Nsan özü üçün nə varsa hava, su, maddi nemətlər, sənaye üçün xammal və



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə8/21
tarix08.04.2018
ölçüsü0,55 Mb.
#36768
1   ...   4   5   6   7   8   9   10   11   ...   21

doldurulur), onu tərkibində xlor olmayan maddələrlə əvəz etmək razılaşdırılmışdır.  

Nəzəriyyələrdən  birinə  əsasən,  karbonun  artdığı  sürətlənən  fotosintez 

prosesində  bitkilər  və  planktonlar  tərəfindən  mənimsənilir  ki,  bunun  nəticəsində 

xeyli  CO

toplanmasına  səbəb  olur.  Əgər  bu  belədirsə,  onda  meşələrin  karbon 



qazının qarşısının alınmasındakı rolu aydın olar və meşə qırılması, məhv edilməsi 

çox  böyük  təhlükə  kəsb  edir.  Q.Merlandın  hesablanmasına  əsasən,  hər  il  qazıntı 

yanacaqlarının  yandırılması  nəticəsində  atmosferə  atılan  5  milyard  ton  CO

2

-nin 



udulması üçün Avstraliyanın ərazisinə bərabər sahədə meşələrin salınmasını tələb 

edir.  


Ozonun  ölçülməsi.  Ozon  qatının  miqdarını  Dobson  vahidi  ilə  ölçürlər. 

Oturacağının sahəsi 1sm

2

 olan vertikal sutunda normal təzyiq və temperaturda olan 



ozonun  miqdarı  300  Dobson  vahidinə  bərabərdir.  Yer  kürəsində  ozonun  orta 

miqdarı təxminən 300 Dobson vahididir. Müxtəlif coğrafi sahələrdə onun qiyməti 

230-500 arasında dəyişir. 

Ozon  qatının  müşahidəsi  ilə  müntəzəm  olaraq  NASA,  WHO,  Kanada, 

Böyük  Britaniya,  Yeni  Zellandiyanın  və  s.  çoxsaylı  təşkilatları  məşğul  olurlar. 

Antarktida üzərində 1979-cu  ildən 2000-ci  ilə  qədər  yaranmış  “dəliyin”  sahəsinin 

dəyişməsi qrafiki Yeni Zellandiyanın Milli Su və Atmosferin Tədqiqi  nstitutunun 

nəticələri  əsasında  verilmişdir.  Şimal  yarımkürəsi  üzərində  də  ozon  qatının 

müşahidə  edilən  nazilməsi  bəzi  meteoroloji  amillər  sayəsində  geniş  “deşiklərin” 

olmasına baxmayaraq, Antarktida bölgəsindən az narahatlıq doğurmur. Avropanın 

bir neçə şimal ölkələri, Rusiyanın şimal bölgələri artıq ozonun az olduğu sahələrə 

aiddir. Bunu ABŞ-ın Florida Universitetinin araşdırmaları daha aydın göstərir.  

Ozon  qatının  azalması  respublikamızda  normaya  uyğundur.  Antarktida, 

Arktika,  ekvatorla  Qrinviç  xəttinin  kəsişməsində  1-18  sentyabr  2000-ci  il 

müddətində  ozonun  miqdarının  dəyişməsi  ABŞ-ın  Milli  Aeronavtika  və  Kosmos 

Akademiyasının (NASA) aldığı nəticələrdə əyani görünür. 

 

Behruz Melikov



Behruz Melikov


Mühazirə 7 

 

Atmosferi süni çirkləndirən sənaye sahələri 



 

qtisadiyyatın  inkişafı  güclü  sənaye  obyektlərinin  və  komplekslərinin 

tikilməsi  zərurətini  yaradır.  Əmək  ehtiyatlarının  təminatı  ilə  əlaqədar  olaraq  belə 

obyektlər  əsasən  yaşayış  məntəqələri  yaxınlığında  salınır.  Atmosferə  aerozollar 

atan,  əhali  sağlamlığı  üçün  təhlükəli  olan,  ekoloji  sistemi  pozan  obyektlərin 

optimal  yerləşdirilməsi  mühüm  əhəmiyyət  kəsb  edir.  Çünki  atmosferi  süni 

çirkləndirən əsas mənbələrdən biri sənaye sahələridir.  

 

Qara  metallurgiya  –  çuğun  əridilməsi,  ondan  polad  istehsalı  zamanı 

atmosferə  müxtəlif  qazlar  atılır.  V.Şaprinskiyə  görə  1  milyon  ton  polad  istehsalı 

zamanı atmosferə 75 min ton CO

2

 ixrac edilir. 



Domna  qazlarından  başqa  atmosferə  həm  də  az  miqdarda  arsen,  fosfor, 

qurğuşun, civə və nadir metalların buxarları, antimon (sürmə) və qətranlı maddələr 

atılır.  Marten  və  poladəridənlərdən  sexlərin  tullantıları  da  atmosferi  xeyli 

çikrləndirir.  Polad  əriyən  zaman  həm  də  metalın  buxarı,  şlak,  metal  oksidləri  və 

qazları ayrılır. Marten peçlərinin tozunun əsas hissəsi dəmir – 3 oksid (6,7 %)-dən 

ibarət  olur.  1  ton  marten  poladının  oksigensiz  əridilmə  prosesində  3000-4000  m

3

 

qaz ayrılır, onların tərkibində tozun qatılığı orta hesabla 0,5 qm



3

 təşkil edir.  

Metan  ərimə  zonasına  oksigen  verildikdə  isə  toz  əmələgəlmə  dəfələrlə 

çoxalaraq  15-52  qm

3

-a  çatır.  Kokskimyəvi  istehsalı  atmosfer  havasını  tozla  və 



uçucu  birləşmələrin  qarışığı  ilə  çikrləndirir.  ş  rejimi  pozulduqda  isə  atmosferə 

külli miqdarda təmizlənmiş koks qazı atılır.  

Ə

lvan  metallurgiya  –  gil  –  torpaq  –  alüminium-oksidi,  alüminium,  mis, 

qurğuşun,  qalay,  sink,  nikel  və  digər  metalların  peçdə  istehsalı  zamanı  zərərli 

maddələr  əmələ  gəlir.  Əlvan  metallurgiya  atmosfer  havasını  əsasən  kükürd 

anhidridi (75%), karbon qazı (10,5%) və tozla çirkləndirir.  



Kimya  və  neft-kimya  sənayesi  –  turşuların  (sulfat  turşusu,  xorid  turşusu, 

fosforit  turşusu,  nitrat  turşusu  və  s.)  istehsalı  və  s.  zamanı  atmosferə  tullantılar 

Behruz Melikov

Behruz Melikov




atılır.  Çirkləndiricilərin  tərkibində  karbon  qazı  (28%),  kükürd  anhidridi  (16,3%), 

azot  oksidi  (6,8%)  olur.  Neftayırma  sənaye  müəssisələri  atmosferi  karbohidrogen 

(23%),  kükürd  qazı  (16,6%),  karbon  qazı  (7,3%),  azot  oksidi  (2%)  birləşmələrilə 

çirkləndirir.  Respubikamızda  kimya  və  neft-kimya  müəssisələrinin  çoxu  Bakı  və 

Sumqayıt  şəhərərində  cəmləşmişdir.  Mövcud  müəssisələrin  texniki  təchizatı, 

təmizləyici  qurğularının  çoxunun  yararsız  vəziyyətdə  olması,  qaz-toz  tutucu 

avadanlıqlarının  sıradan  çıxması  ətraf  mühitə  normadan  artıq  tullantıların 

atılmasna səbəb olur. 

 

Tikinti  materialları  sənayesi  –  sement  və  digər  bərkidici  materiallar, 

azbest,  tikinti  keramika  və  saxsı  materialları,  istilik  və  səs  izoləedici  materiallar 

istehsalında atmosferə toz və asılı maddələr atılır.  

Bundan  başqa  tullantılarda  hidrogen-sulfid  (0,03  %),  formaldehid  (0,02%), 

toluol (0,02%), benzol (0,01%), vanadium 5-oksid (0,01%) də olur. Sement, azbest 

və  digər  tikinti  materialları  istehsal  edən  zavodların  ətrafında  havada  benzopirin, 

toz və digər zərərli maddələrin yüksək tərkibi müşahidə olunur.  

Sement sənayesində xamaal kimi mercel qarışıqlı və gil şistəlri qarışığı olan 

ə

həng  daşlarından  istifadə  edilir.  Həmin  texnologiya  çoxlu  toz  hissəciklərinin 



ayrılması  ilə  səciyyələnir  ki,  bu  da  sement  tozu  ilə  atmosfer  havasını  daha  çox 

çikrləndirir.  

Təxmini  hesablamalara  görə  yer  atmosferinə  ildə  100  min  tonlarla  zəhərli 

qazlar və tozlar atılır. Bu çirkləndiricilər sənaye rayonlarında külək vasitəsilə başqa 

yerlərə  aparılmasına  və  çökdürülməsinə  baxmayaraq,  bir  çox  hallarda  sənaye 

şə

hərləri ətrafında yüksək çirklənmə kəsafətliyi (konsentrasiya) yaradır.  



 

Ağac emalı və sellüloz-kağız sənayesi – ətrafa xeyli çirkləndirici maddələr 

yayır. 


Ağac  emalı  və  sellüloz-kağız  sənayesi  müəssisələri  tərəfindən  atmosferə 

buraxılan  xarakterik  çrkləndirici  maddələr  bunlardır:  bərk  (sülb)  maddələr 

(29,8%),  karbon  qazı  (28,2%),  kükürd  anhidridi  (26,7%),  azot  oksdləri  (7,9%), 

toluol  (1%),  hidrogen  sulfid  (0,9%),  aseton  (0,5%),  ksilol  (0,45%),  butil  asetat 

(0,4%), etil-asetat (0,4%), formaldehid (0,1%), metilmerkaptan (0,2%). 

Behruz Melikov

Behruz Melikov



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə