Nsan özü üçün nə varsa hava, su, maddi nemətlər, sənaye üçün xammal və



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə20/21
tarix08.04.2018
ölçüsü0,55 Mb.
#36768
1   ...   13   14   15   16   17   18   19   20   21

zəlzələlər  dağıdıcı  sunami  yaradırlar.  Nə  üçün  başqa  yüksək  maqnitudalı  və 

ocaqları  xassələrə  malik  zəlzələlər  belə  nəhəng  dalğaların  yaranmasına  səbəb 

olmur?  

Məlumdur  ki,  qüvvətli  sunamilərlə  müşahidə  olunan  daha  çox  dağıdıcı 

zəlzələlər o ərazilərdə baş verir ki, orada bir litosfer tavası, o biri litosfer tavasının 

altına  girir.  Qüvvətli  zəlzələ  nəticəsində  yaranan  sunamilər  8  və  daha  çox 

maqnitudalı  (Rixter  şkalası  ilə)  zəlzələ  nəticəsində  baş  verir.  Bu  halda  dəniz 

dibindəki çatın geometriyası, şaquli yerini dəyişən sahələrin böyüklüyü xeyli təsirli 

olur.  

Tədqiqatçılar  Nankay  çökəkliyini  öyrənərkən  dəqiq  aydınlaşdırmışlar  ki, 



1944-cü ilin dağıdıcı zəlzələsi sunami dalğalarının yaranmasının səbəb olmasıdır. 

Həmin prosesin inkişaf tarixi izlənilmişdir.  

Yuxarıda  göstərildiyi  kimi,  dağıdıcı  sunamilərin  yaranmasının  əsas 

şə

rtlərindən  biri  dərin  çatın  olmasıdır,  onun  davamı  boyunca  zəlzələ  ocaqları 



yaranır. Həmin ərazilər seysmik zona hesab olunur. Alimlər okeanın səthindən 10 

km-ə  qədər  aşağı  enəndə  aktivliyi  ilə  fərqlənən  dərin  çatın  olmasını 

aydınlaşdırmışlar.  Nəhəng  qruntun  yuxarı  atılması  burada  yer  qabığının  iki 

müxtəlif blokunu bir-birindən ayırır.  

2002-ci  ildə  Yaponiya  dəniz  və  texnologiya  mərkəzində  Çin  O  Pakın 

rəhbərlik  etdiyi  qrup  bu  yuxarı  atılma  ərazisini  çox  dəqiq  olmayan  geofiziki 

tədqiqatlarla xəritələşdirmişlər və çatın yerləşdiyi əraziyə əsaslanaraq onun 1944-

cü  il  zəlzələsi  ilə  əlaqəsi  olmasını  bir  daha  güman  etmişlər.  Lakin  onda 

tədqiqatçılara  dərinlik  çatının  müasir  aktivliyini  sübut  edən  amilləri  əldə  etmək 

mümkün olmamışdır.  

Nankay  çökəkliyində  baş  verən  qüvəvtli  sunamilərin  yaranmasının  ikinci 

səbəbi kimi Yapon adalarının cənub-qərbindəki həmin ərazinin qeyri-adi struktura 

malik  olmasıdır.  Adətən  bir  litosfer  tavasının,  başqa  bir  litosfer  tavasının  altına 

keçməsi nəticəsində, birincinin üzərindən çöküntü qatının qoparılması ilə baş verir. 

Bu  siyrılmış  çöküntülər  üst-üstə  yığılaraq  bir-biri  ilə  toqquşan  tektonik  təbəqəni 

örtür.  Okinava  adasından  Tokioya  qədər  1500  km  məsafədə  uzanmış  Simanto 

Behruz Melikov

Behruz Melikov




zonası  yuxarıda  göstərdiyimiz  misala  klassik  nümunə  olar,  ona  görə  ki,  bu  zona 

Filippin  litosfer  plitəsinin  Avrasiya  plitəsi  altına  keçməsi  nəticəsində 

formalaşmışdır.  

Adətən  litosfer  tavaları  yaxınlaşdığı  zaman  siyrılmış  süxurların  atılması 

qalınlaşır, aktivləşir və sonrakı tektonik partlayışlar əsas partlayış zonasından (əsas 

çatdan)  kənarda  formalaşırlar.  Lakin  dəqiq  tədqiqatlar  göstərmişdir  ki,  bu 

vəziyyətdə  daha  sonrakı  parçalanmalar  əks  istiqamətə-quruya  doğru  yerini 

dəyişirlər.  

Ə

sas  məqsəd  müxtəlif  litosfer  tavalarının  toqquşma  xəttinin  kənarlarında 



nələrin baş verməsini öyrənməkdir. Nankay çökəkliyində sunamilərin yaranmasına 

səbəb  olan  prosesləri  öyrənməkdə,  yer  qabığının  hansı  hissələrində  potensial 

təhlükəli  sahələri  təyin  etmək  olar  və  bununla  da  bəşəriyyətin  2004-cü  il 

ndoneziyadakı  «sürprizlərdən»  qorumaq  olar.  Çünki  2004-cü  il  ndoneziyada 

Sumatra  adası  yaxınlığındakı  zəlzələ  və  yaranmış  sunaminin  təkrarlanması 

ehtimalı qalmaqdadır.  

Sunamilərin  yaranmasının  əlamətlərini  müəyyən  etmək  mühüm  əhəmiyyət 

kəsb edir. Yuxarıda qeyd etdiyimiz kimi adətən dalğanın gəlməsindən bir az əvvəl-

gözlənilmədən dənizin sürətli çəkilməsi başlanır. Su sahildən min metrlərlə dənizin 

dərinliyinə doğru çəkilir və yaxud da suyun sürətlə sahildən uzaqlaşması və dibin 

quruması (çatlaması) baş verir, bu halda dalğanın səsi kəsilir. Bu bədbəxtliyin ən 

doğru  və  dəqiq  əlamətidir:  bir  neçə  dəqiqə  sonra  sahil  zonasındakı  şəhərlərə  və 

balıqçı qəsəbələrinə divar kimi su dalğası gəlir ki, bu dalğa da öz yolunda hər şeyi 

yuyub  aparır.  Dəniz  geriyə  çox  çəkildikcə,  sunami  dalğaları  da  yüksək  olur.  Bu 

dalğaların  dağıdıcı  qüvvəyə  malik  olmasını  misal  təsdiq  edir.  Təxminən  100  il 

bundan əvvəl Amerikanın Sakit okean sahillərində sunami böyük gəmini qaldırıb, 

onu Port şəhərindən keçirərək, xeyli aralıda-quruda yerə endirmişdir.  

Sahilə  yaxınlaşdıqda  dənizin  dibinin  ləngiməsi  üçün  dalğanın  uzunluğu 

azalır, yüksəkliyi isə təbii ki, artaraq, 30 metrə çatır (görənlərin söylədiyinə görə). 

800 km-saat sürətə çatan qüvvətli dalğa qəfildən sahil ərazilərinə çırpılır və böyük 

dağıntılar törədir, əksərən də çoxsaylı insan tələfatı və maddi itgilərlə nəticələnir.  

Behruz Melikov

Behruz Melikov



Dünyanın  müxtəlif  geoloji  institutlarında  27  dekabr  2004-cü  ildə  Cənub-

Şə

rqi  Asiyada  baş  vermiş  dəhşətli  zəlzələnin  səbəbləri  və  nəticələri  barədə  onu 



müşahidə  edənlər  öz  fikirlərini  bildiriblər.  «Belə  qüvvətli  sunami  hətta  Yer 

kürəsinin ətrafında fırlandığı oxa da təsir etdiyini göstərmişlər». 

Bizim planetin ölçülərini və kütləsini nəzərə alsaq bunun mümkünsüzlüyünü 

taliyanın  Vulkanologiya  və  Geofizika  Milli  nstitutunun  direktoru  Entso  Boş 

söyləyir.  Onun  sözlərinə  görə,  fəlakətli  hadisənin  əsasında,  dərinlikdə  kütlənin 

xeyli yerdəyişməsi durur ki, bu da Yerin səthində dəyişikliyə və Yer oxunun az hiss 

olunan dəyişməsinə gətirib çıxarır.  

Bundan başqa, bizim planetin oxu son 26 min ildə konusvari hərəkət edərək 

yerini dalğavari dəyişir, ona görə də zəlzələ nəticəsində baş vermiş yerdəyişmənin 

ölçülməsi daha da çətinləşir.  

Son  yüzilliklərdə  belə  hallar  11  dəfə  müşahidə  olunub.  Lakin,  bu  halda 

bütün  göy  cisimlərinin  Günəş,  Ay  və  s.  təsirini  düzgün  hesablamaq  lazımdır. 

Sunamilərin  ani  dağıdıcı  nəticəsini  hiss  etməmək  mümkün  deyil.  Sahilə  çataraq 

dalğa sözsüz ki, sahildə yaşayan dəniz quşlarının yuvalarını belə yuyur.  

Belə  hallarda  bitki  örtüyü  daha  çox  təsirə  məruz  qalır.  Mərcan  rifləri  daha 

çox  dağılır.  Kakos  palması  isə  xeyli  dözümlü  olur.  Çünki  kakos  qozu  hətta 

okeanda üzə–üzə bitir.  

Sunamilər haqqında təsəvvür yaratmaq üçün üzərində «Raketa» tipli katerlər 

üzən  su  anbarlarında  bunu  müqayisə  etsək  görərik  ki,  sahilə  yaxınlaşarkən  sahil 

nisbətən  dayaz  olduğu  üçün  sualtı  pərlər  (mühərriklər)  səthdən  dibə  qədər  bütün 

başqa gəmilərin əmələ gətirdiyi dalğadan güclü olduğu üçün sahilə birinci çatır. Bu 

dalğa  çox  hündür  olmasa  da  çox  uzundur.  Belə  çıxır  ki,  həmin  o  ilk  dalğalar  su 

anbarından  aşaraq  2-3  m  sahilə  tökülür,  sonra  geri  çəkilir.  Ondan  sonra  isə  adi 

dəniz dalğaları gəlir.  

 Təbiətdə sunami dalğalarının vurduğu zərərlər iqtisadi, ekoloji, mənəvi 

mahiyyət kəsb edir. 

Sunamilər  əsasən  dənizin  titrəyişi  və  vulkan  fəaliyyətindən  törənən,  saatda  600-

700 km sürətlə hərəkət edən, hündürlüyü 30-40 m, bəzən daha hündür olan uzun 

Behruz Melikov

Behruz Melikov



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə