Nsan özü üçün nə varsa hava, su, maddi nemətlər, sənaye üçün xammal və



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə11/21
tarix08.04.2018
ölçüsü0,55 Mb.
#36768
1   ...   7   8   9   10   11   12   13   14   ...   21

texnologiya bütün sənaye və kənd təsərrüfatı istehsalının ekoloji strategiyası hesab 

olunur.  

Müasir  sənayedə  tullantılar  o  qədər  çoxdur  ki,  çoxlu  sayda  təmizləyici 

qurğuların inşasına böyük ehtiyac var. Lakin nəzərə almaq lazımdır ki, təmizləyici 

qurğuların inşası çox vəsait tələb edir, hətta istehsalın dəyərini üstələyir. Ona görə 

də  tullantıları  parçalamaq  yox,  onlardan  müxtəlif  məqsədlər  üçün  istifadə  etmək 

nəzərdə tutulur.  

Tullantılardan  tam  istifadə  edilməsi  qapalı  texnoloji  proseslər  yaratmağı 

tələb edir. Yəni bir tullantı başqa istehsal üçün xammal olur, xırda müəssisələr iri 

istehsal  komplekslərində  birləşir.  Belə  hallarda  ətraf  mühitin  çikrləndirilməsi 

azalır, təbii sərvətlərdən istifadənin də səmərəsi yüksəlir.  

Tullantısız  texnologiyanın  inkişafının  əsas  istiqamətləri  aşağıdakılardır: 

tullantıların utilləşdirilməsi, xammal və minerallardan kompleks istifadə edilməsi, 

qapalı  siklli  istehsalın  təşkil  edilməsi,  çirkab  suların  atılması,  zərərli  maddələrin 

atmosferə  buraxılması  və  s.  Hazırkı  dövrdə  ekoloji  istehsalın  əsas  vəzifələri 

gücləndirilərək  insan  fəaliyyətinin  zərərli  nəticələrini  neytrallaşdırmalı,  sağlamlıq 

zonaları 

və 


ekoloji 

təmiz 


olan 

süni 


ekosistemlər 

yaratmağa 

istiqamətləndirilməlidir.  

 

Atmosferin mühafizəsi 

 

Daim hərəkətdə olan hava yerdən qalxan qaz, tüstü, toz halındakı tulantıların 

yüngül  hissəsini  uzun  müddət  özündə  saxlayıb  onları  dünyanın  müxtəlif 

rayonlarında  tədricən  çökdürür.  nsanların  sağlamlığına,  torpağa,  su  mənbələrinə, 

heyvanat  aləminə,  bitki  örtüyünə  mənfi  təsir  edir.  Belə  proses  kənd  təsərrüfatı 

bitkilərinin 

məhsuldarlığını 

azaldır, 

metal 

quraşdırıcılarda 



korroziyanı 

ş

iddətləndirməklə,  maşınların,  avadanlıqların,  elektrik  ötürücü  dirəklərin  ömrünü 



xeyli qısaldır. 

Havaya  qalxan  tullantıarın  miqdarını  azaltmaq  və  onların  tərkibini 

zərərsizəşdirmək əsasən iki yolla həyata keçirilə bilər: 

Behruz Melikov

Behruz Melikov



1.

 Tükənməyən  enerji  sərvətlərinin  –  külək,  günəş,  yeraltı  istiliyin,  su 

enerjisinin  geniş  istifadəsi,  onsuz  da  məhdudlaşmaqda  olan  üzvi  yanacağın  (neft, 

qaz, daş kömür, torf, yanar şist, antrasit və s.) enerji balansında xeyi azaldılması. 

2.

 Daxili  mühərriklərdə,  elektrik  stansiyalarında  və  bütün  sənaye 

müəssisələrində,  məişətdə  istifadə  edilən  yanacağın  tərkibindəki  zəhərli 

maddələrin çıxarılması və xeyi azadılması. 

Son  zamanlar  hava  mühitini  təmizləmək  və  ona  nəzarət  etmək  üçün  müasir 

elektron  sistemlərindən,  havanı  asılı  vəziyyətdə  olan  (toz)  hissəciklərdən 

təmizləmək  üçün,  elektrofiltrlərdən  istifadə  edilir.  Toz  hissəciklərini  udma 

qabiliyyətlərinə  görə  toz  tutan  qurğular  tozçökdürən  kameralara,  inersiyalı 

tozayıranlara, yağlı və çoxqatlı filtrlərə, elektrofiltrlərə ayrılırlar.  

Elektrofiltrlər  havada  toz  qarışıqlarının  təmizlənməsində  ən  səmərəli 

qurğular olmaqla, tüstülü qazlarda sıxlığı çox olan yüksək toz və kül qatışıqlarının 

təmizlənməsində geniş istifadə edilir. Onların təmizləmə dərəcəsi 90-95% olmaqla, 

başqa  növ  toztutan  qurğulardan  çox  üstündürlər.  Ətraf  hava  mühitinin  tərkibinə 

nəzarət  sistemində  ən  mühüm  yerli-hava  hövzəsində  qazların  toplanması  və 

azalmasını  xəbər  verən  qaz  indikatorları  və  müasir  elektron  qaz-analizatorları 

istilik  kimyəvi  və  fotokalorimetrik  üsulla  işləyən  və  hava  mühitində  müxtəlif 

qazların  miqdarını  təyin  edən  cihazlardır.  Beləliklə,  istilik  kimyəvi  analizatorlar 

katalizatorun  köməyi  ilə havanın  oksigenində  təyin  olunan komponentdə  kimyəvi 

reaksiyasının  istilik  effektini  qiymətləndirir.  Günəş  şüaları  yer  səthinn  heç 

yerlərində şaquli düşmədiyi üçün vahid sahəyə düşən radiasiyanın miqdarı coğrafi 

enlikdən  asılıdır  (məsələn,  qütblərdə  ekvatora  nisbətən  soyuq  olar).  Nəticəsi  də 

qütblərdə  və  ekvatorda  havanın  xüsusiyyətləri  fərqlidir.  Lakin  Yer  səthindən 

temperaturun  üfüqi  paylanmasının  enlikdən  asılı  olması  tam  vacib  deyil,  çünki 

hava  kütləsi  daim  hərəkətdə  olur  və  onun  soyuq  kütləsi  cənuba,  isti  hissəsi  isə 

ş

imala  hərəkət  edir.  Beləliklə,  atmosferdə  temperaturun  üfüqi  məsafəsi,  şaquli 



məsafədən çoxdur, onda şaquli qradyent də adətən üfüqi qradiyentdən artıqdır. Bu 

halda  ki,  şaquli  qradiyent  daha  çoxdur  və  nisbətən  sabitdir  və  şaquli  istiqamətdə 

hava mübadiləsi demək olar ki, nisbətən zəifdir.  

Behruz Melikov

Behruz Melikov



Mühazirə 8 

 

Litosferin ekoloji xüsusiyyətləri və mühafizəsi 

 

Yer  kürəsinin  və  onu  təşkil  edən  qitələrin,  dənizlərin,  heyvanat  və  bitkilərin 

inkişaf  tarixi  mürəkkəb  ekosistemlərdən  ibarət  olub,  müəyyən  mərhələləri 

keçmişdir.  

Yer  kürəsinin  hər  hansı  bir  sahəsinin  məruz  qaldığı  dəyişikliklər  və  onun 

inkişafı burada baş verən geoloji proseslərlə sıx əlaqədardır. Odur ki, Yer kürəsinin 

ə

razisinin  geoloji  inkişaf  tarixini  şərh  etmək  üçün  Yer  qabığının  ayrı-ayrı 



hissələrində  baş  vermiş  geoloji  prosesləri  aydınlaşdırmaq  lazım  gəlir.  Tarixi 

geologiyaya  dair  tədqiqatlar  Yerin  və  eləcə  də  litosferin  genetik  inkişafına  dair 

qiymətli məlumatlar verir. Həmin sənədlər keçmiş geoloji dövrlərdə əmələ gəlmiş 

suxurlar,  minerallar,  heyvan  və  bitki  qalıqlarından  və  s.  ibarətdir.  Bu  sənədləri 

«oxumaq» və onların əsasında tarixi ardıcıllıq yaratmaq üçün geoloqlar aktualizm 

deyilən  metoddan  istifadə  edirlər.  Bu  proses  yer  üzərində  hazırda  baş  verən 

proseslərin  və  onların  nəticəsində  əmələ  gələn  məhsulların  öyrənilməsinə  əsasən 

müqayisəli  mülahizələr  yürütmək  metodudur.  Məs.  müasir  dənizlərdə,  göllərdə 

arası  kəsilmədən  müxtəlif  çöküntülər-lillər,  qumlar  və  s.  toplanırsa,  deməli  biz 

hazırda bu çöküntülər əmələ gəlmiş süxurları tapdığımız yerlərdə vaxtilə dəniz,göl 

və ya başqa su hövzəsi olduğunu söyləyə bilərik. Ümumi tarix yaratmaq üçün isə 

ə

vvəlcə həmin sahələrin müəyyən inkişaf mərhələsində necə olduqlarını bilmək və 



onları  tutuşdurmaqla  ümumi  fiziki-coğrafi  şəraiti  bərpa  etmək  lazımdır.  ndi  yer 

qabığını təşkil edən süxurların daha doğrusu, onların əmələ gəldikləri təbəqələrin 

yaşı  müəyyən  edilmiş  və  ümumdünya  geoloji  yaş  (geoxronoloji)  cədvəli 

düzəldilmişdir. Lakin bu cədvəl mütləq yaş cədvəli yox, nisbi yaş cədvəlidir, yəni 

burada qatların, lay və təbəqələrin yaşları, biri-digərinə nisbətən, yəni nisbi olaraq 

müəyyən edilir. Dördüncü dövr yer tarixinin son dövrüdür. O, təqribən 1,8 milyon 

il  bundan  qabaq  başlayıb,  müasir  geoloji  əsri  də  əhatə  edir.  Kür-Araz  ovalığında 

dördüncü dövr dəniz çöküntüləri ovaligin şərq hissəsində geniş yayılmışdır. 

Behruz Melikov

Behruz Melikov




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə