Nuklein turşularinin kimyəvi quruluşU



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/82
tarix26.09.2017
ölçüsü5,01 Kb.
#2228
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   82

 
~ 19 ~ 
olmaqla  20  müxtəlif  amin  turşusunun  müxtəlif  kombinasiyalarda 
növbələşməsindən  əmələ  gəlmişdir.  Polipeptid  zəncirin  uzunluğu  böyük 
hədd  daxilində  ola  bilir.  Əksəriyyət  zülallarda  polipeptid  zəncir  100-200 
aminturşu  qalığından  ibarətdir.  Polipeptid  zəncirdə  aminturşu  ardıcıllığı 
onun  birinci  quruluşunu  əmələ  gətirir,  bu  quruluş  isə  zülalın  bioloji 
xüsusiyyətlərini  müəyyən  edir.  Aminturşuların  ardıcıllığı    DNT-də 
nukleotidlərin ardıcıllığı ilə müəyyən olunur, bu isə nəinki verilmiş bioloji 
növ  üçün,  həmçinin  bioloji  fərd  üçün  unukaldır.  Lakin  uzun  müddət 
nukleotid  ardıcıllığının  aminturşu  ardıcıllığını  necə  təyin  etməsinin 
mexanizmi məlum olmamışdır. 
Aminturşulardan 
polipeptid 
zəncirin 
qurulması 
xüsusi 
ribonukleoproteid  dənəsi-ribosomun  köməyi  ilə  gedir.  Ribosom  təqribən 
yarı  zülal,  yarı  RNT-dən  ibarətdir.  Baxmayaraq  ki,  ribosom  zülal  sintezi 
üçün  əsas  aparatdır,  bu  prosesin  getməsi  üçün  bir  sara  şərtlər  lazımdır. 
Aminturşulardan  polipeptid  zəncirin  əmələ  gəlməsi  üçün  məlumat  RNT-
nin (mRNT) olması, nəqliyyat RNT-nin (nRNT-nin), ATF, bir sıra xüsusi 
fermentlərin və bioloji aktiv maddələrin olması tələb olunur. 
Zülalların  biosintezinin  sxemi  şəkil  4-də  verilmişdir.  Sərbəst 
aminturşular  əvvəlcə  ATF  ilə  qarşılıqlı  təsirdə  olub,  adenozinmonofosfat 
turşusu  əmələ  gəlir.  Bu  isə  nəqliyyat  RNT-si  ilə  qarşılıqlı  təsirdə  olub 
nəticədə aminoasil-nRNT-si əmələ gəlir və adenil turşusu azad olur. Belə 
nRNT-si  amin  turşusu  qalığı  ilə  yüklənib  ribosoma  birləşir.  Ribosomun 
zülal  sintezində  iştirak  etməsi  üçün  əvvəlcə  kiçik  subvahid,  sonra  isə 
böyük  subvahid  mRNT  ilə  birləşir.  Bir  mRNT-si  bir  neçə  ribosom  ilə 
birləşir.  Ribosomların  mRNT  ilə  belə  kompleksi  poliribosom  və  ya 
polisom adlanır. Əvvəlcə mRNT ribosoma birləşmiş, özündə amin turşusu 
daşıyan  nRNT-si  ilə  birləşir.  Sonra  həmin  bu  ribosoma  digər  amin  turşu 
daşıyan  nRNT-si  ilə  birləşir.  Bu  iki  aminturşu  arasında  peptid  rabitəsi 
əmələ  gəlir.  Sonra  üçüncü  və  s.  aminturşular  bu  qayda  ilə  aminturşu 
zəncirinə  əlavə  olunur,  o  vaxta  qədər  ki,  sintez  olunan  zülalın  polipeptid 
zənciri tamamlanır (şəkil 7). 
Hansı  şəkildə  mRNT-si  aminturşu  ardıcıllığının  belə  dəqiqliklə 
qurulmasını  təmin  edir?  Təcrübələr  göstərmişdir  ki,  hər  amin  turşusu 
mRNT-də  üç  nukleotid  ardıcıllığında  kodlaşdırılmışdır.  Üç  ardıcıl 
nukleotid  bir  aminturşusuna  uyğundur.  Sonrakı  təcrübələrdə  bütün  20 
aminturşusunun kodonlarını açmaq mümkün olmuşdur. 
 


 
~ 20 ~ 
 
Şəkil 7. Zülalların biosintezinin sxemi 
 
Aminturşu və ya nukleotid kodları cədvəl 2-də göstərilmişdir. 
Məlum  olmuşdur  ki,  bir  aminturşu  bir  neçə  tripletlə  kodlaşdırıla 
bilər. Yalnız metionin və triptofan bir tripletlə kodlaşdırılır. Leysin, serin, 
arginin  altı  tripletlə,  digər  aminturşular  isə  iki,  üç  və  ya  dörd  tripletlə 
kodlaşdırılır.  64  mümkün  tripletdən  61-i  aminturşu  kodlaşdırır,  üçü  isə 
UAA,  UAQ,  UQA    aminturşu  kodlaşdırmır,  sonra  məlum  oldu  ki,  bunlar 
polipeptid zəncirin sonunu proqramlaşdırır (terminasiya). Nukleotid kodu 
əvvəlcə mikroorqanizmlər üçün müəyyən edildi, sonra məlum oldu ki, bu 
kodlar Yer üzərində bütün canlı varlıqlar üçün universaldır. 
 
 
 
 
 
 
 
 


 
~ 21 ~ 
Cədvəl 2 
Müxtəlif aminturşuları üçün mRNT kodonlarında nukleotidlərin ardıcıllığı 
 
Aminturşular 
 
kodon  kodon 
kodon  kodon 
kodon 
kodon 






Fenilalanin 
UUU 
UUS 
 
 
 
 
Leysin 
UUA 
UUQ 
SUU 
SUS 
SUA 
SUQ 
İzoleysin 
AUU 
AUS 
AUA 
 
 
 
Metionin 
AUQ 
 
 
 
 
 
Valin 
QUU 
QUS 
QUA 
QUQ 
 
 
Serin 
USU 
USS 
USA 
USQ 
 
 
Prolin 
SSU 
SSS 
SSA 
SSQ 
 
 
Treonin 
ASU 
ASS 
ASA 
ASQ 
 
 
Alanin 
QSU 
QSS 
QSA 
QSQ 
 
 
Tirozin 
UAU 
UAS 
 
 
 
 
Histidin 
SAU 
SAS 
 
 
 
 
Asparagin 
AAU 
AAS 
 
 
 
 
Lizin 
AAA 
AAQ 
 
 
 
 
Qlütamin 
SAA 
SAQ 
 
 
 
 
Qlütamin turşusu 
QAA 
QAQ 
 
 
 
 
Sistein 
UQU 
UQS 
 
 
 
 
Triptofan 
UQQ 
 
 
 
 
 
Arqinin 
SQU 
SQS 
SQA 
SQQ 
AQA 
AQQ 
Qlisin 
QQU 
QQS 
QQA 
QQQ 
 
 
Oxra 
UAA 
 
 
 
 
 
Amber 
UAQ 
 
 
 
 
 
Opal 
UQA 
 
 
 
 
 
Sintezin inisiatoru  QUQ 
 
 
 
 
 
 
Genetik kodun xüsusiyyətləri 
 
1.
 
Genetik kod bütün orqanizmlər üçün (virus, bakteriya,  bitki, hey- 
van və insan) vahiddir, universaldır. 
2.
 
Kod tiripletdir. Hər bir aminturşunun yeri ciddi surətdə, m.RNT-də 
müəyyən üç nukleotidlər ilə kodlaşır və bir spesifik kodon əmələ gətirir. 
3.
 
Bir  aminturşusu  bir  neçə  kodonlarla  (birdən-altıya  qədər)  kodlaşa 
bilər.  Yalnız  iki  aminturşusu  bir  tripletlə  kodlaşır-metionin  (AUQ)  və 
triptofan (UQQ). 
4.
 
Kod üst-üstə düşmür. Nukleotid ardıcıllığı sıra ilə bir istiqamətlə - 
5'-dən - 3'-ə triplet-tripletin ardınca hesablanır. 
5.
 
AUQ  kodonu  mRNT-nin  başlanğıcında  -  5'  ucunda  yerləşdikdə 
polipeptid  zəncirin  sintezinin  təşəbbüsçüsü  olacaq.  Əgər  AUQ  kodonu 
m.RNT-nin  ortasında  yerləşirsə,  onda  o,  metionin  aminturşusunu  kodlaş- 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə