Nsan özü üçün nə varsa hava, su, maddi nemətlər, sənaye üçün xammal və



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə15/21
tarix08.04.2018
ölçüsü0,55 Mb.
#36768
1   ...   11   12   13   14   15   16   17   18   ...   21

MDB-yə daxil olan ölkələrdə sahəsi 1 km

2

-dən artıq olan 40 minə yaxın göl 



vardır. Bu göllərdə yerləşən suyun həcmi 25 min km

3

-dən artıqdır. 



Sular  çox  mühüm  rekreasiya  xidmətinə  şərait  yaradırlar.  Xüsusilə  göllər 

rekreasiya, mikroiqlim yaratmaq və s. əlamətlərinə görə də böyük əhəmiyyət kəsb 

edirlər. Ümumiyyətlə MDB ölkələri xeyli içməli su ehtiyatına malikdir. Dünyanın 

ə

n böyük şirin sulu gölü olan Baykalda şirin su ehtiyatının çox hissəsi yerləşir. 



Bu  sudan  səmərəli  istifadə  etmək  və  Baykalın  ekologiyasını  sabit  saxlamaq 

məqsədilə  burada  tənzimləmə  işləri  aparılır.  Lakin  yaxınlıqda  tikilmiş  sellüloz-

kağız fabriki hələ də gölün suyunu çirkləndirməkdədir. 

MDB  ölkələrində  hidroresursların  coğrafi  yerləşməsindən  asılı  olaraq 

onlardan səmərəli istifadə olunması böyük çətinliklərlə qarşılaşır. Məsələn, MDB 

ölkələrinin içməli sularının təxminən 18%-i Baltik, Qara, Xəzər və Aral dənizləri 

hövzələrinə  axır.  Bu  ərazilərdə  daha  çox  əhali  yayılmış  və  sudan  ən  çox  istifadə 

olunur.  Əksinə,  Şimal  Buzlu  və  Sakit  okean  hövzələrinə  82%  içməli  su  axır. 

Amma  bu  ərzilərdə  əhalinin  cəmi  1/5  hissəsi  yaşayır.  Ona  görə  də  əhalinin  sıx 

yerləşdiyi  və  sənayenin  yüksək  inkişaf  etdiyi  ərazilərdə  hidroresursların 

keyfiyyətcə pisləşməsinin qarşısı alınmalıdır. 

Sudan istifadənin vacib vəzifələri: 

-

  Torpaqların suvarılması və qurudulması; 



-

  Su axınlarının nizamlanması; 

-

  Suyun hövzələrarası paylanması; 



-

  Hidroresursların çirklənmə və tükənmədən mühafizəsi və s.-dir. 

Aparılan  hesablamalara  görə  Azərbaycan  Respublikasının  ərazisində  8350-ə 

qədər  çay  vardır.  Bu  çayların  7860-a  qədərinin  uzunluğu  10  km-dən  az  oub, 

ümumi  çayların  94%-ni  təşkil  edir.  Respublikada  axan  çaylardan  cəmi  22-nin 

uzunluğu  100  km-dən  artıq  olduğu  üçün  Azərbaycanı  kiçik  dağ  çayları  ölkəsi 

adlandırırlar. 

Ümumiyyətlə,  Azərbaycanın  bütün  çayları  Xəzər  dənizi  hövzəsinə  aid 

olmaqla üç qrupa bölünür: 

1.

 Kür hövzəsinə aid olan çaylar; 

Behruz Melikov

Behruz Melikov



2.

 Araz hövzəsinə aid olan çaylar; 

3.

 Bilavasitə Xəzər dənizinə tökülən çaylar. 

Respublikanın ərazisindəki bütün çaylar axım xüsusiyyətinə görə üç qrupa böünür: 



1.

 Bütün il boyu axım müşahidə ediən çaylar; 

2.

 Axımı quruyan çaylar.  

3.

 Axımı müvəqqəti olan çaylar. 

Bundan  başqa  yerli  çaylar  və  tranzit  çaylar  var.  Suya  olan  tələbat 

respubikanın xalq təsərrüfatının intensiv inkişafı ilə əlaqədar olaraq ildən-ilə artır. 

Azərbaycan  başqa  təbii  sərvətlərlə  zəngin  olmasına  baxmayaraq  su 

təchizatında problemlər yaranır. Məhz bu səbəbə görə də respublikamızın ərazisinə 

quraqlıq ərazilər sırasında baxırlar. 

Respublikamızın malik olduğu 30,6 km

3

 suyun 40%-ni Gürcüstan və 28%-ni 



Ermənistanın ərazilərindən axan çayarın suyu təşkil edir. 

Respublika su təminatına görə Zaqafqaziyanın digər respublikalarından geridə 

qalır.  Onsuz  da  təbii  su  ehtiyatı  zəngin  olmayan  respublikamızın  ərazisində 

buxarlanma  və  filtirasiya  yolları  ilə  itirilən  suyun  ümumi  həcmi  8,1  km

3

-ə 


bərabərdir ki, bu da ümumi su ehtiyatının 26-27%-ni təşkil edir. 

Ş

irin  su  ehtiyatlarından  danışarkən,  ərazimizdə  olan  göllər  və  bulaqlar  da 



nəzərdə tutulmalıdır. 

 

Dünya okeanının bioloji ehtiyatlarından istifadə edilməsi, onların ekoloji 



vəziyyəti və mühafizəsi 

 

Hazırda  biosferin  kəskin  çirklənməsi  bütün  dünya  əhalisinin  narahatlığına 

səbəb  olmuşdur.  Elə  buna  görə  də  ətraf  mühitin  çirklənməsinə  qarşışı  mübarizə 

aparmaq  məqsədilə  dövlətlər  qarşılıqlıı  müqavilələr  bağlayır,  bəşəriyyət  mühitin 

qorunmasına aclıq kimi müdhiş bir bəla ilə bir səviyyədə tutur, cəmiyyət bu tarixi 

bəladan qurtarmaq üçün çıxış yollarıı axtarır. Su hövzələrinin sanitar-hidrobioloji 

vəziyyəti  nəzərdə  tutulur.  Bu  məsələdə  təbii  tarazlığı  pozan  antropogen  amillərin 

(suların  sənaye,  mətbəx  axarları,  drenaj  suları  ilə  çirkənməsi  və  hövzənin  sabit 

Behruz Melikov

Behruz Melikov




vəziyyətini  pozan  bütün  səbəblər)  təsiri,  onların  mənbəyi  və  başvermə  səbəbləri 

xüsusi rol oynayır. Beynəlxalq okeanologiya komissiyasının (BOK), bir qrup alimi 

və  YUNESKO-  dəniz  mühitinn  çirkləndirilməsini,  insanlar  tərəfindən  birbaşa  və 

ya dolayı yolla «dəniz sularına» daxil edilən maddələr təşkil etdiyini qeyd edirlər 

ki, onlar da bioloji resurslara zərər verir, insanların sağlamlığını pozur və insanın 

dənizlə əlaqədar olan fəaliyyətini estetik qavranmasını zəiflədir. 

Tullantılar  ən  çox  insanların  yaşadıqları  və  işlədikləri  yerlərdə  müşahidə 

edilir.  Tullantıfların  töküldüyü  ərazilərdə  çikrləndricilərin  yüksək  konsentrasiyası 

müşahidə  olunur,  təkcə  ona  görə  yox  ki,  onları  dayaz  yerlərə  atırlar,  həmdə  ona 

görə  ki,  okeanın  özünün  strukturu  çirkləndiricilərin  bütün  okeana  yayılmasına, 

mane  olur.  Okean  sularının  qarışmasına  səbəb  olan  hallardan  biri  də  okeana 

qismən  şirin  suyun  tökülməsidir.  Bundan  əlavə  günəş  həmişə  suyun  üst  qatını 

qızdırır  və  ona görə də onun  sıxlığa  görə  təbii  strasifikasiyası  qüvvətlənir.  Başqa 

sözlə desək, Okeanda suyun təbii olaraq ayrı-ayrı qatlara ayrılması mövcuddur ki, 

bu  da  çirkləndiricilərin  üst  qatlardan  aşağı  qatlara  enməsinə  mane  olur.  Okeanın 

üst qatlarında suyun şaquli yerdəyişməsi baş vermir, amma eyni zamanda orada su 

üstü  cərəyanların  mürəkkəb  sistemi  mövcuddur.  Onlar  nisbətən  kiçik  ərazilərdə 

yayılmaqla  nisbətən  fərqli  sərhədlərə  malikdirlər.  Əgər  hər  hansı  bir  maddə  üst 

cərəyanlara düşürsə, onun bütün okean səthinə yayılma imkanları çox olur. Bundan 

ə

lavə, gəmilərin tullantılarını da nəzərdən qaçırmaq olmaz, çünki bu hadisə əsasən 



ş

elf  zonasında  (200  m-ə  qədər  dərinlikdə)  baş  verir.  Məsələn,  şimali  Atlantika 

sahillərində  ən  iri  çirkləndiricilər,  hər  il  kiçik  buxtaya  9  mln.  tona  yaxın  tullantı 

tökülən Nyu-York şəhəridir.  

Göstərilən  misallardan  aydın  olur  ki,  okeanın  çirklənməsinə  insanın  təsiri 

böyükdür,  lakin  okeana  müxtəlif  yollarla  atılan  çirkləndiricilərin  ümumi  miqdarı 

hələlik məlum deyil.  

kinci dünya müharibəsindən sonra Aralıq dənizi sahillərində çox su işlədən 

və  suya  çoxlu  çirkab  su  tökən  yeni  sənaye  şəhərləri  yaradıldı.  Tökülən  çirkab 

suların dənizdən Atlantik okeanına təbii sirkulyasiya vasitəsilə aparılan sudan çox 

olması  nəticəsində  Aralıq dənizi  çox  çirkləndi.  Hazırda  Şimal  və  Baltik dənizləri 

Behruz Melikov

Behruz Melikov



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə