Nuklein turşularinin kimyəvi quruluşU


Embrional dövrdə ilkin differensiasiya prosesləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə76/82
tarix26.09.2017
ölçüsü5,01 Kb.
#2228
növüDərs
1   ...   72   73   74   75   76   77   78   79   ...   82

 
~ 221 ~ 
Embrional dövrdə ilkin differensiasiya prosesləri 
 
Mayanamadan 
əvvəl 
heyvanların 
yumurta 
hüceyrəsində 
(sitoplazmada) külli miqdarda m-RNT, r-RNT və n-RNT toplanır. Bunlar 
mayalanmadan  əvvəl  spesifik  histon  zülallarla  birləşərək  qeyri-fəal 
qranulalar – introsomlar əmələ gətirir.  
Mayalanmadan bir neçə dəqiqə keçdikdən sonra introsomun m-RNT-
nin molekulunun bir qismi zülallardan azad olunaraq yumurta hüceyrəsinin 
sitoplazmasında  ribosomların  üzərinə  daxil  olaraq,  ziqotun  ilkin  inkişafı 
üçün  lazım  olan  müəyyən  zülalların  sintezinə  başlayır.  Ziqotun  ilkin 
inkişaf mərhələsi ana orqanizmin genlərinin nəzarəti altında həyata keçir. 
Blastula  mərhələsinin  sonuna  qədər  zülalların  sintezini  yumurta 
hüceyrəsinin m-RNT-si təmin edir. Qastrulaysiya mərhələsinin əvvəlindən 
başlayaraq  və  ontogenezin  bütün  sonrakı  proseslərində  zülalların  sintezi 
hər  iki  valideynlərin  nüvələrinin  birləşməsi  nəticəsində  əmələ  gələrək, 
onların  genetik  məlumatını  birləşdirir.  Rüşeymin  inkişafının  ilkin 
mərhələlərində  ziqotun  bölünməsi  və  blastulanın  əmələ  gəlməsi  yumurta 
hüceyrənin  sitoplazmasında  olan  RNT  və  digər  komponentlərin  hesabına 
gedir.  Qastrula  mərhələsində  artıq  nüvə  m-RNT-si  fəaliyyətə  başlayır  və 
bu vaxtdan nüvə irsiyyəti, yəni həm ana, həm də ata orqanizmindən alınan 
genlər fəaliyyətə başlayır. 
 
Toxumaların differensiasiyası 
 
Hüceyrənin ilkin differensiasiyası və qastrulaya qədər differensiasiya 
əsasən  sitoplazma  ilə  əlaqədardır.  Qastruladan  sonrakı  inkişaf  hər  bir 
növün, cinsin, sortun və fərdin bütöv genetik məlumatını və genlərin tam 
yığınını  öz  tərkibində  saxlayan  ziqotun  hüceyrə  nüvəsinin  fəaliyyəti  ilə 
bağlıdır. 
Heyvanlarda  embrional  toxumaların  hüceyrələri  forma  və  zülal 
tərkibinə  görə  nisbi  olaraq  eyni  olurlar.  Sonra  onlar  differensiasiyaya 
uğrayaraq  müxtəlif  ixtisaslı  hüceyrələrə  çevrilirlər.  Hüceyrələrin  belə 
müxtəlifliyinin meydana gəlməsi differensiasiya adlanır.  
Forma  əmələ  gəlmə  proseslərinin  və  ixtisaslaşmış  hüceyrələrin 
inteqrasiyası  üçün  lazım  olan  spesifik  zülalların  sintezinə  nəzarət  edən 
genlər differensiasiya zamanı aktiv funksiyaya malik olur. 
Hüceyrələrin  və  toxumaların  differensiasiya  prosesində  DNT-nin, 
xromosomların,  nüvənin,  sitoplazmanın  tərkibində  geriyə  dönməz 
dəyişilmələr  baş  verir,  baxmayaraq  ki,  orqanizmə  xas  olan  bütün  genetik 


 
~ 222 ~ 
məlumat hüceyrədə qalır. 
 
Genotip və fenotip 
 
Genotip termini ilk dəfə 1909-cu ildə danimarkalı alim  V.  İohansen 
tərəfindən elmə gətirilmişdir. 
Orqanizmin  xromosomlarında  (diploid  sayda)  cəmləşən  bütün 
genlərin  yığımına  genotip  deyilir.  Genotip  orqanizmin  bütün  həyat 
fəaliyyətinə, inkişafına, qurluşuna, fenotipinə nəzarət edir. 
Müasir genetika sübut etmişdir ki, orqanizmlərin bütün əlamətlərinin 
əsasını  onların  genotipi  təşkil  edir.  Hər  bir  əlamətin  təzahürü  genotip  və 
mühit arasında yaranan mürəkkəb qarşılıqlı əlaqələrin nəticəsidir. 
Fenotip  orqanizmin  daxili  və  xarici  struktur  və  funksiyalarını 
morfoloji, anatomik və fizioloji üsullarla öyrənən və təsvir edən əlamət və 
xüsusiyyətlərin  cəmidir.  Fenotip  orqanizmin  daimi  xüsusiyyəti  deyil,  o, 
orqanizmin inkişaf prosesində fasiləsiz olaraq dəyişilir. Hər bir orqanizmin 
fenotipi  konkret  inkişaf  şəraitində  genotipin  imkanları  eyni  cür  təzahür 
etmir.  
Odur  ki,  eyni  genotipə  malik  olan  orqanizmlər  ayrı-ayrı  inkişaf 
şəraitində müxtəlif fenotipə malik ola bilər. 
 
Penentrantlıq və ekspressivlik 
 
Eyni  bir  cinsə  və  yaxud  növə  aid  olan  orqanizmlərdə  eyni  bir  gen 
müxtəlif  dərəcədə  fenotipik  təzahür  edə  bilər.  Qohum  qrupa  aid  olan 
fərdlərdə  bu  və  ya  digər  əlamət  üzə  çıxa  və  ya  çıxmaya  bilər.  Belə 
hadisəyə  genlərin  penentrantlığı  deyilir.  Genlərin  penentrantlığı  faizlə 
müəyyən olunur. Bu faiz öyrənilən genin fərdlərdə üzə çıxması ifadə edir. 
Əgər  müəyyən  genin  heyvan  cinsinin  və  yaxud  bitki  sortunun  bütün 
fərdlərində  meydana  çıxıbsa,  onda  penentrantlıq  100%  təşkil  edəcək, 
həmin  genlərin  müəyyən  bir  hissəsində  təzahür  edirsə,  onda  onun  faizi 
müəyyənləşir. 
Oxşar  genotiplərin  konkret  mühit  şəraitində  reaksiyası  və  genin 
fenotipik  özünü  biruzə  verməsini  xarakterizə  edən  hadisəyə  genin 
ekspressivliyi deyilir. 
Heteroziqot  vəziyyətdə  olan  resessiv  genlər  adi  şəraitdə  fenotipik 
özlərini biruzə vermir, lakin dəyişilmiş şəraitdə meydana çıxa bilir. 
Buna  misal  olaraq,  genin  müxtəlif  cür  fenotipik  özünü  biruzə 
verməsinə  və  ekspressivliyinə  dovşanın  xəzinin  rənginin  dəyişməsini 


 
~ 223 ~ 
göstərmək  olar.  Dovşanın  xəzinin  rənginin  ağ,  lakin  pəncəsinin, 
qulaqlarının,  burununun  və  quyruğunun  uclarının  qara  olmasını  fenotipik 
olaraq S alleli müəyyən edir. Mühit şəraitini dəyişdikdə daha dəqiq desək, 
temperaturun  dəyişməsi  melanin  piqmentinin  sintezinə  təsir  edir  və  xəzin 
rənginin dəyişməsinə səbəb olur. 
Dovşanın 30º S temperatur şəraitində bəslədikdə xəzin rəngi ağ olur. 
Əgər  dərinin  bir  hissəsindən  tükləri  qırxsaq  və  həmin  hissəyə  sistematik 
olaraq mənfi temperatur ilə təsir etsək, orda qara tüklər əmələ gələcək. Bu 
onu göstərir ki, mənfi temperatur müəyyən genlərin fəallığına təsir edərək 
xüsusi fermentlərin istehsalına nəzarət edir. 
Genlərin 
fenotipik  şəkildə  meydana  gəlməsində  gen  – 
modifikatorlarının  olması  və  aktivliyi  böyük  əhəmiyyət  kəsb  edir.  Gen 
modifikatorlar  şəraitdən  asılı  olaraq  genlərin  ekspressivlik  dərəcəsini 
müəyyən edir. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə