Nuklein turşularinin kimyəvi quruluşU



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/82
tarix26.09.2017
ölçüsü5,01 Kb.
#2228
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   82

 
~ 9 ~ 
DNT  isə  radioaktiv  fosforla  nişanlanmışdır.  Faqla  yoluxmuş  bakterial 
hüceyrələrdə  əmələ  gəlmiş  yeni    T

faq  hissəciklərində  radioaktiv  fosfor 
müəyyən  edilmişdir.  Bu  təcrübə  göstərmişdir  ki,  yoluxma  DNT 
molekulunun  köməyi  ilə  getmişdir.  Sonralar  müəyyən  olunmuşdur  ki, 
bakteriofaq  bakteriya  hüceyrəsinə  birləşir,  lizosim  fermenti  ilə 
bakteriyanın  qlafını  parçalayır  və  özündə  olan  DNT-ni  bakteriya 
hüceyrəsinin  daxilinə  keçirir.  Bu  yolla  bakteriya  yoluxur.  Bakteriyanin 
daxilində  olan  faqın  DNT-si  yeni  virus  hissəcikləri  sintez  etmək 
qabiliyyətinə malik olur, sonra bakteriya hüceyrəsi məhv olur və yüzlərlə 
yeni əmələ gəlmiş faq hissəcikləri xaric olur. 
 
 
 
Transduksiya 
 
        Irsi  informasiyanın  ötürülməsində  DNT-nin  rolunu  sübut  edən 
hadisələrdən biri də transduksiya hadisəsidir. 
Bir  bakteriyadan  (donordan)  mötədil  bakteriofaqlar  vasitəsilə 
müəyyən  irsi  materialın  (fraqmentin)  digər  bakteriyaya  keçirilməsi 
hadisəsinə transduksiya deyilir. Bu maraqlı genetik mexanizm 1952-ci ildə 
Sinder və Lederberqin təcrübələrində aşkara çıxarılmışdır.  
Salmonella  typhimurium  adlanan  bakteriyalarda  2  cür  ştamm 
məlumdur: 22 və 2 A22A  ştammından olan bakteriyalarda mutant gen 
(T-) triptofanın sintez edilməsinin qarşısını alır. Buna görə də bu ştammın 
çoxalması üçün qida mühitinə triptofan əlavə edilməlidir. 
2A ştammı isə inkişafı üçün mühitə triptofan əlavə olunmasını tələb 
etmir,  o  özü  triptofanı  sintez  etmək  qabiliyyətinə  malikdir.  Təcrübəni 
aparmaq  üçün  alimlər  U  –  şəkilli  boru  götürüb  onun  ayrı-ayrı  qollarında 
2A və 22A ştammları yetişdirmişlər. 
U-ya bənzər borunun sağ və sol qolları arasında elə filtr qoyulmuşdur 
ki,  oradan  qeyd  etdiyimiz  ştamlardan  olan  bakteriyalar  keçib,  bir-birilə 
rekombinasiya  oluna  bilməz.  Lakin  bu  dediyimiz  boruda  inkubasiya 
getdikdən  sonra  hər  iki  qoldan  bakteriyalar  götürülüb  ayrıca  müəyyən 
mühitdə  əkilir.  22A  ştammı  mühitinə  triptofan  əlavə  edilmədiyi halda bir 
neçə  koloniya  əmələ  gətirdiyi  müşahidə  edilmişdir.  Bu  necə  ola  bilərdi? 
Bakteriyalar  bir  ştammdan  o  birinə  keçə  bilməzdilər,  çünki  aralarındakı 
filtr buna mane ola bilərdi. Ola bilsin ki, 22A bakteriyasındakı mutant gen 
əksinə  yenidən  mutasiya  etmişdir:  T
-
→T
+
.  Bu  da  mümkün  deyildi,  çünki 
22A  ştammı  mutasiyaya  çox  davamlıdır.  O  halda  bircə  yol  qalır.  Deməli, 
filtrdən süzülə bilən faqlar bir ştammdan digərinə genetik fraqmenti keçirə 
bilər. 


 
~ 10 ~ 
Buradan  belə  nəticəyə  gəlmək  olar  ki.  2A  ştammının  hüceyrəsində 
lizis  əmələ  gətirən  faq  onun  DNT-ləri  ilə  rekombinasiya  əmələ  gətirərək, 
sahibin  müəyyən  genlərini  (həmçinin  triptofan  sintez  edən  geni)  özü  ilə 
filtrdən keçirərək  22A hüceyrəsinə ötürə bilmişdir. Bunun nəticəsində faq 
vasitəsilə  donordan  xromosom  fraqmentini  almış  resipientin  genotipində 
irsi  dəyişkənlik  –  rekombinasiyalar  baş  vermişdir.  Bəzi  hallarda  mötədil 
bakteriofaq  resipient  hüceyrəsinin  xromosomuna  birləşərək  ona  heç  bir 
ziyan  gətirmir,  onun  xromosomunda  müəyyən  allelləri  əvəz  edir.  Bəzi 
hallarda sərbəst qalır və hüceyrə bölünən zaman qız hüceyrələrindən birinə 
keçir. 
Bəzi  hallarda  profaq  bakteriya  xromosomunun  müxtəlif  yerlərinə 
daxil  olur  və  bununla  sahibin  xromosomunun  müxtəlif  lokuslarını 
resipientə  keçirə  bilir.  Lakin  çox  hallarda  transduksiya  məhdud 
transduksiya  adlanır.  Faq  lyamda  λ  profaq  halına  keşçdikdə  bakteriya 
xromosomunda eyni lokusda yerləşir. Məs., faq bakteriya xromosomunda 
qalaktazanın  qıcqırmasını  təmin  edən  Gal  lokusunu  resipientə  keçirir. 
Təcrübələrin 
çoxunda  faq  prototrof-bakteriyanın  xromosomundan 
auksotrof  bakteriya  hüceyrəsinə  müəyyən  uyğun  gen  gətirir,  başqa  sözlə, 
tam  transduksiya  baş  vermiş  olur.  Bəzən  prototrofda  transduksiya 
vasitəsilə  baş  verən  koloniya  normal  koloniyalardan  10  dəfə  kiçik  olur. 
Belə  transduksiya  abortiv  transduksiya  adlanır.  Başqa  sözlə,  faq  zərrəciyi 
özü  ilə  gətirdiyi  transduksiya  materialı  ilə  bərabər  sahibin  xromosomuna 
keçmir və episom halında qalır və tezliklə autoreproduksiya qabiliyyətini, 
deməli minimal mühitdə həyatiliyini itirmiş olur. 
Faqın 
bakteriyaya 
gətirdiyi 
genetik 
materialın 
bakteriya 
xromosomuna  daxil  olması  krossinqover  mexanizmi  tipində  gedir,  başqa 
sözlə,  mübadilə  gedir  və  həmin  homoloq  resipientin  xromosomundan 
ayrılır və öz yerini faqla gətirilən homoloqa verir. 
Hələ  Lederberq  vaxtilə  qeyd  etmişdir  ki,  transduksiya  hadisəsi 
gələcəkdə  böyük  praktiki  əhəmiyyət  kəsb  edə  bilər,  daha  doğrusu, 
insanların irsi xəstəliklərinin müalicəsində istifadə edilə bilər. 1971-ci ildə 
Merill,  Qirer  və  Petriçiani  Gal
+
  +  E.coli  hüceyrəsində  λ  faqını 
yetişdirdikdən  sonra  Gal  geni  olan  DNT-ni  insan  hüceyrələri  kulturasına 
transduksiya  yolu  ilə  keçirmişlər.  Deməli  faq  λ  Gal
+
  geni  olan  DNT-ni 
insan hüceyrələrinin DNT-sinə daxil edir. Sonralar, hətta, uzaq növlərdən 
də  məs.,  bakteriyalardan  ali  bitkilərə,  onurğalı  heyvanlara  transduksiya 
yolu  ilə  DNT  keçirmək  təcrübələri  aparmışlar.  Bu  qayda  üzrə  yeni  bir 
genetik elm sahəsi – mühəndislik genetikası meydana çıxmışdır. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə