Numerologiya



Yüklə 327,42 Kb.
səhifə1/20
tarix10.01.2023
ölçüsü327,42 Kb.
#98426
  1   2   3   4   5   6   7   8   9   ...   20
numerologiya





Numerologiya (lat. numerus – rəqəm) — rəqəmlərin təkcə riyazi deyil, həm də magik xassələrə malik olduğunu sübut etməyə çalışan elm sahəsidir.

Rəqəmlərin saat əqrəbi istiqamətində nizamlı düzülüşü
Bütün qədim mədəniyyətlərdə "elm" və "magiya" bir-birindən ayrı tutulmayıb. Buna görə də riyaziyyat – numerologiyadan, astronomiya – astrologiyadan, tibb – xalq təbabətindən ayrılmayıb, birlikdə fəaliyyət göstərmişlər. Numerologiya qərb mədəniyyətlərində olduğu kimi, şərq mədəniyyətlərində də tətbiq edilir. Reformasiya, yeni sistemlərin tətbiqi, kapitalizm və s. "elm" və "magiya"nı bir-birindən ayırdı. Hazırda "numerologiya" sahəsinə mistik sahə kimi baxılır.

Pietro Bongo, Numerorum mysteria, 1591

Numerologiyanın yaranma tarixiRedaktə


Qədim Avropanın məşhur filosoflarından Pifaqor numerologiya elminin banisi hesab olunur. Bu adı filosofa Delf orakulu vermişdir. Uşaqlıqda Pifaqor kahinlərin himayəsinə verilir. Pifaqor onların yanında – mənəviyyatı bol olan məkanda boya başa çatır, orada meditasiyanı öyrənir və ulduzları sevməyə başlayır. O, qeyri-adi ideyaları, fikirləri ilə hamını heyran edir.
 
Pifaqor, mərkəzdə əlində kitab olan şəxs
Pifaqorun elmi 2 hissədən ibarət idi: Rəqəmlər haqqında elm və Miqdar nəzəriyyəsi. Birinci hissə özündə cəbr və musiqini, ikinci hissə isə həndəsə və astronomiyanı birləşdirirdi. O, rəqəmləri adi hesablama elementləri deyil, həyatın real ünsürləri kimi qəbul edirdi. Pifaqor deyirdi: "Rəqəmlər hər bir insanın yaradılış səbəbini, onun həyatda missiyasını, taleyini ifadə edir". Bu şifrələrin çözülməsi, aydınlaşdırılması üçün "Numerologiya" elmi yaradıldı.

Pifaqor kvadratı (Psixomatrisin qurulması)Redaktə


Hər bir elmin açarı olduğu kimi, numerologiya elminin açarı Pifaqor kvadratıdır. Pifaqor kvadratı – psixomatrisin maketidir. Bu kvadrat hər hansı bir şəxsin doğum tarixinin üzərində hesablamalar aparmaqla onun xarakteri, sağlamlığı, taleyi, gündəlik proqnozları barədə məlumat əldə etmək üçün qurulur. Hesablamalar aşağıdakı ardıcıllıqla həyata keçirilir:
Nümunə: Doğum tarixi: 15.04.1972 (15 aprel 1972-ci il)

  • 1. İlk hesablama doğum tarixinin təşkil etdiyi bütün rəqəmlərin toplanması.

1+5+4+1+9+7+2=29 (ilk şifrə)

  • 2. İkinci hesablama ilk şifrənin (29) təşkil etdiyi rəqəmlərinin toplanması.

2+9=11 (ikinci şifrə)

  • 3. Üçüncü hesablama ilk şifrədən (29) doğum günü tarixinin ilk rəqəmini (1) 2-yə (sabit əmsal)

vurmaqla çıxılır:
(Qeyd:Doğum gününün tarixi bir rəqəmli olduqda, həmin rəqəmin özü götürülür).
29-(1*2)=29-2=27 (üçüncü şifrə)

  • 4. Dördüncü hesablama üçüncü şifrənin (27) təşkil etdiyi rəqəmlərinin toplanması:

2+7=9 (dördüncü şifrə)
Dördüncü şifrə müəyyənləşdikdən sonra hesablama sona çatır və Pifaqor kvadratı (Psixomatris) qurulur. Bu rəqəmlərin hamısı Pifaqor kvadratında yerləşdirilir.

  • Doğum tarixi: 1541972

  • Şifrələr: 2911279

Qeyd: Xanalara doğum tarixi və şifrələrin birlikdə rəqəmləri daxil edilir. Məsələn, birinci xanaya "1" rəqəmi 4 dəfə daxil edilir. Hər hansı bir rəqəm olmadıqda isə həmin rəqəmin yeri xanada boş olaraq qalır. Məsələn, "3" rəqəminə təsadüf edilmir. Ona görə də 3 xanasına rəqəm daxil edilmir. (Qeyd: 0 nəzərə alınmır)

Pifaqor kvadratı (Psixomatris): 15 aprel 1972-ci il doğum tarixli şəxsə məxsusdur

Yüklə 327,42 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə