Növbəti kitabını yazmağa hazırlaşan müəllif iş həyatında uğurlar qazanmış bir



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə9/11
tarix28.06.2018
ölçüsü0,63 Mb.
#52312
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   11

edəcəksən.  (Kinayə  ilə  güldü.)  Həmin  otaqdan  tez  bir  zamanda  qurtula  bilmək 

üçün dua edəcəksən.   

-

 

Axı Eskobar dua etmədiyini demişdi? Onun da belə bir otağı var?  



-

 

Hər kəs dua edir. Gec-tez hər kəs əlini qaldırıb ona dua edir. Kolumbiyalıya 



bir  otaq  bəs  etmirdi.  O,  bütün  qalanı  öz  otağı  hesab  edirdi.  Bu  çılğın  Rioneqro 

uşağı  da  son  nəfəsini  verməzdən  öncə  ailəsi  üçün  dua  etmişdi.  Mən  də  son 

nəfəsimdə əfv diləmişdim. 

Bu  otaqlardakı  insanlardan  sual  soruşmaq  və  onların  etiraflarını  dinləmək 

şansın  olacaq.  Hər  otaqda  sənin  üçün  xüsusi  bir  mesaj  gizlədilib.  Vəzifən  həmin 

mesajları  tapıb  nəticəni  kitabında  qeyd  etməkdir.  Narahat  olma,  bir  müəllif  kimi 

özünə rəqib gördüyün bir neçə insanla da görüşə biləcəksən. Amma indi vaxtımız 

çox azdır. Bu qalada sadəcə 13 gün qala biləcəyik. 13-cü gün hər şey bitəcək.   

-

 

Sən Tanrıdan nə üçün əfv diləmişdin?  



-

 

Çox  uzağa  getdiyim  üçün.  Məni  rəssam  kimi  görməyənlərdən  və  mənə 



inanmayanlardan qisas almaq istədiyim üçün. Gözlərim kor olmuşdu. Özüm kimi 

axmaq  olan  qoca  Brediusdan  əfv  dilədim.  O,  Vermeyeri  həqiqətən  sevirdi.  Onun 

sevgisindən  sui-istifadə  edib  dünyanın  pullarını  qazandım.  Dünyada  Vermeyeri 

məndən daha yaxşı tanıyan ikinci şəxs məhz o idi. O da bilirdi ki, gənc Vermeyer 

vaxtı ilə Mikelancelonun əsərlərinə meydan oxumaq istəyib. Bredius da müqəddəs 

üçlüyə  inanıb.  İsa  ilk  öncə  Da  Vinçinin,  sonra  Mikelancelonun  və  sonda 

Vermeyerin şəklində şam edib. İki şam yeməyini öz gözü ilə görən qoca idealist 83 

yaşına qədər inanırdı ki, üçüncüsünü də görəcək.  

Megeren əlindəki xaçı bərk-bərk tutub söhbətinə davam etdi:

 

-



 

Əgər  möcüzə  gözləyirsənsə,  möcüzə  baş  verir.  Bəzən  biliklərini  və 

peşəkarlığını  illərlə  gözlədiyin  möcüzəyə  fəda  edirsən.  İsanın  üçüncü  şam 

yeməyinə  baxan  qoca  axmağın  üzünü  görməliydin.  Elə  bil,  dünyaya  yenidən 

gəlmişdi.  Onu  aldada  bilmişdim.  Əgər  o  inanmışdısa,  hər  kəs  inanacaqdı. 

(Dahiyanə planının baş tutmasının verdiyi qürur ilə söhbətinə davam etdi.) Belə də 

oldu. Çox keçmədi ki, bütün dünya Vermeyerin itkin düşmüş və sonradan tapılmış 

9 əsərini əldə etmək üçün yarışmağa başladı.  

-

 

 Bu qələbəni qazananda nə hiss etdin? 



-

 

Göyün  yeddinci  qatında  idim.  Kolumbiyalı  qədər  qazanmasam  da,  mənə 



yaxşı məbləğləri görmək nəsib oldu. 9 əsər birlikdə mənə 35 milyon dollar gətirdi. 

(Əllərini  ağarmış  saçlarına  aparıb  başını  tutan  Megeren  bir  qədər  susdu.)  İnana 

bilmirəm, amma  bundan sonra başımı itirdim. 52 mənzil və 15 bağ evi almışdım. 

Bəlkə  də,  bunu  “səndən  yaxşı  rəssam  çıxmayacaq”  deyən  atama  göstərmək  üçün 

etmişdim.  Sonradan  ayılanda  gec  oldu.  Pullarımı  itirməmək  üçün  daha  böyük 

axmaqlıq etdim. Bu qədər pulun əlimizdən alınacağını düşünüb həyat yoldaşımla 

birlikdə boşanmaq qərarına gəldik. Var-dövlətimi onun adına keçirdim. Özüm isə 



içkiyə  qurşandım.  Sonumu  isə bilirsən.  (Külqabında  gözləyən  yarımçıq  siqaretini 

götürüb bir tüstü aldı.) Holland hökuməti faşistlərlə əlbir olduğumu düşünüb, məni 

edam  etmək  istədi.  Vermeyeri  sevən  hollandlar  mənə  nifrət  edirdilər.  Məhkəmə 

günündə Tanrının rəhmini hiss etdim. O, mənə ikinci şansı vermişdi.  

-

 

Nə mənada ikinci şans? 



-

 

Alman zabitlərinə satılan əsərlərin həqiqi olmadığını etiraf etdim. Məhkəmə 



zalında oturanları görməli idin. Onlar üçün müqəddəs olan Vermeyerdən başqa hər 

kəs yalan idi. Heç kim inanmırdı ki, başqa biri onu bu qədər orijinallıqla təkrarlaya 

bilər. Hakimdən iki həftə vaxt istədim. İkinci həftənin sonunda bütün zal susurdu. 

Hollandlar da Bredius kimi sanki möcüzə görürdülər. Həmin andan etibarən həqiqi 

sevgini hiss etdim. Ölkəmin baş nazirindən daha məşhur olmuşdum. Hər kəs məni 

müzakirə  edirdi.  Hər  kəs  istedadım  və  ağlımdan  danışırdı.  Amma  daxilimdə 

böyüyən sıxıntıya və boşluğa tab gətirməyib həyatı tərk etdim. (Qoca Megeren ah 

çəkərək  söhbətinə  davam  etdi.)  Dahi  rəssam  ola  bilmədim,  amma  dahi  rəssamın 

qatilinə  çevrildim.  Onun  əsərlərinin  etibarını  sarsıtdım.  Səninlə  görüşümüzdən 

sonra Tanrının yanına qayıtmalıyam. Sən isə bu dəhlizlə gedib növbəti dua otağına 

gir. 

-

 



Həmin otaqda məni kim gözləyir? 

-

 



Səni bu dünyanı məndən daha betər azdıran bir gənc gözləyir. Uzun illərdir 

ki, heç kim onun tapmacasını həll edə bilmir. Dünya onu bir yox, iki ad ilə tanıyır.  

- Hansı adlar?  

Qoca cavab verməyə  macal tapmadı. Qapının arxasından əsgərlərin səsini eşitdik. 

Qoca  əlindəki  xaçı  öpüb  qapıya  tərəf  getdi  və  atəş  açmağa  başladı.  Tüfəngi  nə 

zaman  əlinə  aldığını  görməmişdim.  Bircə  onu  bildim  ki,  yerə  dəyən  cəsədlərin 

səsini eşitdik. Qapını açıb dəhlizə boylanan Megeren qolumdan tutub məni növbəti 

dua otağına tərəf apardı.  

Bir  müddət  sonra  məni  gözləyən  növbəti  qapının  qarşısında  tək  qaldığımı  hiss 

etdim. Bəyaz saçlı qoca rəssam dəhlizdə gözdən itmişdi. 

 

Önümdəki  qapının  üstündə  kağız  parçası  asılmışdı.  Kağıza  diqqətlə  baxanda 



anladım  ki,  bu,  həmin  üç  dairənin  şəklidir.  Amma  bu  dəfə  dairələrin  aşağı 

hissəsində qan ilə yazılmış bir sitat var idi:

 

“Ölümsüz  olmaq  istəyirsənsə,  mütləq  ölməlisən.  Ya  da  öldürməlisən.  Mən  hər 



ikisini də etdim.  İmza…”.

 

İmzanın kimə məxsus olduğunu görüb bu anı həzm etmək istəyirdim ki, boynumun 



arxasına  soyuq  dəmir  parçasının  dəydiyini  hiss  etdim.  Silahı  başıma  tutan 

meksikalı əsgər: “No es tu día de suerte”, - dedi. Bu sözlərin nə demək olduğunu 

bilməsəm də, sonumun gəldiyini anlamışdım. 

 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə