Növbəti kitabını yazmağa hazırlaşan müəllif iş həyatında uğurlar qazanmış bir



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə7/11
tarix28.06.2018
ölçüsü0,63 Mb.
#52312
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   11

Rey Krok adlı satış canavarı bu hamburgerin dadına baxır. Rey artıq ilk dişləkdən 

sonra  böyük  şəkli  və  bu  işin  gələcəyini  görür.  Qardaşlar  isə  romantikaya  qapılıb 

asta-asta  iş  görürlər.  Rey  onların  yanına  gedib-gələrək  hər  şeyi  öyrənir.  Onların 

şərikinə çevrilir. Bu ideyanı böyütməyə başlayır. Onlara böyük planlarından bəhs 

edir.  Amma  işlərin  bu  qədər  böyüməsinə  hazır  olmayan  qardaşlar  San 

Bernardinodakı  restorana  qapılıb  qalırlar.  Onlar  Rey  ilə  heç  cür  razılığa  gələ 

bilmirlər. Nəticədə nə olur? 

-

 



Yəqin ki, Rey oyundan çıxır.  

-

 



Haqlısınız. Rey oyundan çıxır və yeni oyun qaydalarını yaradır. O, sürətlidir 

və  super  icraetmə  bacarığı  var.  Rey  bu  işi  kosmik  şəkildə  böyüdür.  Bu  gün  Rey 

Krok hamburger və restoranlar şəbəkəsindən ibarət imperiyanın sahibidir.   

- Bəs qardaşların axırı necə oldu?  

-  Onlar  isə  bu  ideyaya  qata  biləcəkləri  ən  gözəl  dəyəri  qatdılar.  Beləcə, 

Makdonalds qardaşları ilə başlayan ideya Rey Krok vasitəsi ilə nəhəng mexanizmə 

çevrildi. Hətta bu günə kimi restoranlar şəbəkəsi məhz onların adını daşıyır. 

- Qardaşların qazancı nə oldu? Axı onların işi əllərindən alındı.  

- Makdonalds qardaşları böyük şəkli görə bilmirdilər.  

- “Böyük şəkil” deyəndə, nəyi nəzərdə tutursunuz? 

-  Mən  bütün  dünyada  fəaliyyət  göstərən  36.900  restoran  şəbəkəsini, hər  gün 

hamburger yeyən 70 milyon müştərini, hər il işə götürülən 1 milyon işçini nəzərdə 

tuturam.  Rey  vasitəsi  ilə  hər  il  bir  milyon  insan  evini  və  ailəsini  dolandıra  bilir. 

Əgər mühakimə etmədən baxsaq, iş adamlarının dünyaya nə qədər dəyər qatdığını 

görə bilərik.  

-  Belə  çıxır  ki,  “Nafantano”  ilə  bağlı  məsələdə  Reyin  getdiyi  yol  ilə 

getmisiniz. Həmin rəssam isə Makdonalds qardaşları kimi oyundan kənarda qalıb.  

-  Mən  ona  dəfərlərlə  şans  verdim.  Prosesi  izah  etdim.  O  isə  əvəzində 

fikirlərimi  dinləmədən  “yox”  dedi.  Onun  bu  addımı  mənim  üçün  yaşıl  işıq  oldu. 

Onun oyuncaq konseptini daha da mükəmməlləşdirdim. Oyuncağın keyfiyyətini və 

göz oxşayan elementlərini artırdım. İndi isə prosesi avtomatlaşdırmışam. Yəni bu 

işi bir neçə nəfər görür. Bu insanların bir-birlərindən xəbərləri yoxdur. Hərəsi ayrı 

bir tapşırığı icra edir. Nəticədə isə  “Nafantano” kimi  mükəmməl oyuncaq yığılır. 

Dünyanın hər yerindən mənə sifarişlər gəlir. İnsanlar bu oyuncağı çox sevirlər.  

- Deməli, sürət və bacarıq deyirsiniz.  

-  Bəli,  düşünmə  sürəti  və  icraetmə  bacarığı.  Bir  də  satış  bacarığı.  Mənim 

uğurlarıma  səbəb  olan  əsas  amillər  bunlardır.  Unutmayın  ki,  siz  etməsəniz,  sizin 

yerinizə bunu mütləq başqa biri edəcək. Həyat gözləyənləri sevmir. Edənləri sevir.  

Toğrulun dediklərini kitabçama qeyd edib növbəti suallarımı verməyə başladım:

 

-



 

Konfranslardan  birində  insanları  xoşbəxt  edəcək  “sirli  sousun  resepti”ndən 

danışmışdınız. Həmin sousun resepti necədir? 



Sualımı  eşidər-eşitməz  Toğrul  ayağa  qalxdı.  İş  masasının  arxasında  yerləşən  iri 

kitab rəfindən bir kitab çıxardı. Kitabın içində kağız parçası gizlədilmişdi. Kağızda 

üç  dairə  şəkli  çəkilmişdi.  Dairələr  bir-biri  ilə  kəsişmişdi.  Hər  dairədə  bir  söz 

yazılmışdı.  Toğrul  kağızı  masanın  üstünə  qoyub,  onu  yaxından  görə  bilim  deyə, 

kənara çəkildi və söhbətə davam etdi:

 

-



 

Özümü  tanıyandan  bəri  kağızda  gördüyünüz  formul  ilə  yaşayıram.  Onu 

tapmaq  üçün  çox  işlər  görmüşəm.  Beynimdəki  sualları  məhz  bu  formul  ilə  həll 

etmişəm.  Bəzən  bu  üç  dairədə  yazılmış  sözləri  dərk  edə  bilmək  üçün  bir  ömür 

yaşamaq  lazım  olur.  Mən  isə  bu  formulu  gənc  yaşlarımda  dərk  etmişəm.  Bu  üç 

sözə diqqətlə baxın. Onlar barədə nə düşünürsünüz?  

Həmişəki  kimi  məyus  olmuşdum.  Qeyri-adi,  hətta  möcüzəvi  resept  gözləyən  biri 

kimi  gördüyüm  sözlərin  sadəliyi  məni  üzmüşdü.  Digər  tərəfdən,  yanımda  bu 

sözlərin fəlsəfəsini həyatına tətbiq edən bir insan əyləşmişdi. 

 

Bu  dəfə  də  “bütün  cavablar  burnumuzun  dibində  olur”  fikri  ilə  razılaşmalı  idim. 



Söhbəti  davam  etdirmək  istəyirdim  ki,  ona  zəng  gəldi.  Toğrulun  görüşün  ən 

maraqlı  yerində  məni  tərk  etməsinə  artıq  öyrəşməli  idim.  Amma  hələ  ki,  öyrəşə 

bilmirdim. 

 

“Təcili  olaraq  çıxmalıyam,  amma  siz  əyləşin  və  bu  kağız  barəsində  düşünün. 



Ofisdə istədiyiniz qədər qala bilərsiniz. İnanıram ki, bu yer sizə ilham verəcək. Bu 

otağı öz otağınız bilin. Bu masanı öz masanız bilin. Hətta bəzən yazmaq istəsəniz, 

burada yazın”, - deyib mənimlə sağollaşdı və otaqdan çıxdı.

 

Bu təklifi rədd edə bilməzdim.  



 

Kağızdakı 3 dairə və 3 söz barədə söhbətimiz növbəti görüşə qaldı. 

 

Həmin gün ofisdə işləyən komanda ilə bir az söhbətləşdim, Toğrul barəsində fərqli 



insanların nə düşündüyünü öyrənməyə çalışdım. 

 

Evə qayıdanda söhbətimizin ən maraqlı hissələri beynimdə yenidən canlandı. 



 

Yazı işinə başlamazdan əvvəl ailəmlə bərabər bir az vaxt keçirdim. “Həqiqətən də, 

bütün  cavablar  burnumuzun  dibindədir”,  -  deyə  düşünüb  burnumun  ucundakı 

xoşbəxtliyimin  -  oğlumun  və  qızımın  saçından  öpdüm.  Həyat  yoldaşım  bişirdiyi 

sousu  masaya  gətirəndə  üzümdə  qeyri-ixtiyari  təbəssüm  yarandı.  Nə  üçün 

güldüyümü anlamayan sevgilimə,  “bu sousu hazırlayan əllərini, barmaqlarını çox 

sevirəm”, - dedim. 

 

 



 


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə