Nsan özü üçün nə varsa hava, su, maddi nemətlər, sənaye üçün xammal və



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə19/21
tarix08.04.2018
ölçüsü0,55 Mb.
#36768
1   ...   13   14   15   16   17   18   19   20   21

sahələrində  enerjinin  toplanması  ilə  müşayət  olunur.  Dalğaların  əsas  baş  hissəsi 

sualtı dağın üstündə onun kənarlarına nisbətən yavaş hərəkət edir, o hissə elə bilki, 

geri  qalır.  Əgər  belə  dalğa  cəbhəsinə  yüksəkdən  baxsaq,  onda  görə  bilərik  ki, 

həmin  dalğa  zirvəsi  üzərində  əyilmiş  kimi  olur.  Ona  görə  də,  Kamçatkanın 

episentrdən çox uzaq olmasına baxmayaraq sunami dalğaları burada iri həcmli və 

güclüdür, nəinki episentrə yaxın yerdəkindən. Bu dalğaların sualtı dağların üstündə 

toplanmasının nəticəsidir.  

Sunami dalğalarını qüvvətli külək dalğaları ilə  müqayisə etmək olar. Onlar 

yayılma sürətlərinə görə bir-birindən fərqlənirlər. Fırtınalı dalğanın təyin olunmuş 

sürəti  0,8  küləyin  sürətinə  bərabərdir.  Qüvvətli  küləyin  sürəti  (8-10  bal)  20-30 

m/saniyəyə  bərabərdir.  Deməli,  fırtınalı  dalğaların  sürəti  60-90  km/saat 

qiymətləndirilə  bilər.  Bu  böyük  sürətdir.  Lakin,  Sunamilərin  sürəti  bundan  xeyli 

çoxdur 

(700-1000 



km/s). 

Fırtınalı 

dalğanın 

sürəti 


100-150  

m-i  keçmir,  sunamilərin  sürəti  isə  100-1000  dəfə  bundan  çoxdur.  Eyni  vaxtda 

fırtınalı  dalğaların  hündürlüyü  açıq  okeanda  10-20  m-ə  çatır,  amma  sunamilərin 

hündürlüyü 1-3 metrdən hündür olmur. Deməli, fırtınalı dalğaların meylliyi min və 

on minlərlə dəfə sunami dalğalarının hündürlüyündən çoxdur. ABŞ-ın və Alyaska 

ş

tatının  cənub-şərqində  Lutuyya  körfəzində  qeyri-adi  qüvvətli  fəlakət  baş 



vermişdir. Sahilə təqribən 11 km -dən çox soxulmuş bu körfəzdə geoloq D.Müller 

dağın  döşündəki  ağacların  müxtəlif  yaş  fərqlərini  görmüşdür.  Ağacların 

kötüklərindəki  dairələrlə  o  hesablamışdır  ki,  son  100  ildə  bu  körfəzdə  ən  azı 

dalğaların yüksəkliyi 100 metrdən çox olan 4 dəfə sunamilər baş vermişdir. D.Mül-

lerin  nəticələrinə  az  inanılsa  da,  1958-ci  il  iyulun  9-da  bu  körfəzdə  baş  vermiş 

dəhşətli  sunami  dalğaları  bu  şübhələri  dağıtdı.  Hadisənin  şahidlərinin 

söylədiklərinə  görə  bu  vaxt  Körfəzdə  lövbər  salmış  gəmilərdəki  insanlar  dəhşətli 

təkandan  yatacaqlarından  yerə  atılmışlar.  Çölə  çıxdıqda  isə  dəhşətli  bir  mənzərə 

görmüşlər:  dənizin  suyu  qalxmış,  Lituyya  buzlağındakı  buzlar  900  m-ə  qədər 

yüksəklikdən buz və torpaq (süxur) kütləsi ilə sürüşərək körfəzin daxili hissəsində 

suya düşmüşdür. Fəlakətin gəmilərin lövbər saldığı yerdən 10 km-lə aralı olmasına 

baxmayaraq  əks  tərəfdəki  sahildə  insanların  gözü  önündə  500  m-ə  qədər 

Behruz Melikov

Behruz Melikov




hündürlükdə  yaranmış  iri  dalğalar  şimal  tərəfdəki  dağın  yamaclarını  altına  almış, 

sonra  dalğa  körfəzdə  dövr  edərək  yamaclarda  ağacları  kökündən  qoparmış, 

dalğalar Kenotafiya adasının 50 m olan ən hündür nöqtəsindən aşmışdır. Bütün bu 

qarışıq  kütlə  dar  körfəzə  soxularaq  nəhəng  (17-35  m  hündürlükdə)  dalğa  əmələ 

gətirərək, körfəz boyu yayılmış, şimal sahil dağlarının yamaclarını əhatə etmişdir 

ki, nəticədə 600 m-ə qədər hündürlükdə qayalar bitkisiz çılpaq qalmışdır.  

Təhlükə  dərəcəsinə  görə  birinci  sunami  dalğaları  fərqlənir.  Sahil  zolağında 

fırtınalı  dalğalar  daha  az  dağıdıcı  qüvvəyə  malikdir.  Sunami  dalğalarının 

hündürlüyü  sahilə  çatdıqda  40-50  m-ə  çatır,  fırtınalı  dalğaların  hündürlüyü  sahil 

zonasında 20-30 m-i ötür. Sunami dalğaları 10 m-ə çatdıqda daha çox təhlükəlidir, 

nəinki,  20  m  yüksəkliyə  malik  olan  fırtınalı  dalğa.  Məsələ  burasındadır  ki, 

fırtınalar  sunamilərlə  müqayisədə  xeyli  az  uzunluğa  və  sürətə  malikdir,  bundan 

ə

lavə onlar sahilə dağınıq zərbələr vurur ki, onların da hər biri sahil zonasının xırda 



sahələrini əhatə edir. Sunami dalğaları çox böyük sürətlə vahid su axını (su divarı) 

valı  sahilə  on  kilomertlərlə  və  daha  çox  enində  yaxınlaşır  və  bunun  nəticəsində 

sahilə bir anda nəhəng su kütləsi çırpılır.  

Sahil sunami dalğalarının monolit kütləsi onun yüksəkliyi ilə, çox uzunluğu 

ilə uyğunlaşan, həmçinin, böyük sürətli hərəkəti onun zərbəsini sahil zonalarındakı 

tikililəri,  reyddə  durmuş  gəmiləri  basmasına  imkan  verirdi.  Aydındır  ki,  insanlar 

üçün dalğarın sahilə çatdığı ərazilərdə belə fəlakət törədən hadisələr baş verir.  

Sürüşmələr.  Bu  tip  sunamilər  tez-tez  baş  verir.  (bütün  sunamilərin  7%-ə 

qədəri). Belə sunamilərin baş verməsini aşağıdakı hadisə ilə izah etmək olar. 

Belə  hadisələr  az  hallarda  baş  verir  və  ona  görə  də  buna  etalon  kimi 

baxılmır. Lakin çay deltalarında belə sürüşmələr nisbətən tez-tez baş verir ki, onlar 

da xeyli təhlükəlidir. 

Vulkan  püskürmələri  ilə  bağlı  sunamilər  5%-ə  qədərdir.  Nəhəng  sualtı 

püskürmələr  çox  vaxt  zəlzələ  effekti  yaradırlar.  Qüvvətli  vulkan  püskürmələri 

zamanı püskürülən material suda yayılır, eyni zamanda güclü dalğa yaranır.  

 

Belə  sunamilərə  klassik  nümunə  kimi  1883-cü  ildə  Krakatau  vulkanının 



püskürməsi  nəticəsində  yaranmış  sunami  dalğalarını  aid  etmək  olar.  Krakatau 

Behruz Melikov

Behruz Melikov



vulkanın  püskürməsindən  əmələ  gəlmiş  sunami  bütün  Hind  okeanı  sahillərində 

müşahidə olunmuş, ümumilikdə 5000 gəmi məhv olmuş, 36 min insan ölmüşdür. 



nsan  fəaliyyəti.  Hazırda  atom  əsrində  insanın  əlində  elə  bir  vasitə 

yaranmışdır  ki,  o,  öz  istəyi  ilə  dəhsətli  titrəyişlər  yaradır.  1946-cı  ildə  ABŞ-da 

dəniz laqunasında 60 m dərinlikdə sualtı atom partlayışı keçirmişdir. Onun gücü 20 

min  ton  trotil  ekvivalentinə  bərabərdir.  Bu  partlayış  nəticəsində  yaranmış  dalğa, 

partlayış yerindən 300 m-lik məsafədə 28,6 m yüksəkliyə qalxmış, episentrdən 6,5 

km məsafədə isə dalğanın hündürlüyü 1,8 m-ə çatmışdır.  



Meteoritin və astoreoidin düşməsi nəhəng sunami əmələ gətirə bilə. Onlar 

böyük düşmə sürətinə malik olduğu üçün, çox böyük genetik enerjiyə malik olur, 

həmin enerji suya ötürülür ki, bu da sunami dalğası yaradır.  

Külək  böyük  dalğa  əmələ  gətirə  bilər  (təqribən  20  m-ə  qədər),  amma  belə 

dalğalar  sunami  deyillər.  Onlar  qısamüddətli  olur  və  sahildə  su  basması  yarada 

bilməz. Amma  meteosunaminin yaranması, təzyiqin kəskin dəyişilməsi şəraitində 

ola bilər. Belə hallar Boliar adalarında müşahidə olunur və buna oxşar hadisələr az-

az hallarda Xəzər dənizində baş verir.  

Alimlər  Yaponiya  sahillərinə  hücum  edən  dağıdıcı  sunamilərin  yaranma 

səbəbini tapmağa çalışmışlar. Sakit okeanın qərbində Nankay çökəkliyinin altında 

indiyə  qədər  aktiv  olan  nəhəng  çat  mövcuddur.  Bu  çat  yer  qabığına  sərt  bucaqla 

daxil  olaraq,  daim  onun  ətrafına  doğru  yerdəyişərək,  böyük  su  kütləsinin 

uçulmasına  səbəb  olur.  Bir  qrup  amerikan  və  yapon  tədqiqatçıları  Yaponiyanın 

Cənub  –Qərb  sahillərində  dərin  sualtı  çökəklikdə  dənizin  dibini  tədqiq  edərək, 

zəlzələ zamanı əmələ gələn sunamilərin yaranmasına daha yeni izahatlar tapmışlar. 

Sakit  okeanın  bu  ərazisi  özünün  dağıdıcı  sunamiləri  ilə  məşhurdur.1994-cü  ildə 

Tonankay  rayonunda  8,1  ballıq  amplituda  ilə  yaranmış  bu  sunami  1200  nəfər 

insanın ölümünə səbəb olmuşdur.  

Texas Ştatındakı Ostin Universitetinin bir qrup geoloq-alimi və onların dəniz 

elmləri və texnologiya mərkəzindən yapon həmkarları dərinlikdə yerləşən Nankay 

çökəkliyində  üç  təkrarlı  tədqiqatlar  aparmışlar.  Alınmış  məlumatlar  ekspertlərə 

belə bir suala cavab verməyə imkan verirdi ki, nə üçün okeanın altında olan bəzi 

Behruz Melikov

Behruz Melikov



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə