Nsan özü üçün nə varsa hava, su, maddi nemətlər, sənaye üçün xammal və



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə3/21
tarix08.04.2018
ölçüsü0,55 Mb.
#36768
1   2   3   4   5   6   7   8   9   ...   21

Canlı təbiət

. Canlı təbiətin yaranmasında cansız təbiət də iştirak edir. Həyat 

-  materiyanın  maddələr  mübadiləsindən  və  özünəoxşar  təbii-təkrar  istehsaldan 

ibarətdir. Burada nuklein turşuları və zülallar əsas yer turur. 

Beləliklə,  həyatın  mənşəyi  və  inkişafı  dənizdə  üzvi  molekullarından  ibarət 

«bulyonun»  əmələ  gəlməsi,  ilk  biokimyəvi  strukturun  yaranması,  molekulların 

polimerləşməsi və makromolekulların özünübərpa proseslərindən ibarət olmuşdur. 

Məhz  bundan  sonra  həyat,  seçim,  molekul  səviyyəli  təkamül,  sadə  canlı  sistem 

(müasir  hüceyrənin  orqanizmləri  kimi),  nəhayət,  primitiv  hüceyrədən  ibarət 

orqanizmlər əmələ gəlmişdir. 

Beləliklə,  nəsil  vermək,  böyümə,  inkişaf,  maddə,  enerji  və  informasiya 

mübadiləsində  iştirak  etmək  bioloji  həyatın  əsasını  təşkil  edir.  Bunun  üçün  isə 

daxili  və  xarici  mühitdən  ibarət  sistemlərin  yaranması  zəruridir.  Onları  coğrafiya 

ilə yanaşı biologiya və kimya elmləri də öyrənir. 



Orqanizm  və  mühit

.  Materiyanın  heç  də  hər  yeri  mühit  deyil.  Həyat 

olmayan məkana (Ay, Ulduz, Günəş və s.) mühit demək olmaz. Onlar cansız faktor 

rolunu oynaya bilir və mühitin formalaşmasına təsir edirlər. 

Mühitsiz  həyat  yoxdur.  Deməli,  mühit  yalnız  Yer  planetinə  məxsusdur. 

Mühit – orqanizmə təsir edən canlı və cansız amillərin cəmindən ibarətdir. Mühit 

iki  böyük  hissəyə  ayrılır:  daxili  mühit  və  xarici  (ətraf)  mühit.  Daxili  mühit  – 

orqanizmə onun özünün içərisindən olan təsirlərin cəmi, ətraf mühit isə orqanizmə 

kənardan edilən təsirlərin cəmidir. Mühit müxtəlifdir, lakin onun ən geniş forması 

xarici mühitdir. 

Ə

traf mühit 4 böyük hissəyə ayrılır: su, torpaq, hava və orqanizm.  Onların 



makro, mezo və mikro ekosistemləri formalaşır. 

Hər hansı ətraf mühit ekoloji sistemlərdən ibarətdir (ekosistem). Ekosistem-

konkret  məkanda  cansız  və  canlı  komponentlərin  qarşılıqlı  əlaqəsi  nəticəsində 

fəaliyyət  göstərir.  Təbiətin  təkamülü  prosesində  əmələ  gəlmiş  sistemə  təbii 

ekosistem,  insanın  yaratdığı  sistemə  isə  antropogen  ekosistem  deyilir.  Məkan 

baxımından ekosistem üçün məhdudiyyət yoxdur. Bulaq, çay, göl, dəniz, okean və 

s.  -  təbii  ekosistemlərə;  hidrokomplekslər,  okeanarium,  şəhərlər,  kanallar  və  s. 

Behruz Melikov

Behruz Melikov



antropogen  ekosistemlərdir.  Quru  sahələrin  də  ekosistemləri  təbii  və  antropogen, 

kiçik  və  böyük  olur.  Sozsüz  ki,  ilk  növbədə  ekoloqları  təbii  ekosistemlər 

maraqlandırır.  Təbii  ətraf  mühit  və  onun  komponentləri  milyonlarla  il  ərzində 

təkamül  prosesindən  keçmişdir.  Orqanizm  yaşadığı  ətraf  mühitə  daxil  olduğu 

ekosistemə uyğunlaşır. 

Ekologiya  elminin  inkişaf  tarixi

.  nsan  tərəfindən  yaradılan  (antropogen) 

ekosistemlər təbii şəraitə uyğunlaşdırılır. Ekologiyanın müasir bir elm kimi inkişaf 

tarixi 4 – dövrdən ibarətdir. 



I dövr

. Bu dövr darvinizmə qədərki dövrü əhatə edir. 



II  dövr

.  Darvinizmin  qalib  gəlməsi  ilə  başlayır.  1866-cı  ildə  E.  Hekkel 

orqanizmin  mühitə  uyğunlaşmasına  dair  bilikləri  «Ekologiya»  adlandırır.  O  qeyd 

olunduğu  kimi  göstərirdi  ki,  Ç.Darvinin  yaşamaq  uğrunda  mübarizə  adlandırdığı 

münasibətləri ekologiya tədqiq etməlidir.  

III

  dövr.  XX  əsrin  20-ci  illərindən  başlayır.  Bu  dövrdə  ekologiya 

ümumbioloji  fundamental  elmlərdən  birinə  çevrilir.  1935-ci  ildə  ingilis  alimi 

A.Tensli  ekologiyaya  ekosistem  anlayışını,  1942-ci  ildə  isə  V.N.Sukaçov 

biogeosenologiya  (biosferin  quru  sahəsinin  konkret  hissəsində  canlıların  öz 

aralarında  və  ətraf  mühitin  cansız  hissələri  olan  atmosfer,  dağ  süxurları,  torpaq, 

hidroloji rejim ilə qarşılıqlı əlaqədə fəaliyyət sistemi) anlayışını daxil edirlər. 

IV  dövr.

  XX  əsrin  80-cı  illərindən  başlanır.  Müxtəlif  elmlərdə  ekoloji 

istiqamətin  yaranması,  ekologiyanın  qlobal  xarakter  alması,  o  cümlədən  insan 

ekologiyasının,  sosial  və  qlobal  ekologiyanın  əmələgəlməsi  və  inkişafı  bu  dövrü 

səciyyələndirir.  Ümumiyyətlə,  bu  dövr  elmlərin  ekologiyalaşdırılması  ilə 

fərqlənmişdir.  Beləliklə,  ekologiya  elmi  eninə  və  dərinə  inkişaf  etməyə  başladı. 

Ə

lbəttə, birinci hal daha çox nəzəri cəlb etməkdədir.  



Ekologiyanın  mərkəzində  canlı  sistem  dayanır.  Ona  görə  ekologiyanın 

yaranmasının əsas səbəbi canlılar haqqında, o cümlədən insanların özləri haqqında 

biliklər olmuşdur. Təsadüfi deyil ki, ekologiya elmi ümumi bioloji mahiyyətə daha 

çox istinad edir.  

Behruz Melikov

Behruz Melikov




Mədəni  bitkilər  və  əhli  heyvanlar  ekologiyanın  tədqiqat  obyekti  deyildir. 

Onları  kənd  təsərrüfatı  öyrənir.  Lakin  yeni-yeni  bitki  sortları  və  heyvan  cinsləri 

yaradılarkən,  onları  rayonlaşdırmaq  ekoloji  tədbirlər  tələb  edir.  Əhalinin  kənd 

təsərrüfatı məhsulları ilə təmin edilməsi ekologiya ilə birbaşa əlaqədardır. 

 

Behruz Melikov



Behruz Melikov


Mühazirə 3 

 

Ə



traf mühit və onun optimallaşdırılması insanların ekoloji şəraiti üçün 

ə

lverişli təminatdır 



 

Ə

traf mühiti mühafizə ekologiya proseslərinin öyrənilməsinin davamıdır.  



Göstərilən  sahənin  istiqamətləri  aşağıdakılardan  ibarətdir:  ətraf  mühit  və 

onun  funksiyalarından,  mühitin  mühafizə  yollarından  və  onun  təşkilindən,  təbii 

ehtiyatların  qiymətləndirilməsi  və  təbiəti  bərpadan.  Fənnin  daxili  quruluşu, 

elmlərarası əmək bölgüləri barədə artıq elmi, metodik istiqamətlər formalaşmışdır. 

Bu  sahə  fənlərarası  mahiyyət  kəsb  etməklə,  sintetik  əhəmiyyətə  malikdir  və  qeyd 

edilmişdir  ki,  həmin  sahənin  coğrafi  təmayülü  daha  genişdir.  Ətraf  mühiti 

mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə ekoloji proseslərin öyrənilməsinin 

davamı  olub,  bioloji,  iqtisadi,  texniki-texnoloji,  riyazi  modelləşdirmə  və  s. 

məsələlərlə  əlaqələndirilmişdir.  Bununla  yanaşı  həmin  sahənin  coğrafi  aspektləri 

yuxarıda adları göstərilən sahələr üçün mühüm əhəmiyyətə malikdir. Ən başlıcası, 

mühitin öyrənilməsində coğrafiyaşünas və coğrafi anlayışsız keçinmək çətindir. 

Ə

traf  mühiti  mühafizənin  metodoloji  tədqiqi  tarixən  təbiət  və  cəmiyyətin 



qarşılıqlı əlaqəsi, cəmiyyətin inkişafında coğrafi mühitin rolu, təbiətin dialektikası, 

ə

hali 



artımı 

və 


ə

rzaq 


problemi, 

torpaqların 

münbitliyi 

və 


iqtisadi 

qiymətləndirilməsi  kimi  problemlərin,  eləcə  də  antropocoğrafiyaya  dair  bəzi  elmi 

məsələlərin tədqiqi ilə bağlı olmuşdur.  ndiyə qədər cəmiyyətin inkişafında coğrafi 

mühitin  rolu  aspektində  təbiət  və  cəmiyyətin  qarşılıqlı  əlaqəsi  geniş  tədqiq 

edilmişdir. 

Ə

traf  mühitdən,  təbiətdən  kənar  cəmiyyətin  inkişafı,  varlığı  qeyri-



mümkündür.  nsan  cəmiyyəti  yaranandan  təbiətlə  qarşılıqlı  əlaqədə  olub  və  bu 

ə

laqələrlə inkişaf etmişdir. Tədriclə təbiətlə insan arasındakı əlaqənin intensivliyi, 



insanın  əmək  fəallığını  artırmışdır.  Bu  prosesdə  istehsal  vasitələri  və  üsulları 

insanın təbiətə təsirinin əsas keçiricisi olmuşdur. 

Behruz Melikov

Behruz Melikov




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə