşünün  ki,  bir  qrupda  həm  çox  kasıb,  həm  də  çox  varlı 

ailələrdən  olan  tələbələr  təhsil  alırlar.  Varlı  tələbələrin  gələcəyi,  demək  olar  ki, 

artıq sığortalanıb. Onlara verilən  cib xərcliyi bəzən müəllimlərin maaşından daha 

çox  olur.  Yadımdadır  ki,  universitetin  birinci  kursunda  mənə  verilən  aylıq  cib 

xərcliyini  başqa  tələbə  sadəcə  bir  nahara  xərcləyirdi.  Sonra  ikimiz  də  eyni 

auditoriyada əyləşib, eyni dərsləri öyrənirdik. Mən anlayırdım ki, sosial cəhətdən 

hansı  qrupa  məxsus  olmaq  istəyirəm.  Və  yalnız  dərs  oxumaqla  buna  nail  ola 

bilməyəcəyimi  gün  keçdikcə  daha  yaxşı  başa  düşürdüm.  Deyim  ki,  yaxşı 

qiymətlərlə  oxuyurdum.  Hətta  uzun  müddət  əlaçı  belə  olmuşam.  Amma  hiss 

etmişəm ki, əsas işi görmürəm. Əsas iş isə pul qazanmaqdır. Böyük şəklə baxsanız, 

görərsiniz ki, ailələr bizi məktəbə və universitetə, ilk növbədə, gələcəkdə iş tapıb 

pul  qazana  bilməyimiz  üçün  göndərirlər.  Buna  görə  illərimizi  təhsil  ocaqlarında 

itiririk.  Halbuki,  daha  tez  işləmək  və  qazanmaq  şansımız  var.  Mən  artıq  17 

yaşımda ayda təqribən 3000 dollar qazanırdım. Amma əminəm ki, bir çox insan 50 

yaşına  çatsa  da,  bu  məbləği  qazana  bilməyib.  Səbəb  sadədir.  Onlar  ehtiraslarının 

ardınca  getməyiblər.  Onlar  qaydalara  tabe  olublar  və  həyatlarını  normal  şəkildə 

yaşamağa  çalışıblar.  Mən  isə  fərqli  düşünürəm.  Hər  kəs  bu  həyatı  gec-tez  tərk 

edəcək,  amma  hər  kəs  bu  həyatı  yaşaya  biləcək  qədər  cəsarətə  sahib  olmayacaq. 

Cəsarət ehtirasın çoxluğundan  yaranır. İşinə sevgin varsa, bu, sənin həyatına çox 

böyük təsir göstərir.  

 

Sirli reseptimin birinci sözünə diqqət yetirin. Nəyə ehtiras göstərdiyinizi vaxtında 



müəyyənləşdirin.  Çünki  kiçik  yaşlardan  həmin  istiqamətdə  çoxlu  iş  görməli 

olacaqsınız. Əlbəttə ki, bu hissin bir neçə çaları var. Gərək onları da bir-bir izah 

edim. (Toğrul divandakı yerini rahatlayıb söhbətinə davam etdi.)

 

Xoşuma gələn ilk qızdan danışmaq istəyirəm. 



 


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə