Növbəti kitabını yazmağa hazırlaşan müəllif iş həyatında uğurlar qazanmış bir



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə2/11
tarix28.06.2018
ölçüsü0,63 Mb.
#52312
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   11

gözlərini güzgüdəki üzünə zillədi. Hirs ümidsizliyinə uduzmuşdu, qorxusu əminlik 

ilə  əvəzlənmişdi. Vaxt  çatmışdı.  Sonuncu  dəfə  dərindən  nəfəs  aldı,  kreslonu 

ayaqları ilə kənara itələmək istəyəndə ofisə zəng gəldi. 

 

Telefon  zənginə  çaşbaş  qalan  Toğrul  isterik  şəkildə  gülməyə  başladı:  “İşimi 



düzgün  qura  bilməmişdim,  deyəsən,  heç  həyatımla  da  düz-əməlli  vidalaşa 

bilməyəcəm”. 

 

Deyinə-deyinə kəndirin halqasını başından çıxarıb kreslodan aşağı düşdü. Dəstəyi 



götürmək  üçün  telefona  yaxınlaşdı.  Gec  idi.  Qarşı  tərəf  artıq  dəstəyi  yerə 

qoymuşdu. Toğrul əlində telefon gözünü göyə zillədi: “Bəlkə də, bu zəngi Tanrının 

özü  edib”,  -  deyə  düşündü.  Düşüncəsinin  nə  qədər  məntiqsiz  olduğunu  anlayıb 

mətbəxə keçdi, bir stəkan su süzüb içməyə başladı. Anidən soyuducunun qapısına 

yapışdırdığı şəkil diqqətini çəkdi. Ailəsi ilə vidalaşmağa cəsarəti çatmamışdı. 

 

Anasına  və  atasına  nə  deyə  bilərdi  ki?!  Hər  ikisi  onu  mütləq  fikrindən 



daşındıracaqdı.  Toğrul  şəkli  qopardıb  iş  masasına  tərəf  getdi.  Masanın  arxasında 

əyləşib uzun müddət gözünü şəkildən çəkmədi.  

 

Şəkildə onun uşaqlıq illəri vardı. Özü, qardaşı, anası ilə atası vardı. Bu dörd nəfər 



birlikdə  çox  sınaqdan  keçmişdi.  Amma  nədənsə  bu  gün  Toğrul  özünü  növbəti 

sınaqlara hazır hiss etmirdi. 

Qardaşı ilə yan-yana dayandığı şəkildə geyindikləri dəri mantonu xatırladı. 6 il bu 

paltarı geyinmişdilər. Çünki yenisini almağa imkanları əl vermirdi. Mantonu almaq 

üçün valideynlərinin pulu necə yığmasını xatırladı. Toğrul bu iki insanın əməyinə 

xəyanət etmişdi.  

“50  000 dollarlıq  borcu qaytara bilməyəcək vəziyyətdəyəm.  Bu  borcu  qaytarmaq 

istəyirəmmi? Ailəmin başına bir iş gəlsə, yerin dibindən də olsa, istənilən məbləği 

tapıb onlara kömək edərdim. Onların həyatı və rifahı hər şeydən vacibdir. Hər şeyi 

yoluna  qoymaq  olar.  Bircə  ailəni  və  sağlamlığı  qaytarmaq  mümkün  deyil”,  - 

Toğrul əlindəki şəkildən gözünü çəkmədən danışırdı.

 

Danışdıqca  onun  səsində  əminlik  hiss  olunurdu.  O,  öz-özünü  inandıra  bilmişdi. 



Onun  içinə  müsbət  enerji  dolmuşdu.  Şəkli  kənara  qoyub  masanın  üstündəki 

kamerasını götürdü və iki dəqiqəlik video çəkdi. 

 

İntiharın bir addımlığından qayıdan gənc 2 il sonra, 23 yaşında ilk milyon dollarını 



qazandı.  Özü  də  bunu  hərbi  hissədə  xidmətdə  olarkən  etdi.  5  il  sonra  onun 

komandasının hazırladığı mobil tətbiq və bir neçə sayt investorlar tərəfindən alındı.  

Xəbər medianın gözündən yayına bilməzdi.  

 



Toğrul  ilə  maraqlananlardan  biri  də  mən  idim.  Yox,  jurnalist  deyildim.  Kitabları 

məhz  gənclərin  marağına  səbəb  olan  yazıçılardan  biri  idim.  Məni  “KVAN”ın 

müəllifi  kimi  tanıyırdılar.  İnsanları  ruhlandırmaq  və  onlara  gələcəklə  bağlı  ümid 

vermək  istəyirdim.  Qeyri-adi  insanların  hekayələrini  başqaları  üçün  “mayak” 

etmək həyat missiyama çevrilmişdi.  

 

Heyrətləndirmək üçün, ilk növbədə, heyrətlənmək lazımdır. 

 

Oxucularımı Azərbaycanda yaşayaraq iş quran və gənc yaşda uğur qazanan biznes 



adamları ilə tanış etmək istəyirdim.  

3  illik  təşəbbüskarlıq  həyatımda  bir  çox  gənc  haqqında  eşitmişdim.  Bu  insanlar 

gənc yaşda uğurlu biznesə imza atmışdılar, amma media onları tanımırdı. Onlarla 

işləyən  mütəxəssislərin,  kompüter  mühəndislərinin  mənə  danışdıqları  hekayələr 

həmin gənclər haqqında müəyyən təsəvvürlər yaradırdı.  

Növbəti missiyam isə 17 yaşında hər ay 3000 ABŞ dolları qazanan və bunu ABŞ-a 

getmədən etməyi bacaran gəncin hekayəsini bölüşmək idi. Sonradan öyrəndim ki, 

Toğrulun  uğurları  bununla  bitməyib  və  onun  yaratdığı  musiqi  saytı  çox  böyük 

məbləğə  alınıb.  Mən  növbəti  kitabım  üçün  kiminlə  danışmalı  olduğumu  artıq 

bilirdim. 

Onu yerində tapmaq elə də asan olmadı. Toğrul tez-tez xarici ölkələrdə səfərlərdə 

olurdu. Ölkəyə qayıdan kimi müxtəlif qurumlarda çıxış etməsi üçün dəvətlər alırdı. 

Gec-tez  onunla  görüşümüz  baş  tutacaqdı.  Ağlıma  gəlmirdi  ki,  ilk  görüşümüzdən 

sonra mənim də həyatım dəyişəcəkdi. 

 

 

 



 

 

 



 

 

 




Fəsil 1

 

Birinci görüş - Toğrulla ilk tanışlıq 



“Valideynlərimiz gələcəyimiz üçün ən yaxşısını etməyə çalışırlar, amma çox zaman 

bizim üçün nəyin daha yaxşı olduğunu sadəcə bilmirlər.”

 

 

Görüş gününü müəyyənləşdirdik. Toğrul məni ofisinə dəvət etdi. Bazar günü səhər 



saat  11-də  şəhər  mərkəzindən  bir  xeyli  uzaqda  yerləşən  ünvana  gəldim.  Adətən 

ofis  deyəndə,  ağlımıza  ya  hansısa  plaza,  ya  da  şəhər  mərkəzində  yerləşən  şüşəli 

binalardan biri gəlir. Mənə deyilən ünvanda isə iki hündürmərtəbəli yaşayış binası 

var idi. İlk görüşdəcə Toğrul gözləntilərimi dəyişmişdi.  

Telefonu götürüb ona zəng vurdum:

 

-



 

Salam, Toğrul. Burdayam, çatmışam.   

-

 

Salam, Coşqun. On dəqiqəyə ordayam.  



Səsindən  hiss  olunurdu  ki,  yuxudan  yenicə  oyanıb.  Düzü,  10  dəqiqəyə  gəlib 

çatacağına  heç  inanmırdım.  Amma  dediyi  vaxtda  yanımda  bir  taksi  dayandı. 

Toğrul taksidən düşüb mənə yaxınlaşdı. 

 

Sadə  geyinmişdi.  Universitet  tələbəsinə  oxşayırdı.  Əynində  cins  şalvar  və  açıq 



rəngdə  qısaqol  köynək  vardı.  2009-cu  ildəki  qıvrım  saçlarından  əsər-əlamət 

qalmamışdı.  

Salamlaşandan  sonra  bazar  günü  niyə  bu  qədər  çox  yatmağının  səbəblərindən 

danışdı. Söhbət əsnasında yuxunun onun üçün nə qədər vacib olduğunu öyrəndim. 

 

Beləcə, kitab üçün ilk rəsmi görüşümüz baş tutdu. 



 

Yaşayış binasının ikinci blokuna daxil olub liftlə beşinci mərtəbəyə qalxdıq. Liftin 

düymələrinin üstündə “Otis” yazılmışdı. 

 

“Elişa Otis?! Sən dünyanı dəyişən insanlardan birisən, amma  bu gün səni çox az 



insan tanıyır”,  - deyə  öz-özümə düşündüm.  Liftin insanların istifadəsinə verildiyi 

ilk anı beynimdə canlandırdım. 

 

Toğrulun  başı  telefonuna  qarışmışdı.  SMS  və  bildiriş  səsləri  dayanmırdı. 



Telefonun ekranına gözucu baxanda xarici şirkətlərin adını görə bilirdim. 

 

Nəhayət,  mənzilbaşına  çatdıq.  Ofisin  hər  tərəfində  kompüter  avadanlıqları  və 



oyuncaqların ehtiyat hissələri gözə dəyirdi. Müxtəlif otaqlarda boyalar, qəliblər və 


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə