Noyabr tarixli 928 saylı qərarı ilə təsdiq edilmişdir



Yüklə 279,28 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix26.09.2017
ölçüsü279,28 Kb.
#1866
1   2   3   4   5   6   7

15.  Şəxsiyyət  vəsiqəsi  oğurlandıqda  vətəndaş  bu  barədə  cinayətin  baş  verdiyi  yerin  polis 

orqanına müraciət etməlidir.

 

Belə  ərizənin  qəbul  olunması  haqqında  vətəndaşa  arayış  verilir  və  bu  arayış  oğurlanmış 



şəxsiyyət vəsiqəsinin əvəzinə yeni şəxsiyyət vəsiqəsinin verilməsi üçün əsas götürülür.

 

16.



   

Vətəndaş  yaşadığı  yerin  müvafiq  dövlət  orqanı  tərəfindən  qeydiyyata  alınır.  Qeydiyyata 

alınma qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir.

 

17.



   

Məhkəmə  tərəfindən  fəaliyyət  qabiliyyəti  olmayan  hesab  edilmiş  vətəndaşa  şəxsiyyət 

vəsiqəsi verilməsi üçün sənədlər onun qohumları və ya qəyyumları tərəfindən təqdim edilir. Əgər 

bu cür-şəxs psixi-nevroloji müəssisədə müalicədədirsə və onun şəxsiyyət vəsiqəsi yoxdursa, onda 

şəxsiyyət vəsiqəsi belə şəxsə həmin müəssisədən çıxdıqdan sonra verilir.

 

18.



   

Vətəndaş  müddətli  həqiqi  hərbi  xidmətə  çağırıldıqda  onun  yaşadığı  yerin  hərbi 

komissarlığı,  hərbi  tədris  müəssisəsinə  daxil  olduqda  isə  həmin  müəssisənin  müdiriyyəti 

tərəfindən  müvafiq  olaraq  çağırışçıdan  (kursantdan)  şəxsiyyət  vəsiqəsini  təqdim  etmək  tələb 

olunur_  həmin  vətəndaş  şəxsiyyət  vəsiqəsini  təqdim  etmədikdə  ona  təklif  edilir  ki,  şəxsiyyət 

vəsiqəsinin  olmamasının  səbəbləri  və  ya  şəxsiyyət  vəsiqəsinin  harada  olması  haqqında  ərizə 

yazsın.

 

19.



   

Şəxsiyyət  vəsiqəsini  geri  alarkən  hərbi  vəzifəlilər  hərbi  biletdə  onun  qeydiyyatda olması 

barədə qeydi müvafiq dövlət orqanının məsul əməkdaşına təqdim etməlidirlər.

 

20.



   

Qanunda  nəzərdə  tutulmuş  hallar  istisna  olmaqla,  şəxsiyyət  vəsiqəsinin  vətəndaşdan 

alınması və girov götürülməsi qəti qadağandır.

 

21.



   

Barəsində həbsəalma qəti-imkan tədbiri seçilmiş, azadlıqdan məhrum edilməyə məhkum 

olunmuş,  yaxud  əməyə  mütləq  cəlb  edilməklə  azadlıqdan  məhrum  olunmağa  şərti  məhkum 

olunmuş vətəndaşdan şəxsiyyət vəsiqəsi təhqiqat, ibtidai istintaq, məhkəmə orqanları və məhkəmə 

qərarlarını icra edən orqanlar tərəfindən müvəqqəti alınır və həmin şəxs haqqında iş üzrə icraata 

və ya şəxsi işə əlavə edilir.

 

22.


   

Müvəqqəti  alınmış  şəxsiyyət  vəsiqəsi,  haqqında  cinayət  işinin  icraatına  xitam  verilmiş 

vətəndaşlara məhkəmə və ya istintaq orqanları tərəfindən, cəzasını çəkib qurtarmış və ya cəzadan 

azad  edilmiş  vətəndaşlara  isə  müvafiq  olaraq  məhkəmə  və  ya  məhkəmə  qərarlarını  icra  edən 

orqanlar tərəfindən dərhal qaytarılır.

 

23.



   

Qanunun tələblərinə zidd olaraq şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edilməsi, onun 

verilməsi  üçün  vətəndaşdan  nəzərdə  tutulmayan  sənədlər  tələb  edilməsi  və  ya  şəxsiyyət 

vəsiqəsinin  verilməsində  (dəyişdirilməsində)  süründürməçiliyə  yol  verilməsi,  habelə  şəxsiyyət 

vəsiqəsinin itirilməsi, qəsdən korlanması, oğurlanması, qanunsuz hazırlanması, saxtalaşdırılması, 

satılması  və  ya  ondan  qanunsuz  istifadə  olunması  üstündə  təqsirli  şəxslər  Azərbaycan 

Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

 

24.



   

1996-cı  il  dekabrın  31-dək  Azərbaycan  Respublikası  vətəndaşlarına  şəxsiyyət  vəsiqəsi 

verilməsini  təmin  etmək  üçün  Azərbaycan  Respublikasının  Daxili  İşlər  Nazirliyi  “Azərbaycan 

Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununa və 

bu Əsasnaməyə zidd olmayan qaydalar və növbəlilik müəyyən edə bilər.

 

 



 

 

 



“Azərbaycan Re spublikası vətəndaşının şəxsiyyət 

vəsiqəsi haqqında” Azərbaycan

 

Re spublikası Qanununun tətbiqi haqqında



 

Əsasnaməyə

 

1 saylı  əlavə

 

 



 


Azərbaycan Respublikasının 16 yaşına çatmamış vətəndaşına şəxsiyyət vəsiqəsinin 

verilməsi haqqında

 

 

 

ƏRİZƏ — ANKET

 

(Çıxarılıb) 



[46]

 

 



 

 

 



“Azərbaycan Re spublikası vətəndaşının

 

şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan



 

Re spublikası Qanununun tətbiqi haqqında

 

Əsasnaməyə



 

2 saylı  əlavə

 

 



 

Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin

 

verilməsi haqqında

 

 

 

ƏRİZƏ — ANKET

 

(Çıxarılıb) 



[47]

 

 

 

 

 

İSTİFADƏ OLUNMUŞ  MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

 

 

1.

       

26  iyun  1997-ci  il  tarixli  357-IQD



 

nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu, 1997-ci il, № 6, maddə 493)

 

2.

       

14  noyabr  1997-ci  il  tarixli  400-IQD



 

nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu, 1998-ci il, № 2, maddə 71)

 

3.

       

5  oktyabr  2001-ci  il  tarixli  175-IIQD



 

nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu, 2001-ci il, № 11, maddə 669)

 

4.

       

5  oktyabr  2001-ci  il  tarixli  181-IIQD



 

nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu, 2001-ci il, № 11, maddə 674)

 

5.

       

2  iyul  2002-ci  il  tarixli  361-IIQD



 

nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu, 2002-ci il, № 7, maddə 395)

 

6.

       

5  mart  2004-cü  il  tarixli  597-IIQD



 

nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu, 2004-cü il, № 4, maddə 199)

 

7.

       

23  dekabr  2005-ci  il  tarixli 32-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu, 2006-cı il, № 2, maddə 64)

 

8.

       

20  oktyabr  2006-cı  il  tarixli  171-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu, 2006-cı il, № 11, maddə 933)

 

9.

       

20  oktyabr  2006-cı  il  tarixli  168-IIIQD



 

nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu, 2006-cı il, № 12, maddə 1006)

 

10.

   

22  dekabr  2006-cı  il  tarixli  210-IIIQD



 

nömrəli  Qanun  (Azərbaycan  Respublikasının  Qanunvericilik 



Toplusu, 2006-cı il, № 12, maddə 1033)

 

11.

   

29  dekabr  2006-cı  il  tarixli 220-IIIQD nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu, 2007-ci il, № 1, maddə 4)

 



Yüklə 279,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə