Nuklein turşularinin kimyəvi quruluşU



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə81/82
tarix26.09.2017
ölçüsü5,01 Kb.
#2228
növüDərs
1   ...   74   75   76   77   78   79   80   81   82

 
~ 236 ~ 
hibrid gücü yalnız birinci nəsildə müşahidə olunur, sonrakı nəsillərdə get-
gedə azalır. 
Müəyyən  olunub  ki,  genotipinə  görə  kompleks  morfoloji,  bioloji, 
ekoloji,  təsərrüfat  xüsusiyyətlərinə  bir-birindən  kəskin  fərqlənən 
nümunələri hibridləşdirdikdə yüksək heterozis meydana çıxır. 
Heterozisin  genetik  əsasları  müxtəlif  cür  izah  olunur.  Bu  isə  bu  isə 
genlərin  müxtəlif  tip  təsirindən  və  mübadiləsindən  asılıdır.  Bəzi  hallarda 
heterozis  hadisəsi  yüksək  dominantlıq  ilə,  AAaa  izah  olunur. 
Heteroziqotlarda heterozis homoziqotlardan daha yüksək olur. Digər halda 
dominant  faktorların  əlverişli  aaBB  x  Aabb  mübadiləsi  ilə,  bəzi  hallarda 
isə  genlərin  kompleks  təsiri  ilə  AABB+A
1
A
1
B
1
B
1
=AAA
1
A
1
BBB
1
B
1

Beləliklə, heterozis hadisəsi irsi faktorların kombinasiyası ilə bağlıdır.  
Bitki  seleksiyasında  heterozis  hadisəsindən  istifadə  edilir.  Bunun 
üçün əvvəlcə yüksəl məhsuldar sortlardan bir neçə il ərzində təmiz xətlər 
alınır.  Sonra  ayrı-ayrı  sortlardan  olan  təmiz  xətlər  arasında  müxtəlif 
variantda  çarpazlaşdırılaraq  heterozis  verən  kombinasiyaların  toxumları 
seçilərək yüksək məhsul alınmasında istifadə edilir. 
 
Erkəkciklərin sitoplazmatik dölsüzlüyündən  
seleksiyada istifadə olunması 
 
Elmi  tədqiqat  işlərində  hibridləşmə  apararkən  bitkilər  üzərində 
axtalanmanı və sonra tozlandırmanı aparmaq o qədər də çətinlik törətmir. 
Lakin  təsərrüfatda  geniş  miqyasda  bu  işləri  aparmaq  çətinlik  törədir.  Bu 
çətinliyi  aradan  qaldırmaq  üçün  bəzi  bitkilərdə  müşahidə  olunan 
erkəkciklərin sitoplazmatik dölsüzlüyündən istifadə edirlər. 
Məlumdur  ki,  bir  çox  bitkilərdə,  məs.,  qarğıdalıda,  soğanda,  şəkər 
çuğunduru,  pomidorda  erkəkciklərin  sitoplazmatik  dölsüzlüyü  müşahidə 
olunur.  Bu  o  deməkdir  ki,  bu  bitkilərin  tozluqlarında  müəyyən  dərəcədə 
deffektlər meydana gəlir və bu bitkilərin erkəkcikləri dölsüz olur. Hazırda 
bitkiçilikdə erkəkciklərin sitoplazmatik dölsüzlüyündən (ESD) seleksiyada 
geniş  istifadə  olunur.  Belə  ki,  bu  tip  irsi  xüsusiyyəti  olan  bitkini  normal 
fertil (döllü) bitkilərlə çarpazlaşdırırlar. Bu zaman normal bitkilərdə 100 % 
heterozis xassəsinə malik hibrid alınır. 
Həm də əvvəl qeyd etdiyimiz kimi çarpaz tozlanan bitkilər arasında 
hibridləşmə  apararkən  onlardan  birini  axtalamaq,  yəni  erkəkciklərini 
çıxarmaq tələb olunur. Məs., ana bitki olaraq götürülən qarğıdalı sortunun 
süpürgələrini  çıxarmaq  və  ata  bitkinin  tozluqları  ilə  tozlandırmaq  üçün 
böyük  əmək  sərf  etmək  lazımdır.  Bu  çətinlikdən  xilas  olmaq  üçün 


 
~ 237 ~ 
erkəkciklərin sitoplazmatik dölsüzlüyündən istifadə olunur. 
Bütün  bu  xüsusiyyətlərinə  görə  hazırda  hibrid  orqanizmlər 
yaradılmasında ESD-dən geniş istifadə olunur. 
Genetik nöqteyi nəzərdən ESD aşağıdakı amillərlə izah olunur: 
1.
 
Sitoplazmanın sterillik faktı ilə. 
2.
 
Nüvədə sterillilik geninin olması ilə. 
3.
 
Sitoplazmanın və nüvənin sterillilik amillərinin mübadiləsi ilə. 
ESD hadisəsini ilk dəfə bir-birindən xəbərsiz 1931-ci ildə ABŞ alimi 
M.  Rods  və  1932-ci  ildə  M.  İ.  Xacınov  qarğıdalı  bitkisi  üzərində  kəşf 
etmişdir. 
 
Seçmə 
 
İnsanlar bitkiçilik və heyvandarlıqla məşğul olduğu tarixdən etibarən 
kortəbii  surətdə  seçmə  aparmışlar.  Yəni  onlar  öz  məqsədlərinə  müvafiq 
olan fərdləri seçib artırmış, digərlərini çıxdaş etmişlər. 
Təbiətdə  isə  seçmə  təkamülün  əsas  hərəkətverici  qüvvəsidir.  Ç. 
Darvin üzvi aləmin təkamül nəzəriyyəsini irəli sürərkər müəyyən etmişdir 
ki, insanlar tərəfindən yeni sort vəcinslərin, həmçinin təbiətdə yeni növ və 
növ müxtəlifliklərinin əmələ gəlməsində seçmə durur. 
İnsan  tərəfindən  aparılan  seçməyə  süni  seçmə  deyilir.  Məhz  süni 
seçmə  nəticəsində  bütün  heyvan  cinsləri  və  mədəni  bitkilərin  sortları 
yaranır. 
Süni seçmənin özü də iki formada olur: kortəbii seçmə və metodiki 
seçmə. 
Kortəbii  seçmə  hələ  qədim  zamanlardan  əcdadlarımız  tərəfindən 
aparılmışdır. Bu seçmənin nəticəsində kortəbii surətdə olsa da bitkilərin və 
heyvanların 
təbiətini 
dəyişmiş, 
məhsuldarlığı 
və 
keyfiyyətini 
yüksəltmişdir. Bu yolla bütün mədəni bitkilərin yerli sortları yaranmışdır. 
Seçməni sxematik olaraq aşağıdakı kimi göstərmək olar: 
 
Seçmə 
 
      təbii 
 
 
süni 
 
 
 
    kortəbii   
metodiki 
 
 
 
 
 
  fərdi  
    kütləvi 
 


 
~ 238 ~ 
Süni  seçmənin  ən  məqsədəuyğun  forması  metodiki  seçmədir.  Bu 
seçmə əvvəldən müəyyən edilmiş istiqamətdə aparılır. 
Bitkilərin  seleksiyasında  metodiki  seçmənin  əsasən  iki  üsulundan 
istifadə edirlər: kütləvi seçmə və fərdi seçmə. 
Həm  kütləvi,  həm  də  fərdi  seçmə  bir  dərəcəli,  çox  dərəcəli  və  ardı 
kəsilməyən seçmə variantları ilə aparıla bilər. 
Kütləvi  seçmədə  başlanğıc  materialdan  bir  neçə  yüzdən  bir  neçə 
minə  qədər  bitki  seçilir.  Burada  toxumların  keyfiyyətinə,  bitkilərdə 
xəstəliyin  olub-olmamasına  və  s.  müsbət  xüsusiyyətlərə  bir  daha  fikir 
verilir. 
Mənfi  xüsusiyyətlərə  və  yaxud  seleksiyaçı  tərəfindən  tutulan 
əlamətlərə  cavab verməyən bitkiləri ayırıb çıxdaş edirlər. 
Kütləvi seçmə müasir zamanda da öz əhəmiyyətini itirməyib. Qeyd 
etdiyimiz  kimi  kütləvi  seçmə  bir  neçə  variant  üzrə  aparıla  bilər:  bir 
dərəcəli, çox dərəcəli və ardı kəsilməyən seçmə variantları ilə bir dərəcəli 
seçmədə  lazım  olan  bitkiləri  bir  dəfə  seçib  onlardan  nəsli  öyrənib. 
Gələcəkdəbir  dərəcəli  kütləvi  seçmə  öz  effektivliyini  əsasən  öz-özünə 
tozlanan bitkilərdə göstərə bilər. 
Çarpaz tozlanan bitkilərdə isə qarşıya qoyulan məqsədə çatmaq üçün 
çox  dərəcəli  seçmə  variantından  istifadə  etmək  lazımdır.  Çox  dərəcəli 
seçmədə 4-5 il ərzində hər il seçmə aparılır. Bu seçmənin nəticəsində yeni 
bitki  sortu  alınır.  Lakin  çarpaz  tozlanan  bitkilərin  genotipinə  hər  il  yeni 
genlər daxil olur və seçmə əsaında stabilləşmiş genotipi pozur. Buna görə 
də çarpaz tozlanan bitkilərdə lazımlı əlamətləri saxlamaq üçün hər il seçmə 
aparılmalı və standart sortlarla müqayisə olunmalıdır.  
Kütləvi  seçmə  nəticəsində  xalq  seleksiyası  əsasında  bütün  yerli 
sortlar  yaranıb.  Kütləvi  seçmənin  mənfi  xüsusiyyəti  ondan  ibarətdir  ki, 
ayrı-ayrı  bitkilərin  müsbət  xüsusiyyətlərini  bir  sıra  nəsillərdə  saxlamaq 
mümkün  olmur.  Kütləvi  seçmənin  mənfi  xüsusiyyətini  fərdi  seçmə  ilə 
düzəltmək olar. 
Fərdi  seçmə  seleksiya  və  toxumçuluq  işində  istifadə  olunur.  Bu 
üsulun  mahiyyəti  ondan  ibarətdir  ki,  ayrı-ayrı  bitkiləri  seçib,  onların 
nəslini ayrılıqda öyrənib artırırlar. Hər bir ləkdə bir bitkinin nəsli becərilir. 
Öz-özünə  tozlanan  bitkilərin  təmiz  xətt,  çarpaz  tozlanan  bitkilərin  nəsli 
ailə  adlanır.  Seleksiya  öz-özünə  tozlanan  bitkilərlə  fərdi  seçməni  bir 
dərəcəli, çarpaz tozlanan bitkilərlə işlədikdə isə çox dərəcəli və yaxud ardı 
kəsilməyən  seçmə  variantlarından  istifadə  edir.  Fərdi  seçmə  üsulu  ilə 
alınan sort bir bitkinin nəslidir. 
Fərdi  seçmə kütləvi seçməyə nisbətən  mürəkkəb və çox əmək tələb 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə