Nuklein turşularinin kimyəvi quruluşU



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə79/82
tarix26.09.2017
ölçüsü5,01 Kb.
#2228
növüDərs
1   ...   74   75   76   77   78   79   80   81   82

 
~ 230 ~ 
miqdarda  dəyişkən  formalar  əldə  edir,  bunların  içərisindən  müsbət 
xüsusiyyətlərə  malik  formaları  seçir  və  yeni  sortların  yaranmasında 
istifadə edirlər. 
Fiziki  amillərin  təsiri  ilə  mutasiyaların  alınmasında  rentgen  və 
qamma  şüalarından,  ultrabənövşəyi  şüalardan,  elektromaqnit  şüalardan, 
yüksək  və  mənfi  temperatur,  nüvə  şüalanması  və  s.  vasitələrdən  istifadə 
olunur. 
Mutasiya əmələ gətirən şüalanma iki növ olur: ionlaşdırıcı və qeyri-
ionlaşdırıcı. 
İonlaşdırıcı şüalardan rentgen qamma şüaları, α və β cisimciklər və 
neytronlardan  seleksiyada  istifadə  edilir.  Neytronların  bioloji  effekti 
qamma və rentgen şüalara nisbətən 10-40 dəfə yüksəkdir. 
Mutagen  amillərdən  biri  də  bəzi  radioaktiv  izotoplardır.  Məsələn, 
fosfor (P) və kükürd (S). Bu amillərin mutagen aktivliyi yüksəkdir, çünki 
bu  elementlər hüceyrənin nüvəsində gedən mübadilə prosesində böyük rol 
oynayır.  
Qeyri-ionlaşdırıcı şüalardan yeganə olanı ultrabənövşəyi şüalardır. 
Bu  şüaların  dalğa  uzunluğu  (200-400  mm)  ionlaşdırıcı  şüalara  nisbətən 
xeyli  uzun  və  az  enerjiyə  malikdir.  Bu  şüaların  təsirindən  orqanizmdə 
maddənin ionlaşması baş vermir, lakin maddənin molekullarının oyanması 
prosesi xeyli sürətlənir. 
Digər  şüalara  nisbətən  ultrabənövşəyi  şüaların  təsir  qüvvəsi  az 
olduğundan  onlardan  yalnız  tozcuqları  şüalandırmaq  üçün  istifadə  etmək 
məqsədəuyğundur.  Bu  şüalanmanın  nəticəsində  ən  yeksək  mutasiya 
tezliyinə  dalğanın  265  nm  uzunluğunda  nail  olmaq  olar,  çünki 
xromosomların  tərkibində  olan  DNT  molekulunun  ultrabənövşəyi  şüanın 
ən yaxşı cəlb edilən dalğası 265 nm uzunluğundadır. 
Həm  təbii,  həm  də  süni  mutasiyalar  əksər  hallrda  orqanizm  üçün 
zərərli  və  ya  faydasız  olur:  adətən  hər  100  mutasiyadan  yalnız  1-3-ü 
orqanizm üçün faydalı olur. Bu faydalı mutasiyaları ayırıb çoxaltmaq olar. 
Əksər hallarda orqanizmin genotipində  faydalı  mutasiyalarla yanaşı, eyni 
zamanda faydasız, zərərli mutasiyalar da baş verir. Belə mutant formaları 
başlanğıc  forma  ilə  çarpazlaşdırıb  gələcək  nəsillərdə  seçmə  apararaq 
müsbət  mutasiyanı  daşıyan  formaları  mənfi  mutasiyalardan  azad  etmək 
olar.  Bununla  yanaşı  alınan  mutant  formaların  əksəriyyətinin  həyat 
qabiliyyəti  aşağı  olduğu  üçün  onlar  ən  yaxşı  sort  və  xətlərlə 
hibridləşdirilir. 
 
 


 
~ 231 ~ 
Kimyəvi maddələrlə mutant formaların alınması 
Süni  mutasiyaların  alınmasında  şüalanma  ilə  yanaşı  kimyəvi 
maddələrdən də geniş istifadə olunur. Kimyəvi mutagenlərlə bitkilərin bir 
çox  hissələrinə,  məsələn,  quru  və  cücərməkdə  olan  toxumlara,  çiliklərə, 
kök yumrularına, kökümsovlara və s. təsir etmək olar. 
Kimyəvi  mutagenlər  fiziki  mutagenlərə  nisbətən  daha  effektli 
olmuşdur.  Əgər  fiziki  maddələrin  təsiri  nəticəsində  10-15  %  həyat 
qabiliyyətinə  malik dəyişmiş formalar əmələ gəlirsə, kimyəvi  maddələrin 
təsiri nəticəsində bu rəqəm 30-60% olur. 
Kimyəvi  mutagenlərdən,  məsələn,  toxumlara  təsir  edən  kimyəvi 
maddələr  kimi  etilenimin,  etilmetansulfanat,  hidroksilamin,  dietilsulfit, 
dimetilsulfat və s. istifadə edilir.  
 
Poliploidiyanın bitki seleksiyasında istifadəsi 
 
Təbiətdə  bir  sıra  yabanı  və  mədəni  bitki  növləri  və kənd  təsərrüfatı 
bitkilərinin  cinsləri  poliploid  sıralardan  ibarətdir.  Məsələn,  heksaploid 
yumşaq  buğda  Tr.aestivum  (2n=42)  təbii  poliploid  olub  təsərrüfatda  ən 
geniş  becərilən  növdür.  Bu  növə  aid  olan  növlərdə  isə  heç  bir  poliplod 
sıralar  olmur.  Məsələn,  Secale  (çovdar)  cinsində  6  növdən  hər  birində 
somatik hüceyrələrində xromosoların sayı 14-dür.  
Seleksiyaçılar  daha  məhsuldar  formalar  almaq  üçün  poliploidiya 
hadisəsindən  istifadə  edirlər.  Əvvəlki  bölmələrdə  qeyd  etdiyimiz  kimi, 
poliploidiya  hüceyrələrin  nüvəsində  xromosomların  sayının  dəfələrlə 
artması hadisəsinə deyilir. Seleksiyaçıları poliploidiyanın iki əsas forması: 
avtopoliploidiya  və  allopoliploidiya  maraqlandırır.  Avtopoliploidiya  eyni 
növün  genomunun  dəfələrlə  artması  hesabına  (məs.,  AA+AA=AAAA), 
allopoliploidiyada  isə  müxtəlif  növlərə  aid  olan  genomların  cəmləşməsi 
hesabına  (A+B=AB),  sonra  isə  xromosom  sayının  ikiləşməsi  nəticəsində 
(AB+AB=AABB) baş verir. 
“Poliploidiya” başlığında avtopoliploidiya və allopoliploidiya haqda 
geniş məlumat verilmişdir. 
Seleksiyaçılar  təcrübi  yolla  poliploid  formaların  alınmasında 
müxtəlif  üsullardan  istifadə  edirlər.  Kimyəvi  birləşmələrdən  ən  effektlisi 
kolxitsindir  (S
22
H
26
O
6
).  Bu  maddə  Colchicum  autumnale  adlanan 
kökümsov  bitkisinin  toxumlarından  və  soğanaqlarından  alınan  bitki 
zəhəridir.  Son  20-25  il  ərzində  kolxitsin  ilə  bitkilərdə  külli  miqdarda 
poliploid formalar alınır. Adətən kolxitsin ilə quru toxumlara, cücərmədə 
olan  toxumlara,  boy  nöqtəsinə,  tumurcuqlara,  qönçələrə  və  bitkinin  digər 


 
~ 232 ~ 
hissələrinə təsir edirlər.  
Kolxitsindən  başqa  poliploid  formalar  almaq  üçün  asenaften, 
qammeksan,  lindan  və  başqa  maddələrdən  də  istifadə  edirlər.  Lakin 
seleksiya işində yalnız kolxitsindən istifadə edirlər. 
Bəzi  hallarda  iki  ayrı-ayrı  növlər  bir-biri  ilə  çarpazlaşır,  lakin  nəsil 
dölsüz  olur.  Bunun  səbəbəi  hibridlərdə  homoloji  xromosomların  sayının 
müxtəlif olması və meyoz prosesinin pozulmasıdır. Bu dölsüzlüyü aradan 
qaldırmaq  üçün  seleksiyaçılar  hibrid  orqanizmə  kolxitsinlə  təsir  edərək 
xromosomların sayını ikiqat artırır və döllü nəsil alınır. Məsələn, yumşaq 
buğdanın  cinsi  hüceyrələrində  21  xromosom,  çovdarın  cinsi 
hüceyrələrində 7 xromosom vardır. Bu iki cinsdən alınan hibridin somatik 
hüceyrələrində 28 xromosom (21+7) olur və bu hibrid dölsüz olur. Bunun 
səbəbi isə meyoz zamanı xromosomların konyuqasiya edə bilməməsi, hər 
bir  xromosoma  homoloq  xromosomun  olmamasıdır.  V.E.Pisarev  birinci 
nəslin  (F
1
)  cücərtilərinə  kolxitsin  məhlulu  ilə  təsir  edəndən  sonra  birinci 
nəsildə  dölsüzlüyün  qarşısını  almışdır.  Bu  zaman  F
1
  cücərtilərində 
kolxitsinin təsiri ilə xromosomların sayı ikiqat artmışdır – 56 xromosomlu 
döllü nəsil alınmışdır. 
Seleksiya  işində  poliploidiyanın  əhəmiyyəti  böyükdür.  Çünki 
poliploidiya  bitkilərin  bir  sıra  təsərrüfat  əhəmiyyətli  xüsusiyyətlərinin 
yaxşılaşmasına, məhsuldarlığın artmasına gətirib çıxarır. 
 
Seleksiyada hibridləşmədən istifadə olunması. 
 Hibridləşmənin tipləri. 
 
Genetik  tədqiqatlarda  və  seleksiya  işində  ən  çox  istifadə  olunan 
üsullardan  biri  hibridləşmə  üsuludur.  Q.  Mendel  və  ondan  sonra  bir  sıra 
alimlər  əlamətlərin  irsən  keçməsinin  qanunauyğunluqlarını  aşkar  etmək 
üçün hibridləışmə üsulundan istifadə etmişdir. 
Seleksiyaçılar  yüksək  keyfiyyətli  və  məhsuldar  bitki  sortları  almaq 
üçün hibridləşmə üsulundan geniş istifadə edirlər. Bu üsula görə bir hibrid 
orqanizmdə iki və yaxud çox valideyn formaların əlamət və xüsusiyyətləri 
öz əksini tapır.  
İki və yaxud bir neçə valideyn formaların bir-biri ilə çarpazlaşmasına 
hibridləşmə deyilir. 
Hibridləşmə  nəticəsində  alınan  hibrid  orqanizmlərdə  əlamət  və 
xüsusiyyətlər  meydana  çıxır.  Bunların  içərisindən  seleksiyaçı  öz 
məqsədinə uyğun olanları seçib artırır. 
Hibridləşmə təbiətdə geniş yayılıb və bu zaman nəinki bir növə, hətta 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə