Növbəti kitabını yazmağa hazırlaşan müəllif iş həyatında uğurlar qazanmış bir



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə11/11
tarix28.06.2018
ölçüsü0,63 Mb.
#52312
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   11

Adı Ellada idi. Onu ilk dəfə görəndə açıq-aşkar ehtiras hiss etmişdim. Üz cizgiləri 

və  iri  gözləri  məndə  ona  qarşı  istək  yaratmışdı.  Uşaq  olanda  filmlərdə  həvəslə 

baxdığım  aktrisalara  bənzəyirdi.  Bir  müddət  sonra  anladım  ki,  artıq  onu  izləyən 

kölgəyə  dönmüşəm.  Hara  getsə,  ora  gedirdim.  Və  əlbəttə  ki,  radarda  olan  başqa 

oğlanları da görürdüm. Maraqlıdır ki, əgər xoşuna kimsə gəlsə, birdən-birə bütün 

məktəbin də ondan xoşu gəlməyə başlayırdı. 

Rahat  yaşamaq  istəyi  də  eynilə  belədir. Hər  kəs düşünür  ki, yaxşı  həyat  yaşamaq 

onun ən birinci haqqıdır. Amma çoxumuz bunun üçün hər hansı addım atmaqdan 

çəkinirik və ya nəyisə, kimisə gözləyirik. Ellada ilə hekayəmizdə də belə oldu. Bir 

çox  oğlan  öz  niyyətini  ondan  gizlətdi.  Çoxu  Elladaya  yaxınlaşmadı,  yaxınlaşa 

bilmədi.  Çəkindilər,  utandılar.  Belə  məsələlərdə  təcrübəli  olmasam  da,  ona 

yaxınlaşıb  tanış  olmağa  cəhd  etdim.  (İlk  cəhdini  xatırlayan  Toğrul  əlini  başının 

arxasına  aparıb  qaşıdı.)  İndi,  bəlkə  də,  düşünürsünüz  ki,  xoşbəxt  sonluqdan 

danışacam.  Amma  belə  olmadı.  Salamlaşsaq  da,  tanış  olsaq  da,  Ellada  məni 

özündən uzaq saxladı. Soyuqluğu məndə ona qarşı daha çox istək yaradırdı. Amma 

günlərin birində sanki üzərimə bir vedrə buzlu su töküldü. Ellada başqa bir oğlanın 

maşınına  minirdi.  Həmin  səhnəni  görəndə  iki  şeyi  düşündüm.  Birincisi,  artıq 

şansım yoxdur. İkincisi, həmin oğlanda məndə olmayan nəsə var.  

 

İkinci məsələ məni daha çox narahat etdi. Həmin oğlan yaşca məndən bir az böyük 



olsa  da,  artıq  maşını  vardı.  Dərsə  maşını  ilə  gəlib-gedirdi.  O  gün  çox  pis 

olmuşdum. Eyni zamanda  Ellada mənə çox vacib dərs vermişdi. Nəsə əldə etmək 

istəsən,  bunun  üçün  resursların  olmalıdır.  Mən  universitet  yeməkxanasından 

özümə  paytaxt  salatı  alıb  yeyə  bilmirdim.  Buna  baxmayaraq,  qız  eşqinə 

düşmüşdüm.  İllər  sonra  o  qızı  yenə  görəcəkdim.  Bu  dəfə  həmin  görüş  çoxlu 

resursumun olacağı vaxta təsadüf edəcəkdi. 

 

(Toğrul söhbətinin istiqamətini bir qədər dəyişdi.)



 

Bütün bunları niyə danışıram? İstədim biləsiniz ki, yolun əvvəlini məhz ehtirasla 

başlamışam.  İş  qurmaq  və  qazanmaq  üçün  güclü  səbəbləriniz  olmalıdır.  Ehtiras 

hissiniz  olarsa,  o  zaman  sürətli  şəkildə  və  keyfiyyətli  formada  iş  ortaya 

qoyacaqsınız.  

Məktəb  illərini  geridə  qoyanda  və  universitetə  keçid  dövründə  əlaçı  Toğrulun 

daxilinə şəxsi biznesini qurmağın toxumları səpilmişdi. 

Toğrul  danışa-danışa  anlayırdım  ki,  bir  çox  normaları  pozmalıyam.  Vaxtımın 

böyük hissəsini biznesimə ayırmalıyam.  



Nədənsə  ehtiras  və  qaydaları  müzakirə  edərkən  beynimdə  Kiyosakinin  sözləri 

canlandı:  “Qanunlar  varlı  insanlar  tərəfindən  və  sırf  varlı  insanlar  üçün  tərtib 

edilir”. Bu fikri onunla paylaşdım. Toğrulun cavabı məni daha çox düşündürdü:

 

“Kiyosakinin  dediyi  ilə  razıyam.  Biz  qanunlara tabe olmaqla, ilk  növbədə,  başqa 



insanlara  tabe  oluruq.  Başqa  insanlar  bizim  necə  yaşamalı  olduğumuzu  təyin 

etməyə başlayır. Amma mənə görə, bu qəbuledilməzdir. Yəqin ki, azadlığın tərifini 

eşitmisiniz.  Azadlıq  istədiklərini  etməkdən  daha  çox  istəmədiklərini  etməmək 

sərbəstliyidir”. Gənc iş adamı çayından bir qurtum alıb söhbətinə davam etdi:

 

“Pul  mənim  üçün,  ilk  növbədə,  sərbəst  olmaq  resursudur.  Uşaq  vaxtlarımdan 



qaydalardan o qədər sıxılırdım ki, bu sərbəstlik sevgisi məni daha çox qazanmağa 

vadar  etdi.  Məsələn,  dərslərə  adətən  səhər  tezdən  getmək  məcburiyyəti  vardı. 

Qardaşım az qalsın saat yarım əvvəldən qalxıb hazırlaşırdı. Mən isə şirin yuxumu 

bölmək  istəmirdim.  Ona  görə  də  bu  saat  yarım  vaxtı  pul  ilə  alırdım.  Yəni  dərsə 

taksi ilə gedirdim. Düz dərsə 5 dəqiqə qalanda gəlib ora çata bilirdim. Taksi pulunu 

qazanmaq üçün yaranan həvəs sərbəst ola bilmək istəyimdən qaynaqlanırdı. 

 

 Bilirsiniz,  məktəbdə  bizə  nə  öyrədilmir?  İlk  növbədə  öz  şərtlərimizlə  yaşamaq 



istəyi öyrədilmir. Əzbərləyərək öyrəndiyimiz bir çox məlumat nəticədə bizi rifaha 

gətirmir. Maddi rifahdan danışıram. Təhsil sistemində mənim kimi  təşəbbüskarlar 

üçün heç nə nəzərdə tutulmayıb. Bəlkə də, az yaşından iş görmək və pul qazanmaq 

istəyən bir çox uşaq indi hər hansı lazımsız şeiri əzbərləyir. Məni düzgün anlayın, 

ədəbiyyata  qarşı  deyiləm,  amma  bir  uşağın  daxili  gücünü  və  istedadını  vaxtında 

istiqamətləndirməmək, zənnimcə, çox böyük səhvdir. 

 

Həmin anda onun yanında otura-otura özümə yer tapa bilmirdim. Düşünürdüm ki, 



görəsən,  neçə  ilimi  əbəs  yerə  itirmişəm.  Halbuki,  yazmağa  olan  ehtirasımı  daha 

böyük bir işə çevirmək üçün bu qədər gözləməsəm də olardı. 

 

Bu görüş və ilk söz - EHTİRAS mənə çox təsir etdi. Təhsil ocaqlarında hər hansı 



bir  sənətə  və  ya  işə  olan  ehtirasın  hər  gün  necə  məhv  edildiyini  düşündüm. 

Halbuki, qaydaları özümüz də təyin edə bilərdik. Öz şərtlərimizə uyğun yaşasaq, 

nəticədə  hər  kəs  bundan  məmnun  qalardı.  Təhsil  həyatından  sonra  işləməyə 

başlayanların  hardasa  90  faizi  kimi  işimizdən  və  nəticədə  yaşadığımız  həyatdan 

narazı qalmazdıq. 

 

Toğrul  öz  şərtlərini  özü  təyin  etmişdi.  Bu  cəhətinə  görə  ona  hörmət  etməyə 



başlamışdım. Mənə müsahibə verdiyi günə kimi o yalnız 5 ay maaşlı işdə işləmiş 

və  rutin  iş  həyatı  yaşamışdı.  Sadəcə  5  ay  “9-6  marafonu”nu  qaçmışdı.  Dünya 

əhalisini düşünəndə çox az insanın bu qədər sərbəst ola bildiyini görürdüm. Onun 



ofisi  də  fərqli  idi.  Öz  ofisi  üçün  fərqli  meyarlar  seçmişdi.  Gənc  yaşında  öz 

komandası var idi. MBA təhsili alan tələbədən daha çox təcrübəyə malik idi. 

 

Onun  layihələrindən  yüz  minlərlə  müştəri  bəhrələnmişdi.  Onun  yaşında  nə  işlə 



məşğul  olduğumu  düşünəndə  özümə  yer  tapa  bilmirdim.  Amma  daxilimdə 

görüşümüzün nə qədər vacib olduğunu anlayırdım. 

 

Elə  bu  motivasiya  ilə  ondan  növbəti  sualı  soruşmaq  istəyirdim  ki,  bizə  ayrılan 



görüş vaxtının bitdiyini öyrəndim. Gözümün bir ucu ikinci dairədə qalmışdı. Bunu 

görən Toğrul məni sakitləşdirmək üçün dedi:

 

-

 



Gələn  dəfə  ikinci  dairəni  müzakirə  edərik.  Onsuz  da  bu  dairələrin  bir-

birindən ayrı olması heç kimin işinə yaramır. Bu gün, ilk növbədə, ehtiras sözünü 

düşünün.  Düşünün  ki,  sizi  ehtirasa  gətirən  işi  görmək,  əslində,  nə  deməkdir. 

Qaydaları pozmayın. Amma onları görməzdən gəlin. Qaydalara əməl etsək, sadəcə 

“rəqəmlərdən”  birinə  çevrilərik.  Tabe  olan  rəqəmlərdən  birinə.  Halbuki,  biz 

canlıyıq. Biz yaşaya bilərik! 

 

Qapıdan çıxanda eşitdiyim bu sözlər içimə hopmağa başlamışdı. Öz həyatını özü 



inşa edən bir gəncin həyat fəlsəfəsi sadə görünürdü. Amma bu fəlsəfə işləyirdi. 

 

Həmin gün yuxuya getməzdən əvvəl beynimdə dönə-dönə təkrarladığım son sözü 



yəqin ki, təsəvvür edirsiniz – EHTİRAS.  

 

 



 

 

 



 

 

Üçüncü yuxu - Qanunlara baş əyməyən əfsanə

 

“Biz haradayıqsa, cəhənnəm oradadır. Cəhənnəm haradadırsa, biz mütləq orada 

olmuş olmalıyıq” - K.M

 

 

Səhər saat 05:30



 


Gözlərimi  açanda  onun  masasının  qarşısında  dayanmışdım.  Masanın  üstündə 

yüzlərlə qədim əlyazma var idi. Otağın divarlarından qəzet və jurnal səhifələrindən 

kəsilib götürülmüş məqalələr asılmışdı. 

 

O,  masanın  arxasında  oturub  yazı  yazırdı.  Mürəkkəb  qabının  yanında  meksikalı 



əsgərə  sapladığı  bıçaq  dururdu.  Bir  neçə  əsr  əvvələ  uyğun  olaraq  geyindiyi 

dəbdəbəli  geyimi  və  xüsusi  şlyapası  gözümdən  qaçmadı.  Özümü  qəribə  hiss 

edirdim. 

 

Hər  zaman  belə  bir  yazı  masamın  olmasını  arzulamışdım.    Qədim  manuskript 



kağızları və onların üzərində mahir şəkildə rəqs edən pero xoş səhnə yaradırdı. 

 

Deyəsən,  o,  son  cümlələrini  yazıb  bitirmək  üzrə  idi.  Qaşları  yazısı  ilə  sinxron 



şəkildə hərəkət edirdi. Fikrə gedərkən peronu burnunun üstünə qoyurdu. Nöqtəsini 

qoyandan sonra perosunu mürəkkəb qabının içinə saldı. Ayağa qalxıb mənə baxdı 

və danışmağa başladı:

 

-



 

Bu gün qaydalardan danışırdınız. Ehtiras və qaydalara boyun əyməmək kimi 

sözlər eşitdim. Həmin gənclə razıyam. Qaydaları qəbul etsən, özünə ölüm hökmü 

imzalamış olacaqsan. (Bu sözləri deyə-deyə masanın üstündəki kağızlardan birini 

qaldırıb mənə göstərdi.) Bax, bu, mənim üçün yazılan ölüm hökmüdür. Vətən xaini 

olduğumu  və  məxfi  məlumatları  İngiltərədən  sızdırdığımı  iddia  edənlərin 

haqqımda çıxardığı qərardır. “Edam edilsin!” deyir bu kağız parçası. Əmrlərə tabe 

olsan,  heç  vaxt  öz  tərəfini  seçə  bilməyəcəksən.  Əvvəl  səni  əsgər  edirlər.  Sonra 

özlərinə tabe edirlər. Sonra da sənin barəndə elə bir əmr verilir ki, ona qarşı çıxa 

bilmədiyin  üçün  bütün  həyatın  alt-üst  olur.  Gənc  yaşlarımda  vətənimə  xidmət 

etmək istəyirdim. İstedadım var idi. Çox gözəl gizlənə bilirdim və lazım gələrsə, 

gizlənənləri tapmağı da bacarırdım.  Bu istedadımla ölkəmə fayda vermək istədim. 

Amma xoş niyyətimdən sui-istifadə etdilər. Məni iri məbləğdə pula satdılar. Bütün 

bunlar azmış kimi edam etmək qərarına gəldilər. (Bir qədər fikrə gedib danışmağa 

davam  etdi.)  Toğrul  haqlıdır.  Ehtirasının  ardınca  getməlisən.  Mən,  əslində, 

yazmağı  daha  çox  sevirdim.  Yazı  yazarkən  nəfəs  alırdım.  Xidmətdə  olduğum 

müddətdə  heç  nə  yaza  bilmədim.  Daxilimdəki  alovu  böyümədən  söndürdüm. 

Düşünürdüm  ki,  ölkənin  maraqlarına  xidmət  etməklə  daha  böyük  iş  görmüş 

oluram.  Amma  haqqımda  çıxan  edam  qərarı  mənim  üçün  dönüş  nöqtəsi  oldu. 

Ehtirasıma tərəf qayıtdım. Yenidən yaza biləcəyim bir dünyaya qayıtdım.  

-

 

Axı sizi gənc yaşınızda bıçaqlayıb öldürüblər. (Özümü saxlaya bilməyib ona 



etiraz etdim.) 

-

 



Bunu  düşünməkdə  haqlısan.  (Üzü  güldü.)  Demək  olar  ki,  hər  kəs  sənin 

düşündüyünü düşünür. İnsanları inandırmaq və onları azdırmaq ustalıq tələb etmir.  




-

 

Nəyi  nəzərdə  tutursunuz?  Axı  ölüm  faktınız  qeydə  alınıb.  Bununla  bağlı 



tarixi sənədlər də var.  

-

 



Tarix özü başdan-ayağa yalandırsa, tarixi sənədlər bu yalanın gəzməsi üçün 

yaradılan  ayaqlardır.  (İstehza  ilə  güldü.  Divardan  asılan  şəkilləri  göstərib  davam 

etdi.)  Bu  yazılara  və  məqalələrə  diqqətlə  bax.  Tarixi  məhz  onlarda  görəcəksən. 

Bunları  yazan  insanlar  hamı  kimi  eyni  düşüncələrə  qapılmayanlardır.  Onlar  öz 

araşdırmalarını  edib,  öz  nəticələrini  dərc  etdirənlərdir.  Bilirsən,  bu  insanların 

iddiası nədir? Onlar iddia edir ki, mən, əslində, Şekspirin özüyəm.    

 Bir qədər susandan sonra mənə baxdı və soruşdu: 

-

 



Səncə, Şekspir adlı bir insan mövcud olubmu? Səncə, o qədər sonataları və 

dram  əsərlərini  Şekspir  deyilən  kəs  yazıbmı?  Tarix!  Tarix  sadəcə  inanmaq 

istəyənlər  üçün  bir  məna  kəsb  edir.  Amma  həqiqətdə  onu  başqaları  yazır. 

Həqiqətdə tarixi mənim kimi insanlar yazır.  

-

 

Nə  demək  istəyirsiniz?  Şekspirin  mövcud  olması  yalandır?  Yəni  onun 



yaşadığını deyən bu qədər mütəxəssis yalan danışır? 

-

 



Texniki olaraq onun barəsində deyilən hər şey həqiqətdir. Amma bu həqiqəti 

mən özüm inşa etmişəm. Məni anlaya bilməyin üçün edam qərarına qayıtmalıyıq. 

Tapmacanı mənimlə birlikdə həll edəcəksən, əminəm!  

-

 



Dediklərinizə şübhə ilə yanaşıram. Mən öz fikrimdə qalacağıma əminəm! 

-

 



Sənin bu xasiyyətin çox xoşuma gəlir. Şübhə etmək. Deyilən hər şeyi olduğu 

kimi  qəbul  etmirsən.  Sənin  kütlən  çox  təhlükəlidir.  Mən  intellektual  kəsimdən 

danışıram.  Bu  qrup  insan  daha  da  çox  inanmağa  meyilli  olur.  Onlarla  oyun 

oynamaq  daha  asandır.  Bir-iki  elmi  əsər  və  məqaləni,  bir-iki  araşdırmanı  onların 

gözünə soxandan sonra istənilən nəticəni almaq mümkündür. 

-

 



Fərz  edək  ki,  siz  haqlı  tərəfsiniz.  Fərz  edək  ki,  biz  -  intellektual  kütlədən 

olanlar daha çox təsir altına düşürük. Bəs siz özünüzü nə hesab edirsiniz?  

-

 

Mən?!  Qanunlara  baş  əyməyən  əfsanəyəm!  Bura  dua  və  etiraf  otağıdır. 



Etiraf  etməliyəm  ki,  belə  olduğuma  inanıram.  Axı  bunu  başqa  necə  izah  etmək 

olar?! 


-

 

Bunu mənim gördüyüm axmaq bir yuxu kimi izah etsəm, ikimizin də işini 



asanlaşdıracam.   

-

 



Yuxuların  dediyi  həqiqətləri  bir  ömür  yaşasan,  tapa  bilməzsən.  (Şlyapasını 

çıxaranda məni çox təəccübləndirdi. Çünki onun baş nayihəsinin eynisini Şekspirin 

çiyinlərinin  üstündə  görmüşdüm.  Yaşadığım  şokdan  ayılım  deyə  dilləndi.)  Mən 

ölməli idim. Ölməli idim ki, canımı qanunun əlindən qurtara bilim. Təkcə özümü 

öldürərək  qurtula  bilərdim.  Belə  də  etdim.  Mən  ölməli  idim  ki,  dünyaya  Şekspir 

gələ bilsin!  

Öz  cümlələrindən  həzz  almağın  sevinci  ilə  üzümə  daha  diqqətlə  baxdı.  O  ümid 

edirdi ki, tapmacanı tapa bilmişəm. Mən isə dənizin ikiyə bölünməsini görən və bir 




müddət sonra buzova sitayiş edən insanın inadkarlığını göstərib, özümü axmaqlığa 

vurdum: 


-

 

Şekspir siz ölsəniz də, ölməsəniz də, var idi. Və dünyaya səs salacaq şəkildə 



yazmağa başlamışdı.  

-

 



Yaxşı-yaxşı  xatırla,  mənə  pivə  içirib  dram  yazdıran  Şekspir  barədə 

həqiqətdə nə düşünürsən? (Məni ifşa etməyin ona verdiyi üstünlüyü ilə söhbətinə 

davam etdi.) Sən onu istedadımdan sui-istifadə etməkdə günahlandırırdın, indi isə 

müdafiə  edirsən.  Bunun  heç  bir  əhəmiyyəti  yoxdur,  çünki  hər  iki  halda  mənim 

tərəfimi  saxlamış  olursan.  (Gözlərimin  bərəldiyini  görüb  sakit  tonla  danışmağa 

davam  etdi.  Divara  vurulmuş  qəzetlərdən  birinə  yaxınlaşdı.)  Bu  məqalə  1593-cü 

ildə dərc olunub. Ölümümdən 2 həftə sonra “Venera və Adonis” əsəri və bu əsərin 

müəllifi  -  Şekspir  peyda  olur.  Bu  məqalə  mənimlə  bağlı  olan  tapmacanın  ilk 

hissəsidir.  Tapmacanın  digər  hissəsi  isə  zavallı  İnqrem  Frayzerə  gedib  çıxır. 

(Masanın  üstündəki  bıçağı  göstərir.)  Səni  öldürmək  istəyənlər  yalnız  bir  halda 

səndən əl çəkə bilərlər. Onlar səni ölmüş bilməlidirlər. Mən də bunu təşkil etdim. 

Frayzer mənə bu bıçaqla kömək etdi. Beləliklə, 29 yaşımda qətlimi rəsmiləşdirdim. 

Artıq sərbəst idim. Bircə qalırdı yaşayıb-yaratmaq.  

Pul  ilə  ala  bilməyəcəyin  insan  yoxdur!  Bu  gün  istənilən  insanın  fikrini, 

əməyini  və  hətta  əqidəsini  pul  ilə  ala  bilərsən.  Çox  az  axmaq  qalıb  ki,  özünün 

dəyərsiz  olduğuna  inansın  və dünyanın heç  bir puluna satılmayacağını düşünsün. 

Frayzer bu axmaqlardan deyildi. O, qətlimdə iştirak etməyə razılıq verdi. Bu bıçaq 

azadlığa  aparan  yolun  açarı  oldu.  (Bir  qədər  fasilə  edib  üzünü  mənə  tutub  dedi.) 

Müsahibələrindən birində gənc iş adamından belə bir söz eşidəcəksən:  

“Pul ilə həll edə bildiyin problem problem deyil. Əgər hər hansı bir məsələni pul 

ilə həll etmək olursa, o zaman bu, xərcdir”. 

 

(Bir qədər fikrə gedib, başını qaşıdı.) Qətlim və Frayzer mənim üçün sadəcə xərc 



idi.  Elə  problemlər  var  ki,  onu  dünyanın  heç  bir  pulu  ilə  həll  etmək  mümkün 

olmur. Mənim üçün problem ölümsüz olmaq idi. Əsərlərimin və adımın ölümsüz 

olmasını  görmək  istəyirdim,  amma  əmin  deyildim.  Düşünürdüm  ki,  öz  adımla 

yazsam,  onu  ölümsüzləşdirə  bilməyəcəyəm.  Ona  görə  də  ikinci  ada  və  ikinci 

müəllifə  həyat  verdim.  Beləliklə,  ölümsüzlüyü  sığortalamış  oldum.  (Şübhə  və 

tərəddüd  içində  qalmışdım.  O,  məni  hansı  vəziyyətə  saldığını  çox  yaxşı  hiss 

edirdi.)

 

Səni anlayıram. Deyim ki, sən tək deyilsən. Bütün dünya belə düşünür. Bilirdim ki, 



gec-tez  bir  neçə  nəfər  bu  tapmacanı  həll  edəcək.  Onlar  şübhələrini  hər  şeydən  və 

hər  kəsdən  üstün  tutacaqlar.  Ona  görə  də  bu  tapmacanı  daha  da  qəlizləşdirdim. 

(Divardakı  yazıları  göstərib  dedi.)  Mütəxəssisləri  qabaqlayıb  anonim  şəkildə  bir 



neçə məqalə yazdım.  Oyuna Frensiz Bekon, Eduard de Vell kimi adları da əlavə 

etdim.  Fərziyyələr  yazmağa  başladım.  (Kinayə  ilə  güldü.)  İnsanları  tanıyırsan. 

Onlar bir müddət keçəndən sonra istənilən fərziyyəyə inanmağa başlayırlar. Buna 

baxmayaraq, bircə nəfəri aldada bilmədim. Bu, Kelvin Hoffman idi. Bütün həyatını 

məni ifşa etməyə həsr etmişdi. Tapmacanı tapacağına inanırdı. Amma buna ömrü 

çatmadı. O qədər əsəbləşmişdi ki, sonda başıma mükafat belə təyin etmişdi. Hər il 

Kantenburidə  yerləşən  Kral  məktəbi  Hoffman  adına  mükafatı  elan  edirdi.  Gənc 

dahilər məni ifşa etmək və bu mükafatı qazanmaq uğrunda yarışırdılar. (Əvvəlcə 

üzündə  qəribə  bir  fəxr,  bir  qədər  sonra  isə  kədər  hiss  etdim.)  Əvvəl  məni  qanun 

təqib edirdi, indi isə gənc beyinlər izləyirlər.   

-

 

Siz nə üçün dua otağındasınız? Nə üçün dua edirsiniz? İstədiyiniz ölməzlik 



idi, onu da əldə etdiniz. İndi Tanrıdan nə istəyirsiniz? 

-

 



Tanrı  insan  istəməsə  belə,  onu  ölümsüzləşdirir!  (Ah  çəkib  fikrə  getdi.)  O, 

bizə  bu  həyatdan  sonra  cənnəti  və  cəhənnəmi  vəd  edir.  Hər  iki  halda 

yaşayacağımızı söyləyir. İstəklərimiz bizi o qədər kor edir ki, onun vəd etdiklərini 

görə  bilmirik.  Bu  gün  yazdığım  dramları  yaza  bilməyin  bədəlini  artıqlaması  ilə 

ödəmişəm.  Amma  sonumun  nə  olacağını  bilmirəm.  Edam  olunsaydım,  necə 

olacaqdı bilmirəm. Bircə onu bilirəm ki, ölümsüz olmaq da bir şey deyil. Çünki hər 

zaman  yerimizə  biri  keçir.  Bu  yarışda  hamımız  məğlub  oluruq.  Məndən  əvvəl 

yaşayan dramaturqlar da eyni şeyi arzulayırdılar. Amma mən ölümsüzlük ləzzətini 

onların  əlindən  aldım.  Bir  gün  başqası  gəlib  bu  ləzzəti  mənim  əlimdən  alacaq. 

Bunu hiss edirəm. Bu narahatlıq məni təşvişə salıb. Toğrul da, sən də ölümsüzlük 

arzulayırsınız.  Diqqətli  olun!  Düşdüyüm  tələyə  düşməyin.  Yarımçıq  yaşanan 

həyatda  ehtiras  yoxdur.  Yarımçıq  yaşanan  həyat  mənasız  həyatdır.  Xoşbəxtliyin 

açarı, ilk növbədə, mənası olan bir həyatı yaşamaqdadır. (Bıçağı masanın üstündən 

götürüb dedi.) Növbəti dua otağında sənə uğurlar arzulayıram!  

Bu  sözləri  eşidəndə  birtəhər  olmuşdum.  Sinəmə  tərəf  atılmış  bıçaq  öz  hədəfinə 

çatmışdı.  Gözlərim  qarala-qarala  Kristoferin  dediyi  sözləri  eşidirdim:  “Frayzer 

mənə  kömək  etməklə,  əslində,  pislik  etmiş  oldu.  Mən  isə  sənə  yaxşılıq  edirəm, 

narahat olma”.

 

Son  nəfəsimi  verəndə,    o,    masasına  qayıdıb  yazı  işlərinə  davam  etdi.  Əlacsız 



şəkildə yerdə uzanıb sonuncu saniyəmi gözlədim. 

 

Bir  müddət  sonra  telefonumun  zəngi  çaldı.  Tələsik  yuxudan  durub  əlimi  sinəmə 



apardım. Frayzerin bıçağından əsər-əlamət yox idi. 

 

Qarşıda  məni  gözləyən  otaqları  və  şəxsləri  ehtimal  etməyə  başladım.  Üzərimə 



atılacaq digər soyuq silahları düşündüm.  

 



Qucağımda  oturub  mənimlə  oynamaq  istəyən  qızımın  qıvrım  saçları  üzümə 

dəydikcə Alamo qalasının qəribə qoxusu üstümdən çəkilməyə başladı. 

 

Həyəcanlı  idim.  Çünki  tezliklə  Toğrul  ilə  sirli sousun  reseptini  təşkil  edən  ikinci 



dairəni müzakirə edəcəkdik. 

 

... 



 

 

 



Əsərin davamını oxumaq, Alamo13 kitabını sifariş etmək istəsəniz 

www.alamo13.com

  saytına daxil olun. 

Kitabdan xoşunuza gələn sitatları və ya hissələri #alamo13 hashtagı ilə 



paylaşa bilərsiniz.

 

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə