Noyabr ayında admiU kitabxanasına daxil olan yeni kitablar



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
tarix01.07.2018
ölçüsü0,66 Mb.
#52779


Noyabr ayında ADMİU kitabxanasına daxil olan yeni kitablar. 

 

  



   

    Kitab  Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər  Əliyevin  və  Azərbaycan  

Respublikasının  Prezidenti  İlham  Əliyevin  çıxışları  əsasında  2009-cu  il  Bakı  şəhərində 

Heydər  Əliyev  İrsinin  Araşdırma  Mərkəzi  tərəfindən  nəşr  olunmuşdur.  Kitaba  daxil 

edilən  çıxışlarda  ümummilli  liderimizin  fəaliyyətinin  ən  müxtəlif  aspektlərini-andiçmə 

mərasimləri, xarici və daxili siyasət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, 

iqtisadiyyat, neft startegiyası, ordu quruculuğu, mədəniyyət, təhsil və s. əhatə olunur.

 

  



    

 

          Kitab  Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər  Əliyevin  “Azərbaycan 



Respublikasında  Qadın  Siyasəti  haqqında”  Fərmanının  imzalanmasının  10  illiyinə  həsr 

olunmuşdur.Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti   

İlham  Əliyevin  qadın  siyasətiniən  müxtəlif  cəhətlərdən  açıqlayan  çoxsaylı  çıxış  və 

müraciətləri öz əksini tapmışdır. 

 

Azərbaycan qadını naminə /H. Əliyev  



İrsinin  Araşdırma Mərkəzi, Məsl. A. 

Nadirov, Bakı.-2010.-371 s.                       

                                           

 

Sabaha doğru / H.Əliyev İrsinin Araş-



dırma  Mərkəzi, Məsl.: A.Nadirov, 

T.İsmayılov. -Bakı-2009.-709s. 

 

İlham Əliyev: “Mən jurnalistləri 



vətənpərvərliyə çağırıram” / H. 

Əliyev İrsinin Araşdırma Mərkəzi, 

Məsl. A. Nadirov, Bakı-2010., -269 

s. 



           “İlham Əliyev:  Mən  jurnalistləri  vətənpərvərliyə  çağırıram” kitabı Heydər Əliyev 

Araşdırma Mərkəzinin və “Kaspi” qəzetinin birgə ərsəyə gətirdiyi və Azərbaycanda milli 

mətbuatın  yaradılmasının  135  illiyinə  həsr  etdikləri  ikinci  kitabdır.  Kitabda  Azərbaycan 

Respublikasının  Prezidenti  İlham  Əliyevin  milli  mətbuatın  135  illik  yubileyinin  geniş 

qeyd  edilməsi  barəsində  sərəncamından  yubileyə  qədər  olan  dövr  ərzində  dövlət 

səviyyəsində görülmüş tədbirlər iki dildə oxuculara çatdırılır. 

 

 

 



 

      Məcmuə ölkənin sosial, iqtisadi, demoqrafik və ekoloji həyatında baş verən prosesləri 

əks  etdirən  göstəricilər  üzrə  məlumatları  özündə  ehtiva  edir.    İllik  rəsmi  statistik  nəşr 

olmaqla  məcmuə  statisika  orqanları  tərəfindən  müəssisə,  təşkilat,  ev  təsərrüfatları  və 

fiziki  şəxslərdən  alınmış  statistik  hesabat  məlumatları,  siyahıyaalmalar,  seçmə  statistik 

müayinələr və statistik müşahidə formaları, eyni zamanda aidiyyatı nazirlik, komitə, idarə 

və təşkilatların məlumatları əsasında hazırlanmışdır. 

 

  



  

    Kitab Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyələşdirdiyi layihə 

çərçivəsində  “Bizim  Nəsil”  Gənclərinin  Regional  İnkişaf  Assosiasiyası  tərəfindən  çap 

olunmuşdur.  Kitabda  qədim  tarixə  və    zəngin  bədii  ənənələrə  malik  olan  Azərbaycan 

incəsənəti  haqqında  məlumat  toplanıb.  Kitaba  daxil  edilən  rəngli  təsvir  materiallar  isə 

yazılanların əyani və dolğun qavranılmasına kömək edir. 

Azərbaycan Statistik Göstəriciləri/ 

Azərb. Resp. Dövlət Statistika 

Komitəsi., Bakı-2016, -822 s. 

Azərbaycan İncəsənəti/ Uşaqlar 

üçün ensiklopedik məlumat kitabı,  

Lay.rəhb. N.Mehdiyev, Bakı-2010, 

-81 s. 

 



 

 

    



   Konfras  materiallarını  əks  etdirən  kitab  Azərbaycan  Dövlət  Mədəniyyət  və  İncəsənət 

Universitetinin  28  oktyabr  2016-cı  il  tarixli  Elmi  Şurasının  2  saylı  qərarı  ilə  çap 

olunmuşdur.  Kitabda  “İnteraktiv  teatr  və  şəhər”,  “Multimedia  və  teatr”,  “Şəhər  və  teatr 

üçün  fəlsəfi  manifest:  koqnitiv-semioloji  və  psixoloji  aspektlər”  adlı  aktual  mövzulara 

dair çıxışlar öz əksini tapmışdır. 

 

 



    Kitab  Azərbaycanda  ən  görkəmli  rəssamlarından  biri  olan  Səttar  Bəhlulzadə 

yaradıcılığına  həsr  olunmuş  növbəti  nəşrdir.  Respublikanın  əməkdar  incəsənət  xadimi, 

sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevin bu kitabı onun görkəmli firça ustası 

Səttar Bəhlulzadə haqqında  apardığı çoxillik davamlı araşdırmanın nəticəsidir.  

 

 

 



 

Şəhər və Teatr/ AMEA, AR 

Təhsil Naz-yi,ADMİU; elmi 

red.: A.Talıbzadə, V.Qafarov, 

Bakı-2016,-124 s. 

Əliyev Z. Günahlı dünyanın 

günahsız adamı və yaxud 

Səttar Bəhlulzadə romantizmi. 

- Bakı-2014.-232 s. 

Abdullayev A.Kitabşünaslıq: 

nəşriyyat işinin əsasları və təşkili/ 

elmi red. G.Əliyeva- Kəngərli . 

Bakı.-2016.-212 s. 



    Oxuculara  təqdim  olunan  Kitabşünaslıq-nəşriyyat  işinin  əsasları  və  təşkili 

monoqrafiyasında ümumi bilgilər verilmiş, qədim kitablar, o cümlədən əlyazma kitabları 

haqqında  hərtərəfli  söhbət  açılmış,  Azərbaycanda  kitab  nəşrinin  tarixi  geniş  şəkildə 

öyrənilmişdir. Monoqrafiyada kitab mədəniyyəti haqqında dolğun təsəvvür yaradılmışdır. 

Kitab geniş oxucu kütləsi və bu sahə üzrə təhsil alan ali məktəb tələbələri üçün nəzərdə 

tutulub. 

 



   Kitabda  7  fəsil,  75  başlıq,  678  yarımbaşlıq,  804  fotoşəkil,  16  xəritə  yer  alır. 



Ümumilikdə  753  mövzunu  əhatə  edən  bu  kitabın  hazırlanmasında  İstanbul,  Ankara, 

Təbriz,  Tehran  Milli  Dövlət  Kitabxanalarının  Azərbaycan  Milli  Kitabxanasının  və 

Azərbaycan  Milli  Elmlər  Akademiyası  elmi  arxivlərindən  və  nadir  kitablar  fondundan 

istifadə olunmuş, rəsmi mənbələrə istinad edilmişdir. 

 

 

    



     Kitabda  Avtomatlaşdırılmış  Kitabxana  sistemlərində  MARC  21  formatının  tətbiqi 

qaydaları,  metodik  tövsiyələr  öz  əksini  tapır.  Bu  metodik  nəşr  MARC  21  formatından 

istifadəni  asanlaşdırmaq  məqsədilə  tərtib  edilmişdir.  Vəsaitdə  MARC  21  formatında  ən 

çox işlənilən sahələr, sahəaltılar və indikatorlar qısaldılmış şəkildə nümunələr verilməklə 

kitabxanaçıların istifadəsinə təqdim olunmuşdur. 

 

Polad Ə. Mədəniyyətlərin beşiyi: 



Təbriz.- İstanbul-2015, -858 s. 

Avtomatlaşdırılmış Kitabxana 

Sistemlərində MARC 21 formatının 

tətbiqi qaydaları / AR Mədəniyyət 

və Turizm Naz.-yi, Red. R. 

Əsədova, Bakı-2016.-59 s. 




 

   Təqdim  edilən  monoqrafiyada  dizayn  yaradıcılığı  üzrə  erqonomik  və  estetik  amillər 

əsaslı  şəkildə  təhlil  edilmiş,  insan-əşya-maşın-mühit  sistemlərinin  optimal  təşkili 

problemlərinə  diqqət  yetirilmişdir.  Monoqrafiyada  mədəniyyət  və  incəsənətin,  xüsusilə 

dizayn  problemlərinin  tədqiqi  ilə  məşğul  olan  mütəxəssislər,  bu  sahədə  təhsil  alan 

tələbələr, magistrlar, eləcə də doktorantlar və müəllimlər istifadə edə bilərlər.  

 

 

  Azərbaycan  geyim  mədəniyyətinin  tarixi  təkamülünə  həsr  olunmuş  bu  elmi  əsər 



Azərbaycan  geyim  mədəniyyətinin  bir  sıra  elmi-metodik  problemlərinin  həllinə  işıq 

salaraq  ,  xalqımızın  estetik  dünyagörüşünün  inkişaf  dövrlərini  və  onların  mərhələlərini 

müəyyənləşdirmək  baxımından  mühüm  əhəmiyyət  kəsb  edir.  Eyni  zamanda  əsər, 

sənətşünaslıq,  mədəniyyətşünaslıq,  geyim  mühəndisliyi  istiqamətli  orta  ixtisas  və  ali 

məktəblərin  müvafiq  fakültələrində  dərslik  yaxud  dərs  vəsaiti  kimi  istifadə  oluna 

həmçinin  bu  sahəyə  dair  yeni  proqramların  hazırlanmasında,  yeni  ixtisas  kurslarının 

müəyyənləşdirilməsində də əhəmiyyətli ola bilər. 

 

 



 

 

 



 

Hacıyeva A. Dizaynda erqoestetik 

amillər.- Bakı-2016, -143 s. 

Dünyamalıyeva S. Azərbaycan 

geyimlərinin bədii dekorativ 

xusiyyətləri.- Bakı-2013, -180s. 




 

 

 



             “135 illik yol” kitabı Heydər Əliyev Araşdırma Mərkəzinin və “Kaspi” qəzetinin 

birgə  ərsəyə  gətirdiyi  və  Azərbaycanda  milli  mətbuatın  yaradılmasının  135  illiyinə  həsr 

etdikləri  birinci kitabdır. Kitabda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 

milli  mətbuatın  135  illik  yubileyinin  geniş  qeyd  edilməsi  barəsində  sərəncamından 

yubileyə  qədər  olan  dövr  ərzində  dövlət  səviyyəsində  görülmüş  tədbirlər  iki  dildə 

oxuculara çatdırılır. 

 

 

     Əməkdar  incəsənət  xadimi  Ziyadxan  Əliyevin  şəxsi  təşəbbüsü  ilə  ərsəyə  gələn  bu 



kitab  Azərbaycan  təsviri  sənət  tarixinin  zənginliyi  və  rəngarəngliyi  ilə  diqqət  çəkən 

səhifələri  özündə  yaşadan  hadisələri  gələcək  nəsillərə  ötürmək  üçün  yazılmışdır.Kitaba 

daxil edilən və bilavasitə rəssamlara həsr olunmuş çoxsahəli koloritli şarjlar və rəsmlər də 

yazılanların yaddaqalanlığına kömək göstərəcəkdir.   

 

 

 



 

 

 



135 İllik yol/ Heydər Əliyev İrsini 

Araşdırma Mərkəzi,  Elmi  məs. 

Ə.Həsənov,Bakı.-2010. -234 s. 

Ziyadxan Ə. Boyalı Gülüşlər.-  

Bakı. -2014.-419 s. 



 

 

   Kitab  “XX  əsr  Azərbaycan  Ədəbiyyatından  seçmələr  musiqili  hekayetlər”  adı  ilə 



Azərbaycan  Respublikası  Mədəniyyət  və  Turizm  Nazirliyinin  təşəbbüsü  ilə  Tərcümələr 

Bədii  Tərcümə  və  Ədəbi  Əlaqələr  Mərkəzində  hazırlanmış,  Şərq-Qərb  nəşriyyat  evində 

nəşr  olunmuşdur.  Kitabda  Kamança,  Tar,  Saz,  Balaban,  Ud,  Tütək  kimi  qədim  dəyərli 

musiqi alətləri haqqında geniş məlumat əks olunur. 

 

   


   

  “Azərbaycan-Almaniya  əlaqələri”  fənni  üzrə  tədris  proqramı  Bakı  Slavyan 

Universitetinin  Filologiya  fakültəsinin  Alman  filologiyası  ixtisası  üzrə  və  “Beynəlxalq 

Münasibətlər  və  Regionşünaslıq”  fakültəsinin  “Regionşünaslıq”  ixtisası  üzrə  təhsil  alan 

tələbələrin və magistrların hazırlığı üçün nəzərdə tutulub.   

Sarı Gəlin / AR Mədəniyyət və 

Turizm Nazirliyi, Red. 

S.Babullaoğlu, Bakı-2015. -173 s. 

Abdullayev Ç.  Azərbaycan-Almaniya 

əlaqələri, Red. M. Əliyev, Bakı-2014, 

191 s. 



 

 

     Professor  İlham  Rəhimlinin  “Şəki  teatrı”  kitabı  müəllifin  “Azərbaycan  teatrı” 



silsiləsindən  növbəti  monoqrafiyasıdır.  Sənət  ocağının  yaradıcılıq  salnaməsi  “Teatrın 

təşəkkülü və  inkişaf  yolu (1879-1933)”, “Mirzə Ələkbər Sabir adına Nuxa Dövlət Dram 

Teatrı  (1933-1949)”,  “Dram  dərnəyi  və  xalq  teatrı  (1949-1975)”,  “Sabit  Rəhman  adına 

Şəki  Dövlət  Dram  Teatrı  (1975-2015)  bölmələri  üzrə  işlənib.  Kitabda  Şəki  teatrının 

inkişafında  xidmətləri  olan  aktyorlar,  rejissorlar,  rəssamlar  haqqında  portret-oçerklər 

verilib.  

 

   Dərin rəğbət hissi ilə yazılmış bu kitabın etnopedaqoji örnəklər, tərbiyəvi xüsusiyyətlər, 



mənəvi dəyərlər, bəşəri ali hisslər baxımından yeni nəsil tərbiyəsində mühüm əhəmiyyət 

kəsb  edəcək.  Burada  incə  mətləblərə  toxunmaqla  bərabər,  əsl  sənət  adamının  bütövlüyü 

məsələləri  öz  əksini  tapır.  Bütün  bu  dəyərlərə  əsaslanaraq,  Azərbaycan  mühitində  yaxşı 

qarşılanacağı ümidi ilə kitab sənərsevərlərin ixtiyarına verilir. 

 

Rəhimli İ. Şəki Teatrı.-   Bakı.-2016, -



283 s.  

Rəhmanlı Ə. Sənətə Sədaqət-Mirna-

zim  Əsədullayev.- Bakı-2016- 335 s. 



 

  Bu  kataloq  xalq  rəssamı  Maral  Rəhmanzadənin  100  illik  yubileyinə  həsr  olunmuş  və 

sərgi  üçün  çap  olunmuşdur.  Kataloqda  M.  Rəhmanzadənin  “Rabitə”,  “Qadınlar  ərlərini 

əvəz  edirlər”,  “Köhnə  şəhər”,  “Partizan  qızı”,  “Cəbhədən  məktub”  kağız  üzərində 

litoqrafiya  ilə  basılmış,  “Montajçı  qızlar”,  “Qadın  portreti”  kimi  əsərlərinin  fotoları  yer 

alır. . O cümlədən kataloqda Maral xanımın həyat və yaradıcılığı haqqında geniş məlumat 

öz əksini tapır. 

 

 



 

   Təqdim  olunan  IV  Bakı  Beynəlxalq  Teatr  Konfransı  materialında  Azərbaycan 

Respublikasının  Mədəniyyət  və  Turizm  Naziri  Əbülfəz  Qarayev,  Azərbaycan 

Respublikası  Millətlərarası,  multikulturalizm  və  dini  məsələlər  üzrə  Dövlət  müşaviri, 

yazıçı-dramaturq,  akademik  Kamal 

Abdullayev, 

Azərbaycan 

Milli 


Elmlər 

Akademiyasının  vitse-prezidenti,  akademik  İsa  Həbibbəyli,  Qara  dəniz  və  Xəzər  dənizi 

əməkdaşlıq və partnyorluq Beynəlxalq Fondunun Afrika bölməsinin rəhbəri, Zati-aliləri, 

şahzadə  Selenhle  Dlamini  (CAR),  Beynəlxalq  Teatr  Təqdqiqatları  Federasiyasının 

prezidenti Cin Qrehem-Cons (ABŞ), UNESCO-nun sülh naminə artisti, Beynəlxalq Teatr 

İnstitutunun baş katibi Əli Məhdinin (Sudan) çıxışları öz əksini tapır. 

Maral Rəhmanzadə-100 (Xalq rəssamı 

M.Rəhmanzadənin 100 illik yubileyinə 

həsr olunub) / AR Məd.Turizm Naz.-

yi,Azərb.Milli  İncəsənət Muzeyi, Az  

Rəss. İt.-qı., Bakı.-2016.-58 s. 

“Teatr və Multikulturalizm”IV Bakı 

Beynəlxalq Teatr Konfransı,  7-8 

noyabr 2016, Bakı /AR Məd.Turizm 

Naz-yi, Azərb. Teatr Xadimləri İt.-qi, 

AMEA.,Bakı.-2016.-484 s. 



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə