Nsan özü üçün nə varsa hava, su, maddi nemətlər, sənaye üçün xammal və



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə6/21
tarix08.04.2018
ölçüsü0,55 Mb.
#36768
1   2   3   4   5   6   7   8   9   ...   21

aşağıdakılardan  ibarətdir:  birincisi,  cəmiyyətin  təbiətdən  ayrılmazlığının  dərk 

olunması  ilə  yanaşı,  cəmiyyətin  bir  çox  cəhətləri  ilə  təbiətə  qarşı  qoyulmasıdır; 

ikincisi,  təbiətin  və  cəmiyyətin  qanunlarının  ayrılıqda,  eyni  zamanda  təbiətin-

cəmiyyətin  birgələşmiş  qanunlarının  öyrənilməsi  səviyyəsinin  həyatı  tələblərdən 

geri qalmasıdır. 

Ə

lbəttə,  ətraf  mühitdə,  bir  qədər  dəqiqliklə  ifadə  etsək  materiyada 



(biosferdə,  litosferdə,  hidrosferdə,  atmosferdə  və  s.)  gedən  proseslərin  fiziki, 

kimyəvi, bioloji, geoloji və s. qanunları, qanunauyğunluqları barədə bir çox kəşflər 

məlumdur.  Ancaq  həmin  proseslərin  planetar  mahiyyəti  ilə  sosial  nəticələri 

arasındakı əlaqələrin tədqiqi olduqca aşağı səviyyədədir. 

Predmetin  nisbətən  cavan,  əhatə  dairəsinin  mürəkkəb  və  çoxsahəli  olması 

ə

traf 



mühit 

və 


təbiətdən 

səmərəli 

istifadə 

edilməsi 

məsələlərinin 

təkmilləşdirilməsini  tələb  edir.  Hər  iki  anlayış  bir  çox  halda  «ekoloji  mühitdən 

istifadə», «ekoloji gərginlik yaradan sahə» kimi də qiymətləndirilir. Daha doğrusu 

bəzi  hallarda  təbiəti  mühafizə  və  ondan  istifadə  edilməsi  kimi  formaca  başqa 

görünən ifadələri təhlil edərkən ekoloji mənbələrə və axtarışlara müraciət edilir.  

 

Behruz Melikov



Behruz Melikov


Mühazirə 6 

 

Atmosferin ekoloji xüsusiyyətləri və mühafizəsi 



Atmosferin və iqlimin ekoloji xüsusiyyətləri 

 

Planetimizi  əhatə  edən  vahid  hava  okeanı  yer  üzərində  həyata  təminat 

yaradır  və  mühafizə  edir.  Dünya  dövlətləri  səmanı  öz  sərhədləri  daxilində  bölüşə 

bilər, lakin daim hərəkətdə olan atmosfer bəşəriyyətin ümumi sərvətidir, bölünməz 

təbii şəraitdir. Təbii mühitin bir komponenti kimi atmosfer Kosmos, Dünya Okeanı 

ilə, qurunun suları və təbii ekosistemlərlə qarşılıqlı əlaqədədir.  

 

qlim  təbiətin  əsas  amillərindən  biridir.  Xalq  təsərrüfatının  müxtəlif 



sahələrinin, xüsusilə kənd təsərrüfatının iqlim məlumatlarına böyük ehtiyacı vardır. 

Buna  görə  də  ayrı-ayrı  rayonlar  üzrə  iqlim  və  hava  şəraitinin  öyrənilməsinə 

ölkəmizdə böyük diqqət verilir. 

 

qlimin  ayrı-ayrı  ünsürlərinin  təsviri  çoxillik  meteoroloji  müşahidə 



materiallarının işlənilməsi nəticəsində əldə edimiş orta rəqəmlərin əsasında verilir. 

Bununla  bərabər,  ayrı-ayrı  illərdə  havanın  çoxillik  dövrdəkinə  nisbətən 

dəyişilmisinə  -  isti  və  soyuq,  quraq,  yaxud  yağıntılı  keçən  illərə  də  xüsusi  diqqət 

verilir. 

 

nsanın  həyatında  havanın  rolu  olduqca  böyükdür.  Kənd  təsərrüfatı 



bitkilərinin  məhsuldarlığı,  hər  cür  nəqliyyat  vasitələrinin  hərəkəti,  açıq  havada 

görülən  bütün  tikinti,  təsərrüfat,  mədəni  və  məişət  işləri  az  və  ya  çox  dərəcədə 

havanın  vəziyyəti  ilə  əlaqədardır.  Elm  və  texnikanın  hazırki  vəziyyətində  insan 

hələlik  havanın  dəyişkənliklərinin  qarşısını  ala  bilmir.  Buna  görə  o  atmosferin 

“şıltaqlıqları”  ilə  hesablaşmalı  olur.  Lakin  havanın  zərərli  təsirini  və  ya  onun 

nəticəsini  tamamiə  aradan  qaldırmaq  mümkündür.  Buna  görə  də  radio,  televiziya 

və  qəzetərdə  hər  gün  gözləniləcək  hava  haqqında  məlumat  –  havanın  proqnozu 

verilir. Ayrı-ayrı təşkilatlar və insanlar isə öz işlərini həmin proqnoza əsasən təşkil 

edirlər.  Əgər  güclü külək  əsəcəksə,  gəmilər  yaxın  limanlara  çəkilir,  şiddətli  yağış 

gözlənilirsə  qurumaq  üçün  yerə  sərilən  ot  və  ya  pambıq  tez  daldaya  yığılır,  uzun 

Behruz Melikov

Behruz Melikov




müddətli qalın qar yağacaqsa, qış otlaqlarında saxanılan mal-qaranın xilas edilməsi 

üçün  nəzarət  artırılır.  Beləliklə,  təsərrüfata  ziyan  vura  bilən  bir  atmosfer 

hadisəsinin  gözlənildiyi  haqqında  qabaqcadan  verilən  xəbər,  bəzən  milyon 

manatarla itkinin qarşısını almağa imkan verir. 

 

qlim şəraiti haqqında dəqiq və hərtərəfli məlumatların təsərrüfat əhəmiyyəti 



çox böyükdür. 

 

Panetimizi əhatə edən vahid “hava okean”-ı Yer üzərində həyatı qoruyur və 



saxlayır.  Müasir  dövrdə  atmosferin  çirklənməsi  bəşəriyyətin,  cəmiyyətin 

“bəlasına”,  “xəstəliyinə”  çevrimişdir.  Bu  “bəla”  əsasən  insanın  sənaye 

fəaliyyətinin  aktivləşməsi  nəticəsində  baş  verir  və  insanın  özünə,  bütün  canlılara, 

bitkilərə  və  bütövlükdə  Biosferə  mənfi  təsir  göstərir.  Atmosferin  çirklənməsi  ən 

çox sənayenin inkişafı ilə əlaqədar olub fabrik, zavod, nəqliyyat vasitələri, məişət 

müəssisələri  cəmləşən,  həyat  tərzi  yüksək  səviyyəyə  çatan,  yüksək  milli  gəlirə 

malik  olan,  enerjidən  yüksək  dərəcədə  istifadə  edən  ölkələrdə  baş  verir.  Bu 

ökələrdə  havaya  çoxlu  miqdarda  karbon  qazı,  müxtəlif  sənaye  qazları  və  tozları 

atılır. 

 

Atmosfer  çirklənməsi  həmçinin  qlobal  problem  olub  təbii  və  dövət 



sərhədlərini tanımır, onlarla məhdudaşmır və hava intensiv çirklənmiş sıx yerləşən 

yaşayış  məntəqələrindən  və  sənaye  cəhətdən  inkişaf  etmiş  rayonlardan  daha 

uzaqlara - əhalisi az, havası təmiz olan yaşayış məntəqələrinə yaylır. 

Ə

traf  mühitin  mühafizəsi  üçün  yaradılmış  kompleks  proqramda  aparıcı 



yerlərdən  birini  atmosfer  havasının  mühafizəsi  təşkil  edr.  Elmi-texniki  inqilab 

dövründə  nəhəng  sənaye  kompleksləri  yaradılmış,  on  milyonlarla  nəqliyyat 

vasitələri  planetin  yer  və  dəniz  hissələri  üzərində  dolaşaraq,  atmosferin 

çirklənməsinə səbəb olmuşdur. 

Yerin hava hövzəsnin öyrənilməsi və tədqiqi sənayenin, nəqliyyatın və kənd 

təsərrüfatının  intensiv  inkişafı  ilə  əlaqədar  olaraq  böyük  əhəmiyyət  kəsb  edir. 

Hazırda  atmosferin  çirklənməsi  ilə  mübarizə  vacib  dövlət  əhəmiyyətli  problemə 

çevrilmişdir.  

Günəşin şüalandırdığı enerji atmsoferdən keçir və bu zaman onun müəyyən 

Behruz Melikov

Behruz Melikov



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə