~ 9 ~
DNT isə radioaktiv fosforla nişanlanmışdır. Faqla yoluxmuş bakterial
hüceyrələrdə əmələ gəlmiş yeni T
2
faq hissəciklərində radioaktiv fosfor
müəyyən edilmişdir. Bu təcrübə göstərmişdir ki, yoluxma DNT
molekulunun köməyi ilə getmişdir. Sonralar müəyyən olunmuşdur ki,
bakteriofaq bakteriya hüceyrəsinə birləşir, lizosim fermenti ilə
bakteriyanın qlafını parçalayır və özündə olan DNT-ni bakteriya
hüceyrəsinin daxilinə keçirir. Bu yolla bakteriya yoluxur. Bakteriyanin
daxilində olan faqın DNT-si yeni virus hissəcikləri sintez etmək
qabiliyyətinə malik olur, sonra bakteriya hüceyrəsi məhv olur və yüzlərlə
yeni əmələ gəlmiş faq hissəcikləri xaric olur.
Transduksiya
Irsi informasiyanın ötürülməsində DNT-nin rolunu sübut edən
hadisələrdən biri də transduksiya hadisəsidir.
Bir bakteriyadan (donordan) mötədil bakteriofaqlar vasitəsilə
müəyyən irsi materialın (fraqmentin) digər bakteriyaya keçirilməsi
hadisəsinə transduksiya deyilir. Bu maraqlı genetik mexanizm 1952-ci ildə
Sinder və Lederberqin təcrübələrində aşkara çıxarılmışdır.
Salmonella typhimurium adlanan bakteriyalarda 2 cür ştamm
məlumdur: 22 A və 2 A. 22A ştammından olan bakteriyalarda mutant gen
(T-) triptofanın sintez edilməsinin qarşısını alır. Buna görə də bu ştammın
çoxalması üçün qida mühitinə triptofan əlavə edilməlidir.
2A ştammı isə inkişafı üçün mühitə triptofan əlavə olunmasını tələb
etmir, o özü triptofanı sintez etmək qabiliyyətinə malikdir. Təcrübəni
aparmaq üçün alimlər U – şəkilli boru götürüb onun ayrı-ayrı qollarında
2A və 22A ştammları yetişdirmişlər.
U-ya bənzər borunun sağ və sol qolları arasında elə filtr qoyulmuşdur
ki, oradan qeyd etdiyimiz ştamlardan olan bakteriyalar keçib, bir-birilə
rekombinasiya oluna bilməz. Lakin bu dediyimiz boruda inkubasiya
getdikdən sonra hər iki qoldan bakteriyalar götürülüb ayrıca müəyyən
mühitdə əkilir. 22A ştammı mühitinə triptofan əlavə edilmədiyi halda bir
neçə koloniya əmələ gətirdiyi müşahidə edilmişdir. Bu necə ola bilərdi?
Bakteriyalar bir ştammdan o birinə keçə bilməzdilər, çünki aralarındakı
filtr buna mane ola bilərdi. Ola bilsin ki, 22A bakteriyasındakı mutant gen
əksinə yenidən mutasiya etmişdir: T
-
→T
+
. Bu da mümkün deyildi, çünki
22A ştammı mutasiyaya çox davamlıdır. O halda bircə yol qalır. Deməli,
filtrdən süzülə bilən faqlar bir ştammdan digərinə genetik fraqmenti keçirə
bilər.
~ 10 ~
Buradan belə nəticəyə gəlmək olar ki. 2A ştammının hüceyrəsində
lizis əmələ gətirən faq onun DNT-ləri ilə rekombinasiya əmələ gətirərək,
sahibin müəyyən genlərini (həmçinin triptofan sintez edən geni) özü ilə
filtrdən keçirərək 22A hüceyrəsinə ötürə bilmişdir. Bunun nəticəsində faq
vasitəsilə donordan xromosom fraqmentini almış resipientin genotipində
irsi dəyişkənlik – rekombinasiyalar baş vermişdir. Bəzi hallarda mötədil
bakteriofaq resipient hüceyrəsinin xromosomuna birləşərək ona heç bir
ziyan gətirmir, onun xromosomunda müəyyən allelləri əvəz edir. Bəzi
hallarda sərbəst qalır və hüceyrə bölünən zaman qız hüceyrələrindən birinə
keçir.
Bəzi hallarda profaq bakteriya xromosomunun müxtəlif yerlərinə
daxil olur və bununla sahibin xromosomunun müxtəlif lokuslarını
resipientə keçirə bilir. Lakin çox hallarda transduksiya məhdud
transduksiya adlanır. Faq lyamda λ profaq halına keşçdikdə bakteriya
xromosomunda eyni lokusda yerləşir. Məs., faq bakteriya xromosomunda
qalaktazanın qıcqırmasını təmin edən Gal lokusunu resipientə keçirir.
Təcrübələrin
çoxunda faq prototrof-bakteriyanın xromosomundan
auksotrof bakteriya hüceyrəsinə müəyyən uyğun gen gətirir, başqa sözlə,
tam transduksiya baş vermiş olur. Bəzən prototrofda transduksiya
vasitəsilə baş verən koloniya normal koloniyalardan 10 dəfə kiçik olur.
Belə transduksiya abortiv transduksiya adlanır. Başqa sözlə, faq zərrəciyi
özü ilə gətirdiyi transduksiya materialı ilə bərabər sahibin xromosomuna
keçmir və episom halında qalır və tezliklə autoreproduksiya qabiliyyətini,
deməli minimal mühitdə həyatiliyini itirmiş olur.
Faqın
bakteriyaya
gətirdiyi
genetik
materialın
bakteriya
xromosomuna daxil olması krossinqover mexanizmi tipində gedir, başqa
sözlə, mübadilə gedir və həmin homoloq resipientin xromosomundan
ayrılır və öz yerini faqla gətirilən homoloqa verir.
Hələ Lederberq vaxtilə qeyd etmişdir ki, transduksiya hadisəsi
gələcəkdə böyük praktiki əhəmiyyət kəsb edə bilər, daha doğrusu,
insanların irsi xəstəliklərinin müalicəsində istifadə edilə bilər. 1971-ci ildə
Merill, Qirer və Petriçiani Gal
+
+ E.coli hüceyrəsində λ faqını
yetişdirdikdən sonra Gal geni olan DNT-ni insan hüceyrələri kulturasına
transduksiya yolu ilə keçirmişlər. Deməli faq λ Gal
+
geni olan DNT-ni
insan hüceyrələrinin DNT-sinə daxil edir. Sonralar, hətta, uzaq növlərdən
də məs., bakteriyalardan ali bitkilərə, onurğalı heyvanlara transduksiya
yolu ilə DNT keçirmək təcrübələri aparmışlar. Bu qayda üzrə yeni bir
genetik elm sahəsi – mühəndislik genetikası meydana çıxmışdır.
Dostları ilə paylaş: |