Növbəti kitabını yazmağa hazırlaşan müəllif iş həyatında uğurlar qazanmış bir



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə3/11
tarix28.06.2018
ölçüsü0,63 Mb.
#52312
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   11

xüsusi  qablar  yığılmışdı.  Dəhlizin  düz  mərkəzinə  isə  iri  qutular  qoyulmuşdu. 

Qutuların içində müxtəlif heyvanların plastik qəlibdən düzəldilmiş kəllə sümükləri 

və  bədən  hissələri  var  idi.  Dəhlizin  küncünə  qoyulmuş  ən  iri  qutunun  içindən 

kitablar görünürdü. Hiss olunurdu ki, ofisə yenicə köçüblər.   

 

Bu mənzildə ciddi işlər görülürdü. İşin dirijorluğunu isə məhz Toğrul edirdi. Ofis 



Toğrul üçün simvolik əhəmiyyət daşıyan yerdə yerləşirdi. O, bir vaxtlar borclarına 

görə  tərk  etməli  olduğu  Nərimanov  rayonuna  geri  qayıtmışdı.  Köhnə  ofisindəki 

mebelləri  hissə-hissə  satsa  da,  bir  neçə  iş  masasını  və  oturacağı  yeni  ofisinə 

gətirmişdi. Toğrul geri qayıtmağının qürurunu yaşayırdı. 

 

Ofis daxilində kiçik, bir o qədər də maraqlı səyahətim davam edirdi. Onun iş otağı 



daha  çox  marağıma  səbəb  olmuşdu.  Otaqda  onlarla  eskiz  və  elektrotexnika 

avadanlıqları  var  idi.  Eskizləri  Toğrulun  özü  çəkmişdi.  Onlara  bir-bir  göz 

gəzdirdim.  Otağın  mərkəzi  divarından  isə  iri  şəkil  asılmışdı.  Karandaşla  çəkilən 

şəkildə  qala  təsvir  edilmişdi.  Aşağı  hissəsində  “Alamonu  unutma!”  sözləri 

yazılmışdı. Şəklə diqqətlə baxdığımı görən Toğrul gülümsədi və söhbətə başladı:

 

“Bu,  Alamo  qalasıdır.  Bax  bu  qalada  Texas  ordusu  Meksika  ordusuna  məğlub 



olub. Qala uğrunda döyüşlər 13 gün davam edib. 13-cü gün isə...”. 

 

Toğrul bir qədər fasilə etdi. “Yaxşısı budur, digər şəkillərimə də göz gəzdirəsiniz”, 



-    dedi.  İri  qovluqdan  karandaşla  çəkilmiş  bir  atın  şəklini  çıxarıb  mənə  göstərdi. 

“Bu  atı  həyat  yoldaşımın  qəlbini  fəth  etmək  üçün  çəkmişdim.  Üzərində  8  saat 

işləmişəm”, - Toğrul şəklə nəvazişlə baxaraq əlavə etdi. 

 

Qovluqdakı  rəsmləri  vərəqləməyə  başladım.  Bu  vaxt  Toğrul  çay  dəmləmək  üçün 



mətbəxə  keçdi.  Onun  illər  öncə  çəkdiyi  həvəskar  şəkillər  ilə  sonradan  çəkdiyi 

peşəkar  şəkilləri  müqayisə  etməyə  çalışırdım.  Toğrulu  istər  əl  işləri,  istərsə  də 

söhbətləri vasitəsi ilə tanıdıqca anlayırdım ki, onun kimi dünyagörüşünə sahib bir 

insan  komandasının  həm  atasıdır, həm  də  anası. İş həyatı  onu ata  kimi  zəhmli  və 

soyuqqanlı, ana kimi dinləməyi bacaran və qayğıkeş liderə çevirmişdi. 

 

Daha  sonra  mən  də  Toğrulun  yanına,  mətbəxə  getdim.  İri  soyuducunu,  masanın 



üstündəki  tort  qabını,  stəkanları  görəndə  anladım  ki,  burada  böyük  bir  komanda 

işləyir. Çayımızı götürüb kompüter mühəndislərinin otağına keçdik. Düzünə qalsa, 

bu  otaqda  qeyri-adi  detal  görmədim.  “Yəqin  ki,  mühəndislərin  özü  ən  maraqlı 

detaldır”,  -  deyə  düşündüm.  Boş  otağı  diqqətlə  süzdüyümü  görən  Toğrul: 

“Komandamla  həftə  içi  tanış  ola  biləcəksiniz.  Yəqin  ki,  onların  da  fikrini 

öyrənmək sizə maraqlı gələr”, - dedi.   




Ölkənin  ən  yaxşıları  onun  üçün  işləmişdilər  və  işləyirdilər.  Bir  çox  aparıcı 

mühəndis dolayı yolla onun layihələrini icra etmişdi. 

 

Toğrul  əlindəki  stəkanı  masanın  üstünə  qoyub  bir  qədər  aralıda  yerləşən 



videokameranı işə saldı. 

 

“Danışılacaq  mövzuları  və  müsahibəmizi  videoya  çəkmək  istəyirəm”,  -  dedi. 



“Əlbəttə, buyurun”, -  deyib ilk suala keçdim.  

 

Müsahibəmizin  detallarını  sizinlə  paylaşmazdan  əvvəl  Toğrulun  öz  çıxışlarını 



videoya  yazmaq  vərdişindən  danışmaq  istəyirəm.  Axı  nə  baş  verməlidir  ki,  bir 

insan  öz  həyatını  video  şəklində  toplamağa  başlasın.  Toy  və  ad  günü  videolarını 

çox  görmüşəm.  Amma  otaqda  oturub,  öz  çıxışlarını  videoya  çəkən  çox  az  insan 

tanımışam.  Bunu  etmək  üçün  inanmalısan.  İnanmalısan  ki,  dediklərin  əhəmiyyət 

daşıyır.  İnanmalısan  ki,  sənin  bu  videonu  gələcəkdə  kimlərsə  tapıb  izləyəcək. 

İnanmalısan ki, illər keçəndən sonra danışdıqların insanları həvəsləndirəcək və ya 

onların həyata daha möhkəm bağlanmalarına səbəb olacaq. 

 

Toğrul  24  yaşına  kimi  bir  çox  çıxışının  video  yazısını  toplamışdı.  Onun  şəxsi 



otağında  onlarla  video  izlədim.  Toğrulun  həmin  günlərə  qayıtmağının  şahidi 

oldum. Üzünə baxıb nə hiss etdiyini anlamağa çalışdım.  

 

Silsilə videoları izləyəndə onun sağ qalmaq, öz üzərində işləmək, yüksəlmək üçün 



gücü haradan aldığını gördüm.  

İntihar cəhdindən sonra çəkdiyi ilk video mənə çox təsir etmişdi. Bir insanın ölmək 

cəhdindən  sonra  həyat  adına  dediyi  sözləri  eşitmək  məni  belə  aşırdı.  Videoda 

dərindən nəfəs alaraq: “Yəqin ki, hər şey düzələcək”, - dedi. Bəlkə də, həmin anda 

özü  belə  dediklərinə  inanmırdı.  Amma  danışdıqca  özünü  inandırırdı,  ayılırdı. 

Ayıldıqca hərəkətə keçirdi. 

 

İndi  onun  böyük  ofisi,  daha  böyük  komandası  və  daha  böyük  planları  var  idi. 



Pulları barəsində danışanda isə başa düşürdüm ki, onun bir ayda qazandığını mən 

ancaq 4 ilə işləyib qazana bilərəm.  

 

İlk müsahibəmizdən sonra anladım ki, bir görüş kifayət etməyəcək. Qərara gəldik 



ki,  tez-tez  görüşək  və  bu  görüşləri  kitab  formasına  salaq.  Beləliklə,  onunla  fərqli 

zamanlarda  fərqli  məkanlarda  görüşməyə  başladıq.  Toğrul  həyat  hekayəsini 

danışarkən öz həyatımı daha dərindən təhlil etmək imkanım oldu.  

Bu  kitab  onun  kimi  bir  gənci  başqa  gənclərlə  tanış  edəcəkdi.  Onun  deyəcəyi 

sözlərdə çox böyük təcrübə və həqiqətlər olacaqdı. Özünün dili ilə desək, o, “sirli 



sousunun  reseptini”  ətrafı  ilə  paylaşmaq  istəyirdi.  Bu  kitab  isə  ən  doğru  vasitə 

idi…


 

 

 



 

 

 



                                                ***

 

“Tanrı  insanlarla  kitab  vasitəsi  ilə  danışır. Hər  kitabda  onun 



cavabları  və  işarələri  gizlidir.  Bəzən  Tanrı  kitabı  oxuyanla 

danışır, bəzən isə kitabı yazanla. Ona görə də diqqətlə oxuyun, 

çünki sizin üçün nəzərdə tutulmuş xəzinələr gözünüzdən qaça 

bilər. Alamo qalasında hər birimiz öz mesajını tapacaq.”

 

 



                                                             ***

 

 



 

 

 

 

 

 

 

 

 

 

 


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə