Nuklein turşularinin kimyəvi quruluşU



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə78/82
tarix26.09.2017
ölçüsü5,01 Kb.
#2228
növüDərs
1   ...   74   75   76   77   78   79   80   81   82

 
~ 227 ~ 
əlamətlərə malik olan çoxlu formalar mövcud olduğunu göstərmişdir. 
Aşağıdakı  cədvəldə  eyni  fəsiləyə  daxil  olan  növlərdə  dənin 
əlamətlərinin  və  bir  sıra  bioloji  xüsusiyyətlərinin  irsi  dəyişkənliklərinin 
oxşarlığı verilmişdir.  
    
 
 
 
 
 
 
 
 
 
Cədvəl 20 
Graminea fəsiləsinə daxil olan növlərdə dənin əlamətlərinin və bitkilərin 
bioloji xüsusiyyətlərinin irsi dəyişkənliyinin homoloji sıraları 
Irsi dəyişilən 
əlamət və 
xüsusiyyətlər 
Ç
ovda

B
uğda
 
Ar
pa
 

ləmir
 
Da

 
S
arqo
 
Qa
rğıda

 
Ç
əlt
ik
 
Ayr
ıq ot

Dənin əlamətləri, rəngi 
Ağ 









Qırmızı 









Yaşıl 









Qara 









Bənövşəyi 









Forması  
Girdəvari  









Uzunsov  









 
Keyfiyyəti 
Şüşəvari 









Unvari  









Mumvari  









 
 
Bioloji xüsusiyyətləri, həyat tərzi: 
Payızlıq  









Yazlıq  









Yarımpayızlıq    + 








Yetişkənlik: 
Gec  









Tez  









Ekoloji tip: 
Hidrofit  









Kserofit  









Soyuğadavamlılıq: 
Aşağı  









Yüksək  









 


 
~ 228 ~ 
Gübrələrə həssaslıq 
Aşağı 









Yüksək  









 
Cədvəldə “+” işarəsi əlamətin olmasını, “-“ olmamasını göstərir.  
N.İ.Vavilov  1920-ci  ildə  ümumi  Rusiya  seleksiyaçılar  qurultayında 
homoloji  sıralar  qanunu  haqqında  məruzə  etmişdir.  Bu  qanuna  görə 
geentik  oxşar  olan  formalarda  oxşar  mutasiyalar  baş  verir.  Bu  qanunun 
əhəmiyyəti  ondan  ibarətdir  ki,  genetik  yaxın  olan  cins  və  növlərdə 
əvvəlcədən nə kimi mutasiyalar baş verəcəyini bilmək mümkündür. 
 
Seçmə üçün dəyişkənliklər mənbələri 
 
Seçmə üçün yalnız irsi dəyişkənlik  əhəmiyyətli ola bilər. Çünki irsi 
dəyişkənlik  nəticəsində  seleksiyaçı  üçün  maraqlı  olan  əlamət  və 
xüsusiyyətlər  nəslə  keçib,  möhkəmlənə  bilər.  Yeni  heyvan  cinsləri,  bitki 
sortları  və  mikroorqanizm  ştamları  almaq  üçün  başlanğıc  materialda  irsi 
dəyişkənliklərdən  mutasiya  və  konbinasiya  dəyişkənlikləri  əsas  mənbə 
təşkil edir. 
 
Mutasiya dəyişkənliyi 
 
Biz  əvvəldə  “Dəyişkənlik  və  onun  formaları”  bölməsində  mutasiya 
dəyişkənliyi  haqqında  məlumat  vermişik.  Bu  bölmədə  mutasiyanın 
mahiyyəti  haqqında  qısa  məlumat  verilərək  əsasən  təbii  və  süni 
mutagenlərin  təsiri  ilə  yeni  mutasiyaya  uyğunlaşmış  formaların  – 
muatantların alınması istiqamətində görülən işlər nəzərdən keçiriləcək. 
Mutasiya dəyişkənliyi bütün canlılara xas olan əsas xüsusiyyətlərdən 
biridir.  Mutasiya  termini  ilk  dəfə  biologiya  elminə  1901-ci  ildə 
hollandiyalı  alim  Quqo-de  Friz  daxil  etmişdir.  O,  bir  neçə  il  ərzində 
enotera (Ehnatera lomarkiana)  bitkisi üzərində tədqiqat apararaq təsadüfən 
bir-birindən  boyuna  və  digər  əlamətlərinə  görə  kəskin  fərqlənən  və  irsən 
keçən fərqlər müşahidə etmişdir. 
Bu işlərin nəticəsində o, mutasiya nəzəriyyəsini irəli sürmüşdür.  
Quqo-de  Frizdən  əvvəl  Ç.Darvin  “Heyvanların  və  bitkiləri 
əhilləşdirmə  şəraitində  dəyişilməsi”  (1868)  adlı  əsərində  bu  cür 
gözlənilmədən,  qəflətən  baş  verən  irsi  dəyişkənliklər  haqqında  yazırdı. 
Lakin bu  dəyişkənliyin səbəbi o vaxt məlum deyildi. Belə dəyişkənlikləri 
Ç.Darvin “sport” və ya fərdi dəyişkənlik adlandırmışdır. 


 
~ 229 ~ 
1925-ci ildə rus alimləri Q.A.Nadson və Q.S.Flippoo dünya elmində 
ilk  dəfə  olaraq  maya  göbələyinə  radioaktiv  şüalarla  təsir  edərək  yeni 
mutasiyalar  almışdır.  Bundan  sonra  1927-ci  ildə  amerikalı  genetik 
G.Meller  drozofil  milçəyinə  rentgen  şüaları  ilə  təsir  edərək  müxtəlif 
mutasiyaalr almışdır. 
Müxtəlif  xarici  amillərin  təsiri  ilə  canlı  orqanizmlərdə  mutasiyalar 
almaq  olar.  Mutasiyaların  əmələgəlmə  prosesi,  yəni  mutagenez  genetika 
elminin vacib problemlərindən biridir. Mutasiyalar təbii və ya spontan və 
süni və ya induksion olurlar.  
Mutagenlər. Həm təbiətdə, həm də tədqiqatda mutasiyalar  mutagen 
adlanan faktorların təsiri nəticəsində baş verir. Təbiətdə mutagen faktorlar 
xarici  mühit  şəraitinin  bütün  faktorları  ola  bilər.  Süni  mutasiyalar  almaq 
üçün fiziki və kimyəvi amillərdən istifadə edilir. 
Fiziki  amillərdən:  rentgen  və  qamma  şüaları,  ultrabənövşəyi  şüalar, 
elektromaqnit şüalar yüksək və mənfi temperatur, nüvə şüalanması və s. 
 
Təbii mutasiyaların seleksiyada istifadəsi 
 
Təbii  şəraitlərdə  orqanizmlərdə  baş  verən  mutasiyalar  spontan 
mutasiyalar  adlanır.  Mutasiya  genlərdə  və  xromosomlarda  qəflətən  baş 
verən irsi dəyişkənlikdir. Mutasiya nəticəsində yeni əlamət və keyfiyyətlər 
meydana  çıxır.  Mutasiyalar  faydalı,  zərərli  və  neytral  ola  bilər.  Qeyd 
etmək  lazımdır  ki,  mutasiyaların  əksəriyyəti  orqanizm  üçün  zərərli  və 
yaxud  öldürücü  (letal)  olur.  Çünki  uzun  təkamül  zamanı  orqanizmin 
irsiyyəti  bir  növ  stabilləşir.  Buna  görə  də  hər  bir  təsadüfi  dəyişkənliklər 
əksər  hallarda  orqanizmin  irsiyyətində  genlər  mübadiləsini  və  stabilliyini 
pozaraq  orqanizmin  normal  inkişafına  mənfi  təsir  göstərir.  Mutasiyalar 
nəticəsində  əmələ  gələn  yeni  əlamətlər  insanın  məqsədinə  uyğun  olarsa, 
seleksiya  üçün  böyük  maraq  kəsb  edir.  Bir  çox  kartof  sortları  spontan 
mutasiyaların nəticəsində alınıb. Bundan əlavə qiymətli bitki sortları təbii 
mutasiyalar  nəticəsində  alınmışdır.  Lakin  spontan  mutasiyalar  təsadüfən 
baş  verir  və  çox  nadir  hallarda  müsbət  keyfiyyətlər  meydana  çıxır.  Buna 
görə də son illər alimlər tərəfindən süni surətdə mutasiyalar alınır. 
 
Süni mutasiyaların seleksiyada istifadəsi 
 
Süni mutasiyalar bir sıra fiziki və kimyəvi amillərin təsiri ilə alınır. 
Hazırda  süni  mutagenez  alimlərin  tədqiqatlarında  geniş  yer  tutur. 
Seleksiyaçılar  mutagenezin  yeni  üsullarından  istifadə  edərək  külli 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə