Noyabr tarixli 928 saylı qərarı ilə təsdiq edilmişdir



Yüklə 279,28 Kb.

səhifə1/7
tarix26.09.2017
ölçüsü279,28 Kb.
  1   2   3   4   5   6   7


Azərbaycan Re spublikası Milli Məclisinin

 

1994-cü il 29 noyabr tarixli 928 saylı qərarı ilə



 

təsdiq  edilmişdir.

 

 

 

“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan 

Respublikası Qanununun tətbiqi haqqında

 

 

 

ƏSASNAMƏ

 

 



 

1.

   



Azərbaycan  Respublikasının  16 yaşına çatmamış hər bir vətəndaşı üçün şəxsiyyət vəsiqəsi 

Qanunla müəyyən edilmiş qaydada onun qanuni nümayəndəsi müraciət etdikdən sonra verilir.

 

2.

   



Azərbaycan Respublikasının hər bir vətəndaşı 16 yaşına çatdıqdan sonra və ya Azərb aycan 

Respublikası  vətəndaşlığına,  qəbul  olunduqdan  sonra  bir  ay  ərzində  Qanunla müəyyən edilmiş 

qaydada şəxsiyyət vəsiqəsi almalıdır.

 

3.



   

Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi vətəndaşın yaşadığı yerin müvafiq 

dövlət orqanı (burada və bundan sonra “müvafiq dövlət orqanı” dedikdə digər xüsusi qərar qəbul 

edilənədək  “Ölkədən  getmək,  ölkəyə  gəlmək,  və  pasportlar  haqqında”  və  “Azərbaycan 

Respublikası  vətəndaşının  şəxsiyyət  vəsiqəsi  haqqında”  Azərbaycan  Respublikası  qanunlarının 

qüvvəyə minməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 14 iyun tarixli 818 

saylı qərarının 4-cü bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 

xüsusi orqanları başa düşülməlidir) tərəfindən şəxsiyyət vəsiqəsinin verilməsi barədə Azərbaycan 

Respublikasının 1999-cu il 8 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş "Yaşayış yeri və olduğu yer 

üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"yə 1 

və  2  saylı  Əlavələrdə  forması  nəzərdə  tutulmuş  müvafiq  ərizə-anket və  dövlət  rüsumunun 

ödənilməsi barədə qəbz əsasında verilir. 

[42]

 

3-1.  Azərbaycan  Respublikası  vətəndaşının  şəxsiyyət  vəsiqəsinin  fərdi olaraq doldurulması 



“Giriş-çıxış  və  qeydiyyat”  idarələrarası  avtomatlaşdırılmış  məlumat-axtarış  sistemi  vasitəsilə 

həyata keçirilir.

 

Verilmiş  şəxsiyyət  vəsiqələri,  habelə  onların  aktiv  statusunun  dəyişdirilməsi  barədə  məlumatlar 



“Giriş-çıxış  və  qeydiyyat”  idarələrarası  avtomatlaşdırılmış  məlumat-axtarış  sisteminə  daxil 

edilir. 


[43]

 

4.



   

16  yaşına  çatmış  vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən göstərilən ərizə bir qayda 

olaraq valideynlərdən biri və ya qanuni nümayəndəsi ilə birgə imzalanır.

 

5.



   

Müvafiq dövlət orqanının məsul əməkdaşı vətəndaşın şəxsiyyət vəsiqəsinin verilməsi barədə 

ərizənin  düzgün  doldurulmasını  yoxlamalıdır.  Bu  məqsədlə  vətəndaşdan  Qanunla  müəyyən 

edilmiş sənədləri tələb etməlidir. Bu zaman o:

 

16 yaşına çatmamış vətəndaşın doğum haqqında şəhadətnaməsini və qan qrupu haqqında tibbi 



arayışı;

 

16  yaşına  çatmış  vətəndaşın  qan  qrupu,  gözlərinin  rəngi, boyu haqqında tibbi arayışı, hərbi 



vəzifəsi haqqında hərbi bileti və ya təhkim şəhadətnaməsini (25, 35 və 50 yaşa çatmaqla əlaqədar 

şəxsiyyət  vəsiqəsi  dəyişdirildikdə,  hərbi  vəzifəsinə  dair  məlumatların  düzgünlüyü  müvafiq  icra 

hakimiyyəti  orqanı  tərəfindən  həmin  şəxsin  hərbi  biletində  müvafiq  qeyd  aparılmaqla  təsdiq  

olunmalıdır);



[44]

 

şəxsiyyət vəsiqəsini alan şəxs evlidirsə, nikah bağlanması haqqında şəhadətnaməni;



 

lazım olarsa, qanuni nümayəndənin hüquqlarını təsdiq edən sənədi;

 



lazım olarsa, Azərbaycan Respublikası vətəndaşlığına qəbul olunmuş şəxsin qanunvericilikdə 

nəzərdə tutulmuş sənədlərini nəzərdən keçirir.

 

6. 16 yaşına çatmış vətəndaş öz şəxsiyyət vəsiqəsi üçün bir neqativdən eyni ölçüdə çıxarılmış, 



sifətin papaqsız, gündəlik həyatda ona xas olan xarici görkəm və əlamətlərlə (eynək, saqqal, bığ və 

s.)  yalnız  öndən  görünüşü  təsvir  edilmiş  fotoşəkilləri  ərizə və başqa sənədlərlə birlikdə müvafiq 

dövlət orqanına təqdim etməlidir.

 

Fotoşəklin  kağızının  keyfiyyəti,  ölçüsü  və  ona  dair  digər  texniki  tələblər  barədə  məlumat 



şəxsiyyət vəsiqəsini verən müvafiq dövlət orqanının binasında görünən yerdə asılmalıdır.

 

7.



   

Müvafiq dövlət orqanının məsul əməkdaşı şəxsiyyət vəsiqəsinin verilməsi barədə ərizə üzrə 

məlumatları  yoxlayandan  sonra  ərizədə  həmin  məlumatların  düzgünlüyünü öz imzası və gerbli 

möhürlə  təsdiq  edərək  onları  kompüterin  sisteminə  daxil  edir  və  buna  görə  Azərbaycan 

Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.

 

8.



   

Müvafiq  dövlət  orqanı  şəxsiyyət  vəsiqəsinin  verilməsi  barədə ərizəni fotoşəkillə birlikdə 3 

gün  ərzində  xüsusi  rabitə  vasitəsi  ilə  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  tərəfindən 

müəyyən edilmiş şəxsiyyət vəsiqəsini hazırlayan regional mərkəzə göndərir.

 

9.

   



15  gün  ərzində  regional  mərkəzdə  xüsusi texniki vasitələrlə şəxsiyyət vəsiqəsi fərdi olaraq 

hazırlanır  və  onu  almaq  üçün  müraciət  etmiş  şəxsə  verilməsi  üçün  vətəndaşın  yaşadığı  yerin 

müvafiq dövlət orqanına qaytarılır.

 

Vətəndaşın  və  ya  onun  qanuni  nümayəndəsinin  müraciətindən  ən  geci  bir  ay  keçənədək 



vətəndaşın  yaşadığı  yerin  müvafiq  dövlət  orqanının  rəhbəri  şəxsiyyət  vəsiqəsinin  verilməsini 

təmin etməlidir və buna görə məsuliyyət daşıyır.

 

10.


  

Vətəndaşın şəxsiyyət vəsiqəsində hər hansı qeydlərin aparılması qadağandır.

 

11.


  

Vətəndaş  25, 35, 50 yaşına çatdıqda və ya onun soyadı, adı, atasının adı, yaşayış yeri, ailə 

vəziyyəti, hərbi vəzifəsi dəyişdikdə və ya onun şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, 

şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə və ya itdikdə həmin vəziyyəti təsdiq edən sənəd təqdim 

edərək müvafiq hal baş verəndən sonra bir ay ərzində şəxsiyyət vəsiqəsini dəyişdirməlidir.

 

12.



  

Şəxsiyyət  vəsiqəsi  dəyişdirildikdə  bu  Əsasnamənin  3,  5—11-ci  bəndlərində  nəzərdə 

tutulmuş  qaydalar  tətbiq  olunur.  Vətəndaş  25,  35,  50  yaşına  çatdıqda  və  ya  onun  şəxsiyyət 

vəsiqəsində  olan  yazılar  təhrif  edildikdə,  şəxsiyyət  vəsiqəsi  yararsız  hala  düşdükdə  şəxsiyyət 

vəsiqəsini  dəyişdirmək  üçün—şəxsiyyət  vəsiqəsi;  vətəndaşın  soyadı,  adı,  atasının  adı,  ailə 

vəziyyəti 

dəyişdikdə—vətəndaşlıq 

vəziyyəti 

aktlarının 

dövlət 


qeydiyyatını 

aparan 


orqanlar tərəfindən  verilmiş  sənədlər,  vətəndaşın  yaşayış  yeri  dəyişdikdə  —  ev,  mənzil  barədə 

müvafiq  sənədlər,  hərbi  vəzifəsi  dəyişdikdə—hərbi  bilet  və  ya  təhkim  şəhadətnaməsi  bu 

Əsasnamənin 3-cü və 7-ci bəndlərində göstərilən sənədlərlə birlikdə təqdim edilməlidir. 

[45]

 

13.



  

Vətəndaş  şəxsiyyət  vəsiqəsini  itirdikdə  onu  harada,  nə  vaxt  və  hansı  şəraitdə  itirdiyini 

göstərməklə dərhal şəxsiyyət vəsiqəsi verən müvafiq dövlət orqanına yazılı məlumat verməlidir.

 

14.



  

Şəxsiyyət  vəsiqəsinin  itirildiyini  bildirən  vətəndaş  həmin  vəsiqəni  taparsa  və  ya  itirilmiş 

şəxsiyyət  vəsiqəsi yeni şəxsiyyət vəsiqəsi verildikdən sonra tapılarsa, tapılmış şəxsiyyət vəsiqəsini 

vətəndaş dərhal şəxsiyyət vəsiqəsi verən müvafiq dövlət orqanına təhvil verməlidir.

 

Şəxsiyyət  vəsiqəsinin itirilməsi təsdiq edildikdə və ərizəçinin şəxsiyyəti müəyyənləşdirildikdə 



itirilmiş  şəxsiyyət  vəsiqəsi  etibarsız  hesab  edilərək  müəyyən  edilmiş  qaydada  yeni  şəxsiyyət 

vəsiqəsi verilir.

 

Tapılmış  şəxsiyyət  vəsiqəsi polis orqanları tərəfindən şəxsiyyət vəsiqəsi verən müvafiq dövlət 



orqanına təhvil verilməlidir.

 



: media -> legal%20module -> natfr
natfr -> Microsoft Word Aile Mecellesi doc
natfr -> Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası
natfr -> Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında
natfr -> I f ə s I l ümumi MÜDDƏalar
natfr -> F ə s I l Ümumi MÜDDƏalar
natfr -> "Azərbaycan Respublikası hökuməti və Birləşmiş Ərəb Əmirlikləri hökuməti arasında diplomatik pasportlara malik olan şəxslərin giriş vizasından azad edilməsi haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə
natfr -> Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə
natfr -> Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında


Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə