NüBÜVVƏTİn sonunun siRRİ



Yüklə 347,33 Kb.
səhifə2/8
tarix23.10.2017
ölçüsü347,33 Kb.
#6405
1   2   3   4   5   6   7   8

Səmanın qapıları


Nübüvvətin sonu ideyasının meydana gətirdiyi ilk sual, insanla qeyb aləmi ilə bağlantı barəsindədir. Necə olur ki, ibtidai insan ibtidailik və bəsitliyi ilə yanaşı, ilham və vəhy vasitəsilə qeyb aləmi ilə əlaqədə olmuş və səmanın qapıları onun üzünə açıq olmuşdur, lakin, sonrakı mütərəqqi insan bu nemətdən məhrum olmuş və asimanın qapıları onun üzünə baglanmışdır? Görəsən, həqiqətən də bəşərin ruhi-mənəvi istedadları azalmış və bəşəriyyət bu baxımdan tənəzzül etmişdirmi?

Məlum şübhə bu düşüncədən qaynaqlanmışdır ki, qeyblə mənəvi-ruhi kontakt peyğəmbərlərə məxsus olub və nübüvvətin kəsilməsi, qeyb aləmi ilə insan dünyası arasında hər növ mənəvi, ruhi əlaqənin kəsilməsi deməkdir.

Lakin bu düşüncə, tam əsassızdır. Qurani-kərim də qeyb və mələkutla əlaqənin yalnız nübüvvət məqamına məxsus olduğunu qəbul etmir. Necə ki, xariquladə işləri təklikdə peyğəmbərliyə dəlil bilmir. Qurani-kərim, "nəbi" olmayan lakin, güclü mənəvi həyata malik olan, mələklərlə həmsöhbət olan və qeyri-adi işlərin sahibi olan insanlardan söz açır. Bunun ən bariz nümunəsi İmranın qızı İsa Məsihin anası Məryəmdir. Quran bu şəxsiyyətin barəsində heyrətamiz dastanlar nəql edir. Quran Musanın da anası barəsində buyurur:

﴿وَأَوْحَيْنَا إِلَى أُمِّ مُوسَى أَنْ أَرْضِعِيهِ فَإِذَا خِفْتِ عَلَيْهِ فَأَلْقِيهِ فِي الْيَمِّ وَلَا تَخَافِي وَلَا تَحْزَنِي إِنَّا رَادُّوهُ إِلَيْكِ﴾

"Biz Musanın anasına vəhy etdik ki: "Onu (Musanı) əmizdir; elə ki ondan ötrü qorxdun, onu dəryaya at. Qorxma və kədərlənmə. Biz onu sənə qaytaracağıq!".15

Bildiyimiz kimi nə İsanın anası və nə də Musanın anası peyğəmbərdir.

Həqiqət bundan ibarətdir ki, qeyblə kontakt yaratmaq, mələkuti həqiqətlərin əyani şahidi olmaq, qeybi ilhamları eşitmək və bir sözlə, qeybdən "xəbərdar olmaq" nübüvvət deyil; nübüvvət "xəbər gətirmək"dir, lakin, "hər xəbərdar olan, xəbər gətirən deyildir". Quran, ilham qapısını, öz batinlərini paklaşdıran hər bir şəxsin üzünə açıq olduğunu söyləyir:

﴿إَن تَتَّقُواْ اللّهَ يَجْعَل لَّكُمْ فُرْقَاناً﴾

"Əgər Allahdan qorxsanız (təqva sahibi olsanız), O sizə haqla-nahaqı ayırd edən bir nur verər".16

﴿وَالَّذِينَ جَاهَدُوا فِينَا لَنَهْدِيَنَّهُمْ سُبُلَنَا﴾

Bizim uğrumuzda çalışanları öz yollarımıza qovuşduracağıq.17

İslam məntiqi baxımından, mənəvi və irfani yaşayışın bir nümunəsilə tanış olmaq üçün, Nəhcül-bəlağə xütbələrinin bir parçasını qeyd etməyimiz kifayət edər. Nəhcül-bəlağənın 220-ci xütbəsində belə gəlmişdir:



" إنَّ اللهَ تَعالی جَعَلَ الذِّکرَ جَلاءً لِلقُلوبِ، تَسمَعُ بهِ بَعدَ الوَفرَةِ وَ تُبصِرُ بهِ بَعدَ العَشوَةِ و تَنقادُ بهِ بَعدَ المُعانَدَةِ وَ ما بَرَحَ للهِ عزَّت آلائُهُ في البُرهَةِ وَ في أَزمانِ الفَتَرَاتِ عِبادٌ ناجاهُم في فِکرِهِم وَ کَلَّمَتهُم في ذاتِ عُقولِهم."

Allah öz zikrini ürəklərin cilalanması vasitəsi etmikdir. Ürəklər bu vasitəylə karlıqdan eşidən, korluqdan görən və inadkarlıqdan müti bir varlığa çevrilir. Daima Allah ayrı-ayrı dönəmlərdə və peyğəmbərin olmadığı bir dövrdə, qəlblərinin dərinliklərində onlara sirr açır və əqlləri vasitəsilə onlarla danışır.

İslam Peyğəmbərindən nəql olub ki:



"إنَّ للهِ عِباداً ليسوا أنبياء يَغبِطُهُم النُّبُوَّةُ"

"Allahın elə bəndələri var ki, peyğəmbər deyillər, lakin peyğəmbərlik onlara qibtə edir."

Məsum imamların (s) imamət və vilayət məqamını onları nəbi bilmdən qəbul edən şiələrə görə məsələ tam şəkildə aydındır. İslam arifləri irfani terminlər çərçivəsində, mənəvi səfərləri (seyr və süluku) dörd mərhələyə bölmüşlər. Sözün uzanmasından çəkinərək yalnız ikisini qeyd etməklə kifayətlənirik:

A. Xalqdan haqqa doğru olan səfər

B. Haqqdan xalqa doğru olan səfər

Xalqdan haqqa doğru olan səfər təkcə peyğəmbərlərə xas deyil, əslində peyğəmbərlər bəşərə bu səfərdə yardımçı olmaq üçün göndərilmişlər. Peyğəmbərlərə məxsus olan səfər, haqqdan xalqa doğru olan səfərdir; yəni xalqa yol göstərmək, hidayət etmək üçün olan missiya. Peyğəmbərlik vəhdətə sövq etmək üçün çoxluğa (kəsrətə) qayıdışdır.

Sədr əl-Mütəəllihin Məfatih əl-Qeyb əsərinin 13 səhifəsində yazır:

"Vəhy, mələyin missiya və peyğəmbərlik məqsədilə qulağa və ürəyə nazil olması deməkdir. Bu vəhyin kəsilməsinə və bir daha mələyin enərək onu hər hansı bir əmrin icrasına məmur etməməsinə, eləcə də, "sizin dininizi tatamladım" ayəsinə əsasən, bu vasitəylə bəşərə yetişməsi gərəkən hər bir şeyin yetişməsinə baxmayaraq, ilham və işraq qapısı heç vaxt bağlanmamış və bağlanmayacaqdır, bu yolun qarşısına sədd çəkilməsi mümkün deyildir."

Bu barədə çox söz söylənilmişdir. Biz isə sözün uzanmaması üçün onlardan vaz keçirik. Əsrimizin alimləri arasında İqbal Lahuri sözügedən mövzu haqda incə sözə malikdir. İqbal peyğəmbərlə arif (onun təbirincə batin əhli) arasında fərqə dair belə deyir:

"Batin əhli Allaha qovuşmaq təcrübəsindən qazandığı rahatlıqdan, aramlıqdan sonra bu dünya həyatına qayıtmaq istəmir. Məcburi olaraq döndüyündə də, onun bu dönüşü bəşəriyyət üçün o qədər də faydalı deyil; lakin peyğəmbərin qayıdışı yaradıcılıq və təsirediciliyə malikdir. O qayıdaraq tarixin cərəyanını öz nəzarəti altına alması və bu yolla ən üstün dəyərlərdən yeni bir dünya yaratması məqsədilə, zamanın cərəyanına qoşulur. Batin əhli üçün vüsalın nəticəsi olan aramlıq son mərhələdir. Peyğəmbərin psixoloji qüvvələrinin oyanması isə aləmi silkələyir. Bu qüvvə dünyanı tamamilə dəyişdirəcək qədər dəqiqliyə malikdir... Peyğəmbərliyi, vüsal təcrübəsinin öz həddlərini aşaraq ictimai həyatın qüvvələrini yenidən istiqamətləndirməyə və ya onlara yeni forma bağışlamağa təmayüllü olan bir növ "batinən özünü tanıma" adlandırmaq olar.

Demək peyğəmbərliyin kəsilməsi, ümumi xalq və Allah yolunun yolçuları üçün mənəvi feyzin kəsilməsi deyil, yalnız hidayət üçün olan ilahi məmuriyyətin kəsilməsidir. İslamın nübüvvətin sonunu bildirməsini bu dinin mənəvi həyatı inkar etməsi kimi başa düşmək tamamilə yalnışdır.


Yüklə 347,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə