Nsan özü üçün nə varsa hava, su, maddi nemətlər, sənaye üçün xammal və



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə7/21
tarix08.04.2018
ölçüsü0,55 Mb.
#36768
1   2   3   4   5   6   7   8   9   10   ...   21

hissəsi udulur. Atmosferin bəzi tərkib hissələri, məsələn, buludlar günəş enerjisini 

başqalarından çox udur. Belə ki, onlar günəş şüalandırmasının spektrini tamamilə 

buraxmır  və  yaxud  spektri  az  buraxır  və  infraqırmızı  şüalar  isə  keçə  bilmir.  Elə 

buna  görə  də  özündən  günəş  enerjisini  buraxarkən  atmosfer  qızır.  Bu  enerji 

okeanın  səthinə  çatdıqda  qismən  udulur  və  suyun  üst  qatını  qızdırır.  stiliyin  bir 

qismi istilik ötürmək hesabına atmosferə qayıdır və onun isinməsinə təsir edir. Bu 

hadisələrin  və  onun  həm  də  əks  olunma  və  səpələnmə  proseslərinin  nəticəsində 

atmosferdə temperatur şaquli surətdə dəyişir.  

Yer səthinə gələn günəş radiasiyasının əsas hissəsi okean və yerin üst səthini 

qızdırır  ki,  oradan  da  öz  növbəsində  Yerə  yaxın  hava  təbəqəsi  qızaraq  şaquli 

qradiyenti təmin edir. Havanın stabilliyi və davamlılığı uzun müddət pozulmuşsa, 

onda  atmosferin  çirklənməsi  üçün  əlverişli  şərait  yaranır.  Məsələn,  havası  uzun 

müddət  sabit  qalan  Los-Anjeles  rayonunda  havaya  atılan  hər  hansı  çirkləndirici 

(məsələn, qazlar) ətrafa yayıla bilmir və tez-tez smoq müşahidə olunur.  

 

Ozon qatının əhəmiyyəti 

 

Yer  üzərində  həyat,  min  illərlə  atmosferdəki  mühafizə  qatı  sayəsində 

qorunur.  Ozondan  ibarət  olan  bu  qat  Yeri  Günəşin  zərərli  ultrabənövşəyi 

ş

üalarından  mühafizə  edir.  Bu  planetimizin  nadir  xüsusiyyətidir.  Bu  mühafizə 



qatının  dağıldığı  hallarda  Günəşin  ultrabənövşəyi  şüalanması  Yerin  səthindəki 

həyatın pisləşməsinə səbəb olur.  

qlimin keçmişdə dəyişkənlikləri yaxın onilliklərdə və əsr üçün riyazi model 

hazırlayarkən  nəzərə  alınır.  Amma  real  şəraitlə  müqaysədə  ryazi  modellər 

lazımınca  dəqiq  olmurlar,  çünki  bütün  amilləri  nəzərə  almaq  çətindir.  Belə  ki, 

alimlər  tərəfindən  Antarktidanın  üzərində,  stratosferin  üst  hissəsində  günəşin 

ultrabənövşəyi  şüalarının  filtrdən  keçirən  ozon  qatında  «dəlik»  aşkar  edilmişlər, 

baxmayaraq  ki,  freonların  ozon  qatının  tükənməsinə  təsir  modellərinin  elektron 

hesablama 

maşınları 

tərəfindən 

yoxlanılması 

belə 

«dəliyin» 



olmasını 

proqnozlaşdırmamışdır.  Məlum  olmuşdur  ki,  modellərdə  atmosferin  yuxarı 

Behruz Melikov

Behruz Melikov




qatlarında  üzən  və  ozon  parçalanmasına  şərait  yaradan  çox  xırda  buz  kristalları 

nəzərə  alınmamışdır.  Riyazi  modelə  bu  yeni  fiziki  amil  daxil  edildikdən  sonra 

Antakrtida üzərində ozon «dəlik» müşahidə edilməmişdir.  

Milli  Aeronavtika  Xidməti  Agentlyinn  (MAXA)  1998-c  ilin  yazında 

apardıqları  tədqiqatlara  əsasən,  şimal  yarımkürəsində  1969-cu  ildən  1986-cı  ilə 

kimi  ozonun  miqdarı  3%  azalmışdır.  Tibbi  məlumatlara  əsasən  isə  ozonun  1% 

azalması  hər  il  6%  insanın  dərisinin  xərçəng  xəstəliyinə  tutulmasına  səbəb  ola 

bilər. Freonun bir molekulu on minlərlə ozon molekulunu parçalaya bilər. Deməli, 

modellərin mükəmməlləşməsi yalnız daha geniş məlumatlara əsaslanmalıdır.  

Ozon  nədir?  Ozon  tərkibində  3  ədəd  oksigen  atomu  olan  qazdır.  Günəşin 

ultrabənövşəyi  şüaları  oksigen  molekullarını  atomlara  parçalayır  ki,  bunlar  da 

sonradan  digər  oksigen  molekulları  ilə  birləşərək,  ozon  əmələ  gətirirlər.  Ozon  ilk 

dəfə  1839-cu  ildə  K.F.Şonbeyn  tərəfindən  elektrik  boşalmalarının  müşahidəsi 

zamanı  kəşf  edimişdir.  Yalnız  1950-ci  ildən  sonra  ozonun  atmosferin  bir  hissəsi 

oduğu  aşkar  olunmuşdur.  Onun  adı  yunan  dilindən  alınmışdır  və  “kəskin  iy” 

deməkdir. 

Ozon qatı nədir? Ozon əsasən atmosferin troposfer və strotosfer qatlarında 

yerləşir.  Ozon  stabil  qaz  deyil  və  xüsusiə  hidrogen,  azot  və  xlora  malik  olmaqla 

təbii komponentlərə qarşı həssasdır ki, bunlar da onun dağılmasına gətirib çıxarır. 

Strotosferdə ozon ən çox 19-25 km  yüksəklikdə yerləşir. Yerin səthi yaxınlığında 

(troposferdə)  ozon  özündə  fotokimyəvi  his  və  qələvi  yağışlar  toplayan,  getdikcə 

problemlər yaradan çirkləndirici maddələr kimi təzahür edir. Lakin 11 km-dən 48 

km-ə  qədər  Yer  səthindən  hündürlükdə  olan  təhlükəsiz  strotosferdə,  aşındırıcı  iyi 

olan  maye  qaz,  oksigenin  özü  qədər  həyat  üçün  gərəklidir.  Ozon  mühafizə  qatı 

ə

mələ gətirir ki, bu da həddindən çox kövrək olmaqla bərabər, heyrətedici dərəcədə 



səmərəlidir. 

Ozonun atmosferdə miqdarı azdır. Belə ki, hər 10 milyon molekula 2 milyon 

normal  oksigen  və  3  ozon  molekulu  düşür.  Atmosferdə  olan  ozonu  Yer  səthinə 

sərmək mümkün olsa idi, onda qalınlığı 3 mm olan nazik qat alınardı. 

Behruz Melikov

Behruz Melikov




Xlorftorkarbohidrogenlər (XFK) ozon qatının yeyilməsinin ciddi səbəbi kimi 

göstərilir.  Yuxarıda  qeyd  olunduğu  kimi,  hər  yaz  fəsli  planetin  cənub 

yarımkürəsində Antarktida üzərində ozon qatında “dəlik” əmələ gəlir ki, bunun da 

ölçüləri Afrika qitəsinin sahəsinə müvafiq gəlir. “Dəlik” adi məlum dəliklər deyil, 

ozon  qatının  çox  aşağı  konsentrasiyası  olan  zonadır.  Antarktida  üzərindəki 

atmosfer qışda yerdə qalan aləmdən, qütb burulğanı adlanan küləyin təbii dövranı 

ilə  təcrid  ounur.  Qış  vaxtı,  soyuq  və  qaranlıq  olduqda  atmosferdə  qütb  stratosfer 

dumanları  əmələ  gəlir.  Təsirsiz  xlor,  bu  buludların  səthində,  gün  işığının  təsiri 

altında  ozonla  kimyəvi  reaksiyaya  girməklə  ozon  qatını  yeyən  formaya  çevrilir. 

Bunun  nəticəsində  hər  payız,  günəş  cənuba  doğru,  yəni  Antarktidaya  doğru 

qayıdarkən ozonun tez dağılması baş verir. Antarktida strotosferinin kifayət qədər 

qızdığı və beləliklə də onu qalan dünyadan təcrid edən qütb strotosfer buludlarını 

dağıtdığı  və  küləkləri  yardığı  vaxt  “dəlik”  yenidən  yox  olur.  Ozonla  zəngin  olan 

hava  Antarktida  üzərindəki  deşiyi  və  ya  dəliyi  dartışdırır.  Küləyin  dövranı,  aşağı 

konsentrasiyalı  ozon  olan  havanın  şimala  doğru  yerdəyişməsinə  səbəb  olaraq, 

başqa  bölgələrdəki  ozon  konsentrasiyasını  onunla  qarışma  sayəsində  azaldır. 

Beləliklə,  problem  cənub  yarımkürəsinin  məntəqələrinə  yayıla  bilər.  Ən  geniş 

“dəliklər” son ilər müşahidə edilir. Nazilmə, xüsusilə, 15 km-dən 30 km-ə qədərki 

hündürlükdə baş vermişdir ki, burada adətən ozonun konsentrasiyası ən yüksəkdir. 

Qeyd  etmək  lazımdır  ki,  XFK-nın  ozon  qatına  təsiri,  cənub  qütbü  ətrafında,  çox 

soyuq təcrid olunmuş hava kütləsinin yaratdığı nadir meteoroloji şəraitin yarandığı 

bölgədə güclənir. 

Antarktida  üzərində  ozon  qatının  ən  çox  tükənməsi  sentyabr-oktyabr 

aylarında  olur,  noyabr  ayından  sonra  isə  ozon  qatının  qalınlığı  mütəmadi  artır. 

Antarktida  üzərində  maksmum  ozon  1985-ci  ildə  qeydə  alınıb.  O  vaxtdan  onun 

miqdarı az artmışdır.  

Ş

imali Avropada ozon «dəliyi» cənub zonasına nisbətən kiçikdir, tam aydın 



hiss olunmur və ozon qarışığının azalması xeyli zəif gedir. 1987-ci ildə BMT-nin 

üzvi  olan-  23  sənaye  ölkəsi,  o  cümlədən  keçmiş  SSR   freon  istehsalını  azaltmaq 

(feronlarla  refrijiratorlar,  kondisionerlər,  soyuducular  və  aerozol  balonları 

Behruz Melikov

Behruz Melikov



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə