Nuklein turşularinin kimyəvi quruluşU



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/82
tarix26.09.2017
ölçüsü5,01 Kb.
#2228
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   82

 
~ 22 ~ 
dıracaq. 
6.
 
UAQ (“amber”), UAA (“oxra”) və UAQ (“opal”) kodonları, sinte- 
zin terminatorlarıdır, yəni (stop-siqnalları). 
Zülalların  biosintezi  prosesində  DNT  molekulunda  nukleotid  ardı- 
cıllığının  komplementarlıq  əsasında  m-RNT  üzərinə  köçürülməsi,  daha 
doğrusu  DNT  matrisi  əsasında  m-RNT-nin  sintezi  transkripsiya  adlanır.  
m-RNT  nukleotidlərinin  ardıcıllığı  DNT  molekulunda  nukleotidlərin 
ardıcıllığına, zülalları kodlaşdıran struktur genlərə uyğundur. 
Zülal
RNT
DNT
ya
translyasi
iya
transkrips










 
m-RNT-dəki  məlumatın  nukleotid  ardıcıllığından  aminturşu  ardıcıllığına 
çevrilməsi  prosesi  translyasiya  adlanır.  Bu  proses  ribosomlarda  yuxarıda 
qeyd etdiyimiz ardıcıllıqla gedir. 
Zülalların  biosintezində  komplementarlıq  əsasında  polipeptid 
zəncirin qurulması aşağıdakı ardıcıllıqla gedir. 
TTT   AAA   SAS   QAA.......triplet DNT 
AAA   UUU  UQU  SUU.......kodon m-RNT 
UUU   AAA   SAS   QAA........antikodon n-RNT 
Liz      Fen       Sis     Ley .........polipeptid zəncirin bir hissəsini  
təşkil edən aminturşular 
 
Molekulyar  biologiya  mövqeyindən  gen 
 
Gen bir zülalın polipeptid zəncirini müəyyən edən elementar, maddi 
irsiyyət faktorudur və valideynlərdən övladlarına irsən ötürülür. 
Kalssik  genetikada  xromosomun  bir  irsi  əlamətin  reallaşmasına 
cavabdeh  olan  hissəsi  (lokus)  gen  adlandırılırdı.  XX  əsrin  əvvəllərində 
genetiklər  belə  hesab  edirdilər  ki,  genlər  xromosomun  üzərində  xətti 
yerləşmişdir. 
Müasir dövrdə sübut olunmuşdur ki, gen DNT nukleotid zəncirində 
müəyyən nukleotid ardıcıllığına malikdir. Genlər, eləcə də tripletlər DNT 
molekulunda  xətti  yerləşmişdir.  Genlərin  ölçüsü  eyni  deyil.  Onlar  genin 
kodlaşdırdığı  zülalın  ölçüsündən  asılıdır.  Məsələn,  əgər  zülal  200 
aminturşu  qalığından  təşkil  olunubsa,  onda  gen  600  nukleotid  cütündən 
ibarət olacaq, bunun isə nisbi molekul kütləsi 420 000-ə yaxın olacaqdır. 
Müasir  təsəvvürlərə  görə  hər  xromosomda  bir  nəhəng  DNT  mole- 
kulu yerləşir. Məsələn, bağırsaq çöpünün DNT molekulu dairə formasında 
1,2  mm  olub,  4

10
6
  nukleotid  cütündən  ibarətdir,  məməlilərin  və  insanın 
DNT  molekulunun  orta  uzunluğu  2  sm  olub,  5,3

10
7
  nukleotid  cütündən 
ibarətdir. İnsanın genomunda (hər bir hüceyrədə) 6

10
-12
 q DNT vardır. Bu 


 
~ 23 ~ 
ümumi uzunluğu 2 m, 5,3

10
9
 nukleotid cütü və molekul kütləsi 3,7

10
12
-
yə uyğundur. 
Struktur  genlərin  orta  uzunluğunun  500-1000  nukleotiddən  ibarət 
olduğunu nəzərə alsaq, nəzəri olaraq insan DNT-si 10 mln-na qədər zülal 
sintez edə bilər. 
Müasir  dövrdə  sübut  olunub  ki,  bizim  genomumuzda  böyük 
miqdarda  “qalıq”  DNT  vardır.  Bu  qalıq  DNT-də  yerləşən  genlər  struktur 
genlər  deyil  və  müəyyən  bir  zülalın  quruluşunu  kodlaşdırmır.  Bu  genlər 
genomun  bu  və  ya  digər  hissəsinin  aktivliyini  tənzimləyir.  Bu  genlər, 
xüsusilə tənzimləyici genlər dəfələrlə təkrarlanır. 
Beləliklə,  DNT  kifayət  qədər  böyük  sahəsi  genləri  öz  aralarında 
bölərək  transkripsiyanın başlanmasını və qurtarmasını  kodlaşdırılır  və bir 
sıra hələ tam məlum olmayan funksiyaları yerinə yetirir. 
Genin incə quruluşu neçədir? Klassik genetikanın tərifinə görə gen 
–  irsiyyətin  quruluş  vahidi,  bir  əlaməti  (hazırda  –  polipeptid  zənciri) 
müəyyən  edir,  mutasiya  və  rekombinasiya  etmək  qabiliyyətinə  malikdir. 
Amerikan  tədqiqatçısı  S.Benzer  bağırsaq  çöplərinin  T
4
  bakteriofaqının  
sahələrini  tədqiq  etmişdir.  O,  çoxlu  oxşar  mutasiyalar  almışdır,  bu 
mutasiyalar faqın tamamilə eyni cür dəyişilməsinə səbəb olur. Lakin bu və 
ya  digər  genin  müxtəlif  sahələrində  yerləşir.  Mutasiya  və  ya  digər 
sahələrlə  rekombinasiya  gedə  bilən  sahənin  ölçüsü,  polipeptid  zəncirin 
quruluşunu  təyin  edən  sahənin  ölçüsündən  kiçikdir.  Bu  və  ya  başqa 
mürəkkəb  işlərin  nəticəsində  vahid  bir  gen  anlayışı  əvəzinə  S.Benzer  üç 
yeni termin təklif etmişdir: sistron – polipeptid zəncirin quruluşunu təyin 
edən  DNT  sahəsi,  yəni  əlamətin  təzahürü  üçün  məsul  olan  struktur  gen, 
muton  –  minimal  mutasiya  vahidi,  rekon  –  maksimal  rekombinasiya 
vahidi. 
Əgər sistronun ölçüsü 500-1000 nukleotid cütü təşkil edirsə, rekon 
həmçinin mutonun ölçüsü bir və ya iki nukleotid cütündən yuxarı qalxmır, 
hətta  DNT  molekulunda  bir  azot  əsasının  dəyişməsi  nöqtəvi  mutasiya 
adlanan mutasiyaya səbəb olur. 
Buradan  belə  nəticə  çıxır  ki,  mutasiya  vahidi  (muton)  və 
rekombinasiya  vafidi  (rekon)  bir  nukleotid  cütünə  bərabər  minimal 
kəmiyyət  olmaqla  mənasını  itirir  və  odur  ki,  bu  terminlərdən  istifadə 
olunmur. Sistron termini isə hazırda struktur gen termininin sinonimi kimi 
işlədilir. 
Fransız  tədqiqatçıları  F.Jakob  və  Y.Mono  öz  tədqiqatlarının 
nəticəsində  zülalların  sintezinin  tənzimi  sxemini  vermişlər.  Bu  alimlərin 
nəzəriyyəsinə  görə  hər  hansı  bir  zülalın  sintezinə  məsul  olan  DNT 


 
~ 24 ~ 
molekulu  sahəsində  akseptor  zona  (AZ)  yerləşir  ki,  onun  ardınca  genin 
struktur  hissəsi  (struktur  genlər  –  SG)  gəlir.  Genin  struktur  hissəsi 
eukariotların əksəriyyətində akseptor zonası (AZ) sahəsindən xeyli qısadır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 8. Genin  incə quruluşu: 
A – genin struktur hissəsi; B – eukariotlarda operonun sxematik quruluşu
V – m RNT-nin  pro-m RNT-dən əmələ gəlməsi 
 
Struktur  genlər  akseptor  zonada  yerləşən  xüsusi  operator  genlərlə 
birləşir və ümumi vahid – operon əmələ gətirir. 
Burada:  A-akseptor,  xüsusi  zülal  aktivatorun  birləşdiyi  sahədir. 
Zülal  aktivator  olmadan  RNT-polimeraza  operonla  təmasa  girib 
transkripsiyaya  başlaya  bilmir;  P-promotor,  RNT-polimerazanın  tanıdığı 
nukleotid ardıcıllığı sahəsidir, RNT polimerazanın promotora yapışmasına 
və operon boyu hərəkət edərək onu transkripsiya yaratmasına imkan verir. 
O-operator,  operonun  işində  mühüm  rol  oynayır;  belə  ki,  tənzim- 
ləyici zülalla rabitəyə girərək transkripsiyanı ləngidə bilir. 
SG-hər hansı gen məhsulu sintezini kodlaşdıran struktur genlər
T-terminator,  RNT-polimerazanın  hərəkətini  dayandıran  və  trans- 
kripsiyanı qurtaran DNT molekulunun ən kiçik hissəsidir. 
Müsir  təsəvvürlərə  görə,  genin  struktur  hissəsi  iki  tip  nukleotid 
ardıcıllığından təşkil olunur: ekzon-zülalların strukturu barədə informasiya 
daşıyan polinukleotid ardıcıllığı yerləşən sahə və intron-ekzonlar arasında 
zülal strukturu haqqında informasiya daşımayan sahə (şəkil 9). 
Məlum  olduğu  kimi,  zülalların  biosintezi  prosesində  mRNT  sinte- 
zində  əvvəlcə  daha  uzun  pro-mRNT  molekul  əmələ  gəlir.  Pro-mRNT 
sintezi  zamanı  transkripsiya  genin  həm  intron  və  həm  də  ekzon 
hissələrində  baş  verir.  Sonralar,  prosessing  zamanı  xüsusi  fermentlərin 
EKZON-1                      EKZON-2                       EKZON-3                     
EKZON-4 
INTRON-1                     INTRON-2                     
INTRON-3 
A                 P                       O                                 SG                      T              

AZ 
SG 
SG 
SG 
SG 
AZ 
AZ 
AZ 
m RNT 
pro - m RNT 
pro - m RNT 



poli-A 
poli-A 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə