Nuklein turşularinin kimyəvi quruluşU



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/82
tarix26.09.2017
ölçüsü5,01 Kb.
#2228
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   82

 
~ 29 ~ 
mRNT və ya başlanğıc RNT adlanır. 
Cədvəl 3 
Eukariotların genomunda orta təkrar olunan fraksiyanın xüsusiyyətləri  
(Qerşenzon, 1983) 
Genlər 
Orqanizm 
Haploid 
genomda 
surətlərin sayı 
Lokallaşma 
Ölçüsü (nukleotid cütlərinin 
sayı) 
Genin 
Speyserin 
28SrRNT (o 
qədər də 
5,8SrRNT 
və 
18SrRNT-
nin genləri) 
Maya 
göbələyi 
Drozofil 
 
Ksenopus 
İnsan 
 
Bərk  buğda 
(müxtəlif 
sortları) 
140 
 
210-282 
 
600-1000 
300-600 
 
2308-6457 
12-ci xromosomda 
 
X  və  Y  xromo-
somlarında 
Bir xromosomda 
13,14,15,21,28-ci 
xromosomlarda 
– 
3900 
 
4100-9600 
 
3900 
3900 
 
– 
1400-dən 
artıq deyil 
3860-59500 
 
6300-1250 
3000-5000 
 
– 
5SrRNT 
 
 
 
nRNT-si 
(ümumi 
cəmi) 
 
 
 
Histonlar  (5 
tipdən  hər 
birisi) 
Maya 
göbələyi 
Drozofil 
Ksenopus 
Maya 
göbələyi 
Drozofil 
 
Ksenopus 
İnsan 
Maya 
göbələyi 
Dəniz 
kirpisi 
(müxtəlif 
növləri) 
Drozofil 
Ksenopus 
İnsan 
 
160-230 
160 
24000 
 
300-400 
780 
 
8000 
1310 
 

 
200-1200 
 
 
110 
30-50 
30-40 
 
12-ci xromosomda 
2-ci xromosomda 
15-ci xromosomda 
Müxtəlif 
xromo-
somlarda 
2-ci və 3-cü xromo-
somlarda 
– 
– 
 
– 
 
– 
 
 
2-ci xromosomda 
 
7-ci xromosomda 
 
120 
120 
120 
 
140 
140 
 
140 
140 
 
380-740 
 
400-680 
 
 
365-950 
300-650 
300-650 
 
– 
162-166 
630 
 
– 
1000-1500 
 
740 
– 
 
800 
 
450-690 
 
 
200-1350 
– 
– 
 
Son illərin çox mühüm kəşflərindən biri, quruluş genlərin (struktur 
genlərin)  daxilində  olan  ekzon  və  intron  sahələrinin  aşkar  olunmasıdır. 
Kodlaşdırıcı  sahələr  ekzon,  genetik  informasiya  daşımayan  sahələr  isə 
intron adlanır. Bəzi genlər bir-iki intron, bəziləri daha çox intron daşıyır. 
Məs., toyuğun ovalbumin genində -13, toyuğun kollagen genində hətta 51 
intron vardır. 
Bəzən  genlərdə  intronların  ümumi  uzunluğu  ekzonların 
uzunluğundan artıq olur. İntronlar ekzonlarla birlikdə transkripsiya olunur, 
beləliklə,  pro-mRNT-də  həm  spesifik  gen  məhsulunu  kodlaşdıran,  yəni 
ekzonlardan  transkripsiya  olunan,  yəni  həmin  məhsulu  kodlaşdırmayan 


 
~ 30 ~ 
sahələr  vardır.  Sonra  prosessinq  zamanı  intronlar  kəsilir,  ekzon  hissələr 
birləşir və “yetkin” mRNT molekulu əmələ gəlir. Həmin proses splaysinq 
adlanır. 
Genomda  dəfələrlə  təkrar  olunan,  lakin  funksional  rolu  aşkar 
olunmamış nukleotid təkrarları haqqında müəyyən fərziyyələr irəli sürülür. 
Hesab  olunur  ki,  çox  təkrar  olunan  nukleotid  ardıcıllıqları  əsas  unikal 
genləri  zədələnmədən  qoruyur,  bufer  rolu  oynayır,  quruluş  genləri 
birləşdirici  sahələr  (speyserlər)  əmələ  gətirir,  mitoz  və  meyozda 
xromosomların qütblərə çəkilməsində rol oynayır və s. 
 
Genomun  ölçüsü 
 
Prokariotlarda  və  eukariotlarda  genomun  quruluşu  və  ölçüsü 
müəyyən  qədər  fərqlidir.  Virusların,  bakteriyaların  və  məməlilərin 
genomunda genlərin sayı və DNT-nin miqdarını müqayisəli analiz etdikdə 
bəzi  qanunauyğunluqlar  müəyyən  edilmişdir.  Eukariotların  genetik 
materialının  əsas  kəmiyyət  xüsusiyyəti  DNT-nin  artıqlığıdır.  Virusların 
nuklein turşuları demək olar ki, bütövlükdə quruluş genlərindən ibarətdir. 
Ən  kiçik  RNT  daşıyan  virusun  xromosomu  1200  nukleotiddən  ibarət  bir 
quruluş  genindən  təşkil  olunmuşdur.  Daha  mürəkkəb  virusların  DNT-si 
200 min nukleotid cütündən ibarətdir. Quruluş genlərinin sayı isə onlarca 
və hətta yüzlərcəyə qədər çatır. 
Daha  iri,  bir  neçə  milyon  nukleotid  cütündən  ibarət  olan  bakterial 
genomda  genlərin  əksəriyyəti  (həm  quruluş,  həm  də  tənzimedici  genlər) 
unikaldır,  yəni  hər  iki  növ  gen  xromosomda  tək  sayda  olur.  Müstəsnalıq 
təşkil edən ribosomal RNT-ni və nəqliyyat RNT-ni kodlaşdıran genlərdir, 
onlar bakterial genomda bir neçə dəfə təkrar olunur. 
Bakteriyalarda  DNT  molekulunun  uzunluğu  1,1  mkm,  genin  orta 
ölçüsü 1500 n.c. olduqda həmin xromosomda 3000-ə qədər gen yerləşmiş 
olur.  Bakteriyalarda  təxminən  o  qədər  də  m-RNT  tipləri  əmələ  gəlir. 
Deməli, bakteriya  genomlarının 95%-i kodlaşdırıcı gen sahələri, 5%-i isə 
tənzimedici genlərdir. 
Eukariotların  genomlarında  isə  kodlaşdırıcı  hissə  DNT-nin  yalnız 
10-15%-ni  təşkil  edir.  İnsanda  həmin  fərq  daha  kəskin  təzahür  edir. 
İnsanın  genomunda  nukleotid  cütlərinin  sayı  2  mln  quruluş  genlərinin 
əmələ  gəlməsinə  kifayət  edir,  lakin  burada  quruluş  genlərinin  maksimal 
sayı 35 minə qədərdir. Müxtəlif ədəbiyyat mənbələrinə görə genlərin sayı 
35-80 mindir, yəni genomla kodlaşa bilən saydan 20-40 dəfə azdır. 
 


 
~ 31 ~ 
Cədvəl 4 
Bəzi orqanizmlərin genomunun ölçüsü 
(Singer, Berq, 1998) 
Orqanizm 
Haploid genomun 
ölçüsü, n.c. 
Xromosomların 
haploid sayı 
Maya göbələyi (Saccharomeces cerevisiae
1,35

10

16 
Miksomisetlər (Dutyostelium discoides
7

10


Tripanosoma (Trypanosoma bruli
8

10
7
 
Məlum deyil 
Nematod (Caenorhabditis elegans
8

10
7
 
11/12 
İpəkqurdu (Bombyx mori
5

10
8
 
28 
Meyvə milçəyi (Drosorhila melanogaster
1,65

10
8
 

Dəniz kirpisi (Stronqylocentrotus purpuratus
8

10
8
 
21 
Mahmızlı qurbağa (Xenopus laevis
3

10
9
 
18 
Protey (Necturus maculosis
5

10
10
 
19 
Toyuq (Galhus domesticus
1,2

10
9
 
39 
Siçan (Mus musculus
3

10
9
 
20 
İnək (Bovis domesticus
3,1

10
9
 
60 
İnsan (Homo sapiens
2,9

10
9
 
23 
Qarğıdalı (Zea mays
5

10
9
 
10 
Soğan (Allium cepa
1, 

10
10
 

Arabidopsis (arabidopsis thaliana
7

10
7
 

 
İnsan  genomu  layihəsinin  yerinə  yetirilməsinin  nəticələrinə  görə 
insan  genomunun  yalnız  1%-i  kodlaşdırıcı,  75%-i  isə  genlərarası 
sahələrdən ibarətdir. (Venter et al, 2001) 
 
Eukariot xromosomlarinda genlərin yerləşməsi 
 
Eukariotlarda  genlərin  yerləşməsinin  operon  tipi  daha  doğrusu 
ümumi  nəzarətdə  olan  genlər  bloku  halında  birləşməsi  yayılmamışdır. 
Ardıcıl biokimyəvi reaksiyalara nəzarət edən genlər xromosomun ayrı-ayrı 
sahələrində, hətta müxtəlif xromosomlarda yerləşir. 
Bununla  yanaşı  genlərin  klaster  təşkilinə  aid  bəzi  nümunələr 
məlumdur. İnsanda hemoqlobinin bir neçə tipi məlumdur. Onların hər biri 
müəyyən orqanda və inkişafın müəyyən mərhələsində sintez olunur. Məs., 

  və 

  hemoqlobin  inkişafın  ilkin  mərhələsində  embrionun  sarı  kisəsinin 
hüceyrələrində sintez olunur. Bu zaman zülal molekulu iki zəncirdən ibarət 

 – oxşar 

 hemoqlobin və iki zəncirli 



 hemoqlobin. 
Üçüncü  ayın  sonunda  hemoqlobinin  bu  tipinin  sintezi  başa  çatır. 
Bundan sonra qara ciyər hüceyrələrində Hb-F sintez olunmağa başlayır. 
Postembrional  inkişaf  zamanı  hemoqlobin  sümük  iliyində  sintez 
olunur  və 


,
  polipeptidlərdən  və  az  bir  miqdarda 

  bənzər 

 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə