Nsan özü üçün nə varsa hava, su, maddi nemətlər, sənaye üçün xammal və



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə5/21
tarix08.04.2018
ölçüsü0,55 Mb.
#36768
1   2   3   4   5   6   7   8   9   ...   21

Mühazirə 5 

 

YER N COĞRAF  XÜSUS YYƏTLƏR  VƏ EKOCOĞRAF  MAH YYƏT  

Müasir fəlsəfi dünya görüşlərdə «insan və təbiət»  

münasibətlərinin təhlili haqqında 

 

Təbiətlə  qarşılıqlı  münasibət  məsələləri  insanları  min  illər  bundan  əvvəl 

düşündürmüş  və  dövrün  inkişaf  xüsusiyyətlərindən  asılı  olaraq  həmin  məsələyə 

müvafiq münasibət bildirmişlər.  lk insanların meydana gəldiyi dövrdə onlar təbiət 

hadisələrinin səbəblərini dərk etmirdilər. 

Təbiətin qlobal prosesləri haqqında onların  bilikləri  olduqca bəsit  idi,  lakin 

ə

hatəsində  olduqları  təbiətin  bəzi  sirrlərini  o  zamankı  insanlar  indikindən  yaxşı 



dərk edirdilər. 

Cəmiyyətlə  təbiətin  qarşılıqlı  münasibət  məsələləri  qədim  dövrün  bir  sıra 

filosoflarının  əsərlərində  mühüm  yer  tuturdu.  Antik  dövrün  Heraklit,  Demokrit, 

Epikur,  Aristotel,  Platon,  Epidokl  və  digər  məşhur  mütəfəkkirləri  öz  əsərlərində 

dünyanın  yaranması,  insanın  yaranması,  təbii  cisimlərin  mahiyyəti,  təbiətin  dərk 

edilməsi üsulları, insanla təbiət arasındakı qarşılıqlı təsir əlaqələri və münasibətləri 

kimi  məsələlərə  toxunaraq  onlara  cavab  axtarırdılar.  Bu  günün  özündə  belə  antik 

dövr filosoflarının bu məsələlərə dair fikirləri, fərziyyləri öz dolğunluğu ilə heyrət 

doğurur.  Həmin  məsələlərin  həlli  ilə  bir  qədər  sonra  Şərq  filosofları  –  Əl-Fərabi, 

bn-Sina,  Əl-Biruni,  bn-Rüşt  və  başqaları  məşğul  olaraq,  orta  əsr  Avropa 

filosoflarını  xeyli  geridə  qoymuşlar.  Avropa  fəlsəfəsində  bu  məsələlərin  həllinə 

maraq intibah dövründə yenidən güclənmişdir. 

XVII-XVIII əsrlərdə fəlsəfədə metafizik materializ-min yarandığı bir dövrdə 

elmin  və  fəlsəfnin  məqsədi,  anlayışı  da  tamam  dəyişdi.  Fəlsəfədə  bu  istiqamətin 

banisi  F.Bekoon  hesab  edilir.  O,  özünün  «Yeni  Orqanon»  əsərində  dərketmənin 

başlıca  vəzifəsini  insanın  təbiət  üzərində  hakimiyyətinin  getdikcə  artmasında  və 

insan həyatının təkamülləşdirilməsində görürdü. 

Behruz Melikov

Behruz Melikov



Təbiətlə  insan  arasındakı  qarşılıqlı  təsiri  tədqiq  edən  həmin  dövrün  fəlsəfi 

cərəyanlarından  biri  də  «Coğrafi  determinizm»  idi.  Hələ  qədim  zamanlarda 

yaranmış  bu  istiqamət  orta  əsrlərdə  və  yeni  dövrdə  Monteskye,  Jan-Boden,  bn-

Xaldun  kimi  görkəmli  filosofların  tədqiqatlarında  əsas  yer  tutmuşdur.  Onların 

fikrincə  insanın  şüuru,  ənənələri,  ictimai  qanunları  və  hətta  dövlət  qurluşu  belə, 

təbii  amillərdən  və  ilk  növbədə  iqlimdən  asılıdır.  XIX  əsrdə  coğrafi  determinizm 

daha  da  genişlənərək,  elmi  fikrin  inkişafında  əsas  istiqamətlərdən  birinə 

çevrilmişdir.  Cəmiyyətlə  təbiət  arasındakı  qarşılıqlı  təsirə  dair  bütün  ideya  və 

fikirlərin sintezi alman klassik fəlsəfəsinin görkəmli nümayəndələri olan Hegel və 

Feyerbaxın  konsepsiyalarında  öz  əksini  tapmışdır.  Hegel  ilk  dəfə  olaraq,  təbiətlə-

cəmiyyətin  inkişafını  vahid  təbii-tarixi  proses  kimi  başa  düşürdü.  O,  materiya  və 

ruhun, təbiətlə-insanın dialektik vəhdətini sübut etməyə çalışırdı. 

Feyerbax  isə  insanla  təbiətin  vahidliyini  ilk  növbədə  insanın  antropoloji 

mahiyyətində  görürdü.  Belə  yanaşma  isə  təbiət-insan  vahidliyinin  materialist 

nöqteyi-nəzərdən  qiymətləndirilməsi  demək  idi  ki,  bu  da  həmin  dövrdə  irəliyə 

doğru mühüm addım hesab edilirdi. 

Müasir  dövrümüzə  qədər  gələn  cəmiyyət-təbiət  konsepsiyasının  yolları, 

müxtəlif  və  uzun  olmuşdur.  Belə  ki,  XIX-əsrin  40-cı  illərində  hələ  Hegelin 

fəlsəfəsinin təsiri altında olan K.Marks cəmiyyət-təbiət problemindən bəhs edərkən 

insanı ideallaşdırır, onu təbiətə qarşı qoyur ki, bu da sözsüz ki, Hegelin antropoloji 

konsepsiyasının  təsiri  idi.  Həmin  dövrün  ideoloqları  və  təbiətşünasları  insanın 

təbiətə olunan təsirinin fəal xarakter daşımasını qeyd edərək, məhz bununla insanın 

təbiətə olan spesifik münasibətini görürdülər.  

Beləliklə,  ilk  baxımda  insanın  təbiətdən  asılılığı  azalır,  guya  insanlar 

mövcud  şəraitdən  süni  yaradılmış  texnosfer  ilə  qorunaraq,  ətraf  mühitin-təbiətin 

çatışmamazlığını  düzəldir.  Lakin,  bu  hələ  insanın  təbiətdən  asılılığının  azalması 

demək  deyildir,  əksinə,  cəmiyyət  inkişaf  etdikcə  onun  təbiətə  tələbatı  da  o  qədər 

rəngarəng  və  zəngin  olur.  nsan  təbiətin  yeni  qüvvələrini  aşkarlayıb  istifadə 

etdikcə,  müasir  mərhələyə  müvafiq  olaraq  özü  də  ondan  asılı  vəziyyətə  düşür. 

Məsələn,  Volqa,  Dnepr,  Kür,  Nil  çayları  axımının  nizamlanmasının  böyük 

Behruz Melikov

Behruz Melikov




üstünlükləri  olmuşdur.  Azərbaycanda  Mingəçevir  su  anbarının  tikilməsi  ilə 

ə

laqədar  olaraq  Kür-Araz  ovalığında  bataqlıqların  qurudulmasına  şərait  yaradıldı. 



Lakin bunların yaratdıqları fəsadlar da göz qabağındadır. 

Təbiət və  cəmiyyət  qanunları  arasındakı mühüm  fərqlərdən biri  də odur ki, 

cəmiyyət qanunları təbiət qanunlarına nisbətən qısa müddətlidir. Təbiət qanunlarını 

müşahidə  və  dərk  etmək  uzun  vaxt  tələb  edir.  Təbiətlə-cəmiyyət  arasındakı 

ə

laqənin  qanunauyğunluqlarını  öyrənmək  tarixən  yaranmış  elmi  nailiyyətlərə 



ə

saslanmalıdır.  Təbiətşünaslıq  haqqındakı  ümumbəşəri  bilikləri  sinfi,  siyasi  və  s. 

cəhətdən,  bəzən  də  məhdud  hüquqi  tələblər  baxımından  çeşidləmək  nəinki 

keçmişimizi  dərk  etmək,  eyni  zamanda  bu  günümüzü  də  dərk  etmək  üçün  böyük 

ziyan verir. 

Dünya  ölkələrinin  ictimai  quruluşundan  asılı  olmayaraq  müasir  ekoloji 

böhrana  məruz  qalmaları  onu  göstərir  ki,  indi  bütün  ölkələr  milli  və  sinfi  ayrı 

seçkilik  salmadan  birləşməli,  ətraf  mühiti  mühafizə  etməkdə  birgə  səy 

göstərməlidirlər. 

nsan  nəinki  əmək  prosesində,  bütün  varlığı  ərzində  təbiətlə  təmasdadır, 

onun  vacib  komponenti  olan  oksigenlə  nəfəs  alır  və  arasıkəsilməz  madələr 

mübadiləsində olur. Təbiətlə insan arasında maddələr mübadiləsi kəsilərsə insanın 

nəinki  fəaliyyətindən,  həm  də  onun  varlığından  söhbət  gedə  bilməz.  Biz  insanı, 

təbiətlə  birlikdə  vahid  bir  sistemdə  qəbul  edirikcə  onda  insan,  onun  xüsusi  və 

ümumiləşmiş  əmək  fəaliyyəti,  təbiət  və  onun  maddiləşmiş  ehtiyatları,  təbii 

vasitələri  yarımsistem  kimi  qəbul  edilməlidir.  Təbiidir  ki,  belə  halda  göstərilən 

komponentlərin  sistemliyi  və  müəyyən  mənada  fərqli  cəhətləri  təbiət-cəmiyyət 

münasibətlərində  daima  diqqət  mərkəzində  olmalıdır.  Təbii  tarazlığı,  ekoloji 

müvazinəti  saxlamada  deyilənlərin  böyük  əhəmiyyəti  vardır.  ndiyə  qədər  klassik 

ideyalara  toxunulmaz  münasibətlər  bəslənilməsi  onların  əsil  mahiyyətinin 

açılmasında böyük maneələr yaratmışdır.  

«Ətraf mühiti mühafizə» və «Təbii ehtiyatlardan səmərəli istifadə» bir-birinə 

yaxın  anlayış  olmaqla  əlaqəli  proseslərə  malikdirlər.  Göstərilənlər  arasındakı 

qarşılıqlı  əlaqə  mürəkkəb  və  çoxsahəlidir.  Bu  mürəkkəbliyin  başlıca  cəhəti 

Behruz Melikov

Behruz Melikov




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə