Nuklein turşularinin kimyəvi quruluşU



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/82
tarix26.09.2017
ölçüsü5,01 Kb.
#2228
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   82

 
~ 25 ~ 
köməyi  ilə  intron  sahələr  pro-mRNT-dən  kəsilir.  Qalan  ekzon  sahələrsə 
əksinə fermentativ yolla tikilir. Məlum olmuşdur ki, intronlar və ekzonları 
ayıran sərhəd DNT zəncirinin bir ucunda quanin-urasil (QU), digər ucunda 
isə  adenin-quanin  (AQ)  birləşməsidir.  Nukleotidlərin  bu  ardıcıllığı  pro-
mRNT-dən  yetkin  mRNT-nin  əmələ  gəlməsində  müəyyən  əhəmiyyəti 
vardır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 9. Splaysinqin sxematik təsviri. 
 
DNT  molekulunun  ekzon  sahələrindən  transkripsiya  olunmuş 
genetik  informasiyaya  malik  və  yetkin  mRNT  molekulunun  yaranma 
prosesi splaysinq adlanır. 
Əlamətlərin  irsən  keçməsinin  qanunauyğunluqlarını,  genetik  hadi- 
sələri  daha  dərindən  başa  düşmək  üçün  irsiyyətin  maddi  əsasları  olan 
xromosomların,  genlərin  quruluşunu  molekulyar  səviyyədə  öyrənməyin 
böyük əhəmiyyəti vardır. 
 
m-RNT  molekulunun  prosessinqi 
 
İrsi  informasiyaların  ötürülməsində  baş  verən  proseslərdən  biri  də 
“prosessinq”  adlanan,  transkripsiyadan  sonra  RNT  molekulunun 
yetişməsidir.  Məlumdur ki, transkripsiya zamanı DNT-nin bir  zəncirinin 
surəti olan mRNT sintez olunur. Həmin RNT pro-mRNT adlanır və onun 
daxilində  genetik  informasiya  daşıyan  ekzonlarla  bərabər  kodlaşmada 
iştirak  etməyən  intronlar  da  olur.  mRNT  nüvədə  yetişir,  yəni  intron 
hissələri  xüsusi  fermentlər  (restriktazalar)  vasitəsi  ilə  kəsilib  götürülür, 
EKZON-1 
EKZON-2 
EKZON-3 
EKZON-4 
INTRON-1 
INTRON-2 
INTRON-3 
INTRON-2 
INTRON-1 
INTRON-3 
EKZON-1 
EKZON-2 
EKZON-3 
EKZON-4 


QU 
QU 
QU 
AQ 
AQ 
AQ 


 
~ 26 ~ 
ekzonlar  bir-birinə  digər  fermentlərin  liqazaların  vasitəsilə  birləşir  (bu 
proses  “splaysinq”  adlanır)  və  tamamilə  genetik  informasiya  daşıyan 
mRNT sitoplazmaya daxil olur. 
 
Şəkil 10.  İnformasiyanın DNT-dən zülala ötürülmə prosesi (Lewin, 1994) 
 
Müəyyən  genlər  kodlaşdırılan  RNT  sintezi  genin  ekspressiyası 
adlanır. 
Genlərin  ekspressiyasının  transkripsiya  səviyyəsində  tənzim 
olunması  ən  geniş  yayılmış  və  ən  mühüm  mexanizmlərdən  biridir.  Son 
tədqiqatlar  göstərmişdir  ki,  sintez  zamanı  və  onun  tamamlanmasından 
sonra  ilkin  transkript  bir  çox  posttranskripsion  modifikasiyalara  və 
prosessinqə məruz qalır. 
Genlərin tərkibində olan intronların çoxsaylı olması və onların kənar 
edilıməsi  son  nəticə  olaraq  RNT  transkriptlərinin  ekspressiyasında 
müxtəliflik  əmələ  gətirir.  Beləliklə,  eukariotik  genlərin  ekspressiyasında 
alternativ splaysinq adlanan RNT-nin posttranskripsion modifikasiyası baş 
verir.  Alternativ  splaysinqin  əsas  mahiyyəti  heterogen  mRNT-nin 
daxilindəki kodlaşmayan intronların kəsilməsi ilə onun ilkin quruluşundan 
fərqli  olan yetişmiş  mRNT  molekulunun əmələ gəlməsidir. Nəticə olaraq 
müxtəlif  hüceyrə  və  toxumalarda  eyni  başlanğıc  formadan  transkripsiya 
olunan  genlərin  ekzonları  müxtəlif  kombinasiyalarda  birləşərək  yetişmiş 
mRNT  molekullarını  əmələ  gətirir.  Beləliklə,  bir  genin  məhsulu  olan 
başlanğıc  mRNT-nin  alternativ  splaysinq  nəticəsində  müxtəlif  zülalları, 


 
~ 27 ~ 
hətta bir zülal ailəsini kodlaşdıran mRNT molekulları əmələ gəlir. 
 
 
Şəkil 11. Alternativ splaysinqin mümkün variantlarının sxemi 
(Lewin, 1994) 
 
Bu cür bioloji mexanizm eyni genə funksiyalarına görə fərqlərini bir 
neçə  polipeptidi  kodlaşdırmağa  və  onların  biosintezinə  nəzarət  etməyə 
imkan yaradır. 
 
Eukariotların  genomunun  quruluşu 
 
Genom termini ilk dəfə 1920-ci ildə Homs Vinkler tərəfindən təklif 
olunub, eyni bioloji növün haploid xromosom dəstində olan genlərin cəmi 
nəzərdə  tutulur.  Haploid  xromosom  sayı  əsas  say  adlanır  və  n  hərfi  ilə 
işarə  edilir.  Haploid  xromosom  dəstində  yerləşən  genlərin  cəmi  genom 
adlanır. 
Molekulyar-genetik  üsullarla  eukariot  genomunun  quruluşu  təyin 
olunmuşdur.  Müəyyən  olunmuşdur  ki,  eukariotların  genomu  aşağıda 
göstərilən fraksiyalardan ibarətdir: 
1. Unikal genlər – bir və ya bir neçə dəfə genomda təkrar olunur. 
2.  Aralıq,  orta  təkrar  olunan  nukleotid  ardıcıllıqları  genomda 
onlarla, yüzlərlə təkrar olunur. 
3.  Yüksək  təkrar  olunan  nukleotid  ardıcıllıqları  onların  genomda 
sayı 10
6
 və daha artıq olur. 


 
~ 28 ~ 
Unikal  sahələr,  yəni  yalnız  bir  dəfə  təkrar  olunan  sahələr  müxtəlif 
orqanizmlərdə  genomun  təqribən  50%-ni  təşkil  edir.  Unikal  sahələrə 
zülalları  (histonlardan  başqa)  kodlaşdıran  quruluş  genlərinin  əksəriyyəti 
daxildir.  Bir  neçə  milyon  nukleotid  cütündən  ibarət  olan  bakterial 
genomda  genlərin  əksəriyyəti  (həm  quruluş,  həm  də  tənzimləyici  genlər) 
unikaldır,  yəni  tək  sayda  olur.  Bu  cür  təkrarlar  iki  tipə  ayrılır.  Orta 
dərəcədə  təkrar  olunan  (onlarla,  yüzlərlə)  sahələr  və  yüksək  dərəcədə 
təkrar olunan (on minlərlə və milyonlarla) sahələr. 
Orta  təkrar  olunan  fraksiyalara  ilk  növbədə  ribosomal  RNT-ni  (r-
RNT)  kodlaşdıran  genlər  daxildir.  Orta  təkrar  olunan  fraksiyalara 
nəqliyyat RNT genləri də daxildir. Sitoplazmada 2-yə yaxın ixtisaslaşmış 
nRNT-si  vardır.  Hər  bir  nRNT-si  öz  xüsusiyyətinə  uyğun  müəyyən  amin 
turşusunu  birləşdirərək  onu  ribosomlarda  sintez  olunan  zülal  molekuluna 
daxil edir. Ksenopusda onların sayı 8000, drozofildə 780-ə yaxındır. nRNT 
genləri  genomun  müxtəlif  sahələrində  yerləşir  və  onlardan  bəziləri 
klasterlər əmələ gətirir. 
Eukariotlarda  əlavə  olaraq  müxtəlif  ölçüdə  və  sayda  orta  təkrarlar 
genomun xeyli hissəsini tutur. 
Cədvəldən  göründüyü  kimi,  genomun  orta  təkrar  olunan  sahəsinə 
daxil  olan  genlərin  onlarla,  hətta  minlərlə  surəti  vardır.  Eukariot 
orqanizmlərdə bəzi genlərin funksional cəhətdən daha fəal olan və üzərinə 
daha çox yük düşən, məs., rRNT, nRNT və histonları kodlaşdıran genlərin 
surətinin  çoxluğu,  çoxhüceyrəli  orqanizmlərdə  metabolik  proseslərin 
gedişini təmin edir. 
Qeyd  olunduğu  kimi,  genomda  çox  yüksək  sıxlıqda  təkrar  olunan 
fraksiyalar  da  məlumdur.  Əsasən  bunlar  satellit  DNT-dir.  Satellit  DNT 
150-300  dəfə  təkrar  olunan  qısa  bir  neçə  cüt  nukleotid  ardıcıllığından 
ibarət klasterlər əmələ gətirir. Genomda bu cür təkrarların sayı milyondan 
on milyonlara qədərdir və genomun xeyli hissəsini tutur. 
Satellit  DNT  ibtidailərdən  başlayaraq  bütün  eukariotlarda  aşkar 
olunmuşdur.  Satellit  DNT  transkripsiya  olunmur,  hüceyrədə  onlara 
komplementar  nə  RNT  molekulları,  nə  də  onlarla  kodlaşdırılan  amin 
turşularından  ibarət  polipeptidlər  vardır.  Beləliklə,  satellit  DNT  heç  bir 
genetik informasiya daşımır. 
Eukariotların xromosomlarında DNT-nin artıqlığını izah edən başqa 
faktlar  da  toplanmışdır.  mRNT-nin  sintezi  zamanı  baş  verən  proseslərin 
tədqiqi  göstərmişdir  ki,  eukariotların  nüvəsində  DNT  üzərində  sintez 
olunan  mRNT  sitoplazmaya  daxil  olan  və  transkripsiyada  iştirak  edən 
mRNT-dən ölçücə xeyli iridir. DNT-dən transkripsiya olunan mRNT-pro-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə